Ana”ları
bir yerə toplayan almanax
Yunus
Oğuz yazıçı- publisist, dramaturq
Azərbaycanda elə bir şair tapmazsan ki, anaya,
anasına, yaxud qadına şeir və yaxud başqa bir bədii
əsər həsr etməsin. Bu da təbiidir,
çünki hər kəsin hisslərinin formalaşması,
ülviləşməsi, kutsallaşması anadan
başlanır. Zaman keçir, gələcək
şair böyüyür, məşhurlaşır, amma ana
qucağını, ana məhəbbətini unuda bilmir.
Şairlər həyatda, cəmiyyətdə mübarizə
apardıqca, enişləri, yoxuşları çoxaldıqca
o məsum və saf günlərə - analı, ya anasız
zamana qayıtmağa can atır, uşaqlıq
dünyasının ən böyük neməti olan o dövr üçün
darıxırlar. Bu səbəbdən şairlər
acılarını, ağrılarını unutmaq
üçün keçmiş xəyallara qayıdırlar.
Keçmiş xəyalların ən
böyük obrazı, hamıdan seçilən surət isə
ANAdır.
Hələ bundan sonra da şairlər onları
doğacaq ANAlara şeirlər həsr edəcəklər.
Bu baxımdan gözəl ziyalımız, şair
Vüqar Sərdarovun tərtib etdiyi "Anam yadıma
düşdü" şeirlər toplusu diqqətçəkəndir.
Tərtibçi
analara, qadınlara həsr edilən şeirləri bir almanaxa
sığışdırmağı bacarıb. O, iki yüzdən
artıq şairin "ANA, QADIN" haqqında şeirlərini bir kitabda
toplayıb. Kimlər yoxdur bu almanaxda; tanınan
və tanınmayanlar, məşhurlar və yenicə
yazmağa başlayanlar, bir sözlə, demək olar ki,
hamı var. Əgər kimsə yaddan çıxıbsa bu tərtibçinin,
hesab edirəm ki, günahı deyil. Burada Əhməd
Cavad, Əliağa Vahid, Mikayıl Müşfiq, Nəbi Xəzri,
Zəlimxan Yaqub, Sabir Rüstəmxanlı, Əli Kərim,
Aşıq Şəmşir, Zöhrab Tahir, Nəriman Həsənzadə,
Əjdər Ol, Telli Pənahqızı və başqa nəhəng,
tanınmış imzalarla yanaşı, digər imzalar da
çoxluq təşkil edir.Bu almanaxda hansı hisslər yoxdur
- fərdi hisslərdən tutmuş, ta bu hissi VƏTƏN səviyyəsinə
qədər qaldıran, yaxud köçə, ululuğa,
türkçülüyə bağlayan şeirlərə qədər.
Məsələn,
öz yurdunda yurdsuz qalan Abdulla Qurbani yazır:
Duman
alıb dağlarımı,
Xəzan
vurub bağlarımı,
İtirib
xoş çağlarımı,
Ana,
Murovdan gəlirəm,
Qardan,
qırovdan gəlirəm,
Yaxud;
Qərib
quzutək mələrəm,
Leysan olub
nur ələrəm,
Gələrəm,
yenə gələrəm,
Ağlama, anam, ağlama.
Şair köç həsrətini, vətən həsrətini
ana şeirinin içində elə ustalıqla verir ki, oxuyan dərhal
yaxın keçmişdə başımıza nələr gəldiyini
anlayır.
Adil Cəmil "Anasız evin uşaqları"
adlı şeirində metaforla danışır. Bu həm oxucunu təsirləndirir,
həm də şeirin bədiiliyini daha da gücləndirir:
Üç
ana ölmüşdü bu evdə bəli,
Hər
uşaq bir ana intizarında ...
Yayın
istisində, qışın qarında
"Ana!",
"Ana!" deyə öyrəşib onlar
Ağrılı,
acılı anasızlığa...
Hətta, ustad Aşıq Şəmşir təbiətin
gözəlliyini özünün oturuşmuş söz
çələnginə bükəndə belə
anasını yaddan çıxartmır. O, qocalığında da
anasını xatırlayır:
Balasın
çağırır meşədə əlik,
Şəmşir
də dinləyir əlində çəlik,
Qartal
qıy vuranda, qayada kəklik
Ötüşəndə, anam yadıma
düşdü.
Ana həm də QADINDIR. Onun qadınlığı
"Ana" sözü ilə üst-üstə düşəndə,
hər iki varlıq bir-birini tamamlayanda, yəni vəhdəti-vücud
olanda, ülviləşir,
müqəddəsləşir, zamanı və məkanı
aşıb daim xatırlanır, həzinliklə və
kövrəkliklə yad edilir. Bu yadetmə isə
anlardan, saniyələrdən ibarətdir. Şairlər
isə bu anları kağıza köçürməklə əbədiyaşar
edirlər.
Anınca
köhnələn doğum ilini,
Sən əzab
çəkirsən, ah, gözəl qadın!
Süzüb
şəkillərdə incə belini
Boynunu
bükürsən, ah, gözəl qadın!
(Əjdər
Ol, "Gözəl qadın")
Bu kitabda
təkcə "Ana"ya həsr edilmiş şeirlər yox,
ananın dilindən gileylənən şeirlər də az deyil. Ana üçün
oğlunu, övladını görməmək onu itirməyə
bərabərdir. Bu giley sevməkdən,
övladını ağrı-acılarla böyüdüb
boya-başa çatdırmağı xatırlamaqdan irəli gəlir.
Bu baxımdan almanaxda Əli Kərimin məşhur
"Qaytar ana borcunu" şeiri də yer alır.
... Ana
bilsəydi əgər böyütməzdi oğlunu,
Yox, bunu
yandım dedim, yenə atmazdı onu -
Bir
gözəl, bir sevimli oğul böyütdü ana,
Ürəyində ağlayıb, gülmək öyrətdi
ona.
Təbiidir, övlad valideynləri üçün nə
etsə övladlıq borcunu heç zaman qaytara bilməyəcək. Bu borcu
yalnız sən öz övladına verməklə ödəyə
bilərsən.
Oğul
demərəm sənə!
Deyirəm
ki, o boyu, buxunu qaytar geri!
Deyirəm
ki, varını, yoxunu qaytar geri!
Qaytar onun
borcunu,
Gülüşünü,
adını, sözünü qaytar geri!
Qaytar onun borcunu.
O borc sənin
özünsən, özünü qaytar geri!
Şair bu yaşamı, bu dərdi, bu hissi keçməsə,
yaşamasa, düşünürəm ki, belə güclü
şeir alınmazdı. Bəlkə də belə gileylər
şairin öz başına gəlib, amma o bunu ümumiləşdirəndə,
artıq hamı tərəfindən qəbul olunur, sevilir,
çünki ana gileyi bir deyil, iki deyil, üç deyil.
Onlarla, yüzlərlədir. Amma, əbəs yerə deməyiblər ki, ana
qarğışı müstəcəb olmaz.
Övlad nə qədər yaşlı olsa da, yenə
ana üçün uşaqdır, cocuqdur. Övlad elin
ağsaqqalıdır, amma ana ona yenə körpə kimi
baxır, fikirləşir ki, görəsən gecə
üstü açıq yatmadıki...
Başım üstdən yellər ötür.
Necə
ağır illər ötür,
Daşqın
gəlir, sellər ötür,
Ömrüm
keçir ağır gündə,
Saçlarıma
düşür dən də,
Qocalıram, ana, mən də.
Eldar Həsənli,
"Qocalıram, ana, mən də")
Yaxud, Səməd
Qaraçop anasının nəşini torpağa
tapşıranda şeirin sonunu harayla deyil, muğayıtla
bitirir:
... Suyunda
gözlərimi suvardım,
Odunla
ürəyimi bişirdim, torpaq!
Anam mənə
tapşırdı səni,
Anamı
sənə tapşırdım, torpaq!
Heç bilən varmı şəhid anası nələr
yaşayır? Bunu şəhid analarından
soruşun! Övladı şəhid olan ana da
şəhid olur. Övlad bir dəfə
şəhid olur, ana isə gündə yüz dəfə.
O, düşmənlə xəyallarında vuruşur, şəhid
olur, dirilir, yenə vuruşur. Bunu mən
yazdım. Xuraman isə belə yazır:
Şəhid
anasının kədəri, qəmi,
Özü
də şəhiddir dərdlər içində
Şəhid
oğulların anaları da
Şəhid dərd yaşadır daim içində.
yaxud,
Fikrət Qocanın "Şəhid ruhunun anasına
pıçıldadıqları" kimi:
Pəncərənə
düşən kölgə
mənəm, ana!
Ürəyində
qalan "bəlkə"
mənəm, ana!
Bu el,
elat, - bütün ölkə
mənəm, ana!
Mən həmişə
yanındayam,
canındayam.
Hansı səviyyədə və vəziyyətdə
olmağımıza baxmayaraq övlad həmişə
valideyninin nəfəsinə, sözünə, nəsihətinə
möhtacdır.
Mən
öz nəslimizə zirvəyəm, tacam,
Biləydin
mehrinə mən necə acam,
Hər
şeydən tox canım, sənə möhtacam,
Düşsəm ayağına, izin nə deyir?
(Flora Xəlilzadə,
"Sənə möhtacam")
Anaya həsr edilən şeirlərdə
bölünmüş Azərbaycan da incəliklə verilir,
ayrılığın nisgili, sanki ana imiş günahkar, ona
giley olunur.
Zöhrab Tahir kimi:
O
tayın, bu tayın qulağı səsdə
Qulağım
tutulub bu son nəfəsdə
Qoyun
tüfəngimi sinəmin üstə,
Ölsəm,
tüfəngimi götürsün anam!
Analarda hissetmə çox güclüdür. Övladının
başına bir iş - xoş, ya bədbəxt hadisə gələrsə
bunu ilk olaraq analar hisslə, fəhmlə bilərlər. Bəlkə bu ona görədir ki, ana bətnindən
övladlar cismani ayrılsalar da, heç zaman ruhən
ayrılmayacaqlar. Bətndə
övladına verdiyi fiziki və ruhi bağlılıq ölənə
qədər davam edəcək, öləndən sonra isə
ananın göylərdəki ruhu yerdəki balasını hifz
edəcək. Bunu Zəlimxan belə yazır:
...
Gözündən nə qədər uzaq olsa da,
Övladın
gününü, güzəranını
Havadan oxuyur, buluddan bilir.
Yozur
yuxuları, yaxşıya, pisə
Səsdən soraqlaşır, sükutdan bilir.
Göynəkli
həsrətlə, üzücü qəmlər,
Puç olan arzular harda var bilir.
Harda yas
qurulur, harda vay düşür,
Harda ocaq
sönür, hay-haray düşür
Dünyada
birinci analar bilir!
Dünyada
birinci analar bilir!
Bəlkə də övladla Tanrı arasında ana durur,
axı ilk növbədə valideyn balasına görə
Tanrı qarşısında cavabdehdir. Ana da
övladına hər işdə xoş şeylər arzular,
onun cənnətdə olmasını istər. Bəlkə
buna görədir ki, şair Vüqar Sərdarov yazır:
Məşhur
bir kəlam var analar haqda
Cənnət anaların ayağı altda.
Analar haqqında kitabın özündən də
çox yazmaq olar, çünki "Ana" mövzusu bitib
tükənən deyil. Hətta gələcəkdə də
doğulan şair hökmən ana barədə nəsə bir
neçə söz deyəcək, misraları inci kimi
bir-birinin ardınca düzəcək.
Ümumiyyətlə, almanaxdakı şeirlər mahiyyətinə,
forma və məzmununa görə çox zəngindir. Hər bir şəxs
bu kitabda öz anası haqqında şeirə rast gələ
bilər. Bu da düşünürəm kitabı oxunaqlı
edəcə
Bakı
xəbər.- 2018.- 2 fevral.- S.11.