Azərbaycan dövlətinin tari­xisiyasi coğrafiyası və qədim mənbələr...

II yazı

Öl­kə­mi­zin yer­ləş­di­yi əra­zi, onun so­si­al-iq­ti­sa­di və­ziy­yə­ti, stra­te­ji əhə­miy­yə­ti, böl­gə hə­ya­tın­da oy­na­dı­ğı rol hə­mi­şə ma­raq do­ğu­rub. Azər­bay­ca­nın ta­ri­xi-si­ya­si coğ­ra­fi­ya­sı­nın mən­bə­lə­ri və ta­rix­şü­nas­lı­ğı haq­qın­da in­di­yə qə­dər xey­li say­da təd­qi­qat işi apa­rı­lıb. Dün­ya­nın ən bö­yük coğ­ra­fi­ya­çı və ta­rix­çi alim­lə­ri Azər­bay­can haq­qın­da ma­raq­lı, ət­raf­lı bil­gi­lər ve­rib.

Öl­kə­mi­zin ta­ri­xi-si­ya­si coğ­ra­fi­ya­sı haq­qın­da təd­qi­qat apa­ran pro­fes­sor Va­qif Pi­ri­ye­vin bu möv­zu­da də­yər­li fi­kir­lə­ri­ni təq­dim edi­rik.

Azər­bay­ca­nın ta­ri­xi-si­ya­si coğ­ra­fi­ya­sı­nı təd­qiq edən alim ya­zır ki, Azər­bay­ca­nın ta­ri­xi coğ­ra­fi­ya­sı­nın ta­rix­şü­nas­lı­ğı­na gəl­dik­də, bu­ra­da da iki cə­hə­ti bir-bi­rin­dən ayır­maq va­cib­dir: "Qeyd olun­du­ğu ki­mi, ta­ri­xi coğ­ra­fi­ya­nın müx­tə­lif el­mi is­ti­qa­mət­lə­ri möv­cud­dur və bu elm sa­hə­si hər han­sı ta­ri­xi dövr ər­zin­də bu və ya baş­qa əra­zi­nin və­ziy­yə­ti­ni hər­tə­rəf­li şə­kil­də öy­rə­nir. Bu ba­xım­dan Azər­bay­ca­nın nə­zər­də tu­tul­muş hər bir dövrdə­ki və­ziy­yə­ti­nin mü­əy­yən is­ti­qa­mət­lə­ri­nin - si­ya­si ta­ri­xi­nin, iq­ti­sa­di və­ziy­yə­ti­nin, coğ­ra­fi şə­ra­i­ti­nin və s. araş­dı­rıl­ma­dı­ğı­nı söy­lə­mək doğ­ru ol­maz­dı. Ta­rix­çi və coğ­ra­fi­ya­şü­nas alim­lə­rin hə­min sa­hə­lər­də­ki əmə­yi az de­yil. Azər­bay­ca­nın şə­hər­lə­ri, qa­la­la­rı, ti­ca­rə­ti, ti­ca­rət yol­la­rı, mə­də­niy­yə­ti və s. sa­hə­lər­də də mü­əy­yən təd­qi­qat­lar apa­rıl­mış­dır. Alim­lə­ri­mi­zin çox­say­lı araş­dır­ma­la­rı, əl­də et­dik­lə­ri el­mi na­i­liy­yət­lər, çap olun­muş mo­noq­ra­fik əsər­lər, aka­de­mik nəşrlər və s. bu­na sü­but­dur.

Ümu­miy­yət­lə gö­tü­rül­dük­də, Azər­bay­can ta­ri­xi­nin və elə­cə də ta­ri­xi coğ­ra­fi­ya­sı­nın ta­rix­şü­nas­lı­ğı A.A.Ba­kı­xa­no­vun adı ilə əla­qə­lən­di­ri­lir. Mü­əl­lif "Gü­lüs­ta­ni-İrəm" əsə­rin­də ilk də­fə ola­raq Azər­bay­ca­nın bir his­sə­si­nin - Şir­va­nın ta­ri­xi coğ­ra­fi­ya­sı­na da­ir qiy­mət­li mə­lu­mat ve­rir. O, Şir­va­nın or­ta əsrlər döv­rün­də­ki şə­hər­lə­ri, qa­la­la­rı, ya­şa­yış məs­kən­lə­ri, dağ­la­rı, çay­la­rı, kənd tə­sər­rü­fa­tı, əha­li­si və məş­ğu­liy­yə­ti və s. ba­rə­də ət­raf­lı da­nı­şır. A.A.Ba­kı­xa­nov­dan son­ra Mir­zə Ca­mal Qa­ra­ba­ği, Mir­zə Adı­gö­zəl bəy və s. ta­rix­çi­lər öz əsər­lə­rin­də ta­ri­xi coğ­ra­fi­ya­ya aid faktlar ver­miş­lər. Azər­bay­ca­nın qə­dim və or­ta əsrlər­də­ki şə­hər­lə­ri, qa­la­la­rı, ya­şa­yış məs­kən­lə­ri, ti­ca­rət yol­la­rı, əha­li­si və et­nik tər­ki­bi, məş­ğu­liy­yə­ti və s. ba­rə­də V.V.Bar­told, Z.Və­li­di, A.Krımski, V.Mi­norski, Ə.S.Sum­bat­za­də, Ə.Ələk­bə­rov, M.Şə­rif­li, Ə.Hü­seynza­də, M.Hey­də­rov, Q.Qey­bul­la­yev və s. təd­qi­qat­çı­lar araş­dır­ma­lar apar­mış və mü­əy­yən nə­ti­cə­lər əl­də et­miş­lər.

Əh­məd Zə­ki Və­li­di­nin "Azər­bay­ca­nın ta­ri­xi coğ­ra­fi­ya­sı" ad­lı təd­qi­qa­tı öz döv­rü­nə gö­rə ori­ji­nal­lı­ğı və möv­zu­ya ya­xın­lı­ğı ilə diq­qə­ti cəlb edir. Əsər əs­lin­də mü­əl­li­fin 1927-1931-ci il­lər­də İs­tan­bul da­rül­fü­nun­da oxu­du­ğu mü­ha­zi­rə­lə­rin bir his­sə­sin­dən iba­rət­dir. On­lar Ru­si­ya Fe­de­ra­si­ya­sı EA Şərqşü­nas­lıq İnsti­tu­tu­nun ki­tab­xa­na­sın­da mü­ha­fi­zə olu­nur. Təx­mi­nən 50 sə­hi­fə­dən iba­rət hə­min mü­ha­zi­rə­lər­də Azər­bay­ca­nın şi­mal his­sə­si­nin ya­şa­yış məs­kən­lə­ri ba­rə­də mə­lu­mat ve­ri­lir, to­po­nim­lə­rin iza­hı, lo­ka­li­za­si­ya­sı və tə­sər­rü­fat hə­ya­tı gös­tə­ri­lir. Bu­ra­da "Azər­bay­can" kəl­mə­si izah olu­nur, Dər­bənd, Bər­də, Ab­xaz-Qu­ba, Şab­ran, Şa­ma­xı, Bər­zənd, Ba­kı-Ərəş-Şə­ki-Za­qa­ta­la böl­gə­si, Qə­bə­lə və s. ya­şa­yış məs­kən­lə­ri, on­la­rın lo­ka­li­za­si­ya­sı ət­raf­lı şərh olu­nur. Və­li­di­nin Azər­bay­ca­nın ta­ri­xi coğ­ra­fi­ya­sı­nın araş­dı­rıl­ma­sı sa­hə­sin­də­ki əmə­yi müs­bət qiy­mət­lən­di­ril­mək­lə ya­na­şı, onu da qeyd et­mək va­cib­dir ki, mü­əl­lif Azər­bay­ca­nın sər­həd­lə­ri, hü­dud­la­rı ba­rə­də konkret mə­lu­mat ver­mir və öl­kə­nin ümu­mi əra­zi­si haq­qın­da da­nış­mır, da­ha doğ­ru­su, Azər­bay­ca­nın ta­ri­xi-si­ya­si coğ­ra­fi­ya­sı mə­sə­lə­lə­ri­nə xü­su­si diq­qət ye­tir­mir".

V.Pi­ri­yev ya­zır ki, Azər­bay­ca­nın ta­ri­xi coğ­ra­fi­ya­sı­nın təd­qi­qi sa­hə­sin­də, ümu­miy­yət­lə gö­tü­rül­dük­də, mü­əy­yən iş­lə­rin gö­rül­dü­yü göz qa­ba­ğın­da­dır. Onun təd­qi­qat­la­rı­na gö­rə,  ta­ri­xi coğ­ra­fi­ya­nın bə­zi el­mi is­ti­qa­mət­lə­ri uzun il­lər bo­yu nə­zər­dən qa­çı­rıl­mış, unu­dul­muş və təd­qi­qat­dan kə­nar­da qa­lıb. Alim bil­di­rir ki, bu əsa­sən ta­ri­xi coğ­ra­fi­ya­nın "ta­ri­xi-si­ya­si coğ­ra­fi­ya" və qis­mən də "ta­ri­xi-et­nik coğ­ra­fi­ya" el­mi is­ti­qa­mət­lə­ri­nə aid­dir: "Adı­çə­ki­lən mü­əl­lif­lə­rin əsər­lə­rin­də hə­min el­mi is­ti­qa­mət­lər, de­mək olar ki, araş­dı­rıl­ma­mış­dır. Nə­ti­cə­də gös­tə­ri­lən elm sa­hə­lə­ri, xü­su­si­lə də Azər­bay­ca­nın ta­ri­xi-si­ya­si coğ­ra­fi­ya­sı unu­dul­muş, öl­kə­nin ta­rix bo­yu ma­lik ol­du­ğu əra­zi­si, sər­həd­lə­ri, hü­dud­la­rı, in­zi­ba­ti-əra­zi böl­gü­sü, F.Məm­mə­do­va­nın mü­əy­yən təd­qi­qat­la­rı is­tis­na ol­maq­la, öy­rə­nil­mə­miş­dir. Et­nik mə­sə­lə­lər üz­rə mü­əy­yən iş­lər gö­rül­sə də, bu el­mi is­ti­qa­mət də ge­niş təd­qi­qat­dan kə­nar­da qal­mış­dır...

XX əs­rin 80-ci il­lə­rin­də Azər­bay­ca­nın ta­ri­xi-si­ya­si coğ­ra­fi­ya­sı­nın araş­dı­rıl­ma­sı sa­hə­sin­də oya­nış baş ver­di, bu sa­hə­də cid­di iş­lər gö­rül­dü və de­mək olar ki, ye­ni dövr baş­lan­dı. Hə­min oya­nı­şa sə­bəb 1982-ci ilin mart ayın­da Tif­lis­də ke­çi­ri­lən re­gi­o­nal el­mi mü­şa­vi­rə ol­du. Mü­şa­vi­rə keç­miş SSRİ EA SSRİ Ta­ri­xi İnsti­tu­tu­nun tə­şəb­bü­sü ilə ke­çi­ri­lir­di və "SSRİ xalqla­rı at­la­sı. Cə­nu­bi Qaf­qaz re­gi­o­nu" və­sa­i­ti­nin ha­zır­lan­ma­sı və nəş­ri­nə həsr olun­muş­du. Mü­şa­vi­rə­nin işin­də Moskva alim­lə­ri ilə ya­na­şı, Azər­bay­can, Gür­cüs­tan və Er­mə­nis­tan alim­lə­ri də iş­ti­rak edir­di. Azər­bay­can­dan mü­şa­vi­rə­yə İ.H.Əli­yev, F.C.Məm­mə­do­va və V.Z.Pi­ri­yev­dən iba­rət nü­ma­yən­də he­yə­ti get­miş­di. Mü­şa­vi­rə öz işi­nə baş­la­dı­ğı ilk an­dan mə­sə­lə­nin ma­hiy­yə­ti, cid­di­li­yi ön pla­na çıx­dı. Əsas çə­tin­lik tə­rəf­lə­rin mü­şa­vi­rə­yə ha­zır­lıq sə­viy­yə­lə­ri­nin ey­ni ol­ma­ma­sın­dan do­ğur­du. Er­mə­ni və gür­cü alim­lə­ri mü­şa­vi­rə­də hər bi­ri 20-dən ar­tıq xə­ri­tə nü­ma­yiş et­dir­di­yi hal­da, Azər­bay­can tə­rə­fi­nin əlin­də bir də­nə ol­sa da xə­ri­tə yox idi. Bu hal məhz əv­vəl­ki il­lər­də ta­ri­xi-si­ya­si coğ­ra­fi­ya­ya olan bi­ga­nə­li­yin mən­ti­qi nə­ti­cə­si idi.

Mü­şa­vi­rə­nin və ümu­miy­yət­lə, hə­ya­ta ke­çi­ril­mə­si plan­laş­dı­rı­lan hə­min təd­bi­rin əsas məq­sə­di isə er­mə­ni­lə­rin, Moskva­nın kö­mə­yi ilə, Cə­nu­bi Qaf­qa­zın ta­ri­xi-si­ya­si coğ­ra­fi­ya­sı­na da­ir xə­ri­tə­lə­ri öz mə­na­fe­lə­ri­nə uy­ğun ha­zır­la­yıb çap et­dir­mək və tez­lik­lə bü­tün dün­ya­ya ya­ya­raq son­ra­kı er­mə­ni tə­ca­vü­zü­nə "el­mi da­yaq" ya­rat­maq niy­yə­ti ol­muş­dur. At­la­sın işi­nə Azər­bay­can və Gür­cüs­tan tə­rəf­lə­ri­nin cəlb olun­ma­sı əs­lin­də for­mal xa­rak­ter da­şı­yır­dı və on­la­rın ra­zı­lı­ğı alın­say­dı, xə­ri­tə­lə­rin Cə­nu­bi Qaf­qaz alim­lə­ri­nin iş­ti­ra­kı və rə­yi ilə çap olun­du­ğu xü­su­si vur­ğu­lan­ma­lı idi. İlk mü­şa­vi­rə­də və son­ra­lar Moskva­da ke­çi­ri­lən 3 gö­rüş­də çox cid­di mü­za­ki­rə­lər ke­çi­ril­sə də, mü­ba­hi­sə­lər baş ver­sə də, at­la­sın nəş­ri baş tut­ma­dı. Tə­rəf­lə­rin heç bi­ri öz möv­qe­lə­rin­dən ge­ri çə­kil­mə­di­lər, əra­zi­lə­ri­ni gü­zəş­tə get­mə­di­lər. Azər­bay­can tə­rə­fi­nin qa­zan­cı isə o ol­du ki, hə­lə Tif­lis mü­şa­vi­rə­sin­də Azər­bay­ca­nın ta­ri­xi-si­ya­si coğ­ra­fi­ya­sı­nın də­rin­dən araş­dı­rıl­ma­sı­nın va­cib­li­yi­ni dərk et­di.

80-ci il­lə­rin or­ta­la­rın­da Azər­bay­ca­nın ta­ri­xi-si­ya­si coğ­ra­fi­ya­sı­na həsr olun­muş ilk kol­lek­tiv əsər - "İs­to­ri­çes­ka­ya ge­oq­ra­fi­ya Azer­baydja­na" top­lu­su 10 min nüs­xə ilə çap olun­du. Top­lu­nun ha­zır­lan­ma­sı­na 1982-ci ilin or­ta­la­rın­dan baş­lan­mış və təx­mi­nən 2 il­dən son­ra top­lu nəş­riy­ya­ta təq­dim olun­muş­du. La­kin top­lu hər­tə­rəf­li təz­yiq­lə­rə mə­ruz qal­dı­ğın­dan, yal­nız 1987-ci il­də işıq üzü gör­dü. Onun sa­tı­şı da təş­kil olun­ma­dı, ge­niş ya­yıl­ma­sı­na im­kan ve­ril­mə­di. Top­lu­nun ha­zır­lan­ma­sın­da res­pub­li­ka­nın gör­kəm­li alim­lə­ri - Z.M.Bün­ya­dov, F.C.Məm­mə­do­va, N.M.Və­li­xan­lı, V.Z.Pi­ri­yev, O.Ə.Əfən­di­yev, Ə.Ə.Rəh­ma­ni, F.Ə.Əli­yev ya­xın­dan iş­ti­rak et­di­lər. Aka­de­mik Z.M.Bün­ya­do­vun re­dak­tə­si ilə çap olu­nan top­lu­da era­mız­dan əv­vəl III əsrdən baş­la­mış b.e. XVIII əs­ri­nin so­nu­na qə­dər­ki döv­rü əha­tə edən 20 xə­ri­tə ve­ril­miş­dir. Hər bir xə­ri­tə əha­tə et­di­yi döv­rün ilk mən­bə­lə­ri­nin mə­lu­ma­tı ilə əsas­lan­dı­rıl­mış­dır. Mü­əl­lif­lər xə­ri­tə­də çək­di­yi sər­həd­lə­ri ilk mən­bə­lə­rin faktla­rı ilə təs­bit et­miş­lər. Ey­ni za­man­da Azər­bay­can tor­paq­la­rı­na olan yer­siz id­di­a­la­rın, xü­su­si­lə er­mə­ni və gür­cü id­di­a­la­rı­nın sə­bat­sız­lı­ğı açıq­lan­mış­dır. Mi­nil­lik bir döv­rün (e.ə. III əsr - b.e. VIII əs­ri) re­al ta­ri­xi və­ziy­yə­ti­ni ilk də­fə bər­pa edən F.C.Məm­mə­do­va bu sa­hə­də tə­əc­cüb do­ğu­ran ma­te­ri­al­lar­la çı­xış edən qon­şu təd­qi­qat­çı­lar­la cid­di mü­ba­hi­sə­lə­rə gir­miş və inan­dı­rı­cı də­lil­lər­lə öz möv­qe­yi­ni mü­da­fiə edə bil­miş­dir. N.M.Və­li­xan­lı da mü­a­sir er­mə­ni və gür­cü təd­qi­qat­çı­la­rı­nın ərəb döv­rü Azər­bay­ca­nı­nın ta­ri­xi əra­zi­lə­ri­nə olan yer­siz id­di­a­la­rı­nı ara­dan qal­dır­ma­lı ol­muş­dur. M.X.Şə­rif­li­nin ma­te­ri­al­la­rı əsa­sın­da tər­tib olun­muş xə­ri­tə­lər­də IX-XII əsr Azər­bay­can fe­o­dal döv­lət­lə­ri­nin, Z.M.Bün­ya­do­vun xə­ri­tə­sin­də Azər­bay­ca­nın El­də­niz­lər (Ata­bəy­lər) döv­rün­də­ki et­nik-si­ya­si hü­dud­la­rı əks olun­muş­dur. Azər­bay­ca­nın son or­ta əsrlər döv­rü ta­ri­xi-si­ya­si-coğ­ra­fi və­ziy­yə­ti xro­no­lo­ji ola­raq V.Z.Pi­ri­ye­vin (XIII-XIV əsrlər), O.Ə.Əfən­di­ye­vin (XV-XVI əsrlər), Ə.Ə.Rəh­ma­ni­nin (XVI əs­rin so­nu - XVII əsr) və F.M.Əli­ye­vin (XVIII əsr) xə­ri­tə­lə­rin­də öz ək­si­ni tap­mış­dır. Top­lu Azər­bay­ca­nın ta­ri­xi-si­ya­si coğ­ra­fi­ya­sı­na həsr olun­muş ilk san­bal­lı əsər ol­maq­la ya­na­şı, bu sa­hə­də son­ra­kı təd­qi­qat­la­ra tə­kan ver­miş ol­du".

V.Pi­ri­yev qeyd edir ki, 20 əs­rin son onil­li­yi Azər­bay­ca­nın ta­ri­xi coğ­ra­fi­ya­sı­nın, o cüm­lə­dən ta­ri­xi-si­ya­si coğ­ra­fi­ya­nın araş­dı­rıl­ma­sı ba­xı­mın­dan diq­qə­ti cəlb edir. Bu dövrdə bir tə­rəf­dən hə­min möv­zu­ya həsr olun­muş xü­su­si at­las nəşr olun­du, ke­çən əs­rin 80-ci il­lə­rin­də baş­la­nan təd­qi­qat­lar da­vam et­di­ril­di, di­gər tə­rəf­dən, ye­ni möv­zu­lar üzə­rin­də təd­qi­qat­lar apa­rıl­dı. Alim vur­ğu­la­yır ki, 1994-cü il­də Azər­bay­can En­sik­lo­pe­di­ya­sı tə­rə­fin­dən ha­zır­lan­mış "Azər­bay­ca­nın ta­ri­xi xə­ri­tə­lə­ri" ad­lı nə­fis at­las işıq üzü gör­dü. Ali və or­ta mək­təb­lər üçün qiy­mət­li və­sa­it sa­yı­lan hə­min at­las 1987-ci il­də rus­ca nəşr olun­muş "Azər­bay­ca­nın ta­ri­xi coğ­ra­fi­ya­sı" top­lu­su əsa­sın­da tər­tib edi­lib. Bu­ra­da Azər­bay­ca­nın müx­tə­lif dövrlə­ri­ni əks et­di­rən 24 xə­ri­tə ve­ri­lib. On­lar­dan son 5 xə­ri­tə Azər­bay­ca­nın Çar Ru­si­ya­sı döv­rün­də­ki və­ziy­yə­ti­nə, Azər­bay­can Cum­hu­riy­yə­ti əra­zi­si­nə və baş­qa mə­sə­lə­lə­rə həsr olu­nub. At­la­sın bö­yük ti­raj­la ça­pı ta­ri­xi-si­ya­si coğ­ra­fi­ya mə­sə­lə­lə­ri­nin təb­li­ğin­də əhə­miy­yət­li ad­dım ol­du: "1994-cü il­də Azər­bay­can­da ta­ri­xi-si­ya­si coğ­ra­fi­ya­ya aid da­ha bir xə­ri­tə nəşr olun­du. "Azər­bay­can Res­pub­li­ka­sı­nın xə­ri­tə­si. 1918-1920-ci il­lər" ad­la­nan (rus­ca) hə­min xə­ri­tə öl­kə­nin Azər­bay­can Cum­hu­riy­yə­ti döv­rün­də­ki əra­zi­lə­ri­ni, sər­həd­lə­ri­ni, in­zi­ba­ti-əra­zi böl­gü­sü­nü də­qiq şə­kil­də əks et­dir­di. Xə­ri­tə­də Azər­bay­can Cum­hu­riy­yə­ti­nin mü­ba­hi­sə­siz əra­zi­lə­ri ve­ri­lir və qərb sər­həd­lə­ri­mi­zin Göy­çə gö­lün­dən keç­di­yi gös­tə­ri­lir. Xə­ri­tə­nin mə­ziy­yət­lə­rin­dən bi­ri də odur ki, bu­ra­da­kı to­po­nim­lər hə­min dövrdə­ki ad­la­rı ilə əks olun­muş­dur.

Azər­bay­ca­nın ta­ri­xi xə­ri­tə­lə­ri­nin ali və or­ta mək­təb­lər üçün "Azər­bay­can ta­ri­xi" dərslik­lə­ri­nə, "Azər­bay­can ta­ri­xi"nin aka­de­mik nəş­ri­nə və di­gər nəşrlə­rə da­xil olun­ma­sı isə öl­kə­mi­zin ta­ri­xi-si­ya­si coğ­ra­fi­ya­sı­nın ge­niş oxu­cu küt­lə­si­nə çat­dı­rıl­ma­sın­da çox mü­hüm əhə­miy­yət kəsb et­di. Ha­zır­da "Azər­bay­can ta­ri­xi" üz­rə bü­tün dərslik­lər­də əha­tə et­dik­lə­ri döv­rün ta­ri­xi-si­ya­si xə­ri­tə­lə­ri ve­ri­lir. Bu isə şa­girdlə­rin elə mək­təb il­lə­rin­dən öz doğ­ma və­tən­lə­ri­nin əra­zi­si, sər­həd­lə­ri ilə ya­xın­dan ta­nış ol­ma­sı­na im­kan ya­ra­dır.

Ke­çən əs­rin 90-cı il­lə­rin­də Azər­bay­ca­nın ta­ri­xi coğ­ra­fi­ya­sı­na həsr olun­muş ye­ni möv­zu­lar ət­ra­fın­da təd­qi­qat­lar apa­rıl­dı, dis­ser­ta­si­ya­lar ya­zıl­dı. T.F.Əli­ye­vin Şir­va­nın XVII-XVIII əsrlər­də­ki ta­ri­xi coğ­ra­fi­ya­sı­na, S.İ.Bu­da­qo­va­nın Nax­çı­va­nın XVIII əs­rin II ya­rı­sı - XIX əs­rin 1 qə­ri­nə­sin­də­ki ta­ri­xi coğ­ra­fi­ya­sı­na həsr olun­muş təd­qi­qat­la­rı bu ba­xım­dan ma­raq­lı­dır. Döv­rün ta­ri­xi coğ­ra­fi­ya ba­xı­mın­dan cəz­be­di­ci cə­hət­lə­rin­dən bi­ri er­mə­ni iş­ğa­lı­na mə­ruz qa­lan əra­zi­lə­ri­mi­zin ta­ri­xi-coğ­ra­fi şə­ra­i­ti­nin araş­dı­rıl­ma­sı­na ma­ra­ğın artma­sı idi. Qı­sa müd­dət ər­zin­də Ə.Ələk­bər­li­nin "Qə­dim türk-oğuz yur­du - Er­mə­nis­tan", "Er­mə­nis­tan azər­bay­can­lı­la­rı­nın ta­ri­xi coğ­ra­fi­ya­sı", "İs­to­ri­çes­ka­ya qe­oq­ra­fi­ya za­pad­no­qo Azer­baydja­na" ki­mi mo­noq­ra­fik əsər­lə­ri işıq üzü gör­dü. Hə­min əsər­lə­rin əsas məğ­zi­ni ümu­mi ta­ri­xi-coğ­ra­fi mə­sə­lə­lər təş­kil et­sə də, on­lar­da ta­ri­xi-si­ya­si coğ­ra­fi­ya­ya aid ma­te­ri­al­lar da az de­yil. Son il­lər­də Azər­bay­ca­nın ta­ri­xi-si­ya­si coğ­ra­fi­ya­sı­na aid bir sı­ra el­mi mə­qa­lə­lər də nəşr olun­du. X.Va­hi­do­va­nın Or­du­bad şə­hə­ri­nin əra­zi­si­nə, V.Pi­ri­ye­vin Azər­bay­ca­nın XIII-XIV əsrlər­də­ki hü­dud­la­rı­na, Nax­çı­va­nın hə­min dövrdə­ki ta­ri­xi coğ­ra­fi­ya­sı­na həsr olun­muş mə­qa­lə­lə­ri bu qə­bil­dən­dir.

Fə­rəh­li hal­dır ki, 2002-ci il­də (gec ol­sa da) Azər­bay­can MEA Ta­rix İnsti­tu­tu­nun struk­tu­run­da "Azər­bay­ca­nın ta­ri­xi coğ­ra­fi­ya­sı" şö­bə­si ya­ra­dıl­mış­dır. Hə­min şö­bə­nin fə­a­liy­yə­ti nə­ti­cə­sin­də və­tə­ni­mi­zin ta­ri­xi-si­ya­si coğ­ra­fi­ya­sı­nın təd­qi­qi sa­hə­sin­də da­ha mü­hüm na­i­liy­yət­lə­rin qa­za­nı­la­ca­ğı şüb­hə do­ğur­mur".

Ali­min apar­dı­ğı təd­qi­qat işi­nin çox az his­sə­sin­dən is­ti­fa­də edə bil­dik. He­sab edi­rik ki, Azər­bay­ca­nın ta­ri­xi-si­ya­si coğ­ra­fi­ya­sı haq­qın­da da­ha ge­niş bil­gi­yə ma­lik ol­ma­lı­yıq. Azər­bay­can el­mi bu sa­hə­də irə­li­lə­yiş­lər, na­i­liy­yət­lər əl­də edib. Dü­şü­nü­rük ki, in­dən son­ra da bu is­ti­qa­mət­də gö­rü­lən iş­lə­rin döv­lə­ti­miz, ta­ri­xi­miz, xal­qı­mız üçün bö­yük əhə­miy­yə­ti var.

İradə SARIYEVA

Bakı xəbər.- 2017.- 25 yanvar.- S.15