Tarixdə iz buraxanlar: Faruq Sümər

 

Faruq Sümər 1924-cü il noyabr ayının 5-də Konyanın Akçapınar kəndində anadan olub. Atası Məhməd Zəki bəy, anası Zeliha xanımdır. Məhməd Zəki bəyin işi ilə əlaqədar Sümər ailəsi 1931-ci ildə İstanbula köçdüyündən, Faruq Şümər ibtidai təhsilini İstanbul liseyində davam etdirib. 9-cu sinifdə ikən o, bir mollanın sayəsində osmanlıca mətnləri rahat və sürətlə oxumağı öyrənib, elə həmin dövrdə də tarixçi olmağı qərara alıb.

 

Orta təhsilini bitirdikdən sonra İstanbul Universitetinin Ədəbiyyat Fakultəsinin Tarix bölümünə qəbul olunub. Faruq Sümər burada M.F.Köprülü, M.H.Yılanc, A.Z.Velidi Toqan, A.N.Kurat kimi dövrünün tanınmış tarixçi alimlərindən dərs alıb. Bakalavr dərəcəsini “XVI əsrdə Anadoluda türk oymaqları” mövzusunda yazdığı buraxılış işi ilə bitirib.

Faruq Sümər daha sonra Ankara Universiteti diltarix-coğrafiya fakültəsinin doktoranturasına daxil olub, əvvəllər işlədiyi mövzunu məkan baxımından daha da genişləndirərək prof. Osman Turanın rəhbərliyi altında “XVI və XVII əsrlərdə Anadolu, Suriya və əl-Cəzirədə Oğuz boylarına mənsub təşəkküllər” adlı dissertasiyasını müdafiə edib, elmlər doktoru ünvanına layiq görülüb. Elmi çalışmalarını davam etdirmək üçün o, 1953-cü ildə doktorantı olduğu fakültədə professor köməkçisi vəzifəsinə keçib.

Faruq Sümər 1 iyun 1956-cı ildə Türk Silahlı Qüvvələrində hərbi xidmətə çağırılıb, bir il altı ay ordu sıralarında olub, tərxis edildikdən sonra əvvəlki işinə qayıdıb, elmi işini davam etdirib, “Oğuzlara aid dastan mahiyyətdə əsərlər” adlı araşdırmasını növbəti akademik dərəcəyə, yəni professorluğa təqdim edib, bürokratik prosedurlar uzun sürdüyü üçün, nəhayət, 1963-cü ildə universitetin professoru adını ala bilib. 18 iyun 1974-cü ildə prof. Əqdəs Nemət Kurat vəfat etdikdə, Ankara Universiteti diltarix-coğrafiya fakültəsində orta əsrlər tarixi kafedrasının müdiri vəzifəsi boşaldığından, Faruq Sümər bu kafedraya müdir seçilib. O, bu vəzifədə 8 il çalışdıqdan sonra həmkarlarının və tələbələrinin təkid və israrlarına baxmayaraq, elmi tədqiqatlara daha çox vaxt ayırmaq məqsədilə 10 iyul 1982-ci ildə 58 yaşında ikən təqaüdə çıxıb və İstanbula köçüb. Halbuki, həmin vaxt onun rəsmi təqaüd yaşına tam 10 il qalırdı.

Faruq Sümər zahirən sağlam görünsə də, səhhətində bəzi problemlər yaşayıb. Keçmiş mətnləri oxumaqdan sağ gözü zəifləyib və 1858-ci ildə baş verən iltihab nəticəsində tam tutulub. 1977-ci ildə isə mədəsindən əməliyyət olunub. Üstəlik, əkiz uşaqlarından Əli Qutlunun 25 yaşında nəqliyyat qəzasında həlak olması onu hədsiz dərəcədə sarsıdıb. Bir müddət İstanbul Universiteti Cərrahpaşa tibb fakültəsi xəstəxanasında müalicə olunsa da, qara ciyər xərçəngindən 21 oktyabr 1995-ci ildə 71 yaşında Haqqın rəhmətinə qovuşub. Bu tarixi şəxsiyyət 26 oktyabr günü Türk Dünyası Araşdırmaları Vəqfində düzənlənən mərasimdən sonra Fateh camisində qılınan namazın ardından Qozludakı ailə məzarlığında dəfn edilib.

Ərəb, fars, ingilis və fransız dillərini mükəmməl bilən prof. Faruq Sümər təqribən 400 elmi əsərin müəllifidir. Onun qələmindən 22 kitab çıxıb ki, bunlardan 19-u nəşr olunub, 3-ü isə o həyatda ikən işıq üzü görməyib. Bütün dünyada tanınan tarixçinin şah əsəri “Oğuzlar” kitabı dəfələrlə nəşr olunaraq Azərbaycan və türkmən dillərinə tərcümə edilib. Türkmənistanın o vaxtkı rəhbəri Səfərmurad Türkmənbaşı Faruq Sümərə böyük iltifat göstərib, onu bir neçə dəfə Aşqabada dəvət edib, türkmən pasportu verib, ordenlə təltif edib. Türk dünyasının tanınmış alimi Faruq Sümər o zamanlar Türkmənistan Elmlər Akademiyasının fəxri üzvü seçilib.

Faruq Sümərin kitablarından biriQaraqoyunlular: başlanğıcdan Cahan şaha qədər” adlanır. Bu kitab bizə “Oğuzlar” qədər vacibdir, çünki 1387-1468-ci illərdə Şimali və Cənubi Azərbaycan ərazisində mövcud olan böyükmilli dövlətimizin tarixi haqqında ən yaxşı monoqrafiyadır.

Faruq Sümərin “Əshabül – Kəhf” kitabı islam aləmində məşhur olan əfsanəvi bir mağaraonun əsrlərcə yuxuda olmuş sakinləri haqqındadır. Qədim tarixi mənbələri araşdıran müəllif bu qənaətə gəlib ki, həmin mağara Maraş vilayətinin Afşin rayonunda yerləşir. Kitab bizim üçünmaraq kəsb edir, çünki Naxçıvanda da belə bir mağara var.

Türk dövlətləri tarixində şəxs adları” kitabı müəllifin vəfatından sonra çap olunub. Bu kitabda göytürklər dövründən osmanlıya qədər türk dövlətlərində işlənən şəxs adları, ünvanlar, onların mənaları, etimologiyası göstərilib, son dərəcə maraqlı etnoqrafik məlumatlar verilib.

Vətənpərvər alimKitabi – Dədə Qorqudu A.E.UysalV.S.Valker ilə birlikdə ingilis dilinə tərcümə edib. Faruq Sümər bu vətənsevər təşəbbüslə bağlı bu sətirləri yazıb: Milli dastanımız olan Dədə Qorqud dastanının dünya dastanları arasında yer almamış olması məni davamlı bir şəkildə üzürdü. Bu qaçınılmaz vəzifəni yerinə yetirmək üçün iki dostumla birlikdə dastanı ingilis dilinə tərcümə etdikdən sonra ona giriş notlarbiblioqrafiya əlavə etdik”.

Dərin və ciddi əsərləri Faruq Sümərə hər yerdə hörmət qazandırıb. 1971-ci ildə Kaliforniyadakı Berkli Universiteti onu ayda beş min dollar maaşla türkoloji araşdırmalar mərkəzinə müdir vəzifəsinə dəvət edib, fəqət Faruq Sümər vətəndən uzaqda yaşaya bilməyəcəyi üçün bu təklifi rədd edib. 1974 -1975-ci illərdə Frankfurt Universitetində qonaq professor kimi dərs deyib, müxtəlif vaxtlarda İngiltərədə, Fransada, Almaniyada, İrandaABŞ-da elmi ezamiyyətlərdə olub.

Professor Faruq Sümər öz fakültəsində mühazirələr oxumaqla yanaşı, İstanbul Türk Musiqisi Dövlət Konservatoriyasında, İstanbul Ali Müəllim məktəbində, Memar Sinan Universitetində, Ərzurum Atatürk Universitetində də dərs deyib, bir sıra elmi təşkilatların işində yaxından iştirak edib, bəzi elmi jurnalların redaktoru olub.

Faruq Sümər əsil türk və həqiqi tarixçi olaraq öz prinsiplərindən vaz keçməyib. Tarixin ideologiyaya və bəzi məkrli mənafelərə alət edilməsinə qarşı çıxıb, tarixçinin neytral və tərəfsiz olmasının gərəkdiyini söyləyib. 1980-ci il çevrilişi zamanı hərbçilərin kürdlərin türk olması barədə məqalə yazmaq xahişini qətiyyətlə rədd edən Sümər “Kürdlər türk deyil, mən də əmr qulu deyiləm, mən tarixçiyəm” deyərək kəskin etirazını dilə gətirib.

1934-cü ildə soyadı islahatı ilə əlaqədar olaraq ailəsinin aldığı Dəmirtaş familiyasını daşıyan Faruq bəy daha sonra Sümər soyadını qəbul edib. Ona görə də elmi əsərlərinin bir qismi Faruq Dəmirtaş imzası ilə nəşr olunub. Ancaq oğuzlar haqqında saysız-hesabsız tədqiqat və araşdırmalar apardığı üçün, şüuraltı bir şəkildə onun Faruq Sümər adını Faruq Oğuz kimi qavrayırlar. Türkiyədə və Azərbaycanda bir çox adamın bu mövzuda eyni düşündüyünün şahidi olmuşuq.

Faruq Sümər araşdırmalarını daima şaquliüfiqi parametrlər üzrə, təsdiq-təkzib, induksuya-deduksuya metodları üzrə, dərininə və eninə olmaqla yürüdüb. Bəzən kiçik bir fakt üçün həftələrlə, aylarla axtarışlar aparıb. O, heç bir qarşılıq və təmənna gözləmədən, yorulub-usanmadan, gecə-gündüz çalışıb, türklüyün gələcəyi naminə keçmişini araşdırıb, maddi sərvət adına heç nə qazanmayıb, onun qazandığı bütün sərvət mənəvidir. O sərvətin həcmi Turan qədər böyük və əngindir.

Faruq Sümər qəhrəman və nəcib türk millətinin böyüklüyünə və qədimliyinə qeyd-şərtsiz inanıb. Onun başlıca məqsədi türk millətinin şanlı keçmişini araşdırmaq və millətin bunu öyrənməsini təmin etmək idi. Buna böyük ölçüdə nail olub. Türk milləti var olduqca Faruq Şümərin adı onunla birlikdə yaşayacaq.

Faruq Şümər 71 illik ömrü ərzində iri bir elmi-tədqiqat institutu qədər mühüm işlər görüb, zəngin və böyük türk mədəniyyətinin, qədim və köklü türk tarixinin araşdırılmasında və incələnməsində, tədqiqində və öyrənilməsində, həqiqətən misilsiz xidmətlər göstərib. Bu tarixi şəxsiyyətin özəlliyi türk dünyasını, türkün tarixini və mədəniyyətini ümumdünya tarixi konstektində, zaman olaraq bütün dərinliyi ilə, məkan olaraq bütün genişliyi ilə horizontalbütöv şəkildə görməsi və tədqiq etməsidir. Bu zaman Orta AsiyaÖn Asiya məxrəci türk mədəniyyətinin üç qitəyə yayılması, bəzi yerli xüsusiyyətlər və fərqliliklər qazanması onu çaşdırmayıb, ana türk ünsürünün hər yerdə var olduğunu təsbit edərək, siyasi tarixlə mədəniyyət tarixini Hun çağından osmanlılara, bəzən də günümüzə qədər paralel şəkildə izləyib.

Prof. Faruq Sümər türk milli təfəkkürünü bütün incəliklərinə qədər bilən mədəniyyətşünas, geniş diapazonlu folklorçu, istedadlı etnoqraf, parlaq tənqidçi, gözəl mətnşünas kimi yazarlar sırasına daxil olub. Əngin zəka və ensiklopedik bilik sahibi olan Faruq Sümər məhsuldar yaradıcılığı ərzində türklüyün, demək olar ki, bütün dövrlərinə və sahələrinə dair sanballı və nüfuzlu fikir bildirib, bütün tədqiqat və çalışmalara elmimetodoloji istiqamət verib, yeni cığırlar açıb.

Faruq Sümərin “Oğuzlar” kitabı onun uzun axtarışlarının əvəzsiz bəhrəsidir. Oğuzların həyatı, məişəti bir etnos kimi qədim zamanlardan təşəkkül tapması, dövlət idarəetmə bacarığı monoqrafiyada öz əksini tapmışdır.

Dədə Qorqud dünyası ilə yaxından tanışlığın bizə bəxş etdiyi mübarək adlardan biriFaruq Şümər, bizim ləhçədə desək, Şumer Faruqdur. Əlbəttə, Faruq bəy Şumer deyil. Çünki Yer üzündə artıq bir nəfər də olsun şumerli yoxdur. Böyük bir dəniz, yaşıl bir orman quruduğu kimi, bu xalq, bu ölkə də quruyub tərk olub. Vaxtilə dünyanı tanıdan Şumer artıq Şumersiz dünyanın qərib yaddaşında qalıb. İki çay arası bərəkətli, qüdrətli sivilizasiya mərkəzinin adını daşıyan Şümər bəyin adı bizi uzaqlara aparır. Adda qəribə sirr vardır.

Ad varlığın alın yazısı kimidirad sözdür, sözün kölgəsi, şəklidir. Ad varlığı səsləyib ardınca aparır, uzaqlara, yaxınlara çəkir. Faruq bəyin soyadı da onu qədimlərə çəkib. Çəkib ki, onunla yaşasın, onda yaşasın. Tarixçi oğuzşünas, ədəbiyyatçı-qorqudşünas Faruq bəy ümumən türk dünyasına ömür həsr edən dəyərli elm xadimidir.

Tarix övlad kimidir. Hər gün eyni görünə-görünə başqası olur. Tarix qoca nənə kimidir, heç elə bil cavan olmayıb, anadan beləcə doğulub. Tarix yaddaşdır. Bir pəncərəsi keçmişə, bir pəncərəsi gələcəyə açılır. Faruq Sümər tarixə bilə-bilə düşməyən, qəzavü-qədərin hökmü ilə ona tuş gələn xoşbəxt adamdır. Bu tarix onu özünə çəkdi, özünüona, onda özünü saxladı, sevdi, bağrına basıb itirmədi.

Allah rəhmət eləsin.

 

Fazil QARAOĞLU

Professor

 

Bakı Xəbər.- 2018.- 15 avqust.- S.13.