Ermənilər işğal etdikləri ərazilərimizdə alban-xristian abidələrimizin

memarlıq quruluşunu dəyişdirməklə böyük cinayətə əl atırlar

Mütəxəssis 2019-cu ildə Bakıda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında bu məsələnin qaldırılmasının vacib olduğunu deyir

Faiq İsmayılov: “Bütün bu tarixi həqiqətləri inkar edən ermənilər xristianlıq amilindən istifadə edərək bu tip abidələrin divar yazılarını və bəzi bədii ornamentlərini dəyişdirərək erməniləşdirirlər”

 Azərbaycan dövlətinin ərazisində hələ qədim zamanlardan məbədlər, abidələr ucaldılıb. Qafqaz Albaniyasının özəyini təşkil edən ölkəmizdə xristianlıq mövcud olubislama qədərki dövrlərdə saysız xristian məbədi inşa edilib. Tarixçilər təsadüfi demirlər ki, Azərbaycan ərazisi əski çağlarda Cənubi Qafqazda xristianlığın əsas mərkəzi olub.

Bunu sübut edən yüzlərlə abidə, monastr, kilsə var ki, onların da xeyli hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Dağlıq Qarabağda, eləcə də zəbt edilən 7 rayon ərazisində yerləşir. Azərbaycan türkləri uzun əsrlərdir islam dininə tapınsalar da, Albaniya dövründən qalan xristianlıq məbədlərini də qoruyub saxlaya bilmişik. Bu da ondan irəli gəlir ki, Azərbaycanda zaman-zaman dini dözümlülük, başqa dinlərə, başqa dinlərin ibadət yerlərinə tolerant münasibət olub.

Azərbaycan xalqına aid olan bu abidələr işğal altındakı torpaqlarımızda ermənilər tərəfindən vandalizmə məruz qalıb. İş o yerə çatıb ki, ermənilər tarixi-dini abidələrimizin memarlıq quruluşunu dəyişməklə, o abidələri süni şəkildə bizdən uzaqlaşdırmağa cəhd edirlər. İşğal olunmuş ərazilərdə ermənilərin həyata keçirdikləri bu neqativ halların dünyada analoqu yoxdur. 

Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu gün erməni işğalında olan torpaqlarımızda xristianlıq dövrünə aid olan abidələrimizin memarlıq quruluşu dəyişdirilir. F.İsmayılovun sözlərinə görə, ermənilər çəkinmədən bu vandalizm, saxtakarlıq hərəkətlərini dünyanın gözləri qarşısında həyata keçirirlər. O, həmçinin, qeyd etdi ki, Bakıda 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında bu məsələnin qaldırılmasına, dünya birliyinə çatdırılmasına nail olmağa çalışacaq. Ermənilərin işğal altında saxladıqları Azərbaycan torpaqlarında xristianlıq dövrü abidələrimizin quruluşunun dəyişdirilməsi faktının bütün dünya tərəfindən pislənməli olduğunu vurğulayan F.İsmayılov hesab edir ki, erməni vandalizminə son qoyulmalıdır. O bildirdi ki, işğal altında olan abidələrimizin memarlıq quruluşunun dəyişdirilməsi bütün beynəlxalq konvensiyalara ziddir. 

Antik dövrlərdə və erkən orta əsrlərdə indiki Azərbaycanın bütün bölgələri, Qarabağda daxil olmaqla, Azərbaycan AlbaniyaAtropatena dövlətlərinin tərkib hissəsi olub (e.ə. IV – eramızın VII əsri). Məhz bu dövrlərdə memarlıq sənəti bu ərazilərdə çox yüksək səviyyədə və böyük sürətlə inkişaf edib.

Alban dövlətində xristianlıq rəsmi din kimi qəbul edildikdən sonra bu dövlət buya digər dərəcədə xristian ideologiyasının təsir dairəsində olub.

Alban dövrü memarlıq abidələrinin daşdivar rəsmlərində və eləcə də süjet xarakterli oymalarda daha çox türkdilli xalqlara məxsus elementlərdən istifadə edilməsi hazırkı dövrdə bu abidələrin ermənilər tərəfindən daha çox zərər görməsinə səbəb olur. Birmənalı şəkildə ermənilər Cənubi Qafqazda tarix və mədəniyyət abidələri üzərində türk ornamentlərinin və simvollarının olmasını qəbul etmirlər. Çünki onlar alban dövrü abidələrinin üzərindəki ornament və simvolları olduğu kimi qəbul etsələr, onda bu abidələrin erməniləşdirilməsi mümkün olmazdı.

Təsadüfi deyil ki, əsrlərlə dinc, yanaşı yaşayan albantürk tayfalarının öz bədii yaradıcılıqlarında da qarşılıqlı şəkildə bir-birinin mədəni irsindən bəhrələnmələri hələ o dövrdən Azərbaycanda multikulturalizmin mövcudluğundan xəbər verir. Odur ki, elmi ədəbiyyatlarda hərdən Qafqaz Albaniyası dövrü memarlıq abidələrinin albantürk memarlıq abidələri kimiqeyd olunması təsadüf sayılmamalıdır. Çünki bu abidələr üzərində varislik yalnız azərbaycanlılara məxsusdur” -deyə bildirən F.İsmayılovun sözlərinə görə, Cənubi Qafqazda Albaniya dövrü abidələrinə varisliyin yalnız azərbaycanlılara məxsusluğu barədə rusiyanın görkəmli Qafqazşünas tarixçi-alimi Y.İ.Krupnov öz yazısında qeyd edib. Sözügedən alim yazırdı: “Albaniya tarixinin öyrənilməsi işində heç bir məhdudiyyət və məcburiyyət olmamışdır. Albaniya tarixini müxtəlif ölkələrin tarixçiləri öyrəniblər. Lakin bir şey məlumdur, Qafqaz Albaniyasının tarixitaleyi ilə hamıdan çox azərbaycanlılar məşğul olmalıdırlar. Onlar bu sahədə dünya elmi qarşısında məsuliyyət daşıyırlar, dünya elminə borcludurlar”. Bu etibarlı bir fikirdir. Albaniyada xristianlıq memarlığı üslubunda dairəvi məbədlər deyilən xüsusi memarlıq da yayılmışdı və bu memarlıq üslubu yalnız albanlara aiddir. Bunu bir çox tədqiqatçılar da təsdiq edirlər ki, bu üslub Cənubi Qafqazda yalnız albanlara məxsusdur. Çünki xristianlığa qədərki dövr Alban memarlıq abidələrinin daş və divarları üzərindəki elementlər başqa millət və xalqların daş kitabələrində rast gəlinmir. İndiki dövrdə ermənilər bu abidələrin ermənilərə məxsus olduğunu iddia etsələr də, abidələrin memarlıq quruluşu, forma və ornamentlərinin düzülüşü ermənilərin yalan danışdıqlarını üzə çıxarır.

Albaniyada dairəvi məbədlərin tikilməsi erkən xristianlıq dövrünə aiddir və tədqiqatçıların fikrincə, bu məbədlər Günəşə ibadət edən albanlar tərəfindən, yəni hələ xristianlığın tam mənimsənilmədiyi və səma cismlərinə ibadətlə qarışdırıldığı dövrlərdə tikilib. Bu dövr memarlıq üslubunun bütün ornamentlərində atəşpərəstliyin təzahürləri, göy cismlərinə ibadətin motivləri öz əksini tapır. Bu cəhət erkən xristianlıq dövrü alban xaçlarında da özünü göstərir.

Təqribən minillik tarixi olan Alban dövlətinin mövcud olduğu dövrlərdə Şimali Azərbaycanın bütün bölgələrində, o cümlədən Dağlıq Qarabağda öz spesifik quruluşuna görə tamam fərqli alban-xristian dininə aid məbədlər, bazilikalar və sovmələr meydana gəlməyə başlayıb. Öz dövrü üçün xarakterik olan bu cür memarlıq üslubundan aydın olur ki, o dövrdə Albaniyada Şərq xristianlığına məxsus memarlığın bütün növləri inkişaf etmişdi. Bütün bu tarixi həqiqətləri inkar edən ermənilər xristianlıq amilindən istifadə edərək, bu tip abidələrin divar yazılarını və bəzi bədii ornamentlərini dəyişdirərək bu abidələri erməniləşdirirlər.

Abidələrin mənimsənilməsi zamanı ermənilər bəzən abidənin bütün divarlarını yenidən tikir, genişləndirir və hündürləşdirirlər ki, bu da mövcud vəziyyətdə “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyasının tələblərinin kobud şəkildə pozulması deməkdir. Buna misal olaraq Xocavənd rayonunun Dağyurd kəndindəki abidəni misal göstərmək olar”. F.İsmayılovun qeyd etdiyinə görə, kəndin adı 29 dekabr 1992-ci ilə qədər Saruşen olub. O vurğulayır ki, XIX əsrin sonlarında İrandan Qarabağa köçürülən ermənilər kəndi Saruşen adlandırmışlar. Kəndin əhalisi XIX əsrin 90-cı illərində İrandan köçüb gəlmış erməni ailələrindən ibarətdir. Dağyurd kəndi Azərbaycanın qədim ərazilərindəndir. Oykonim "dağda salınmış yurd" yeri mənasını verir. Kənd 1992-ci ildən Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

“Kənddə yerləşən bu abidənin XIX əsrə aid olduğu güman edilir. Abidənin ümumi görünüşütikinti quruluşu bu abidənin özünəməxsusluğunu göstərir. Abidədən Sovet imperiyası dövrü anbar kimi istifadə edilib.

Lakin bu abidənin görünüşü erməniləri qane etmədiyindən, onun formasını dəyişmək qərarına gəldilər. Beləliklə, onlar abidənin ümumi görünüşünü dəyişdirdilər.

Təmirdən sonra abidənin üst hissəsi hündürləşdirildi. Çardağı dəmirlə bağlandı. Hələ, üstəlik, binanın üzərinə zəng qülləsi də əlavə edildi.

Dağyurd kəndində Qafqaz Albaniyası dövrünə aid olan daha bir XII-XIII əsr abidəsi erməni vandalizminin qurbanı olub. Abidə 1991-ci ildə erməni terrorçuları tərəfindən mişen kimi istifadə edilib, ağır artilleriyadan abidəyə bir neçə dəfə uzaq məsafədən atəş açılıb. Ermənilər bu cinayətlərini gizlətmək üçün abidəni yenidən inşa etmək qərarına gıliblər. Belə ki, abidəni bərpa etmək bəhanəsi ilə onu əzəli görünüşündən məhrum etdilər.

Təmir zamanı, şəkildən göründüyü kimi, abidənin sol tərəfinə 2 metr divar əlavə edildi. Bir o qədər də binanın ön tərəfi artırıldı. Binanın tavanı 50 cm-dən çox hündürləşdirildi. Beləliklə, abidə əzəli görkəmindən daha böyük görünür.

Alban dövrünün ən mürəkkəb tikililəri isə, bir qayda olaraq, bazillikalarmonastrlar hesab olunurlar. Monastrbazilikalar, kilsə və sovmələrdən fərqli olaraq, əzəmətli tikinti quruluşuna malik olurlar. Bu abidələr kütləvi tədbirlər və dini ibadətlər üçün nəzərdə tutulurdu” - deyə bildirən F.İsmayılovun sözlərinə görə, bu abidələrin də tikinti üslubu və özünəməxsus xüsusiyyətləri Şərq xristianlığı memarlığından kəskin şəkildə fərqlənir. O dedi ki, hazırda ermənilər işğal etdikləri Azərbaycan ərazilərində bu tip abidələrin hamısını erməni kilsələri kimi təqdim edirlər. Alban dövrünün bütün növdən olan tikililərini “erməni kilsəsi” adlandıran ermənilər, Dağlıq Qarabağda bütün alban dövrü abidələrinin hamısının “erməni kilsələri” olduğunu iddia edirlər:Halbuki, Sovet  dövründə bu ərazidə cəmi bir erməni kilsəsi mövcud idibu kilsə burada yaşayan bütün ermənilərin ibadətini təmin edirdi.

Dağlıq Qarabağda öz füsunkar gözəlliyi ilə seçilən belə monastrlardan birikeçmiş Ağdərə rayonunun ərazisindəki Xotavəng monastrıdır.

Qarabağın Vərəndə ərazisinin sonrakı adı Ağdərədir. Rayon 8 avqust 1930-cu ildə təşkil edilib. 10 sentyabr 1939-cu ilədək Cerabert, 1991-ci ilə qədər Mardakert, 1991-ci ildən sonra Ağdərə adlanıb. İnzibati mərkəzi Ağdərə şəhəri olub. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli Qərarına əsasən, ləğv olunaraq Tərtər, Ağdam, Kəlbəcər rayonları arasında bölünüb.

Bu ərazidə yerləşən Xudavəng monastr kompleksi ("Xotavəng monastrı" - farscadan tərcümədə "təpədə yerləşən" anlamı verir) - Kəlbəcərdən şərqdə, Ağdərə-Kəlbəcər magistral yolunun qırağındakı Bağlıpəyə kəndindən aşağı, Ağdərə tərəfdə, Kəlbəcər rayonunun 29 kilometrliyində yerləşən qədim alban monastr kompleksidir.

Monastr VI-VII əsrlərdə alban knyazı tərəfindən tikilib. XV əsrdə bu abidə Alban Knyazlığının dini məbədi olub. Sonralar məbəd bir neçə dəfə təmir edilib, əlavələr olunub nəhayət, alban hökmdarı Həsən Cəlal tərəfindən əsaslı bərpa edilib.

Məlumatlar göstərir ki, Həsən Cəlalın arvadı Minə Xatun burada dəfn olunub, anası Arzu Xatun dövrün görkəmli ziyalısı Mxitar Qoş bu məbəddə olmuş xatirə üçün nişan daşları qoymuşlar. Maraqlısı odur ki, üstü günbəz kimi tikilmiş bu binaların tikintisində ağac materialından istifadə olunub. Binanın divarlarında yağlı boya ilə çəkilmiş çoxlu şəkil yazılar var idi. Ağdərədən Basarkeçərdən gələn ermənilər həmin xaç yazıların bir hissəsini balta ilə çaparaq məhv ediblər. Alban xaçlarının rəsmlərin yerinə erməni xaçları qoyub, divarlara erməni rəsmləri çəkiblər”.

F.İsmayılov vurğuladı ki, abidənin tikintisində istifadə olunmuş daşlar Tərtər çayının sahilindən gətirilib. Faktiki olaraq ermənilər bu monastrın da formasının dəyişdirilməsini həyata keçirirlər.

Kompleksin həyətində aparılan tikintiabadlıqişlərinin monastrın əzəli görkəminə zərər vurduğunu deyən F.İsmayılovun sözlərinə görə, kompleksə daxil olan yardımçı binalar yenidən tikilərək müasirləşdirilir. O vurğuladı ki, ermənilər işğal dövrü monastrın giriş qapısını sökərək əzəli görkəmindən məhrum ediblər.

Qeyd edək ki, ermənilərin hazırda tarixi abidələrimizin memarlıq quruluşunu dəyişdirməsi faktına Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev münasibət bildirib. O, mətbuata açıqlamasında qeyd edib ki, mədəni abidələrin əsasının dəyişdirilməsi Ermənistan tərəfindən sistematik şəkildə həyata keçirilən bir prosesdir. O deyib ki, analoji hadisə Azıx mağarasında da müşahidə edilib Azərbaycan bu hadisələrə dərhal reaksiya verib.

H.Hacıyevin sözlərinə görə, Xarici İşlər Nazirliyi dəyişdirilən tarixi dini abidələrlə bağlı mütəmadi olaraq işləyir beynəlxalq təşkilatlara çoxsaylı müraciətlər edilir. Hikmət Hacıyev onu da deyib ki, ermənilərin abidələri erməniləşdirməkdə əsas məqsədlərdən biri işğal altındakı torpaqların gələcəkdə ilhaq edilməsi ilə bağlı mədəni baza formalaşdırmaqdır. Ancaq Azərbaycan heç vaxt bu addımları cavabsız qoymayacaq.

Hesab edirik ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Azərbaycan torpaqlarında ermənilərin tarixi-mədəni irsimizi talan etməsinə, xristianlıq dövrü abidələrimizin memarlıq quruluşunun dəyişdirilməsi faktına beynəlxalq qurumlar tərəfindən sərt reaksiya veriləcək. Bizə gözləmək qalır...

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

Bakı Xəbər.- 2018.-29 avqust.- S.7.