Azərbaycan ərazisində mövcud olan qədim yazı sistemi mədəniyyətimizin tərkib hissəsi kimi...
Qədim dövlətçilik ənənəsinə sahib olan Azərbaycan əzəmətli mədəniyyəti, abidələri, söz sənəti ilə də tanınıb. Azərbaycan ərazisi lap əski çağlardan böyük mədəniyyətin beşiyi olub.
Mədəniyyətimizdə daşüstü təsvirlər silinməz izlər qoyub. Son illər tədqiqatçılar Azərbaycan ərazisində mövcud olan qədim yazıları daha ətraflı şəkildə öyrənir. Söz yox ki, qarşıya çıxan hər bir yazı, təsvir xalqımızın qədim mədəniyyət daşıyıcısı olduğunu təsdiqləyir.
Minillər
əvvəl məzar
daşlarında, qaya üstlərində, qabların üzərində həkk olunan yazılar mədəniyyətimizin
əski nümunələrindəndir.
Onu da bildirək
ki, daşüstü yazıların meydana gəlməsi və uğuru sonradan
kitab çapının ərsəyə gəlməsinə böyük təkan verib. Onlar
arasında əlaqə hər zaman maraq doğurub.
Professor
Qəzənfər Kazımov "Azərbaycan ərazisində qədim türk
yazıları" elmi məqaləsində yazır ki, Monqolustandan
başlamış Macarıstana qədər böyük bir ərazidə qədim türk abidələri yayılıb: "Qəbir daşları, qayalar,
müxtəlif qablar və s. üzərində yazılmış bu abidələr V-XI yüzilliklərə aid edilir. Monqolustan ərazisində 33, Yenisey çayı
sahillərində 140, Lena-Baykal ərazisində 40-a qədər, Dağlıq Altayda 20, Şərqi Türküstanda 10,
Şimali Qırğızıstan və Qazaxıstan ərazisində 28, Fərqanədə, Şimali
Toxarıstanda 18-ə qədər, Şərqi Avropada xeyli belə yazılı abidə tapılıb. Şimali Qafqazda-Kumranda köhnə divarlar üzərində kiçik
yazılı mətnlər müəyyən edilib.
Azərbaycan ərazisi çox qədim dövrlərdən insan məskəni olmuş, şimallı-cənublu ölkəmizin ərazisində qədimlərdən türk tayfaları
yaşamışlar. Qədim
mənbələrdən
hər bir oxucunun
aldığı aydın təəssürat, bir
sıra görkəmli
alimlərimizin tədqiq və
araşdırmaları bunu çoxdan sübut
etmişdir. Lakin mühafizəkar tarixçilər Azərbaycan ərazisindəki qədim xalqların mənşəyini İran və ya Qafqaz
xalqları və
onların dilləri
əsasında
zorla "əsaslandırmaqdan"
mənəvi zövq
alırlar. Türk tayfaları çox
qədimlərdən göy
üzünə səpələnmiş
ulduz kimi, Azərbaycan
ərazisinə səpələnmişdir. Həmin
ulduzların minilliklər
arxasından işartıları görünməkdədir. Lakin bir çoxları ulduz
şüalarının üzərinə qara pərdə çəkməyə çalışır.
Əslində, bu, tarixi həqiqəti inkar etməklə yanaşı, həm də cahillik əlamətidir. Böyüklüyündən
asılı olmayaraq, hər
hansı bir alim tarixi həqiqəti pərdələyirsə,
o, yerliçilik, məhəlləçilik,
irqçilik, millətçilik,
münaqişə,
toqquşma bataqlığındadır və müxtəlif xalqları
münaqişəyə aparır. Tarix tarixdir. Hind, Çin mədəniyyəti
olanda Avropa mədəniyyəti yox idi. Amma indi Avropa var, lakin bu o demək deyil ki, Avropa keçmiş bəşər mədəniyyətini
danmalıdır. İnsan bilməlidir ki,
bütün insanlar bir mənşədəndir, bütün dillər və dinlər də bir kökdəndir. Rəngindən, dərisindən, antropoloji
quruluşundan, dilindən,
dinindən
asılı olmayaraq, bütün insanlar insandır və qohumdur. Bu cəhətin dərk olunmaması
azğınlığa, müharibələrə, silahlı toqquşmalara səbəb olur, insan özü bilmədən özünə qənim
kəsilir. Bəşəriyyət hazırda ağıla
dolmamış, bədənində yüksək enerjisi olan, dava-dalaşla enerjisindən öz xeyrinə istifadə etməyə çalışan
uşaq kimidir və çox çətin bir məsələ də budur ki, bu uşağın ağıllı bir
atası da yoxdur, əgər ağıllı bir ata tapılsa, Yer üzündə ədalət bir saatda bərpa oluna bilər".
Alim vurğulayır ki, biz qədim mədəniyyətimizi öyrənməyə
çalışırıq. Onun qeyd etdiyinə görə, hər bir ərazidə yaşayan xalq bu
işlə məşğul
olmalıdır və
olur da. Professorun yazdığına
görə, burada
məqsəd bəşər mədəniyyətinin
ümumi inkişaf yolunu öyrənməkdir. O
bildirir ki, bəşər öz keçmişini öyrənməlidir ki, gələcək yolunu düzgün
müəyyənləşdirə bilsin: "Lakin bəzi xalqlar mədəniyyət abidələrindən ixtilaf və münaqişələr üçün istifadə edir, onu öyünmə vasitəsinə çevirir, saxta
materiallarla öz "qədim"liyini, ibtidadan insanla
ilkin bağlılığını əsaslandırmağa
çalışır, ərazi iddialarına keçmək üçün vasitələr axtarır.
Bizim xalq
eqoist yox, altruistdir, yəni öz qədimliyindən, qədim mədəniyyətindən istifadə etmək, onu öyrənmək, dünya arenasına çıxarmaq,
öyünmək əvəzinə, qədim mədəniyyət nümunələrini üzə çıxarmağa ehtiyat edir, türklərin bura gəlmə olduğunu, bizim
başqa tayfalardan çevrildiyimizi isbata
çalışır, çünki əlində "hazır fakt"
yoxdur, Heredot, Strabon və başqaları
çığıra-çığıra deməyiblər bu yerlərdə türkdilli tayfaların
yaşadığını, tarixin atası yazmayıb.
Görünən
şüalar isə
"əsas"
vermir, alim işi sayılmır.
Əslində, tarixi tədqiqata dövlət nəzarəti olmalıdır. İdeologiya məsələlərinə baxan şəxslərin yüksək savadı
olmalı, onlar keçmişi görməli, öyrənməli, obyektiv tədqiqatı
yüksəltməli, mühafizəkar və tendensiyalı
yazıları elmi müzakirələr yolu ilə
cilovlamalıdır. Özbaşına
axınla hər kəs istədiyini yazır və ən dəhşətlisi də budur ki,
güclü qələm tarixə mühafizəkar
yanaşanların əlindədir. Ona görə
də tarixin həqiqi
qapılarını açmaq çətindir".
Məlumdur ki, daşüstü yazılar əsrlər sonra
kağızüstü yazılara çevrilib. Tədqiqatçılar
vurğulayır ki, dünyanın sivil xalqlarının
yaratdığı müxtəlif
yazılar və əlifbalar zaman
keçdikcə
ölkələr arasında
baş verən
inteqrasiya prosesini daha da təkmilləşdirib, biri digərindən bəhrələnərək cilalanıb,
daha da mükəmməl və
anlaşıqlı yazıya və
əlifbaya
çevrilib. Yazının əlifbaya
çevrilməsi
prosesi daha uzun çəkmiş,
min illərlə yol qət etmiş, nəhayət, insanların
başa düşdüyü, bəhrələndiyi yazıya çevrilib.
Tədqiqatçılar yazır ki, mədəniyyətə keçid üçün
şəraitin yaranması cəmiyyətin inkişafda yeni mərhələnin
başlanğıcı oldu. Yazmağı,
oxumağı bacaran insan təbiət və cəmiyyət
hadisələrinə qarşı
mübarizədə özünü
daha güclü hesab etməklə yanaşı,
daha geniş miqyasda birləşmək imkanları,
yeri gəldikcə, başqa qonşu
xalqların təcrübəsindən istifadə etmək
bacarığı əldə edir.
Bəşəriyyətin inkişafının
lap erkən dövrlərində yaranmış Şumer, Misir,
Çin, Hind yazıları ən mükəmməl səs yazısı sistemləri hesab edilir. Erkən qədim dünya mədəniyyətinə dair son elmi tədqiqatlar təsdiq edib ki, dünyada
ilk kitabın yaradıcısı Şumerlər olub. İlk bəşər mədəniyyətinin
yaradıcısı olan Şumerlər hələ 10-12 min il
bundan əvvəl gil lövhəciklərdə bəşərin ilk yazısı olan mixi yazı ilə öz kitablarını
yazıb.
Tarixi qaynaqlara görə, Azərbaycan ərazisində ilk dövlət Cənubi Azərbaycanda b.e.ə. III minilliyin birinci
yarısında Aratta olub. Tədqiqatçılar qeyd edir ki, erkən İkiçayarası (Şumer) mədəniyyəti dairəsinə daxil edilən Arattanın Şumerlərlə geniş mədəni əlaqələri olub, onlar bir-birinin mədəni nailiyyətlərindən bəhrələnmişlər. Şumerdə olduğu kimi,
Arattada mixi yazı məlum
olmuş, bu yazıdan yazıb oxumaq və diplomatik məktubların göndərilməsi işində istifadə edilmişdi.
Əlbəttə, yazı materialı kimi gil
lövhələrdən istifadə edilirdi.
Tədqiqatçılar
vurğulayır ki, qədim dünya xalqlarının yaratmış
olduğu yazıların dörd əsas tipi var: piktoqrafik
yazı, ideoqrafik yazı, heca yazısı, səs yazısı.
Piktoqrafik yazıda bu və ya digər məlumat şəkillər vasitəsilə verilir. Yazının
bu növü çox qədim
zamanlardan əmələ gəlib.
Qədim
insanlardan yadigar qalan piktoqramlar daş, ağac, qaya
divarlarına həkk
edilib. Məsələn, Qobustan qaya təsvirlərinin
bir çoxu piktoqrafik yazı nümunəsidir. Belə yazılar əksər hallarda daş
lövhələr üzərinə həkk edilirdi. Azərbaycan alimləri qədimdən belə lövhələri kitabələr
adlandırmışlar.
Tədqiqatçılar yazır ki, Qobustan abidələrini sistemli şəkildə, ardıcıllıqla
seyr etdikdə məlum olur ki, burada olan rəsmlər, təsvirlər sadədən mürəkkəbə doğru, zamanın,
dövrün tələbatına və mədəni səviyyəsinə müvafiq inkişaf edib.
Qobustan daş kitabələri bir daha təsdiq edir ki, Azərbaycan kitabına gedən yol Qobustandan keçir. Zaman keçdikcə, qədim insanların istifadə etdiyi piktoqrafik yazı
yeni yazı tipi -
ideoqrafik yazı ilə əvəz edildi. Əgər piktoqrafik yazıda bir
şeyi təsvir etmək üçün onun şəkli verilirdisə, ideoqrafik yazıda onun
haqqında fikri ifadə edən işarə verilirdi. Beləliklə, ideoqrafik
yazı piktoqrafik yazıdan heca yazısına
keçid mərhələsini təşkil
edirdi.
Heca
yazısına misal olaraq əvvəlcə haqqında
danışdığımız Şumer
yazılarını göstərmək olar. Heca
yazısı dildə
olan hecaları əks
etdirməli idi.
Alimlər Şumer yazısında 600-dən çox işarənin olmasını təsdiq edən fikirlər irəli sürür. Şumer yazıları zahiri əlamətinə görə başqa
yazılardan fərqlənirdilər. İşarələri mıxa bənzədiyinə görə farslar onu
"mixi", ərəblər isə "mismari"
yazı adlandırırdılar.
Səs yazı tipi də qədim dünyada geniş yayılan yazı tiplərindən biridir. Araşdırmalara
görə, səs yazısı
dilin səslərini qrafik işarələrlə
əks etdirir.
Səs
yazısının meydana gəlməsində ideoqrafik yazı
baza rolunu oynamış və
səs
yazısı məhz
bu baza əsasında
formalaşmağa başlayıb.
Tədqiqatçılar qeyd edir ki, qədim dünya dövlətlərinin bir çoxunda səs yazısı müstəqil surətdə meydana gəlmişdi. Səs yazıları içərisində ən mükəmməl səs yazı sistemləri: Şumer,
Misir, Krit və Çin yazıları hesab edilir. Bu
günədək yaşamaqda
davam edən yeganə səs yazısı Çin
yazısıdır.
Dünyada səs yazısı əlifbasının yaradılmasında Misir
heroqriflərinin böyük rol oynaması haqqında tarixin
yaddaşında çox əsaslı fikirlər var. Misirlilər bu yazı işarələrini heroqrif
adlandırırdılar. Heroqrif yunanca
"müqəddəs işarə" deməkdir.
Heroqrif adlanan bu anlaşılmaz işarələrdə misirlilərin tarixi, onların adət və ənənələri əks etdirilib. Bu sirli aləmə yol tapmadığı
üçün tarixin böyük bir mərhələsi öyrənilməmiş
qalmışdı. Nəhayət,
fransız alimi Şamplon və
Qranfeld 1822-ci ildə
bu heroqrifləri
oxumağa müvəffəq oldular.
Səs yazısının geniş yayılması və tədricən təkmilləşməsi və bu mühüm işdə qədim dünyanın bir
çox xalqlarının inkişafı qədim dünyanın ən böyük kəşfi olan əlifbanın meydana gəlməsinə səbəb oldu. İlk əlifbanın
yaradılması e.ə.
ikinci minilliyin ikinci yarısında dünyanın qədim xalqlarından
olan finikiyalılara nəsib
oldu.
Tədqiqatçıların qənaətinə görə, dünya səsli əlifbalarının hamısı bu finikiya əlifbasından törəyib.
Bizim eranın əvvəllərindən başlayaraq xristianlığın Zaqafqaziyada yayılması ilə əlaqədar arami və yunan yazılarından istifadə yolu ilə erməni, gürcü və Alban (Qafqaz) əlifbası yaranıb. Qafqaz albanlarının əlifbası 5-ci əsrin birinci rübündə indiki Azərbaycan ərazisində yaranıb. VII əsrdən başlayaraq Azərbaycanda ərəb hakimiyyətinin güclənməsi, ərəb dili və əlifbasının yayılması nəticəsində alban əlifbası sıradan çıxıb.
Tədqiqatçılar yazır ki, bu əlifba haqqında elmi ictimaiyyətə geniş məlumat ilk dəfə 1937-ci ildə gürcü alimi İ.Abuladze tərəfindən verilib. 1945-50-ci illərdə Mingəçevir Su Elektrik Stansiyası tikilərkən qazıntı zamanı içində alban əlifbası olan daş kitabələr İ.Abuladzenin fikrini bir daha təsdiq edib.
Tədqiqatçılar yazır ki, Şərqdə Finikiya yazısı əsasında Arami yazısı yarandı. Bu yazı əsasında isə Suriya, İran ərəb, qədim türk, monqol əlifbaları təşəkkül tapdı.
Daim səyahətdə olan finikiya hərifləri dəniz yolu ilə Yunanıstana keçərək orada yunan əlifbasının təməlini qoydu.
Yunan hərfləri İtaliyada tədricən latın hərflərinə çevrildi. Şimalda isə slavyan əlifbasının əsasını qoydu. E.ə 6-cı əsrdən təşəkkül tapan latın əlifbası hazırda ingilis, fransız, alman, ispan, Azərbaycan və s. ölkələrin əlifbasının əsasını təşkil edir. Azərbaycanda latın əlifbasından 1929-cu ildən 1939-cu ilə qədər istifadə edilmiş və Azərbaycan müstəqillik qazandıqdan sonra yenidən latın əlifbasına keçib.
Azərbaycan mədəniyyətinin əsaslarından olan yazı mədəniyyətimiz qədim dövrlərdən formalaşaraq günümüzə nadir informasiyalar ötürür. Bu informasiyadan aldığımız enerji nəticəsində mədəniyyətimizi daha dərindən öyrənirik.
İradə SARIYEVA
Bakı xəbər.- 2017.- 10 yanvar.- S.15