Qəbələ İslam turizm mərkəzi kimi ölkəyə turist axınında yeni mərhələ aça
bilər…
Bahadur Bilalov:
“Qəbələnin İslam
dünyasının turizm
paytaxtı seçilməsi
buraya gələn turistlərin sayının
kəskin artmasına səbəb olacaq”
Həyat Məhərrəmova:
“Qəbələ şəhərinin
tarixi abidələri və bugünkü mənzərəsi turistləri
özünə cəlb
etməyə qadirdir”
Azərbaycanın bölgələri öz göstəricilərinə, sahib
olduqları dəyərlərə,
ənənələrə görə dünyanın
diqqətini özünə
cəlb edir. Azərbaycan İslam aləmində də böyük nüfuza malikdir. Bildiyimiz kimi, qədim zamanlardan bəri Azərbaycan islam dəyərlərinin yaşadıldığı,
böyük qiymət
verildiyi bir ölkədir. Azərbaycanın
hər bölgəsində
islam mədəniyyətinin
silinməz izləri var.Bu gün dünyanın diqqətində
olan bölgələrimizdən
biri Qəbələdir.
Qəbələ şəhəri uzun illərdir bir sıra beynəlxalq
tədbirlərin, festivalların
keçirildiyi məkana
çevrilib.Qəbələ şəhərinin 2020-ci il
“İslam dünyasının
turizm paytaxtı” seçilməsi təqdirəlayiq
haldır.Məlumatlara görə,
İslam Əməkdaşlıq
Təşkilatına (İƏT) üzv ölkələrin
turizm nazirlərinin X konfransının iclasında
2019-cu il "İslam
dünyasının turizm
paytaxtı" Dəkkə
(Banqladeş) və
2020-ci il "İslam
dünyasının turizm
paytaxtı"nın isə
Qəbələ olması
qərara alınıb.Qeyd
edək ki, 2016-cı ildə "İslam dünyasının turizm paytaxtı" Konya olub. 2017-ci ildə
isə bu şərəfli adı Mədinə daşıyıb
, 2018-ci ildə bu status Təbrizə məxsusdur.Qədim şəhərlərimzidən
biri olan Qəbələnin 2020-ci il
“İslam dünyasının
turizm paytaxtı “ seçilməsini mütəxəssislər
yüksək dəyərləndirirlər.
Azərbaycan Turizim və Menecment Universitetinin kafedra müdiri, turizm üzrə mütəxəssis
Bahadur Bilalov “Bakı-Xəbər”ə açıqlamasında
Qəbələ şəhərinin
2020-ci il “İslam dünyasının turizm paytaxtı seçilməsinə
müsbət yanaşdığını
dedi: “Son dövrlərdə ölkə
Prezidentinin apardığı
məqsədyönlü siyasət
nəticəsində ölkəmizdə
qeyri-neft sektoru sürətlə inkişaf
etməkdədir. Belə
sahələrdən biri
də turizmdir. Son 3 ildə Prezidentimiz tərəfindən
turizmin inkişafını
sürətləndirən onlarla
sənəd qəbul edilib. Bütün bunların nəticəsidir
ki, ölkəyə xaricdən, xüsusən də İslam dünyasından turist axını başlanıb.
Məlumdur ki, Azərbaycanın dilbər
guşəsi olan Qəbələdə aparılan
tikinti-quruculuq işləri
nəticəsində turizmin
maddi-texniki bazası yaradılıb. Burada ilin bütün fəsillərində turistlərin
qəbulu üçün
şərait mövcuddur.
Hesab edirəm ki, Qəbələnin İslam dünyasının
turizm paytaxtı seçilməsi buraya gələn turistlərin sayının kəskin artmasına səbəb olacaq”.Bahadur Bilalov bildirdi ki, turistləri yüksək səviyyədə
qəbul etmək üçün əlaqədar
təşkilatlar daha aktiv və işgüzar
olmalıdırlar: “Sadəcə
olaraq yerli turizm təşkilatları,
otel sahibləri, restoran biznesi ilə məşğul olanlar bu məsələdə
təkcə öz ciblərinin hayında olmamalı, məsələyə
dövlətçilik baxımından
yanaşmalıdırlar. Gələn
turistlərə baha olmayan qiymətlərlə
yüksək xidmət
göstərilməlidir ki,
onlar geri qayıtdıqdan sonra Azərbaycanın turizm ölkəsi kimi reklamçılarına, təbliğatçılarına
çevrilsinlər”.Tarixçi
Həyat Məhərrəmova
isə bildirdi ki, Qəbələ şəhəri Azərbaycanın
tarixi şəhərlərindən
biri kimi turistləri özünə
cəlb edəcək.
O qeyd etdi ki, Qəbələ şəhərinin 2020-ci il
“İslam dünyasının
turizm paytaxtı” seçilməsi Azərbaycan
dövlətinin İslam
aləmi üçün
böyük dəyərə
malik olduğunu və əhəmiyyət daşıdığını deməyə əsas verir: “Qəbələ şəhəri Azərbaycanın
qədim şəhərlərindən
biridir. Özü də paytaxtlarımızdan
biri olub. Qəbələ şəhərinin
tarixi abidələri və bugünkü mənzərəsi turistləri
özünə cəlb
etməyə qadirdir. Bu şəhərdə qədim və müasir dövrün ahəngi formalaşıb.
Qəbələ şəhərinin
2020-ci il “İslam dünyasının turizm paytaxtı” seçilməsini
təqdir edirəm. Hesab edirəm ki, bu şəhər
bütün göstəricilərinə
görə üzərinə
düşən missiyanı
layiqincə yerinə yetirəcək. Bilirsiniz ki, son on-on
beş ildə Qəbələyə dünyanın
müxtəlif ölkələrindən
turistlər gəlir. Onlar burada keçirilən
müxtəlif musiqi festivallarında iştirak
edirlər. Beynəlxalq
Qəbələ Musiqi
Festivalı da bu şəhərimizdə
keçirilir. Bu olduqca maraqlı bir festivaldır”.
O qeyd etdi ki, Azərbaycanda
bütün ənənəvi,
sağlam mədəniyyətlərin
inkişafına şərait
yaradılır. İslam
mədəniyyətinin Azərbaycanın
ayrılmaz parçası
olduğunu qeyd edən tarixçi bildirdi ki, ölkəmizdə
İslam dünyasına
aid saysız dəyərlər var.
“Azərbaycanda islam ənənələri əsrlərdir formalaşıb.
Ölkəmizin hər
yerində böyük
tarixə, əhəmiyyətə
malik olan islam abidələri mövcuddur. Azərbaycan İslam dünyası üçün böyük
əhəmiyyətə malikdir.
Belə olmasaydı, Naxçıvan
şəhəri 2018-ci il
üçün “İslam
mədəniyyətinin paytaxtı”
olmazdı, yaxud Qəbələ şəhəri
2020-ci il “İslam dünyasının turizm paytaxtı” seçilməzdi.
Ölkəmiz tarixən
islam dəyərlərinə
sahib çıxıb
və bu dəyərləri qoruyub,
təbliğ edib, yaşadıb” - deyə tarixçi vurğuladı.
İradə SARIYEVA
Bakı xəbər.- 2018.- 8 fevral.-
S.10