Avropa Tolerantlıq Festivalı üçün məkan kimi Bakı şəhəri seçildi...

Elçin Mirzəbəyli: “Avropa İttifaqının xətti ilə Avropa Tolerantlıq Festivalının Azərbaycanda keçirilməsi çox önəmlidir həm özündə çox mühüm mesajları daşıyır

Əkbər Qoşalı: “...bir neçə baxımdan qiymətlidir

Aydın Xan Əbilov: “Bu festival həm ona görə əhəmiyyətlidir ki, bu qurum Azərbaycandakı mövcud tolerantlıq ənənəsini, mühitini qəbul edir

 

Tarixən tolerantlıq Azərbaycan xalqına xas olan xüsusiyyət olub bu gün o ənənə uğurla davam etdirilir. Dünya üçün tolerantlıq nümunəsi olan Azərbaycan müxtəlif etnosların millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq qardaşlıq şəraitində yaşadığı bir ölkə imici qazanıb. Məlumdur ki, ölkəmizdə ayrı-ayrı etiqad inanclara malik etnosların minillərlə əminamanlıq şəraitində yaşamasında, etnik mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında Azərbaycan xalqına xas olan humanizm çoxmillətlilik dəyərlərinin müstəsna rolu var.Hazırda mütərəqqi dünyada demokratik dəyərlərdən biri kimi qəbul edilən etnik dini tolerantlıq Azərbaycan cəmiyyətinin nümunəvi normalarına çevrilib. Çoxmillətli çoxkonfessiyalı dövlət kimi Azərbaycan Respublikası bu gün dünya birliyinə hərtərəfli inteqrasiya siyasəti həyata keçirir.

Bu gün birmənalı olaraq deyə bilərik ki, Azərbaycan həm region, həm dünya dövlətləri üçün tolerantlıq nümunəsi rolunu oynayır.

Elə bunun nəticəsidir ki, mütəmadi olaraq Azərbaycanda tolerantlıqla bağlı tədbirlər, forumlar, görüşlər keçirilir.

Bu ilin oktyabr ayının 12-də Bakıda Avropa Tolerantlıq Festivalı keçiriləcək. Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin təşəbbüsü ilə reallaşacaq festivalın oktyabrın 20-dək davam edəcəyi bildirilir. Bu barədə Azərbaycan mediasına Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyindən məlumat verilib.

Qeyd edilənə görə, festival çərçivəsində tanınmış mədəniyyət incəsənət xadimlərinin çıxışı, debatlar, müzakirələr, həmçinin, Avropa tolerantlığı barədə 15 sənədli filmin nümayişi bir sıra fotosərginin təşkili nəzərdə tutulur.Festival Avropa İttifaqının əsasını qoyan Roma Sazişinin imzalanmasının 60 illiyi münasibətilə təşkil olunacaq.Bakıda keçirləcək Avropa Tolerantlıq Festivalının əhəmiyyətini qeyd edən ekspertlər bildirirlər ki, bu festivala ev sahibi kimi paytaxtımızın seçilməsi təsadüfi deyil. Tolerantlığın Azərbaycan modeli dünyanın bütün dövlətləri üçün bir örnəkdir. Bu festivalın paytaxtımızda keçirilməsinin xüsusi əhəmiyyətini qeyd edənXalq cəbhəsiqəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli hesab edir ki, bu gün Azərbaycan tolerantlığın gerçək ünvanıdır: “Azərbaycan beynəlxalq aləmdə tolerantlıq mədəniyyətlərarası dialoqun mərkəzi kimi qəbul edilib, tanınıb. Məhz Avropa İttifaqının xətti ilə təşkil edilən Avropa Tolerantlıq Festivalının Azərbaycanda keçirilməsi çox önəmlidir həm özündə çox mühüm mesajları daşıyır. Ölkəmiz bir çox faktorlara görə bu gün dünyaya nümunə ola bilər. Bizdəki mövcud dini konfessiyaların birgəyaşayışının nümunələri islamafobiyadan, ksenofobiyadan əziyyət çəkən inkişaf etmiş bir çox ölkə üçün örnəkdir. Azərbaycan xalqının daşıdığı dəyərlər təqdirəlayiqdir. Xalqımız uzun illər boyu qonşularla münasibətdə liberal yanaşma tərzi ortaya qoyub. Azərbaycanda bütün dini konfessiyaların birgə yaşaması həmrəylik nümayiş etdirməsi bugünkü dünya üçün çox önəmli modeldir. Bu aspektdən hesab edirəm ki, dünyanın Azərbaycandan öyrənməli olduğu çox şey var”.Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı da bu tədbirin mühüm əhəmiyyətini qeyd edir: “Respublikamız son illər ardıcıl olaraq festival, simpozium, konfrans, yarışma başqa formatlı uluslararası tədbirlərə evsahibliyi edir. Deyə bilərik ki, bu sahədə qazanılmış təcrübə artıq Azərbaycan modelini, Azərbaycan örnəyini, xalqımızın qonaqpərvərliyindən, istiqanlılığından irəli gələn Azərbaycan fərqini bütün dünyaya göstərib.Paytaxt Bakıda Avropa İttiqafının xətti ilə növbəti belə tədbirinTolerantlıq Festivalının keçiriləcəyi xəbəri bir neçə baxımdan qiymətlidir. Deməli, təşkilatçılar tədbirlərin təşkilində Azərbaycan örnəyinin fərqindədirlər; ikincisi, bu festival prezident seçkilərindən sonra keçiriləcək ilk uluslararası tədbirlərdən biri olması etibarilə diqqətçəkicidir; üçüncüsü, festival, bildiyim qədəri ilə, ayrı-ayrı sənət, peşə sahələri o sənət, peşənin sahibləri arasında işbirliyi ortamında keçirilməklə, maraqlı, zövqlü sənət şəkillənməsi, incəsənət yeniliyi yaradacaq; dördüncüsü, respublikamıza gələcək xarici qonaqlar, yaxud Bakıda akkreditasiya olunmuş bir sıra diplomatik korpus təmsilçiləri özünəməxsus formatda təşkil olunacaq festivalla yeni biliklər əldə edəcək, yeni tanışlıqlar qazanacaq, bununla da, necə deyərlər, üzərində Bakı yazılan yeni əlaqələr qurulacaq; beşincisi, tədbirin təşkilinə cəlb olunacaq, iştirak edəcək vətəndaşlarımız özləri yeni təcrübələr əldə edəcəklər; altıncısı, dünyası ilə sənət dünyası ortaq hərəkət edəcəklər; debat, nümayiş, müsabiqə, sərgi başqa formalarda müzakirə, yaxud tanışlıq imkanları yaranacaq; sosial mədəni məsələlərə müəyyən yeni yanaşma gerçəkliyi yoxlanılmış olacaq; bir sıra incəsənət sahəsi üzrə istedadlar üzə çıxacaq, yeni təqdimatlar olacaq, incəsənət aləmimiz bu vəsilə ilə canlanacaq; yeddincisi, mövzusundan, qayəsindən asılı olmayaraq, respublikamızda düzənlənən hər uluslararası tədbir kimi, bu festivalla da Azərbaycan həqiqətlərinin yeni ünvanlar qazanacağına ümid edirəm.

 

Təqdir edərsiz ki, bu siyahını uzatmaq mümkündür. Ancaq sadalananlar da belə bir festival üçün yetərlidir. Üstəlik, festivalın mövzusu tolerantlıqdır. Bu festival 20 faizə yaxın ərazisi qeyri-tolerant, dinc yanaşı yaşamaq vərdişlərinə yiyələnə bilməmiş düşmən tərəfindən işğal edilmiş bir ölkədə baş tutur. O ölkədə ki, ərazisində qərinələr, əsrlər boyu ayrı-ayrı xalqların, dinlərin nümayəndələri qardaşca yaşadğı halda, işğalçı Ermənistanda bu gün əhalinin yüzdə 99 faizə yaxını yalnız hayların özündən ibarətdir... Elə bilirəm bu faktın özü çox şey deyir”.

Yeni Yazarlar Sənətçilər Qurumunun rəhbəri, kulturoloq Aydın Xan Əbilov da Avropa Tolerantlıq Festivalının Bakıda keçirilməsinin əhəmiyyətini qeyd etdi. Onun sözlərinə görə, bu festivalın ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq aləmdəki imicini daha parlaq göstərəcək: “Bilirsiniz ki, son dövrlər Azərbaycan dünyanın beyin mərkəzlərindən birinə çevrilib. Dünyanı, beynəlxalq aləmi, beynəlxalq təşkilatları düşündürən bir çox müxtəlif tədbirlərin, festivalların keçirildiyi ölkə olan Azərbaycan gerçək bir tolerantlıq məkanıdır. Azərbaycan həm müxtəlif konfessiyaların, mədəniyyətlərin qovuşduğu bir sərhəd olaraq tanınır. Ölkə başçısı İlham Əliyevin multikulturalizm tolerantlıqla bağlı gördüyü işlərin nərticəsidir ki, ölkəmizdə bu səpkili festivallar, forumlar, tədbirlər keçirilir. Avropa İttifaqının xətti ilə Bakıda keçirilən bu festival həm ona görə əhəmiyyətlidir ki, bu qurum Azərbaycandakı mövcud tolerantlıq ənənəsini, mühitini qəbul edir Azərbaycanı tolerantlığın dünya boyu yayılmasında rolu olan əsas tərəfdaşlarından biri hesab edir. Bu olduqca müsbət qarşılanmalıdır. Azərbaycan həm Şərq, həm Qərb ölkəsidir, həm Avropa Asiyaya aid olan bir məkan sayılır. Burada müxtəlif dinlər, müxtəlif mədəni etnik qruplar birləşir. Eyni zamanda, Azərbaycan Şərqdə Qərbdə böyük nüfuza malikdir. Dövlətimiz həm xristianlıq mühitində, daha dəqiq desək, katoliklərlə pravoslavlar arasında mövcud olan münaqişələrdə vasitəçi rolunu oynayıb. Yəni Azərbaycan özünün bir sıra uğurlu missiyaları ilə tanınır. Bu baxımdan da Avropa Tolerantlıq Festivalının Bakıda keçirilməsi çox əhəmiyyətli hadisədir”.

 

İradə SARIYEVA

Bakı xəbər.- 2018.- 21-23 aprel.- S.10.