Qarabağın ləhcə şivələri ilə bağlı yeni atlas hazırlanır

Buludxan Xəlilov: “Dialektoloji atlas qədər xalqın dilinin tarixini yaşadan ikinci qaynaq yoxdur

 

Azərbaycan dilinin ayrı-ayrı bölgələrə məxsus ləhcə şivələrinin, dialektlərinin yenidən öyrənilməsi, toplanması, onların elektron atlaslar, xəritələr şəklində hazırlanması dilçilik elminin ən başlıca vəzifələrindəndir.

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsindəAzərbaycan dilinin Qarabağ dialektoloji atlasıçapa hazırlanır.Qeyd edək ki, Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Kifayət İmamquliyevaBakı-Xəbər”ə açıqlamasındaBiz hazırda Qarabağın dialektoloji atlasını hazırlayırıq. Azərbaycanın strateji əhəmiyyətli ərazilərini diqqətdə saxlayırıq. O ərazilərini ki, orada düşmən gözü var düşmənlərimiz o yerləri zəbt etmək, kəndlərimizə sahib olmaq, buranın türk xalqına yox, hansısa bir millətə mənsub olduğunu demək istəyirlər. Biz Azərbaycan ərazilərinə iddia edən qüvvələrə cavab olaraq dialektoloji danışıq atlasları hazırlamışıq”- deyə bildirib.Vurğulayaq ki, bundan əvvəlAzərbaycan dilinin Naxçıvan dialektoloji atlası”nın Azərbaycan, rus ingilis dillərində elektron variantı hazırlanaraq müfaviq internet resurslarında yerləşdirilib.“Azərbaycan dilinin Qarabağ dialektoloji atlası”nın hazırlanmasını müsbət qiymərtləndirən tanınmış dilçi-alim, professor Buludxan Xəlilov bildirdi ki, Azərbaycan dilinin müxtəlif bölgələr üzrə dialektoloji atlasının hazırlanması təqdirəlayiq haldır. ƏvvəlcəAzərbaycan dilinin Naxçıvan dialektoloji atlası”nın hazırlanmasından danışan B.Xəlilov qeyd etdi ki, bu atlas erməni iddialarına ən layiqli cavabdır. Bu atlasın hazırlanmasının mədəni, ədəbi, etnoqrafik siyasi hadisə olduğunu deyən B.Xəlilov hesab edir ki, bütün dünya bu torpaqların əsl sahibinin bizlər olduğunu bir daha biləcək: “Azərbaycanda  dialektoloji atlasın hazırlanması ənənəsi təcrübəsinin tarixi qədimdir. Belə ki, vaxtilə Musa İslamovAzərbaycan dialektoloji atlası”nı hazırlayıb. Deyərdim ki, bu, türk xalqları içərisində ilk hazırlanan dialektoloji atlas idi. Bu dialektoloji atlasın hazırlanması ənənələrinin əsası akademik Məmmədağa Şirəliyev tərəfindən qoyulub. Türkdilli xalqlar arasında ilk dialektoloji atlası da Azərbaycan hazırlayıb. Bunları ona görə deyirəm ki, dialektoloji atlasın hazırlanmasında Azərbaycanın böyük təcrübəsi ənənəsi var. Hətta bunu da deməyi özümə borc bilirəm ki, bütün türkdilli xalqlar, yəni həm Sibirdə, həm Orta Asiyada yaşayanlar, elə Türkiyənin özü bizim o dialektoloji atlası sevərəkdən əldə ediblər onun hazırlanma texnologiyasından istifadə ediblər. Onu da deyim ki, mən özüm vaxtilə Orta Asiyada fəaliyyət göstərən bir çox türkoloqlara həmin atlası göndərmişəm. Bu ənənəni davam etdirərəkAzərbaycan dilinin Naxçıvan dialektoloji atlası”nın hazırlanması çox önəmli bir hadisədir. Dil elə bir ictimai varlıqdır ki, orada xalqın mədəniyyəti, ədəbiyyatı, məişəti, dünyagörüşü, bir sözlə, bütün göstəriciləri öz əksini tapır. O ki, qaldı dialekt faktlarına, dialekt faktları xalqın tarixini yaşadan ən zəngin faktlardan biridir. Naxçıvan elə bir regiondur ki, o, zaman-zaman bədnam ermənilər tərəfindən həmlələrə, hədələrə, iddialara məruz qalıb. Bu səbəbdən həmin bölgənin atlasının hazırlanması bir daha əsas verir ki, Naxçıvanda yaşayan Azərbaycan türkləri aborigendir. Onlar aborigen xalq kimi öz dialektal xüsusiyyətlərini qoruyub saxlayıblar Azərbaycan dilinin lüğət tərkibinin zənginləşməsində çox önəmli rol oynayıblar. Çünki dialektoloji atlas dialekt faktlarını təkcə leksik baxımdan deyil, qrammatik baxımdan deyil, fonetik baxımdan da əks etdirir. Bu baxımdanAzərbaycan dilinin Naxçıvan dialektoloji atlası”nın hazırlanması bizim dilçilik sahəsinə böyük töhfə olmaqla yanaşı, həm onun böyük siyasi əhəmiyyəti var. Siyasi əhəmiyyəti ondan ibarətdir ki, onun arxasında ciddi bir dil dayanır, dialekt dayanır. O da Naxçıvan bölgəsinin dialektidir ki, bu, Azərbaycan ədəbi dilindən fərqli cəhətlərini həmin atlasda ifadə edib.

 

Bizim üçün həmişə diqqət mərkəzində olan tarixinin, folklorunun, dialektinin öyrənilməsinə ehtiyac duyulan bölgələrimizdən biri Qarabağdır. Bu bölgəmiz siyasi maraq dairəsində olan bir məkandır. Qarabağın tarixindən, folklor etnoqrafiyasından yazılıb yazılacaq da. Ancaq onun dialektlərinin materialları əsasındaAzərbaycan dilinin Qarabağ dialektoloji atlası”nın hazırlanması bir daha sübut edəcək ki, bu ərazinin aborigen xalqı azərbaycanlılardır.B.Xəlilovun sözlərinə görə, “Azərbaycan dilinin Qarabağ dialektoloji atlası”nın hazırlanması dünyaya sübut edəcək ki, bu ərazidə yaşayan azərbaycanlılar öz dialektini yaradıblar, inkişaf etdiriblər onu ayrı-ayrı folklor nümunələrində, tapmacalarda, bayatılarda, dil nümunələrində qoruyub saxlaya biliblər. “HazırdaAzərbaycan dilinin Qarabağ dialektoloji atlası”nın hazırlanmasının ən önəmli cəhətlərindən biri ondan ibarətdir ki, orada bu bölgənin dialekti tam olaraq ifadə olunur. Bir məqamı da deyim ki, artıq Qarabağdan olan yaşlı nəslin bir hissəsi dünyasını dəyişir,  dialektoloji atlası daha da zənginləşdirmək üçün yaşlı nəsildən material toplamağa çox ciddi ehtiyac var. Dünyasını dəyişən yaşlı nəslin nümayəndələri öz sinələrində dialektoloji  faktları aparıb gediblər. Ancaq bizim dialektoloqlarımız həyatda olan insanlardan dil faktlarını toplamalıdırlar. Digər tərəfdən bu o deməkdir ki, biz dil baxımından da Dağlıq Qarabağ bölgəsinin dil faktlarını, ayrı-ayrı dil faktlarındakı fonetik xüsusiyyətlərini, leksik qrammatik faktlarını öyrənmiş olacağıq. Bu atlasın çox böyük əhəmiyyəti var. Hesab edirəm ki, bu atlas hazırlanıb yayıldıqdan sonra dialektoloji atlaslar dünyanın müxtəlif dillərinə tərcümə edilsə, yaxşı olar. Bildiyim qədər, bu, üç dildə olacaq, daha çox dillərə tərcümə edilməlidir. Bu da dialektoloji atlasların auditoriyasının geniş olacağından xəbər verir. Bu auditoriya bizim apardığımız siyasətə, ideologiyaya xidmət edəcək, Dağlıq Qarabağ uğrunda apardığımız mücadilədə haqlı olduğumuzu sübut edəcək. Bu bizim əlimizdə böyük bir fakta çevriləcək. Bu gün dünya fakta söykənir. Yəni dialektoloji atlas da elə bir qaynaqdır ki, istər-istəməz, dünyanın tərəqqipərvər, ziyalı, işıqlı insanlarını düşünməyə vadar edəcək. Onlar biləcəklər ki, bədxah ermənilər məkrli siyasət yürüdərək aborigen xalqın torpaqlarını işğal ediblər öz iddialarından da geri çəkilmirlər” - deyə bildirən B.Xəlilovun fikincə, həmAzərbaycan dilinin Naxçıvan dialektoloji atlası”, həm Azərbaycan dilinin Qarabağ dialektoloji atlası”nın çap variantları da hazırlansa, bu daha da müsbət olar.O, hesab edir ki, elektron variantın öz üstünlüyü olduğu kimi, çap variantının da öz üstün cəhətləri var. Alim qeyd etdi ki, bu sahədə sistemli tədqiqatlar davam etdirilməli digər bölgələrimizin dialektoloji atlası hazırlanmalıdır: Hesab edirəm ki, bu davam etdirilməli, İrəvan bölgəsinin, Göyçənin, bir sözlə, Qərbi Azərbaycanın, Cənubi Azərbaycanın, Borçalı, Dərbənd digər tarixi bölgələrimzin  dialektoloji atlasının hazırlanmasına ehtiyac var. Çünki dil faktlarını dəqiq bilən yaşlı nəsil dünyasını dəyişir, elə sözlər var ki, onlarla birgə gedir. Dialektoloji atlas qədər xalqın dilinin tarixini yaşadan ikinci qaynaq yoxdur. Bu çox ciddi qaynaqdır biz bu sahəyə diqqəti bir qədər artırmalıyıq”.

 

İradə SARIYEVA

Bakı xəbər.- 2018.- 14-16 aprel.- S.15.