ATU-da Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuşelmi-praktik konfransı keçirilib

Təbabətin Aktual Problemləri “ müzakirə olunub

 

   Bu gün Azərbaycan Tibb Universitetində (ATU) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuşTəbabətin Aktual Problemləri – 2018” elmi-praktik konfransı keçirilib. Bu tədbir Azərbaycan Tibb Universitetinin əməkdaşlarının hazırladığı elmi-tədqiqat işlərinin yekunları əsasında təşkil olunub.

Konfransdan öncə universitet rəhbərliyi ulu öndər Heydər Əliyevin ATU-dakı büstünün qarşısına əklil qoyublar, onun xatirəsini yad ediblər. Azərbaycanın dövlət himni səsləndikdən sonra konfransın işinə start verilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli prezidentin sərəncamına əsasən, bu ilin Azərbaycan Xalq Cümhuriyyəti ili kimi qeyd olunduğunu, bu münasibətlə ölkəmizin hər yerində yüksək səviyyəli tədbirlərin keçirildiyini deyib: «Tibb Universitetində yubiley münasibətilə xüsusi tədbirlər planı hazırlanıb. Azərbaycan xalqı daim müstəqillik uğrunda mübarizə aparıb, bu yolda çoxlu qurbanlar verib. 2018-ci ilin martında xalqımızın məruz qaldığı soyqırım,  Bakı, Quba, Şamaxı, Qarabağ digər yerlərdə törədilən kütləvi qırğınlar, 90-cı ilin 20 yanvar qırğını, Xocalı soyqırımı ermənilərin törətdikləri digər cinayətlər dövlət müstəqilliyimizin qarşısının alınmasına yönəlmişdi. Lakin düşmənlər xalqımızın iradəsini qıra bilmədilər, xalqımız azadlıq uğrunda mübarizəni davam etdirdi Azərbaycan Xalq Cümhuriyyəti quruldu”.

G.Gəraybəyli qeyd etdi ki, vətənimizin azadlığı uğrunda gedən proseslərdə həkimlər həmişə ön cərgədə olublar. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında da aktiv fəaliyyət göstərənlərin 40 faizdən çoxu həkimlər, tibb işçiləri olub. 1918-ci il iyunun 17-də Azərbaycan Xalq Cümhuriyyəti parlamenti tərəfindən ilk dəfə Azərbaycan Xalq Səhiyyə Komissarlığı, ilk Azərbaycan Səhiyyə Nazirliyi yaradılıb. AXC dövründə yaradılan Bakı Dövlət Universitetinin ilk 2 fakültəsindən biri Tibb fakültəsi olub. 1919-cu il sentyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti tərəfindən yaradılan Bakı Dövlət Universitetinin ilk iki fakültəsindən biri ən böyüyü Tibb fakültəsi olub. BDU-nun ilk rektoru da həkim olub onun yaradılmasında da böyük əksəriyyəti tibb alimləri təşkil edib. Sonralar – 1930-cu il mayın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Tibb fakültəsinin bazası əsasında Azərbaycan Dövlət Tibb İnstitutuindiki ATU yaradılıb.

Professor G.Gəraybəyli bildirib ki, ümummilli lider Heydər Əliyevin ölkədə yaratdığı əlverişli şərait, sabitlik, iqtisadi inkişaf sosial sahələrin, o cümlədən ATU-nun inkişafına güclü təkan verdi: “1998-2000-ci illərdə ümummilli lider Heydər Əliyev 2 dəfə ATU-da olub, ATU-nun 70 illik yubileyində özü şəxsən iştirak edib. Ulu öndər ATU-nun nəzdində Hərbi-tibb fakültəsini yaradıb 2001-ci ildə ATU-nun Tədris Stomatoloji Klinikasını təşkil etməklə, onun müasir dövrə uyğun maddi-texniki bazasının əsasını qoyub. Son 15 ildə isə Azərbaycan səhiyyəsi ilə yanaşı, Tibb Universiteti dünya şöhrətli siyasətçi, ulu öndərin sədaqətli davamçısı Prezident İlham Əliyev tərəfindən göstərilən diqqət qayğı sayəsində inkişaf edərək dünya standartları səviyyəsinə çatıb. Ölkə Prezidenti qısa müddətdə ATU-nun üç böyük klinikasınınOnkoloji, Tədris Terapevtik Tədris Cərrahiyyə Klinikalarının tikilib istifadəyə verilməsini təmin edib. Son illərdə cənab Prezident İlham Əliyev onun xanımı Birinci vitse-prezident Mehriban xanım Əliyeva üç dəfə ATU-da olublar, bu təhsil, elm müalicə ocağına yaxından köməkliklər göstəriblər”.

 

Çıxışının sonunda rektor Gəray Gəraybəyli son illərdə ATU-da çox ciddi islahatların aparıldığını, indinin özündə bu prosesin davam etdiyini qeyd edib. İndi həm tibb elminin, həm bu sahədə tədrisin yenilənməsinə, universitetin maddi-texniki bazasının yenidən qurulmasına,  istedadlı gənc kadrların tələbə kontingentinin irəli çəkilməsinə, onların ATU-nun idarəetməsində fəal iştirakı üçün münbit şərait yaradılıb. G.Gərayəbyli dövlətin xüsusi qayğısı nəticəsində bu istiqamətdə işlərin davam etdiriləcəyini bildirib.

 

Daha sonra elmi-praktik konfrans öz işinə başladı. Konfransın plenar sessiyasında  ATU-nun Mikrobiologiya immunologiya kafedrasının professoru Akif QurbanovMikroorqanizmlər arasındakı qarşılıqlı münasibətin yeni formasının öyrənilməsi”, Urologiya kafedrasının dosenti Rauf NağıyevUrolitiazın müasir müalicəsində laparoskopik ureterolitimiyanın yeri”, Ağız üz-çənə cərrahiyyəsi kafedrasının müdiri Çingiz Rəhimov  Rəqəmsal cərrahiyyə. Təsəvvürün reallaşması”, Nevrologiya kafedrasının baş lobarantı Kamran SalayevGüclü tərəflər çətinliklər anketinin Azərbaycan versiyasının validasiyasımövzusunda geniş məruzələrlə çıxış ediblər. Konfransın panel sessiyalarında da Düz bağırsağın bədxassəli törəmələrində icra edilmiş total mezorektal eksiziyanın nəticələri, Kəskin əməliyyatdan sonrakı pankreatit irinli ağırlaşmalar, Təkrari mürəkkəb tiroidektomiyalarda qayıdan qırtlaq sinirinin  qorunması, Uuşaqlarda residiv verən kriptorxizm xəstəliyi zamanı birləşdirici toxuma displaziyasının rolu digər aktual mövzularla bağlı məruzə müzakirələr aparılıb.

Bakı xəbər.- 2018.- 28-30 aprel.- S.10.