Dünyada ilk elektron xalça çeşniləri
Azərbaycanda...
Azərbaycan dövləti tərəfindən
xalçaçılığın inkişafı üçün
bir sıra tədbirlər həyata keçirilir. Bu gün ölkəmizdə
xalçaçılıq sənayesinin inkişaf etdirilməsi istiqamətində
həyata keçirilən
tədbirlər nəticəsində
respublikamızın ayrı-ayrı
yerlərində yeni xalça sexləri, zavodları açılıb
və bir neçəsinin də açılacağı planlaşdırılır.
Dünyada ilk
dəfə Azərbaycanda
“Azərxalça” Açıq
Səhmdar Cəmiyyəti
(ASC) tərəfindən elektron
xalça çeşniləri
hazırlanır. Bu barədə “Azərxalça”
ASC-nin mətbuat xidməti məlumat yayıb.
“Azərxalça” ASC-nin mətbuat xidmətinin rəhbəri
Tural Səfərov bildirdi ki, xalça
çeşidlərinin elektronlaşmasının
bu sahənin inkişafında əhəmiyyətli
rolu olacaq. T.Səfərovun sözlərinə
görə, “Azərxalça”
Açıq Səhmdar
Cəmiyyəti tərəfindən
tarixi və orijinal Azərbaycan xalçalarının istehsalı
uğurla davam etdirilir: “Dünyada xalça istehsalçısı
olan ölkələr
arasında xalça çeşnilərinin elektron
variantının hazırlanması
ilk dəfə olaraq məhz ölkəmizdə həyata
keçirilir. Xalçaçı-rəssamlar
tərəfindən hazırlanmış
elektron çeşnilər
Bakı, Qarabağ, Naxçıvan, İrəvan,
Təbriz, Şirvan, Quba, Gəncə, Qazax-Borçalı qrupları
üzrə kataloqlaşdırılır.
Daha çox dünya muzeylərində
və şəxsi kolleksiyalarda saxlanan nadir Azərbaycan xalça və xalça məmulatları
əsasında çeşnilərin
hazırlanmasına üstünlük
verilir. Hər bir çeşni
özlüyündə xalça
haqqında ilkin informasiya bazasıdır. Çeşni kağızı
üzərində xalçanın
ölçüləri, sıxlığı,
arğac və əriş iplərinin sayı, həmçinin, istifadə olunan rənglər haqqında məlumat verilir”.
T.Səfərovun verdiyi məlumata
görə, indiyədək
600-dən çox xalça
çeşnisi hazırlanıb
və onların əsasında ASC-nin Füzuli, Şəmkir, Quba, Ağdam, İsmayıllı, Qəbələ,
Xaçmaz, Tovuz, Ağstafa və Qazax filiallarında xalçalar toxunub.
T.Səfərov qeyd etdi ki,
elektron xalça çeşniləri bəzi
bədii-texniki xüsusiyyətlərə
də malikdirlər. “Məsələn, bir bölgəyə aid bir neçə klassik xalça əsasında yeni çeşnilərin hazırlanması
daha mükəmməl
və bədii-estetik keyfiyyətləri ilə seçilən sənət
əsərləri yaradılmasına
səbəb olur. Qədim çeşnilərdən istifadə
olunaraq toxunan bəzi xalçalarda haşiyə zolaqları və fon rəngləri
dəyişdirilir ki, bu da xalçanın
daha gözəl görünüşə malik
olmasına imkan verir” - deyə bildirən müsahibimizin sözlərinə görə,
çeşni xalçanın
layihəsi, kağız üzərində
eskizidir. O qeyd etdi ki, tarixən
Azərbaycan qadınları
xalçaları eskizsiz,
genetik yaddaş əsasında, bir-birindən
öyrənərək və
əlavələr edərək
toxuyublar: “Azərbaycan
xalçalarının bədii
cəhətdən bu qədər zənginliyi də məhz onun fərdi və orijinal yaradıcılıq məhsulu
olmasının nəticəsidir.
XX əsrin əvvəllərindən
etibarən elmi-texniki tərəqqi xalçaçılığa
da öz təsirini göstərib,
qədim xalça kompozisiyaları xalçaçı-rəssamlar
tərəfindən damalı
kağızlar üzərinə
köçürülüb”.
Xalçaçılıqla
bağlı Dövlət
Proqramının qəbul
edildiyini xatırladan T.Səfərovun sözlərinə
görə, bu da bu sahənin
daha geniş səviyyədə inkişafına
stimul verir. O bildirdi ki, tarixi
xalça çeşnilərinin
yenidən bərpa edilməsi mühüm bir işdir və tarixə, ənənələrə qayıdışdır:
“Bilirsiniz ki, əvvəllər xalça
çeşnilərini rəssamlar
əllə çəkirdilər
və o çeşnini
də ancaq bir nəfər toxuya bilirdi. Ancaq indi elektron
variantda xalça çeşnilərinin hazırlanması
bizə imkan verir ki, bu
çeşnilərin surəti
çıxarılaraq onlarla
xalçaçıya paylansın
və onun əsasında xalçalar
toxunsun. Artıq Azərbaycanın on bölgəsində “Azərxalça”nın
filialları fəaliyyətə
başlayıb. On bölgədə isə xalça fabriklərinin tikintisinə start verilib. Artıq 5 yerdə yun və boyaq bitkilərinin
qəbulu məntəqələri
də tikilir. Elektron çeşnilərin
hazırlanması xalçaçılıq
sahəsinin genişləndirilməsi
ilə bağlıdır.
Qədim xalçalara
qayıdış kökümüzə,
tariximizə qayıdışdır.
Bu gün Qarabağ, Quba, Naxçıvan və digər bölgələrimizə
aid xalçalar bu çeşnilər əsasında toxunulur. Elektron xalça çeşniləri ilk dəfə Azərbaycanda hazırlanıb. Bu çeşnilər kompyuterdən
çıxır və
xüsusi avadanlıqda
çıxır və
sexlərə verilir”.
Bu təcrübədən digər xalça istehsalı ilə məşğul olan dövlətlərin də
yararlanacağına şübhə
etməyən T.Səfərov
hesab edir ki, bu gün
ən vacib məsələlərdən biri
Azərbaycan xalçasının
dünyada təbliği
ilə bağlıdır. Yeni çeşni formatının
hazırlanmasının ermənilərin
bizim xalçalara qarşı həyata keçirdikləri plagiatlığın
da qarşısının
alınmasında rol oynayacağını gizlətməyən
T.Səfərovun sözlərinə
görə, buna da nail olmaq
mümkün olacaq.
Xalça istehsalının
genişləndirməyin ən
böyük məqsəd
olduğunu vurğulayan
müsahibimizin dediyinə
görə, Qarabağ
xalçalarının çeşniləri
əsasında xalçalar
toxunaraq dünya bazarına ixrac olunur: “Artıq bunun özü də bir nəticədir.
Bu xalçalar Azərbaycan brendidir. Qarabağ xalçalarının
çeşniləri əsasında
xalçaların istehsal
edilərək dünyaya
ixrac edilməsi həm də beynəlxalq aləmə bir mesajdır ki, xalça bizimdir, bizim mədəniyyətimizə aid
dəyərdir. “Azərxalça”
cənab Prezidentin sərəncamı ilə
yaradılan bir qurumdur. Bizim məqsədimiz xalçaları
dünya bazarına çıxarmaqla həm müəyyən qədər
gəlir əldə etmək, həm də xalçalarımızı
təbliğ etməkdir.
Ancaq əsas işimiz isə xalçalarımızı təbliğ
etmək və onu mədəniyyətimizin
vacib tərkib hissəsi kimi beynəlxalq aləmə təqdim etməkdir”.
Tanınmış xalçaşünas-alim, professor
Kübra Əliyeva da bizimlə söhbətində elektron
xalça çeşnilərinin
hazırlanmasının böyük
əhəmiyyət kəsb
etdiyini bildirdi. Onun sözlərinə görə, elektron xalça çeşnilərinin
mövcud olması xalçaçıların işini
yüngülləşdirəcək: “Mən bu işi
təqdir edirəm. Elektron xalça çeşnilərinin hazırlanması
olduqca əhəmiyyətli
bir işdir. Ümumiyyətlə, əvvəllər
maşın xalçaları
üçün çeşnilər
hazırlanırdı və
o çeşnilər xalça
fabriklərinə göndərilirdi.
Bu gün isə bu işə
daha mütərəqqi,
müasir münasibət
var. İlk dəfədir ki, elektron xalça çeşidləri hazırlanıb.
Bu gün
xalça sexlərinin
açılması, xalçaçılığın
inkişaf etdirilməsi
də çox müsbət haldır. Bu gün Azərbaycan
qadınları üçün
yeni iş yerləri açılır.
Xalça sexləri, fabrik və zavodları nə qədər çox olsa, bir o qədər
yaxşıdır və
bu daha çox
sayda qadının işlə təmin edilməsi deməkdir”.
İradə SARIYEVA
Bakı
xəbər.- 2018.- 27 aprel.- S.15.