Azərbaycanda dünya üzrə yeganə olan ƏSA teatrı

Nicat Qulami: Teatrımızın yaranmasında məq­səd əlil­li­yi olan şəxs­lə­rin in­cə­sə­nə­tə da­ha ya­xın ol­ma­sı­na dəs­tək ver­mək, həmin şəxs­lə­ri mo­no­ton hə­yat tər­zin­dən mü­əy­yən qə­dər ol­sa uzaq­laş­dır­maq, cə­miy­yə­tə in­teq­ra­si­ya­sı­nı təş­kil et­mək­dir

“ƏSA öl­kə­miz­də əsas he­yə­ti əlil­li­yi olan ak­tyor­lar­dan iba­rət ilk ink­lü­ziv te­atrdır"

Fiziki məhdudiyyətli insanların həyata baxışı, sənətə münasibəti çox maraqlıdır. Bəzən düşünürük ki, yerimə əngəli olan insanlar səhnədə, kinoda necə rol oynaya bilərlər? Ancaq belə deyil, onlar özlərinin istedadını səhnədə daha qabarıq şəkildə ifadə edə bilirlər. İnanmırsınız? Bakıda fəaliyyət göstərən müstəqil peşəkar inklüziv ƏSA teatrında çalışan fiziki əngəlli aktyor aktrisalar, sözün həqiqi mənasında, səhnəni fəth ediblər. Bildiyimiz qədər, ƏSA inklüziv teatrı dünyada yeganə teatrdır ki, burada fiziki məhdudiyyəti olan aktyor aktrisalar çalışır. Teatrdan aldığımız məlumata görə, Azərbaycanın eləcə Qafqazın əlilliyi olan olmayan aktyorlardan ibarət ilk teatrı olan ƏSA 3 sentyabr 2016-cı ildə aktyor-rejissor Nihad Qulamzadə tərəfindən yaradılıb. Yaranması ilə bağlı ictimaiyyətə elan verildikdən dərhal sonra bir çoxları ƏSA teatrının Azərbaycan incəsənətində inqilabi təşəbbüs olduğunu yaxud son illər ölkəmizdə baş verən ən müsbət hadisə olduğunu bildiriblər. Müstəqil şəkildə fəaliyyət göstərən teatr heç bir qurum şəxs tərəfindən maliyyələşmədən ilk addımlarını atıb. Teatrın fəaliyyətə başlaması üçün ilkin maliyyə dəstəyini teatrın hazırkı baş meneceri Nicat Qulam təmin edib. Teatrın adına gəlincə, ƏSA adı bir çoxlarının istifadə etdiyi əl ağacı mənasını daşıyır, eyni zamanda, əngəlsiz, sərhədsiz, azad sözlərini özündə birləşdirir.Teatrdan bildiriblər ki, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasını bərpa etmək sürətləndirmək, əlilliyi olan, eyni zamanda olmayan şəxslərin birgə fəaliyyətini təmin etmək, onların sosial, ictimai rifahını yüksəltmək, nəinki teatrla, incəsənətin digər sahələri ilə məşğul olmalarına təşviq etmək kimi mütərəqqi məqsədlər ƏSA teatrının yaranmağına səbəb olub.Məlum olduğu kimi, qısa zamanda teatr öz üslubu ilə ictimai rəğbət qazana digər əlilliyi olan şəxslərdə motivasiya yarada bilib. Belə ki, ƏSA-ya qoşulmaq üçün əlilliyi olan olmayan şəxslər teatra çoxsaylı müraciət ünvanlayıblar.Beş nəfərlik heyətlə fəaliyyətə başlayan ƏSA teatrı müəyyən zamanlarda otuz nəfərdən çox heyətlə fəaliyyətinə davam edirib. Bir ildən çox olan fəaliyyətləri dövründə əlilliyi olan olmayan aktyorların iştirakı ilə dörd tamaşa bir performans hazırlayıblar. Bu tamaşalar fasilələrlə bir neçə dəfə nümayiş olunub.ƏSA teatrı yaranması ilə ölkə tarixində böyük bir ilkə imza atıb. Eyni zamanda, teatr fəaliyyəti dövründə bir çox dünya miqyaslı ilklər həyata keçirib. ƏSA teatrı dünyada ilk dəfə teatr tamaşasını işarət dili ilə sinxron şəkildə tərcümə edib. Bu, nitq məhdudiyyəti olan şəxslər üçün atılmış vacib addımlardan biri idi. Beləcə, hazırda tamaşaçılarımız arasında nitq məhdudiyyətli şəxslər çoxluq təşkil edirlər. Əlilliyi olan şəxslərlə bağlı ölkə tarixində ilk dəfə sosial videoçarx ƏSA teatrı tərəfindən hazırlandı. Sosial çarxı çəkməkdə məqsəd cəmiyyətin bütün təbəqələrinin diqqətini ölkədə əlilliyi olan şəxslərə yönəltmək olub.Onu da vurğulayaq ki, Prezident İlham Əliyev əlilliyi olan aktrisanı mədəniyyət sahəsində göstərdiyi nailiyyətlərə görə Prezident mükafatı ilə təltif edib. Bu aktrisa da ƏSA teatrının yetirməsi Gülnar Əlfidatlıdır. Bununla da Gülnar Əlfidatlı ƏSA teatrının aktrisası olaraq əlilliyi olan aktrisa kimi Prezident mükafatı alan ilk gənc olub. ƏSA teatrının rəhbəri, rejissor Nihad QulamzadəAdamlar siçanlar – 2” tamaşasının quruluşunda teatr tariximizdə bir ilk həyata keçirib. Belə ki, Nihad Qulamzadə tamaşanın quruluşunda film texnikalarından, xüsusilə flashbacklar”dan istifadə edib. Bununla da teatr tarixinə yeni üslub gətirib.ƏSA teatrının həyata keçirdiyi tamaşa layihələr hər zaman teatr ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb. Belə ki, teatrda “DUMB” psixodraması (müəllif quruluşçu rejissor Nihad Qulamzadə), Kapoeyra üslubunda inkluziv performans ( müəllif quruluşçu rejissor Nihad Qulamzadə) ,“Yuxum” (U.Şekspir, “Yay gecəsində yuxuromantik komediyası, quruluçu rejissor Şamil İbrahimov, rejissor Nihad Qulamzadə), “Adamlar siçanlar (C.SteynbekSiçanlar insanlar haqqındafaciəsi, quruluşçu rejissor bəstəkar Nihad Qulamzadə, rejissor Elşən Əsgərov), “Adamlar siçanlar – 2” (C.Steynbek, “Siçanlar insanlar haqqındafaciəsi,  quruluşçu rejissor Nihad Qulamzadə), “Paris Partladı” (M.F. Axundov "Müsyö Jordan Dərviş məstəli şah" komediyası, quruluşçu rejissor Elşən Əsgərov) s. tamaşalara quruluş verilib.

 

Hə­lə­lik dün­ya­da ye­ga­nə olan ink­lü­ziv ƏSA te­at­rı­nın baş me­ne­ce­ri Ni­cat Qu­la­miBakı-Xəbər”ə bildirdi ki, bu teatrın öz hədəfləri var: “Doğ­ru­dur, ƏSA te­at­rı öl­kə­miz­də əsas he­yə­ti əlil­li­yi olan ak­tyor­lar­dan iba­rət ilk ink­lü­ziv te­atr­dır. Hət­ta tə­va­kö­kar­lıq­dan uzaq ol­sa da, de­mək la­zım­dır ki, ƏSA  ha­zır­da dün­ya­da məhz bu cür fəa­liy­yət gös­tə­rən ye­ga­nə te­atr­dır. Dün­ya üz­rə əlil­li­yi olan şəxs­lər­dən iba­rət müx­tə­lif xare­oq­ra­fi­ya rəqs qrup­la­rı ol­sa da, həm say­la­rı çox az­dır, həm bun­lar­dan sa­də­cə, bir ne­çə­si pe­şə­kar şə­kil­də fəa­liy­yət gös­tə­rir. Te­at­ra gəl­dik­də isə, be­lə bir ikin­ci ak­tiv fəa­liy­yət gös­tə­rən te­atr yox də­rə­cə­sin­də­dir. Teatrımızın yaranmasında məq­səd əlil­li­yi olan şəxs­lə­rin in­cə­sə­nə­tə da­ha ya­xın ol­ma­sı­na dəs­tək ver­mək, həmin şəxs­lə­ri mo­no­ton hə­yat tər­zin­də mü­əy­yən qə­dər də ol­sa uzaq­laş­dır­maq, cə­miy­yə­tə in­teq­ra­si­ya­sı­nı təş­kil et­mək­dir”.

O vurğuladı ki,  ƏSA te­at­rı nə­in­ki son il­lər­də, 21-ci əsr­də Azər­bay­can te­atr ta­ri­xi üçün ən bö­yük ha­di­sə­lər­dən bi­ri­dir.

 

İradə SARIYEVA

Bakı xəbər.- 2018.- 5 dekabr.- S.15.