Şamaxı və İsmayıllının yeni infrastruktur

layihələri və bölgənin genişlənən turizm imkanları…

“Dəmirçi-Lahıc avtomobil yolunun istifadəyə verilməsi ölkə turizminin inkişafına səbəb olacaq”

Bahadur Bilalov: “Qədim tarixə malik Lahıcın sosial problemlərinin həll olunması həm yerli, həm də xarici turistlərin həmin əraziyə marağını daha da artıracaq”

 İsmayıllı rayonunun Lahıc qəsəbəsi Azərbaycana gələn turistlərin baş çəkdiyi gözəl məkanlardan biridir. Məlumdur ki, Lahıc dağlar arasında, Böyük Qafqaz sıra dağlarının cənub yamacında, dəniz səviyyəsindən 1505 m. hündürlükdə yerləşir. Adıçəkilən qəsəbə özünəməxsus memarlıq üslubu və binaların keyfiyyəti ilə adi dağ kəndlərindən çox fərqlənir.

Bu, məharətlə və mozaik şəkildə çay daşları ilə döşənmiş küçə-meydanları olaninkişaf etmiş kanalizasiya, su təchizatı sisteminə malik kiçik bir orta əsr yaşayış məskənidir. Burada iki və üçmərtəbəli evlər, ictimai hamamlar görmək mümkündür. Memarlıq ənənələrinin unikallığı, yüksək səviyyədə inkişaf etmiş xalq sənətkarlığı və özünəməxsus adət-ənənələri Lahıcı açıq səma altında muzey adlandırmağa imkan verir.

Qeyd etdiyimiz kimi, Lahıc yerlixarici turistlərin ən çox səfər etdiyi məkanlardan biridir. Lahıcın sosial problemləri artıq həll olunur.

Məlumdur ki, bu günlərdə Prezident İlham Əliyev İsmayıllı rayonunun Lahıc qəsəbəsində olub. Prezident qəsəbədə olarkən Lahıca təbii qaz verilib və qəsəbəni Şamaxı ilə birləşdirən avtomobil yolu açılıb.

Prezident Lahıc qəsəbəsində olarkən bildirib ki, yolun, qazın çəkilişindən sonra Lahıca gələn qonaqların – həm Azərbaycan vətəndaşlarının, həm də xarici vətəndaşların sayı qat-qat artacaq: “Nə qədər çox turist gəlsə, ölkəmizə o qədər də çox pul gələcək. Turistlərin sayı 2016-cı ildə 22 faiz, 2017-ci ildə 20 faiz, bu ilin 7 ayında 9 faiz artıb və bu proses davam edir. Hər gələn turist xidmət sektorunun inkişafına xidmət göstərir”.

Prezident Lahıcın Azərbaycanın turizm sektorunda xüsusi çəkisinin olduğunu vurğulayıb: “Təsadüfi deyil ki, Lahıca minlərlə, on minlərlə turist gəlir. İndi Şamaxı-Lahıc yolu ilə daha da çox gələcəklər. Əminəm ki, turistlərin axını daha da artacaq. Bu qəsəbənin özəlliyi ondadır ki, burada çox nadir memarlıq ansamblı mövcuddur”.

Ekspertlərin fikrincə, turistik məkan sayılan Lahıcın sosial infrastrukturunun yaxşılaşdırılması qeyd olunan əraziyə daha çox turistin gəlməsinə səbəb olacaq.

Turizm sahəsi üzrə ekspert Bahadur Bilalov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, hər hansı bir qəsəbənin, xüsusən də qədim tarixə malik Lahıcın sosial problemlərinin həll olunması həm yerli, həm də xarici turistlərin həmin əraziyə marağını daha da artıracaq. Lahıca qazın verilməsi nəinki isti fəsildə, eyni zamanda, qışda da turistlərin ora gedib lazımi xidmət almasına səbəb olacaq.

Hmsöhbətimizin sözlərinə görə, Dəmirçi-Lahıc avtomobil yolunun istifadəyə verilməsi və Dəmirçi kəndində Arxeoloji Muzeyin açılması Azərbaycanın zəngin turizm potensialının turizmə cəlb olunması üçün atılan addımlardır: “Ölkə başçısı İlham Əliyev gündəlik faəliyyətində Azərbaycanın turizm potensialının təbliğ olunması, yeni turizm məhsulunun hazırlanması üçün turizm peşəkarlarına sanki yol göstərir. Hesab edirəm ki, Dəmirçi-Lahıc avtomobil yolunun istifadəyə verilməsi ölkə turizminin inkişafına səbəb olacaq. Eyni zamanda, yeni istifadəyə verilən avtomobil yolu Dəmirçi kəndinə gedəcək turistlərin sayına da təsir edəcək. Turistlər Lahıca getməklə bərabər, eyni zamanda Dəmirçi kəndi ilə də tanış olacaqlar. Beləliklə, yerlixarici turistlər Azərbaycan turizminin zəngin olmasından xəbərdar olacaqlar”.

Günel CƏLİLOVA

Bakı Xəbər.- 2018.-29 avqust.- S.14.