İşərişəhərqoruğunda Muzey Mərkəzi..

 

 

Qiymət Məhərrəmli: “Bu bizə imkan verəcək ki, mədəniyyət tariximizi, xalq sənətimizi, eləcə də qədim və müasir Bakını xarici turistlərə yaxından tanıdaq, bu dəyərlərimizi gənc nəslə sevdirək”

Yeni yaradılan Muzey Mərkəzində peşəkar muzey mütəxəssisləri işlə təmin olunacaqlar

Məlum olduğu kimi, “İçərişəhərDövlət Tarix-Memarlıq Qoruğu nəzdindəİçərişəhərMuzey Mərkəzi yaradılıb. Muzeyin yaradılmasının böyük əhəmiyyət daşıdığını deyən mədəniyyətşünaslar hesab edirlər ki, bu addım İçərişəhərin təbliğində böyük rol oynayacaq.

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmli bizimlə söhbətində qeyd etdi ki, İçərişəhər dünyanın ən nadir incilərindən biri kimi UNESCO-nun Mədəni İrs Siyahısında özünə yer tutub. O bildirdi ki, unikal görünüşə, böyük tarixə, mədəniyyətə malik olan İçərişəhər turistlərin diqqət mərkəzindədir. Onun sözlərinə görə, hələ Sovet dövründə İçərişəhər Bakıya gələn qonaqların qiqqət mərkəzində olub. “Son illər Azərbaycanda bir sıra mədəniyyət ocaqları istifadəyə verilib. Hər yaradılan yeni mədəniyyət strukturu ölkəmizin mədəni həyatında mühüm rol oynamaqla yanaşı, həm mədəniyyətimizin təbliğ edilməsinə, yaşadılmasına xidmət edir. Muzey hər bir dövlətin tarixinin yaşadıldığı, təbliğ edildiyi bir məkandır. Bu baxımdan, “İçərişəhərDövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturunda yeni yaradılanİçərişəhərMuzey Mərkəzi həm qədim Bakının, həm İçərişəhərin tarixinin təbliğində xüsusi rol oynayacaq. İçərişəhər özü insanlara açıq səma altında gözəl bir muzey təsiri bağışlayır. Baş nazir Novruz Məmmədovun imzaladığı qərara əsasən, belə bir muzey mərkəzinin yaradılması bizə imkan verəcək ki, mədəniyyət tariximizi, xalq sənətimizi, eləcə qədim müasir Bakını xarici turistlərə yaxından tanıdaq bu dəyərlərimizi gənc nəslə sevdirək. Bu gün gənc nəslin mədəni dəyərlərimizi tanımasına çox böyük ehtiyac var”.

Q.Məhərrəmlinin fikrincə, İçərişəhərdə yerləşən bütün muzeylər, o cümlədən İçərişəhərDövlət Tarix-Memarlıq Qoruğunun nəzdində olan saraylar, komplekslər Muzey Mərkəzinin tərkibində daha səmərəli fəaliyyət göstərmək imkanı əldə edəcək. O vurğuladı ki, İçərişəhərdə mövcud olan Qız qalası bir muzey kimi 1964-cü ildən fəaliyyət göstərir. Bundan başqa, Şirvanşahlar saray kompleksinin muzey kimi fəaliyyət göstərdiyini deyən alimin sözlərinə görə, XII əsrdə əsası qoyulan saray kompleksinin inşası XV əsrdə tamamlanıb kompleks üç müxtəlif hündürlükdə yerləşən üç daxili həyətə bölünür. Arxeologiya Etnoqrafiya Muzeyinin İçərişəhərdə fəaliyyət göstərdiyini bildirən alim hesab edir ki, eramızdan əvvəlki dövrdən orta əsrlərə kimi müxtəlif dövrləri əhatə edən eksponatlar sərgilənir. Əsası bir neçə il əvvəl qoyulan Miniatür Kitab Muzeyi turistlərin sevimli məkanlarından biridir. Burada 27 il ərzində 6000-dən çox eksponat toplandığını deyən ekspert bildirdi ki, bu muzey Zərifə Salahova tərəfindən yaradılıb. 1989-cu ildə caz musiqisi bəstəkarı pianist Vaqif Mustafazadənin Ev-Muzeyi, Xalq rəssamı ustad xalçaçı Kamil Əliyevin  Ev-Muzeyi, Xalq rəssamı Tahir Salahovun  Ev-Muzeyi İçərişəhərin maraqlı mədəniyyət ocaqlarındandır. “İçərişəhərin özündə bir neçə muzey fəaliyyət göstərir. Bu muzeylərin hamısı yeni yaradılanİçərişəhərMuzey Mərkəzində birləşəcək. Hesab edirəm ki, bu onların fəaliyyətinin daha səmərəli qurulmasına səbəb olacaq. Əslində, son zamanlar yaradılan yeni mədəniyyət strukturları bu sahədə fəaliyyətin müasir standartlara uyğun qurulmasına xidmət edir. Heç şübhəsiz ki, yeni yaradılan Muzey Mərkəzində peşəkar muzey mütəxəssisləri işlə təmin olunacaqlar” - deyə mütəxəssis bildirdi.

 

İradə SARIYEVA

Bakı xəbər.- 2018.- 26 dekabr.- S.15.