Azərbaycanda təkəlduz sənətibu qədim sənətin tarixə qovuşacağını deyənlər yanıldı

Aynurə Camalova: “Bu gün qədim sənət növlərinin inkişafına dövlət qayğısının olması bir sıra ənənəvi xalq dekorativ tətbiqi sənət sahələrinin yenidən dirçəlməsinə səbəb olub

Halbuki, illər əvvəl bu sənətin tarixə qovuşacağını düşünənlər vardı

Xarici turistlər Şəkidə müxtəlif sənətkarların emalatxanasında təkəlduz işlərinin hazırlanması prosesini əyani şəkildə izləyirlər

 Mədəni irsimizin formalaşmasında müstəsna rol oynayan çeşidli xalq sənəti növlərinin müəyyən hissəsi günümüzdə o qədər populyar olmasa da, hazırda yaşadılan xalq sənəti növləri az deyil. Bədii tikmə sənətinin bir çox sahələri xalq sənətinin qollarından biri kimi bu gün mövcuddur.  

Dekorativ-tətbiqi incəsənətin ayrılmaz tərkib hissəsi olan bədii tikmənin ölkəmizdə ən geniş yayılan növlərindən biri təkəlduzdur. Zərif, incə tikmə nümunələri olan təkəlduzun Vətəni ölkəmizdir. Vaxtilə Azərbaycanda geniş yayılan təkəlduz sənətinin inkişafı əsasən ipəkçiliklə bağlı olub. Keçən dövrlərdə Şəkidə təkəlduz sənətinin inkişafına böyük maraq olub, bu gün orada bu sənəti yaşadanlar az da olsa var.

Böyük tarixi keçmişi olan ölkəmizdə tarixən sənətkarlığın, dekorativ tətbiqi sənətin müxtəlif növlərinin inkişafı geniş yayılması üçün müxtəlif emalatxanalar fəaliyyət göstərib. Doğrudur, o emlatxanalarda qadınlar deyil, əsasən kişi sənətkarlar işləyiblər. Məlumdur ki, təkəlduz ustaları arasında qadınlarla yanaşı, kişilər olub ki, onlar bu cür gözəl sənət əsərləri yaradıblar. Mövsüm Məşədi Əli oğlu, Məşədi Yusif Süleyman oğlu, Məşədi Səttar, usta Əliabbas, Cabbar Əlizadə, Rza Tağızadə, Abuzər Lətifov keçmiş dövrün məşhur təkəlduz ustaları olublar.

Təkəlduz dükanlarında peşəkar ustalar yalnız təkəlduz, evlərdə isə qadınlar güləbətin, xanduz, zərənduz, muncuq, pilək, oturtma, örtmə, cülmə s. kimi tikmə nümunələri yaradırdılar. Təkəlduz bədii tikmələri ilə qadın geyimləri, böyük yastıqların üzlükləri, mütəkkələr, hamamda işlədilən ayaqaltı xalçalar, örtüklərə bəzək vurulurdu.Sənətşünas Aynurə Camalovanın sözlərinə görə, XIX əsrdə tikmə ustaları, əsasən qanovuz, mahud, məxmər üzərində işləyirdilər. Parçalar, əsasən tünd-qırmızı, qara, yaşıl, sürməyi, zoğalı rəngdə olurdu. Sənətşünas dedi ki, təkəlduz sənətinin dünəni çox zəngindir, bu gün bu sənətin ayrı-ayrı sənətkarlar tərəfindən yaşadılması mədəni irsimizin qorunmasına, təbliğinə xidmət edir. Sənətşünasın sözlərinə görə, hazırda əsasən Bakıda Şəkidə dekorativ sənətin bu zərif növü ilə məşğul olan qadınlar bu ənənəvi irsi başqalarına ötürürlər. Sənətşünas qeyd etdi ki, təkəlduz sözünün mənasıtək əllə düzdeməkdir. Azərbaycanda geniş yayılmış qədim xalq sənəti növlərindən biri təkəlduzdur. Sənətkarlar diyarı kimi məşhur olan qədim Şəki həm təkəlduz sənətinin vətəni sayılır. Hazırda Şəkidə dekorativ sənətin bu zərif növü ilə onlarla qadın məşğul olur. Sənətşünas bildirdi ki, bu gün tələlduz sənətinin yaşadıldığı Şəki şəhərindəSənətkarlar evifəaliyyət göstərir bu evdə müxtəlif xalq sənəti növü ustalarının emalatxanaları mövcuddur. “Təkəlduz sənəti çox incəlik tələb edən, xeyli vaxt aparan sənət növüdür. Bu sənət növü ilə  Azərbaycanda qədim dövrdən məşğul olunmağa başlanıb. Bu işlə məşğul olan usta həddindən artıq həssas olmalı, daim mövzunun rəngarəngliyini, rənglərin naxışların ahəngdarlığını düşünməlidir. Təkəlduz tikmənin naxışları gözəl rəng kompozisiya ahəngdarlığı ilə fərqlənməlidir. Bu sənət növündə ipək saplar əsasən tünd rəngli parçalar üzərində işlənir ki, bu da təkəlduz tikmələrini digərlərindən fərqləndirən başlıca xüsusiyyətdir. Təkəlduz tikmələr üçün nəbatat heyvanat aləmindən motiv elementlər səciyyəvidir. Bu gün Azərbaycanda təkəlduz sənətinə maraq artıb desəm yanılmaram. Çünki illər əvvəl bu sənətlə bir-iki usta məşğul olurdusa, bu gün gənc qızlar da buna maraq göstərirlər. Bu gün qədim sənət növlərinin inkişafına dövlət qayğısının olması bir sıra ənənəvi xalq dekorativ tətbiqi sənət sahələrinin yenidən dirçəlməsinə səbəb olub. Halbuki, illər əvvəl bu sənətin tarixə qovuşacağını düşünənlər vardı. Onu da qeyd edim ki, təkəlduz digər bu qəbildən olan sənət növlərinin hazırda genişlənməsinə səbəb olan amillərdən biri turizmin inkişaf etməsidir. Azərbaycan turistlərin ən çox maraq göstərdiyi ölkələrdən biri kimi göz önündədir. Bakıya, Şəkiyə, Lənkərana, eləcə digər şəhər rayonlarımıza gələn xarici yerli turistlər daha çox təkəlduz işlərinə maraq göstərirlər. Xarici turistlər Şəkidə müxtəlif sənətkarların emalatxanasında təkəlduz işlərinin hazırlanması prosesini əyani şəkildə izləyirlər. Turistləri ən çox milli naxışlarımız, həmçinin, Şəki xanları sarayının görüntüsü əks olunan əl işləri cəlb edir” - deyə A.Camalova bildirdi.A.Camalova dedi ki, Azərbaycanın böyük təkəlduz ustalarının əl işləri hazırda Azərbaycan Dövlət İncəsənət Muzeyində, Şəki Xalq Tətbiqi Sənət Muzeyində, Şəkidə Tarix Diyarşünaslıq Muzeyində, Sankt-Peterburqdakı Etnoqrafiya Muzeyində s. yerlərdə saxlanır. A.Camalovanın qeyd etdiyinə görə, təkəlduzun Şəkidə yaşadılmasına xüsusilə böyük əhəmiyyət verilir. “Hazırda Şəkidə təkəlduz emalatxanaları fəaliyyət göstərir ki, burada çalışan ustalar tikdikləri əl işlərini sərgiləyir satışını təşkil edirlər. Həmçinin, müasir dövr təkəlduz ustalarının böyük məharətlə yaratdıqları tikmə nümunələri ölkədaxili beynəlxalq dekorativ-tətbiqi sənət festivallarında, sərgilərində nümayiş olunur, müvəffəqiyyət qazanırlar. Çox istərdim ki, müasir təkəlduz ustalarından bir neçəsinin adını qeyd edim. Nuriyyə Məhərrəmova, Şəhla Şahid qızı, Səvavət Əkbərova, Ülviyyə Məmmədova, Səyalı Səlimli hazırda Şəkidə təkəlduz sənəti ilə məşğul olan, onlara yadigar qalan bu sənətin sirlərini gələcək nəsillərə ötürən ustalardır. Günümüzdə təkəlduz tikmənin tətbiq olunduğu əşyalarda artmaqdadır. Öncələr təkəlduz daha çox geyimlərdə, puştularda, pərdələrdə işlənirdisə, bu gün texnologiyanın inkişafı ilə əlaqədar olaraq tətbiq sahələri daha da genişlənib, mobil telefon üzlüklərində, çantalarda, kompyuter çantalarında, eynək qablarında s. əşyaların dekorativ bəzədilməsində tikmənin bu növündən geniş istifadə olunur. Bundan əlavə, təkəlduz nümunələri bu gün interyerləri bəzəyən sənət əsərinə çevrilib. Təsviri sənət əsərləri ilə yanaşı, müxtəlif süjetli, kompozisiyalı təkəlduz nümunələri çərçivələrə salınaraq, evlərin, ofislərin, əyləncə mərkəzlərinin divarlarını da bəzəməkdədir” - deyə sənətşünas bildirdi.

 

İradə SARIYEVA

Bakı xəbər.- 2018.- 19 dekabr.-15.