Şəxsi torpaqlara düşmüş tarix-mədəniyyət abidələrinin taleyi

Vətəndaşlara məxsus torpaq sahələrində, həyətlərdə yerləşən abidələrin dövlət mülkiyyətinə qaytarılması üçün prosedur qaydaları necədir?

Fariz Xəlilli: “Elə abidələr var ki, onları dövlət mülkiyyətinə keçirmək üçün vətəndaşı ərazidən köçürüb ona kompensasiya ödənilməlidir

Vətəndaş özündə məsuliyyət hiss etməli həyətindən, bağından çıxan, yaxud ərazisində mövcud olan abidə haqqında aidiyyəti dövlət qurumlarına məlumat verməlidir

Tarix mədəniyyət abidələri maddi-mədəni irsin vacib bir sahəsidir. Bu gün Azərbaycanda dövlət tərəfindən qeydiyyata alınan maddi mədəniyyət abidələrinin qorunması, bərpası mühafizəsi müvafiq qurum tərəfindən həyata keçirilir. Təəssüf ki, respublika ərazisində mövcud olan tarix-mədəniyyət, memarlıq abidələrinin heç hamsısı dövlət qeydiyyatına alınmayıb.Bu abidələr əsasən fərdi şəxslərə məxsus olan ərazilərdə, torpaq sahələrində, evlərin altında olduğu üçün,  qeydiyyatdan kənarda qalıb. Biz özümüz dəfələrlə həm rayonlarda, həm Bakıətrafı kəndlərdə şəxsi mülklərin, torpaq sahələrinin içində tarix-mədəniyyət abidələrini görmüşük. Bu faktı ekspertlər təsdiqləyirlər. Onu da vurğulayaq ki, “Tarix mədəniyyət abidələrinin qorunması haqqındaAzərbaycan Respublikasının Qanununda da, Azərbaycan Respublikası Konstitusiyasında da qeyd edilir ki, tarix mədəniyyət abidələrini qorumaq hər kəsin borcudur tarix mədəniyyət abidələri xalqın milli sərvətidir.Qeyd etdiyimiz kimi, bəzi şəxslərə məxsus olan torpaq sahələrində olan abidələr var. Məlumdur ki, heç bütün insanlar o abidələrin qorunmasında, bərpasında maraqlı deyil. Hətta bəzən o abidələrə müdaxilə edilməsi faktları ilə rastlaşırıq. Əlbəttə, şəxsi mülklərin, torpaq sahələrinin içində olan tarix-mədəniyyət, memarlıq abidələrinin hamısının dövlət tərəfindən qeydiyyata alınması vacibdir.O abidələrin dövlət mülkiyyətinə qaytarılması üçün prosedur qaydaları mövcuddurmu? Ümumiyyətlə, vətəndaşlara aid olan sahələrdə yerləşən abidələrin qorunması bərpası həyata keçirilə bilirmi?

“MİRAS” - Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin rəhbəri, tarixçi-etnoqraf, tarix üzrə fəlsəfə doktoru, mədəni irs üzrə mütəxəssis Fariz XəlilliBakı-Xəbər”ə bildirdi ki, gündəmə gətirdiyimiz problem hazırda bütün mütəxəssisləri düşündürür. F.Xəlillinin sözlərinə görə, tarixi mədəniyyət abidələrinin qorunması, bərpası s. bağlı bütün məqamlarTarix mədəniyyət abidələrinin qorunması haqqındaAzərbaycan Respublikasının Qanununda öz əksini tapıb: “Bu qanunvericilikdə arxeoloji, tarix, mədəniyyət, memarlıq abidələrinin hansı şəkildə qorunmalı olduğu istifadə qaydaları tam olaraq əksini tapıb. Vətəndaşlara məxsus həyətyanı sahəsində, torpaqlarda olan arxeoloji memarlıq abidələri çoxdur. Vətəndaşlar bu abidələrə hədsiz həssas münasibət göstərməlidirlər. Ümumiyyətlə, bu məsələdə birinci vətəndaş məsuliyyəti olmalıdır. Ola bilsin ki, bir vətəndaşın həyətyanı sahəsində, bağında elmə məlum olmayan hansısa bir abidə üzə çıxarılıb, yaxud əvvəldən vətəndaşa belə bir abidənin olması məlumdur, lakin dövlət qeydiyyatına alınmayıb. Belə hallar da olur. Vətəndaş özündə məsuliyyət hiss etməli həyətindən, bağından çıxan, yaxud ərazisində mövcud olan abidə haqqında aidiyyəti dövlət qurumlarına məlumat verməlidir. Bilirsiniz ki, Mədəniyyət Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı Bərpası üzrə Dövlət Xidməti fəaliyyət göstərir. Adından da göründüyü kimi, sözügedən məsələ ilə bu qurum məşğul olur. Vətəndaşın həyətində olan abidə dövlət qeydiyyatındadırsa, Dövlət Xidmətinin əməkdaşları vətəndaşla söhbət edir ki, həmin abidənin qorunmasına yardım göstərsinlər, yaxud ərazidə hər hansı bir qazıntı işləri apardıqda abidəyə zərər vurmasınlar. Bağında, həyətində abidə olan hər bir vətəndaş ərazidə hər hansı bir görmək istədikdə mütləq bu barədə Dövlət Xidmətinə məlumat verməlidir. Həyətyanı sahələrdə, torpaq sahələrində olan abidələri dövlət özününküləşdirənməz, vətəndaşdan ala bilməz. Dünyanın hər yerində belədir, həmin abidə vətəndaşın həyətində qalır, ancaq vətəndaşa orada hər hansı bir görmək üçün icazə verilmir.  Vətəndaş ərazidə ağac əkmək istəsə, əkə bilər, ancaq ərazidə ev, yaxud əl damı tikə bilməz. Əgər bunu etmək istəyirsə, bu barədə dövlətə məlumat verməlidir ki, müvafiq dövlət qurumu əraziyə gəlib baxsın onu qiymətləndirsin. Bu məsələdə hər şey yenə vətəndaş məsuliyyəti üzərindədir. Dövlət o tikililərin hamısını ala bilməz. Dövlət o ərazilərdəki abidələri qeydiyyata almalıdır, onların mühafizə zolağını müəyyənləşdirməlidir. Vətəndaşa demək olmaz ki, sən bu ərazidən köç, əgər köçməsinə ehtiyac yaranarsa, o vətəndaşa dövlət tərəfindən kompensasiya ödənilməlidir”.  Müsahibimizin qeyd etdiyinə görə, bir sıra bölgələrimiz var ki, orada vətəndaşın həyətyanı sahəsində, bağında müxtəlif arxeoloji, memarlıq abidələri var. Onun sözlərinə görə, bu abidələrin qeydiyyata alınması zəruridir: “Mən şəxsən bir neçə elə yer tanıyıram. Məsələn, Şamaxıda vətəndaşlardan birinin həyətindən su ovdanı çıxıb. Bir sakin ev tikmək üçün özül qazmaq istəyərkən orada su ovdanının olduğunu görüb. 1994-cü ildən bu yana hələ o vətəndaş həyətində heç bir görə bilmir. Onlar gözləyirlər ki, müvafiq qurumlar zaman Şamaxıya gələcək burada tarixi abidələri öyrənəcək, qeydiyyata alacaq. Elə abidələr var ki, onları dövlət mülkiyyətinə keçirmək üçün vətəndaşı ərazidən köçürüb ona kompensasiya ödənilməlidir. Biz son zamanlar qəribə bir məqamla rastlaşmışıq. İnsanlar həyətlərində yerləşən abidələrdə qazıntı işləri aparmağa meyl göstərirlər. Daha doğrusu, onlar burada qazıntı işləri aparırlar. Vətəndaşlar həyətində, bağında olan tarixi-arxeoloji abidələri, nekropolu qazıb tarixi 2000, 2500-3000 il yaşı olan tarixi əşyaları, maddi mədəniyyət nümunələrini tapır onları çıxarıbqara bazaar”da satırlar. Onlarqara bazar”a çox asanlıqla yol tapırlar. Təəssüf ki, belə xoşagəlməz tendensiya var. Bu yaxınlarda biz belə halla qarşılaşdıq, onu ictimailəşdirmədik, lakin onunla bağlı müvafiq orqanlara məlumat verdik. Vətəndaşbu mənim həyətimdir, sahəmdir, evimdirdeyib belə şeylərə yol verə, ürəyi istəyəni edə bilməz. Bununla bağlı qanun var, qanunvericiliyin tələbləri var bütün işlər qanun çərçivəsində həyata keçirilməlidir. Bu təkcə fərdi şəxslərə, sadə vətəndaşlara aid deyil, bütün qurumlara da aiddir. Bəzi dövlət qurumları da var ki, tarix-mədəniyyət abidələrinə çox məsuliyyətsiz yanaşırlar, tarixi abidələrin yerləşdiyi, mövcud olduğu ərazilərdə görərkən abidələrə ziyan vururlar. Məsələn, su-kanalizasiya, işıq xətti, qaz xətti çəkilərkən, park salarkən məsuliyyətsizlik edib həmin sahəni buldozerlə kürüyürlər, bunun da nəticəsində orada olan abidələr yararsız hala düşür. Bu məsələdə ancaq vətəndaşın deyil, aidiyyəti aidiyyəti olmayan dövlət qurumlarının da məsuliyyətlə davranması vacibdir. Çox təəssüf ki, bu kimi məsələlərdə elmi yanaşma maarifçilik yoxdur. Vətəndaşların əksəriyyəti maddi mədəniyyət abidələrinə, mədəni irsə münasibət məsələsində hələ maariflənməyiblər. Hər kəs bilməlidir ki, onun həyətində, ərazisində olan tarixi mədəniyyət abidəsi, maddi irs nümunəsi ona yox, Azərbaycan xalqına, dövlətinə məxsusdur, onun sərvətidir. Heç kəsin maddi irsi talamağa, məhv etməyə ixtiyarı yoxdur. Dünya bu günlə bitmir ki, sabah da var. Hər kəs öz məsuliyyətini dərk etməlidir. Bütün bu işlərin başında vətəndaş məsuliyyəti dayanır”.

 

İradə SARIYEVA

Bakı xəbər.- 2018.- 6 aprel.- S.15.