Dünya televiziyalarında Azərbaycan mətbəxinin təbliğatı fəallaşıb

Tahir Əmiraslanov Azərbaycan mətbəxinin xarici ölkə kanallarında təbliğində düzgün istiqamət götürülməlidir

Azərbaycan mətbəxinin xarici ölkə kanallarında təbliğatına başlanıb. Turizm üçün əlverişli şəraitə malik olan Azərbaycana gələn turistlərin sayı ilbəil artır. Onlar burada olarkən bizim mətbəximizlə tanış olmaq imkanı əldə edirlər.Azərbaycan mətbəxinin çeşidli xörəkləri, bişmişləri, qəlyanaltıları, şirniyyatları ölkəmizə gələn hər bir turistin xoşuna gəlir onlar hər zaman bizim yeməklərdən dadmaq istəyirlər.

Bilirik ki, son zamanlara qədər xarici televiziyaların kulinariya proqramlarında Azərbaycan xörəkləri təqdim edilmirdi, təqdim edilsə , yaQafqaz mətbəxi”, ya daerməni mətbəxiadı altında təqdim edilirdi. Son aylar isə Azərbaycan mətbəxinin xarici ölkə kanallarında təbliğatına başlanıb.Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyi Azərbaycanın mədəniyyətini, incəsənətini, tarixi irsini, təbii gözəlliklərini, zəngin milli mətbəxini dünyada təbliğ etmək üçün davamlı layihələr həyata keçirir. Bu fəaliyyətin mühüm bir istiqaməti nüfuzlu xarici telekanallarda ölkəmizlə bağlı tanıtım çarxlarının yayımlanmasıdır. Məlumatlara görə, nazirliyin sifarişi ilə hazırlanan növbəti belə videoçarx aprelin 9-da FransanınMezzotelekanalında yayımlanıb. Ölkəmizin mətbəxinin zənginliyinin əks olunduğu videoçarx, sözün əsl mənasında, bizim milli mətbəx mədəniyyətimizi özündə əks etdirib.

Azərbaycan mətbəxinin təbliğu Belarus telekanalında da həyata keçirilib. Belə ki,  Azərbaycan İcmaları Konqresinin təşəbbüsü ilə bu ölkənin Milli Dövlət Teleradio Kompaniyasının (Belteleradiokompaniya) baxımlı verilişlərindən olanKulinariya diplomatiyası”nın bir sayı Azərbaycan mətbəxinə həsr olunub.Proqramda Belarus Azərbaycan İcmaları Konqresi idarə heyətinin üzvü Gülnarə İmanova təşkilatın fəal üzvlərindən Olesya Kosokina Azərbaycanın zəngin milli mətbəxi haqqında tamaşaçılara məlumat veriblər. Belaruslu tamaşaçılara məlumat verilib ki, 2 minə yaxın xörək növü olan Azərbaycan milli mətbəxi dünyanın ən qədim, zəngin dadlı mətbəxlərindən biridir. Verilişdə Azərbaycan kulinariyasının tarixinə özünəməxsusluğuna görə qonşu xalqların mətbəxindən xeyli fərqləndiyi bildirilib, dolma, plov, piti digər xörəklərimiz haqqında geniş danışılıb. Eyni zamanda, Belarus Azərbaycan İcmaları Konqresinin Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi milli mətbəxin təbliğinə xüsusi önəm verdiyi vurğulanıb.Azərbaycan milli mətbəxinin xarici televiziyalarda təbliğatını müsbət qiymətləndirən Milli Kulinariya Mərkəzinin rəhbəri, əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov hesab edir ki, mətbəximizin müxtəlif xarici telekanallarda təqdim edilməsi bu sahənin tanıdılmasına təkan verir. Bununla belə, T.Əmiraslanovun fikrincə, mətbəximizin təbliği sistemli şəkildə həyata keçirilməli, bu sahəyə təsadüfi adamların müdaxilə etməsinə imkan verilməməlidir: “Bu sahədə təbliğat işinin həyata keçirilməsinə müsbət yanaşıram. Ancaq bu sahədə görənlər, Azərbaycan mətbəxini təbliğ edənlər mütləq Azərbaycanın bu sahədə dövlət təşkilatı olan Milli Kulinariya Mərkəzi ilə məsləhətləşmələr aparmalıdırlar. Milli mətbəximizin təbliği sistemli şəkildə aparılmalıdır. Milli mətbəxi təbliğ edənlər düşünməlidirlər ki, niyə bu xörəyi təbliğ edirik, niyə bu restoranda çəkirik bu təbliğat ölkəmizə verir, ölkəmiz necə hansı şəkildə təbliğ olunur?Azərbaycan mətbəxinə bəzən naşı adamlar tərəfindən müdaxilələr edildiyini deyən T.Əmiraslanov qeyd edir ki, bəzən təsadüfi adamlar xörəklərimiz haqqında həqiqətə uyğun olmayan fikirlər səsləndirir, onların yaşını azaldır, yaxud adını, dadını fərqli təqdim edirlər: “İlkin Hənifə oğlu Əkbərzadə var. O, “Şah plov”u çəkdi elə təqdim etdi ki, o plovu onun dədəsi Hənifə icad edib. Bunu ingilis dilində televizya üçün çəkirlər. Onun atasının neçə yaşı ola bilər? O, bu xörəyin tarixini 30-40 il edib. Halbuki, “Şah plov”un 800-1000 illik tarixi var. Bu təkcə bizdə deyil, müxtəlif adlar altında başqa türk xalqlarında da var. O “Pərdə plov”, “Yuxa plov”, “Papaq plov başqa adlarla toyda gəlinə bişirilən xörək idi. Buna uyğun xörək tatar Orta Asiya mətbəxində var. Təbliğat işinə bu cür yanaşmaq olmaz. Ancaq mətbəximizin təbliği düzgün qurulursa, bu çox müsbət haldır. Yaxud bir görürsən ki, hansısa bir restoranda kişi kulinarSülhüllübişirir, bunu da çəkib internetə yerləşdirirlər. Bu xörəyin bişirilmə qaydaları var, onu yalnız qadın bişirməlidir.Azərbaycan mətbəxinin xarici ölkə kanallarında təbliğində düzgün istiqamət götürülməlidir. Xarici telekanallarda, tutalım, hansısa bir xörəyi təbliğ ediriksə, bu mütləq Azərbaycan restoranında çəkilməlidir ki, turistlər bura gələndə həmin xörəyi dada bilsinlər. Ümumiyyətlə, xarici ölkələrin televiziyalarında Azərbaycan mətbəxinin təbliğinə pul qoyulursa, gərək o elə qurulsun ki, təqdim edilən yeməklər mövsümə uyğun olsun. BayaqSülhüllü”dən danışdım. Tutalım, “Sülhüllütəbliğ edilirsə, onu o fəsildə etmək lazımdır ki, turist gəlib buradakı restoranda həmin xörəyi tapa bilsin. Bizdə hələ qış turizmi elə geniş vüsət almayıb. Sülhüllü ki, qız xörəyidir. Biz bunu təbliğ edirik turist gəlir onu tapmır həm xəmir xörəyi ağır olduğu üçün onu yemək olmur. Məqsəd ölkəyə bu yolla turist cəlb etməkdirsə, yaxud milli mətbəxi təbliğ etməkdirsə, bu işə başqa bir yanaşma olmalıdır. Fikrimcə, bu işə tamam düşünülmüş şəkildə yanaşmaq lazımdır. Xarici telekanallarda Azərbaycan mətbəxi sistemli şəkildə, xüsusi konsepsiya əsasında təqdim edilməlidir ki, görülən işlərin nəticəsi daha da müsbət olsun”.

T.Əmiraslanov Azərbaycan mətbəxinin təbliği ilə bağlı xaricdə həyata keçirilən işlərin faydalı olduğunu qeyd etməklə bildirdi ki, bu sahədə Mədəniyyət Turizm Nazirliyinin, Xarici İşlər Nazirliyinin digər qurumların gördüyü işlər təqdirəlayiqdir. “Bu qurumların gördüyü davamlı işlər Azərbaycan mətbəxinin xaricdə təbliğ edilməsinə çox kömək edir. Biz onların atdığı addımları alqışlayırıq. Ancaq görürsən ki, bəzi vətəndaşlarımız xörəklərin bişirilmə qaydalarını çəkib internet kanallarında yerləşdirirlər. Bu pərakəndə şəkildə olmamalıdır. Bu sahədə işlər məqsədyönlü şəkildə həyata keçirilməlidir. Biz milli mətbəximizin təbliği ilə bağlı vahid siyasət yürütməliyik. Mətbəx özü böyük siyasətdir əslində. Təbliğat işində özbaşnalığa yol vermək olmaz. O vaxt kollegiya iclasında nazirimiz çox yaxşı bir söz dedi. Bildirdi ki, restorana gedirsən, hər restoran eyni yeməyi, bişmişi başqa dadla təqdim edir. Yəni restoranlar eyni milli bişmişi fərqli reseptlərlə təqdim edirlər. Bu belə olmalı deyil, xörəklərin xüsusi standartı olmalıdır hər kəs bu standarta riayət etməlidir” - deyən T.Əmiraslanov bildirdi ki, həm yerli, həm xarici telekanallar Azərbaycan mətbəxinin təbliği ilə bağlı proqram çəkirsə, orada təsadüfi adamların bişirdiyi yeməkləri salmamalıdırlar. Onun sözlərinə görə, belə məlumatlar internetdə yayılır ermənilər bunu bizə qarşı yönəldirlər.

 

İradə SARIYEVA

Bakı xəbər.- 2018.- 17 aprel.- S.15.