Azərbaycanın ovçuluq turizmi üçün yeni şanslar açılır.
Mahir Hümbətov: "Yerli turistlərin rahat şəkildə ovçuluqla məşğul olması üçün onlara verilən icazə qaydası yüngülləşdirilməlidir ki, bu sahədən daha çox gəlir əldə olunsun"
Azərbaycan ovçuluq turizmi üçün əlverişli ölkələrdən biri hesab olunur. Qafqaz dağlarında müxtəlif növ heyvanların məskunlaşması qış fəslində ovçuların ova marağını daha da artırır.
Mütəxəssislərin fikrincə, ölkəmizin ərazisi ovçuluq turizmindən külli miqdarda gəlir götürmək üçün münbit imkanlara malik olsa da, bu potensialdan lazımi qədər istifadə olunmur.
Azərbaycanın təbii-coğrafi mövqeyi və zəngin tarixi burada turizmin bütün növlərinin inkişafı üçün əlverişli şərait yaradır. Ekspertlərin bildirdiyinə görə, hazırda ovçuluq turizminin inkişafı üçün ölkəmizdə kifayət qədər potensial var. Turizmin bu növü bütün dünyada çox gəlirli biznes kimi qəbul edilir.
Qeyd edək ki, bəzi heyvan və quşların ovlanması Azərbaycanın mövcud qanunları ilə qadağandır, bəzilərinə isə xüsusi lisenziya ilə icazə verilir.
Bir sıra
regionlar var ki, orada ovçuluq
turizmini inkişaf
etdirmək
olar. Bu siyahıya Lənkəran, İsmayıllı, Qax və
digər
əraziləri aid etmək
olar.
Bu bölgələrdə ovçuluq turizminin inkişaf etməsi üçün müəyyən şəraitin
yaradılması ovçular
tərəfindən təklif
olunur.
Ovçuluq sahəsi
üzrə
ekspert Mahir Hümbətov
bizimlə
söhbətində bildirdi ki, ovçuluq turizminin Azərbaycanda
geniş coğrafiyası
var. Ölkəmizdə həm
düzənlik,
həm
də
dağlıq ərazilərdə turizmin
bu növünün
inkişafı mümkündür:
"Qeyd edim ki, bir neçə il əvvəl "quş qripi" ilə əlaqədar quş ovuna qoyulan qadağanın hələ də qüvvədə qalması bütün yerli ovçularda narahatlıq yaradır.
Ov həvəskarları üçün nə qədər əlverişli
şərait
yaradılarsa, bu turizm növünün inkişafına bir o qədər böyük zəmin yaranar. Çünki ovçuluqla təkcə yerli əhali
deyil, ölkəmizə səfərə gələn xarici vətəndaşlar da çox maraqlanır.
Əcnəbi turistlər ovçuluq sahəsinə meyl edir. Ancaq onlar
bu işlə məşğul
olması üçün
xüsusi lisenziya almalıdır".
Həmsöhbətimizin
sözlərinə görə,
ovçuluq turizminin
inkişafı üçün
müəyyən şərait
yaradılmalıdır: "Düzdür, bəzi bölgələrdə ovçuların yaşayışı
üçün otel tikilir. Artıq ovçuluqla məşğul olanlar dağətəyi ərazilərdə fərdi
şəkildə deyil, oteldə rahat qala biləcək. Yerli turistlər
bu sahə ilə məşğul
olmaq istəyir. Onlar bu
işə
xobbi kimi yanaşır. Yerli turistlərin rahat şəkildə
ovçuluqla məşğul olması üçün
onlara verilən icazə
qaydası yüngülləşdirilməlidir. Belə olarsa, bu sahədən daha çox gəlir
əldə etmək
olar".
Günel CƏLİLOVA
Bakı xəbər.- 2017.- 7-9
yanvar.- S.12