Azərbaycan dövlətinin tari­xisiyasi coğrafiyası və qədim mənbələr...

I yazı

Azər­bay­can ta­ri­xi, öl­kə­mi­zin ta­ri­xi-si­ya­si coğ­ra­fi­ya­sı ay­rı­ca bir sa­hə ki­mi diq­qə­ti cəlb edir. Gü­nü-gün­dən in­ki­şa­fa doğ­ru ge­dən Azər­bay­can el­mi, ta­rix­şü­nas­lı­ğı bu sa­hə­nin də diq­qət­dən kə­nar­da qal­ma­sı­na im­kan ver­mir. Azər­bay­ca­nın ta­ri­xi-si­ya­si coğ­ra­fi­ya­sı­nın mən­bə­lə­ri və ta­rix­şü­nas­lı­ğı haq­qın­da təd­qi­qat apa­ran alim­lər bi­zə ol­duq­ca ma­raq­lı mə­lu­mat­lar ve­rir.

Ta­ri­xi "İpək Yo­lu"nun üs­tün­də yer­lə­şən və­tə­ni­mi­zin çox keş­mə­keş­li ta­ri­xi olub. Biz bu gün alim­lə­rin təd­qi­qat­la­rın­dan ta­ri­xi­miz, öl­kə­mi­zin ta­ri­xi-si­ya­si coğ­ra­fi­ya­sı ba­rə­də mə­lu­mat ala bi­li­rik. Alim­lə­rin bu sa­hə­də ki­fa­yət qə­dər təd­qi­qat işi var. Azər­bay­can döv­lət­çi­li­yi­nin, elm və mə­də­niy­yə­ti­nin, ta­ri­xi­nin əsas­la­rın­dan bi­ri­ni təş­kil edən mə­sə­lə­lər hər za­man diq­qət mər­kə­zin­də ol­ma­lı­dır.

Möv­zu ilə bağ­lı ta­rix elmlə­ri dok­to­ru, pro­fes­sor Va­qif Pi­ri­yev ge­niş araş­dır­ma apa­rıb.

V.Pi­ri­yev ya­zır ki, gös­tə­ril­di­yi ki­mi, ta­ri­xi coğ­ra­fi­ya el­mi çox ge­niş sa­hə­lə­ri bir­ləş­di­rir və bu ba­xım­dan onun təd­qi­qi üçün həd­dən-zi­ya­də və müx­tə­lif xa­rak­ter­li - ta­ri­xi, coğ­ra­fi, ədə­bi, linqvis­tik və s. mən­bə­lər möv­cud­dur: "On­la­rın sı­ra­sın­da ya­zı­lı, ar­xe­o­lo­ji, et­noq­ra­fik, to­po­ni­mik, nu­miz­ma­tik, epiq­ra­fik, bə­dii, folklor, dil, antro­po­lo­ji, tə­bi­ət elmlə­ri­nə da­ir mə­lu­mat­lar, də­qiq elmlə­rin gös­tə­ri­ci­lə­ri və s. ma­te­ri­al­lar var. Odur ki, Azər­bay­ca­nın ta­ri­xi coğ­ra­fi­ya­sı ümu­mi şə­kil­də gö­tü­rü­lər­sə, ona da­ir ilk mən­bə­lə­rin çox­lu­ğu və müx­tə­lif xa­rak­ter­li ol­ma­sı diq­qə­ti cəlb edir. Azər­bay­ca­nın ta­ri­xi coğ­ra­fi­ya­sı­nın "Ta­ri­xi-si­ya­si coğ­ra­fi­ya" el­mi is­ti­qa­mə­ti­nə da­ir ilk mən­bə­lə­rə gəl­dik­də isə, on­la­rın sa­yı və növ­lə­ri heç də la­zı­mi qə­dər de­yil, ay­rı-ay­rı vaxtlar­da, ta­ri­xi dövrlər­də öl­kə­nin ta­ri­xi-si­ya­si coğ­ra­fi­ya­sı­nı əks et­di­rən spe­si­fik əsər­lər, xü­su­si mən­bə­lər ya­zıl­ma­mış­dır. Bu­nun­la ya­na­şı, bü­tün dövrlə­rə aid ilk ya­zı­lı mən­bə­lər­də, xü­su­si­lə ta­ri­xi və coğ­ra­fi əsər­lər­də Azər­bay­ca­nın ta­ri­xi-si­ya­si coğ­ra­fi­ya­sı­na da­ir faktla­ra rast gəl­mək müm­kün­dür. Bə­zi mən­bə­lər­də be­lə faktlar cü­zi­dir­sə, di­gər­lə­rin­də nis­bə­tən çox­dur. Əsas və­zi­fə hə­min mən­bə­lər­dən ta­ri­xi-si­ya­si coğ­ra­fi­ya­ya aid ma­te­ri­al­la­rın, faktla­rın araş­dı­rı­lıb üzə çı­xa­rıl­ma­sı, top­lan­ma­sı, tər­cü­mə­si, təd­qi­qa­ta cəlb olun­ma­sı və on­la­rın əsa­sın­da döv­rün ta­ri­xi-si­ya­si coğ­ra­fi­ya­sı­nı öy­rən­mək­dən iba­rət­dir.

Ta­ri­xi coğ­ra­fi­ya­ya aid ilk mən­bə­lər dövrlər üz­rə fərqlən­di­yi ki­mi, ya­zıl­dı­ğı dil­lə­rə gö­rə də müx­tə­lif­dir. Ən qə­dim mən­bə­lər şu­mer, ak­kad, la­tın, yu­nan və s. dil­lər­də möv­cud­dur. Son­ra­kı dövr mən­bə­lə­ri isə al­ban, er­mə­ni, qə­dim fars, ərəb, or­ta fars, türk, rus, Av­ro­pa, gür­cü və s. dil­lər­də mey­da­na gəl­miş­dir. Azər­bay­ca­nın ta­ri­xi coğ­ra­fi­ya­sı­nı qon­şu öl­kə­lə­rin, döv­lət­lə­rin, vi­la­yət­lə­rin ta­ri­xi coğ­ra­fi­ya­la­rın­dan təc­rid et­mək də düz­gün de­yil. Azər­bay­can, bir vi­la­yət, döv­lət ki­mi, qon­şu öl­kə­lər­lə, xü­su­si­lə Qaf­qaz, Ki­çik Asi­ya, Ya­xın Şərq öl­kə­lə­ri ilə qar­şı­lıq­lı əla­qə­də ol­muş, bu­na gö­rə də Azər­bay­ca­nın ta­ri­xi coğ­ra­fi­ya­sı ilə hə­min öl­kə­lə­rin ta­ri­xi coğ­ra­fi­ya­la­rı ara­sın­da bir sı­ra ox­şar­lıq, ey­ni­lik, ümu­mi­lik möv­cud­dur. Bu ox­şar­lı­ğın tə­za­hü­rü ilk mən­bə­lə­rin ey­ni­li­yin­də də özü­nü gös­tə­rir. Bir çox ilk mən­bə­lər, xü­su­si­lə qə­dim və an­tik dövr mən­bə­lə­ri qon­şu öl­kə­lə­rin ta­ri­xi coğ­ra­fi­ya­sı ilə ya­na­şı, Qaf­qa­zın, o cüm­lə­dən Azər­bay­ca­nın ta­ri­xi-si­ya­si coğ­ra­fi­ya­sı ba­rə­də faktla­ra ma­lik­dir. Bu ba­xım­dan şu­mer-ak­kad das­tan­la­rı ilə ya­na­şı, He­ro­do­tun "Ta­rix", Stra­bo­nun "Coğ­ra­fi­ya", Plu­tar­xın "Pa­ral­lel tər­cü­me­yi-hal­lar", Klav­di Pto­lo­me­yin "Coğ­ra­fi­ya dərsli­yi", Pom­po­ni Me­la­nın "Ye­rin təs­vi­ri" və s. əsər­lə­ri diq­qə­ti cəlb edir. Bu mən­bə­lər­də qon­şu öl­kə­lər­lə ya­na­şı, At­ro­pa­te­na və Qaf­qaz Al­ba­ni­ya­sı­nın ta­ri­xi-si­ya­si coğ­ra­fi­ya­sı ba­rə­də qiy­mət­li faktlar ve­ri­lir ki, məhz on­la­rın kö­mə­yi ilə di­ya­rın hə­min dövrlər­də­ki və­ziy­yə­ti araş­dı­rı­lır. He­ro­do­tun Dər­bənd ke­çi­di, Araz ça­yı, Xə­zər də­ni­zi, kas­pi­lər, uti­lər, Stra­bo­nun Al­ba­ni­ya­nın əra­zi­si, Kür ça­yı­nın möv­qe­yi, 26 al­ban tay­fa­sı, Plu­tar­xın bir sı­ra to­po­nim­lər, Kür və Araz çay­la­rı, Klav­di Pto­lo­me­yin Al­ba­ni­ya­nın 29 şə­hə­ri, kən­di, çay­la­rı, dağ aşı­rım­la­rı, Pom­po­ni Me­la­nın At­ro­pa­te­na və Qaf­qaz Al­ba­ni­ya­sı­nın çay­la­rı, dağ­la­rı, ada­la­rı, bə­zi tay­fa­la­rı, həm­çi­nin, Bö­yük Pli­ni­nin Al­ba­ni­ya­nın baş şə­hər­lə­ri, al­ban­la­rın mən­şə­yi və s. ba­rə­də­ki mə­lu­ma­tı bu ba­xım­dan əhə­miy­yət kəsb edir".

Ali­min yaz­dı­ğı­na gö­rə, qə­dim mən­bə­lər­də ta­ri­xi-si­ya­si coğ­ra­fi­ya­mız haq­qın­da ge­niş bil­gi­lər ve­ri­lib. O ya­zır ki, al­ban Mo­i­sey Ka­lan­kat­lı­nın "Al­ban­la­rın ta­ri­xi" (VIII əsr), Mxi­tar Qo­şun "Al­ban xro­ni­ka­sı" (XII əsr), Ge­vond Var­da­pe­tin "Ta­rix" (VIII əsr), Gən­cə­li Ki­ra­ko­sun "Ta­rix" (XIII əsr) əsər­lə­ri Azər­bay­ca­nın ta­ri­xi-si­ya­si coğ­ra­fi­ya­sı­na aid ma­te­ri­al­la­rı ilə se­çi­lir. Mo­i­sey Ka­lan­kat­lı­nın və Gən­cə­li Ki­ra­ko­sun Al­ba­ni­ya­nın əra­zi­si ba­rə­də­ki faktla­rı bu ba­xım­dan diq­qə­ti da­ha çox cəlb edir: "Son mü­əl­li­fin əsə­rin­də Al­ba­ni­ya­nın Er­mə­nis­tan və Gür­cüs­tan­dan ay­rı ol­ma­sı xü­su­si vur­ğu­la­nır.

Ana­niy Şi­ra­kat­si də əsə­rin­də Al­ba­ni­ya­nın sər­həd­lə­ri­ni gös­tə­rir, əya­lət­lə­ri­nin adı­nı sa­da­la­yır və bil­di­rir ki, Al­ba­ni­ya­ya 20 ma­hal da­xil­dir. La­kin onun yaz­dı­ğın­dan Al­ba­ni­ya­nın Kür­dən şi­mal­da yer­ləş­di­yi an­la­şı­lır. Ge­vond Var­da­pe­tin əsə­rin­də də Al­ba­ni­ya­nın VI­II əsrdə­ki hü­dud­la­rı ba­rə­də mə­lu­mat ve­ri­lir.

Ərəb­dil­li ilk mən­bə­lə­rin xro­no­lo­ji çər­çi­və­si əsa­sən IX-XV əsrlə­ri əha­tə edir. On­la­rın bö­yük bir qis­mi Xi­la­fə­tin tər­ki­bi­nə da­xil olan öl­kə­lə­rin, o cüm­lə­dən Azər­bay­ca­nın ta­ri­xi-si­ya­si coğ­ra­fi­ya­sı ba­rə­də faktla­ra ma­lik­dir. Ərəb mü­əl­lif­lə­ri - ta­rix­çi və coğ­ra­fi­ya­şü­nas alim­lə­ri İbn Hi­şam (IX əsr), İbn Xor­dad­beh (IX əsr), əl-Ya­qu­bi (IX əsr), İbn əl-Fə­qih (IX əsr), ət-Tə­bə­ri (IX-X əsrlər), əl-Mə­su­di (X əsr), əl-İs­təx­ri (X əsr), İbn Hav­qəl (X əsr), əl-Mü­qəd­də­si (X əsr), əl-Bi­ru­ni (XI əsr), əl-İd­ri­si (XII əsr), əl-Qər­na­ti (XIII əsr), Ya­qut əl-Hə­mə­vi (XII-XIII əsrlər), İbn əl-Əsir (XIII əsr), ən-Nə­sə­vi (XIII əsr), Zə­kə­riy­yə əl-Qəz­vi­ni (XIII əsr), İbn Bət­tu­tə (XIV əsr), İbn Ərəb­şah (XIV-XV əsrlər), Əb­dür­rə­şid Ba­ku­vi (XV əsr) və baş­qa­la­rı öz əsər­lə­rin­də bu di­ya­rın ta­ri­xi, coğ­ra­fi­ya­sı və elə­cə də ta­ri­xi coğ­ra­fi­ya­sı ba­rə­də mü­əy­yən də­lil­lər, faktlar ve­rir­lər. Mə­sə­lən, İbn Hi­şam (IX əsr) Azər­bay­can­dan bəhs edə­rək ya­zır: "Ora türk tor­pa­ğı­dır". İbn Xor­dad­be­hin Azər­bay­can şə­hər­lə­ri, on­la­rın ara­sın­da­kı mə­sa­fə, ti­ca­rət yol­la­rı, ən-Nə­sə­vi­nin Azər­bay­ca­nın qərb sər­həd­lə­ri, İbn Bət­tu­tə­nin XIV əs­rin or­ta­la­rın­da Hü­la­kü­lər döv­lə­ti­nin 11 his­sə­yə par­ça­lan­ma­sı, əl-Ku­fi­nin, əl-Bə­la­zu­ri­nin, İbn Xəl­du­nun Azər­bay­can­da məs­kən sal­mış ərəb qə­bi­lə­lə­ri, İbn Ərəb­şa­hın Əlin­cə qa­la­sı və s. ba­rə­də­ki mə­lu­mat­la­rı öl­kə­nin or­ta əsrlər­də­ki ta­ri­xi coğ­ra­fi­ya­sı­nın araş­dı­rıl­ma­sı ba­xı­mın­dan çox əhə­miy­yət­li­dir.

XI-XII əsrlər­dən baş­la­ya­raq ərəb­dil­li mən­bə­lər öz möv­qe­yi­ni təd­ri­cən farsdil­li mən­bə­lə­rə ve­rir. Bu hal fars di­li­nin in­ki­şa­fı, mə­də­niy­yət, elm, si­ya­sət di­li sta­tu­su kəsb et­mə­si ilə əla­qə­dar­dır. Fars di­lin­də ya­zıl­mış ta­ri­xi və coğ­ra­fi əsər­lər müx­tə­lif öl­kə­lə­rin, o cüm­lə­dən Azər­bay­ca­nın ta­ri­xi-si­ya­si coğ­ra­fi­ya­sı­na da­ir ma­raq­lı faktlar­la zən­gin­dir. On­la­rın bə­zi­lə­ri bu ba­xım­dan xü­su­si­lə fərqlə­nir".

V.Pi­ri­yev ya­zır ki, Ra­vən­di­nin "Ra­hət əs-sü­dur və ayət əs-sü­rur" (XI-XII əsrlər), ano­nim "Əca­ib əd-dün­ya" (XIII əsr), Rə­şi­dəd­di­nin "Ca­me ət-tə­va­rix", "Mü­ka­ti­bat" (XIII-XIV əsrlər), Həm­dul­lah Qəz­vi­ni­nin "Nüz­hət əl-qu­lub", "Zeyl-e ta­rix-e qo­zi­de" (XIV əsr), Şə­rə­fəd­din Əli Yəz­di­nin "Zə­fər­na­mə" (XIV-XV əsrlər), Ha­fiz Əb­ru­nun "Züb­dət üt-tə­va­rix" (XV əsr), Hə­sən Rum­lu­nun "Əh­sən ət-tə­va­rix" (XV əsr), Əb­dür­rəz­zaq Sə­mər­qən­di­nin "Mət­lə' üs-sə'deyn" (XVI əsr), İs­gən­dər Mün­şi­nin "Ta­rix-e alam aray-i Ab­ba­si" (XVII əsr), A.A.Ba­kı­xa­no­vun "Gü­lüs­ta­ni-İrəm", Mir­zə Ca­mal Qa­ra­ba­ği­nin "Qa­ra­bağ ta­ri­xi" (XIX əsr), "Qa­ra­bağ­na­mə­lər" və s. mən­bə­lər hə­min qə­bil­dən­dir.

"Azər­bay­ca­nın ta­ri­xi-si­ya­si coğ­ra­fi­ya­sı ba­xı­mın­dan XVI əs­rin so­nun­da və XVIII əs­rin 20-ci il­lə­rin­də türk di­lin­də tər­tib edil­miş "İrə­van əya­lə­ti­nin ic­mal dəf­tə­ri", "Nax­çı­van san­ca­ğı­nın mü­fəs­səl dəf­tə­ri", "Gən­cə-Qa­ra­bağ əya­lə­ti­nin mü­fəs­səl dəf­tə­ri", "Tif­lis əya­lə­ti­nin mü­fəs­səl dəf­tə­ri "Ər­də­bil li­va­sı­nın mü­fəs­səl dəf­tə­ri" və baş­qa qə­bil­dən olan mə­lu­mat ki­tab­la­rı bö­yük əhə­miy­yət kəsb edir. On­la­rın ha­mı­sı son vaxtlar­da Azər­bay­can di­lin­də nəşr olu­na­raq el­mi ic­ti­ma­iy­yə­tin is­ti­fa­də­si­nə ve­ril­miş­dir. İki nüs­xə­də tər­tib olun­muş bu dəf­tər­lər­də adı çə­ki­lən böl­gə­lə­rin hə­min dövrlər­də­ki əra­zi­si, in­zi­ba­ti böl­gü­sü, ya­şa­yış məs­kən­lə­ri, kəndlə­ri mü­fəs­səl şə­kil­də şərh olu­nur və di­ya­rın əha­li­si, gə­lir­lə­ri gös­tə­ri­lir.

Mə­lum ol­du­ğu ki­mi, son or­ta əsrlər­də Av­ro­pa­nın bir çox öl­kə­lə­rin­dən müx­tə­lif sə­viy­yə­li şəxslər - döv­lət xa­dim­lə­ri, dip­lo­mat­lar, sə­fir­lər, səy­yah­lar, ta­cir­lər və s. Şərq öl­kə­lə­ri­nə gəl­miş­lər və gəz­dik­lə­ri, gör­dük­lə­ri yer­lər ba­rə­də xa­ti­rə­lə­ri­ni qə­lə­mə al­mış­lar. On­la­rın bə­zi­lə­ri Azər­bay­can­da da ol­muş­dur. Ales­sandri Vin­çes­so, Adam Ole­a­ri və baş­qa­la­rı­nın xa­ti­rə­lə­rin­də, gün­də­lik­lə­rin­də Azər­bay­ca­nın ta­ri­xi-si­ya­si coğ­ra­fi­ya­sı ba­rə­də­ki qeydlər diq­qə­ti cəlb edir. Mə­sə­lən, Ales­sandri Vin­çes­so 1572-ci il­də Sə­fə­vi­lər döv­lə­ti haq­qın­da ha­zır­la­dı­ğı he­sa­bat­da döv­lə­tin in­zi­ba­ti qu­ru­lu­şu ba­rə­də qiy­mət­li mə­lu­mat ve­rir. Al­man ali­mi Adam Ole­a­ri­nin (XVI əsr) xa­ti­rə­lə­rin­də də Sə­fə­vi­lər döv­lə­ti­nin in­zi­ba­ti qu­ru­lu­şun­dan bəhs olu­nur. İo­hann Şiltber­qe­rin (XIV əsr) Qaf­qa­zın vi­la­yət­lə­ri, şə­hər­lə­ri, İo­hann de Qa­lo­ni­fon­ti­bu­sun (XV əsr) Qaf­qaz­da ya­şa­yan xalqlar, Oruc bəy Ba­ya­tın is­pan di­lin­də ya­zıl­mış he­ka­yə­lə­rin­də (1604) qı­zıl­baş tay­fa­la­rı və s. ba­rə­də­ki qeydlə­ri Azər­bay­ca­nın ta­ri­xi-si­ya­si mən­zə­rə­si­nin araş­dı­rıl­ma­sın­da çox qiy­mət­li­dir.

Cə­nu­bi Qaf­qa­zın, elə­cə də Şi­ma­li Azər­bay­ca­nın Ru­si­ya­nın nü­fuz da­i­rə­si­nə keç­mə­si ta­ri­xi coğ­ra­fi­ya­ya da­ir mən­bə­lər sı­ra­sın­da rus­dil­li ədə­biy­ya­tın mey­da­na gəl­mə­si­nə və təd­ri­cən ço­xal­ma­sı­na sə­bəb ol­du. Bi­lin­di­yi ki­mi, Çar Ru­si­ya­sı Qaf­qa­za meyl sal­dı­ğı ilk vaxtlar­dan baş­la­ya­raq ay­rı-ay­rı böl­gə­lə­rin coğ­ra­fi möv­qe­yi, tə­sər­rü­fa­tı, əha­li­si, adət-ənə­nə­lə­ri, mə­də­niy­yə­ti, in­zi­ba­ti böl­gü­sü, ya­şa­yış məs­kən­lə­ri, iq­li­mi, mad­di ne­mət­lə­ri və s. ba­rə­də də­qiq araş­dır­ma­lar apar­mış­dır. Qaf­qaz ar­xe­o­lo­ji ko­mis­si­ya­sı tə­rə­fin­dən top­lan­mış xü­su­si sə­nəd­lər (aktlar), müx­tə­lif sta­tis­tik mə­lu­mat­lar, əha­li­nin ka­me­ral si­ya­hı­ya­a­lın­ma­la­rı, ay­rı-ay­rı rus mə­mur­la­rı­nın qeydlə­ri bu ba­xım­dan ma­raq do­ğu­rur. İ.Q.Qer­ber, P.Q.But­kov, V.Leq­ko­bı­tov, F.F.Si­mo­no­viç, F.A.Şi­nit­ni­kov və s. mü­əl­lif­lər bu sa­hə­də mü­əy­yən iş­lər gör­müş­lər. 1870-ci il­də Qaf­qaz böl­gə­si üz­rə tər­tib edil­miş Ru­si­ya im­pe­ri­ya­sı ya­şa­yış məs­kən­lə­ri­nin si­ya­hı­sı Şi­ma­li Azər­bay­ca­nın ta­ri­xi-si­ya­si coğ­ra­fi­ya­sı­nın təd­qi­qi ba­xı­mın­dan qiy­mət­li­dir. Bu­ra­da Azər­bay­ca­nın şi­mal əra­zi­lə­rin­də­ki ay­rı-ay­rı ya­şa­yış məs­kən­lə­ri öz ək­si­ni tap­mış və on­la­rın əha­li­si, tə­sər­rü­fa­tı gös­tə­ril­miş­dir.

Azər­bay­ca­nın ta­ri­xi-si­ya­si coğ­ra­fi­ya­sı­na da­ir mən­bə­lər sı­ra­sın­da müx­tə­lif dövrlər­də tər­tib olun­muş, çə­kil­miş xə­ri­tə­lə­rin və ta­ri­xi-coğ­ra­fi təs­vir­lə­rin ro­lu əvəz­siz­dir. Be­lə xə­ri­tə­lər­dən ərəb mü­əl­li­fi İbn Hav­qə­lin (X əsr) "Ki­tab su­rət əl-ərd" əsə­rin­də­ki "Xə­zər də­ni­zi xə­ri­tə­si", "Azər­bay­can və Ar­ran xə­ri­tə­si", əl-İd­ri­si­nin (XII əsr) xə­ri­tə­si, XIX əs­rə da­ir rus mə­mur­la­rı­nın Qaf­qa­za və Xə­zər­ya­nı böl­gə­lə­rə həsr olun­muş xə­ri­tə­lə­ri, 1903-cü il­də Qaf­qaz hər­bi böl­gə­si tə­rə­fin­dən tər­tib edil­miş xə­ri­tə (1993-cü il­də tək­rar nəşr olun­muş­dur), əs­ri­mi­zin 20-ci il­lə­rin­də tər­tib olun­muş "Qaf­qaz və İran Azər­bay­ca­nı xə­ri­tə­si", "Şi­ma­li Azər­bay­can Ru­si­ya im­pe­ri­ya­sı tər­ki­bin­də" (1868-1917-ci il­lər in­zi­ba­ti böl­gü­sü­nə əsa­sən), "Azər­bay­can xə­ri­tə­si (1920-ci il ün­van-təq­vi­mi)", 1926-cı il­də çə­kil­miş "Azər­bay­ca­nın si­ya­si və tə­bii xə­ri­tə­si" (İb­ra­him Ağa Və­ki­lo­vun), xü­su­si­lə də 1994-cü il­də tər­tib olun­muş "Kar­ta Azer­baydjanskoy Res­pub­li­ki 1918-1920" xə­ri­tə­si diq­qə­ti cəlb edir" - de­yə V.Pi­ri­yev qeyd edir.

Pro­fes­so­run Azər­bay­ca­nın ta­ri­xi-si­ya­si coğ­ra­fi­ya­sı haq­qın­da ver­di­yi ge­niş bil­gi xal­qı­mı­zın və döv­lə­ti­mi­zin qə­dim çağ­lar­dan bə­ri keç­di­yi yol, onun haq­qın­da qə­dim mən­bə­lər­də yer alan mə­lu­mat­lar­dan bəhs edir.

İradə SARIYEVA

Bakı xəbər.- 2017.- 25 yanvar.- S.13