Polisin 100 illiyinə həsr
olunmuş yarış
keçirilib
Aprelin
14-də Azərbaycan Polisinin 100 illik yubileyinə həsr
olunmuş cüdo üzrə DİN çempionatı
keçirilib.Açılış mərasimində
çıxış edən DİN İdman Cəmiyyətinin
sədri, Olimpiya, dünya vəAvropa çempionu, polis
polkovniki Zemfira Meftahətdinova Azərbaycan Polisinin ulu öndər
Heydər Əliyevin dövlətçilik xəttinə,
Prezident İlham Əliyevin müdrik siyasətinə həmişə
sadiq olduğunu bildirib və bunun daxili işlər
orqanlarının əməkdaşları üçün ən
böyük şərəf və qürur mənbəyi
olduğunu diqqətə çatdırıb. Ölkəmizin sarsılmaz təməllər
üzərində formalaşmış
ictimai-siyasi sabitlik şəraitində inkişafında,
dövlətçiliyin qorunmasında,
asayişin mühafizəsində,
Konstitusiya ilə təsbit olunmuş insan və vətəndaş
hüquq və azadlıqlarının etibarlı
təminatında daxili
işlər orqanlarının
mühüm xidmətlərindən
danışıb və
ölkə rəhbərliyinin
daxili işlər orqanlarına diqqət və qayğısını
xüsusilə vurğulayıb.
Qeyd edilib ki, ötən 100 ildə Azərbaycan Polisinin xalqa sədaqətlə xidmət etməsi, öz vəzifələrini
daim ləyaqətlə
yerinə yetirərək
xalqın mənafelərini
qoruması, müstəqillik
illərində əldə
etdiyi yüksək nəticələrlə hazırda
ölkəmiz MDB məkanında,
həmçinin
Şərqi Avropa bölgəsi üzrə cinayətlərin sayının
azlığı, sabitliyin
etibarlı təminatı
baxımından ən
yaxşı göstəriciyə
malik dövlətdir.
100 ildən artıq
tarixi olan bu idman növü
Yaponiyada yaranıb və bu gün
dünyada ən populyar idman növlərindəndir. Olimpiya
Oyunları proqramına
da daxil edilib. Ölkəmizi sərhədlərdən kənarda
təmsil edən yetəri qədər idmançımız da yetişir.
DİN İdman Cəmiyyətində
keçirilən bu
yarışda ərazi
polis orqanları, nizami hissə və tədris müəssisələrini təmsil
edən ümumilikdə
10 komandadan 80 idmançı
qələbə uğrunda
mübarizə aparıblar.
Gərgin keçən
yarışlarda iştirakçılar
arasında qaliblər
müəyyənləşib. Komanda birinciliyində ilk üçlükdəƏlahiddə
Çevik Polis Alayı, DİN Daxili Qoşunlarının Baş
İdarəsi və Polis Akademiyasının əməkdaşları qərarlaşıblar.
Müvafiq olaraq öz
çəki dərəcələrində
güclərini sınayan
K.Məmmədli (62 kiloqram,
DQ), R.Diniyev (66 kiloqram,
PA), F.Mikayılov
(73 kiloqram, Gəncə
ŞBPİ), A.Fətullayev (81 kiloqram, ƏÇPA), H.Cəbiyev
(90 kiloqram, ƏÇPA), K.Abdullaxanlı
(100kiloqram, BMİ) və A.Mehrəliyev
(+100 kiloqram, ƏÇPA) yarışın
baş mükafatını
qazanaraq çempion olublar.
Yarışların idarə olunmasında polis polkovnik-leytenantları
Elnur Həsənov, Seymur Qurbanbəyov və polis kapitanı
Əlişan Tunc iştirak edib.
Mükafatlandırma mərasimində çıxış edənİdmanın
təşkili bölməsinin
rəisi,polis polkovnik-leytenantı
Mülayim Xıdırov
əməkdaşların hazırlıq
səviyyəsinin yüksək
olmasını, polis idmançılarımızın ildən-ilə təcrübələrinin
artdığını diqqətə
çatdırıb.
Sonda qaliblərə
medallar, diplomlar vəqiymətli hədiyyələr
təqdim olunub.
Zeyni HÜSEYNOV
Bakı
xəbər.- 2018.- 17 aprel.- S.14.