Çingiz Aytmatovun sonuncu mətbuat
konfransı
Müasir ədəbiyyat günəşinin
Alataunun qarlı zirvələri, buludlu yüksəklikləri
arxasında batmasından artıq üç il keçib. Demək olar ki, artıq üç ildir, biz
varlığın danılmaz həqiqətinə əsasən
mövcuduq, sadə ölümlü insan həyatı ilə
yaşayırıq - gah sevinirik, gah əziyyət çəkirik,
gah hərəkət edirik, gah ruhdan düşürük, gah
da nələrsə edirik - İlk müəllim və Əbədi
yazıçısız.
Amma nəcib oxucuların damarlarında onun
Sözü əvvəlkitək sürətlə axır,
onların artan estetik tələbatlarını və həyati
ehtiyaclarını təmin edir, insanda daim intellektual və
emosional dərk və sevgi ehtiyatını zənginləşdirir.
Yaddaşımızda ona aid, xoş və həmişə
bizimlə olan müxtəlif xatirələr qalıb. Bu xatirələrdən
birini yada salıram.
13 noyabr 2017-ci ildə Respublika
Kino Evində - kinoşünaslar onu Aytmatovun evi kimi
adlandırmağa alışmışdılar, bu isə
heç bir halda keçən əsrdə baş vermiş
müharibədən sonrakı Bişkekdə hakimiyyətin
Lonqvinenko 13 ünvanında (aman allah, ikinci dəfə 13!) yerləşən
malikanəsinin statusu ilə ziddiyyət təşkil etmir
- sonuncu, indi daha dəqiq dərk edirəm, mətbuat
konfransı - Çingiz Aytmatovun Vətəndə KİV
nümayəndələri ilə bir saatlıq üz-üzə
söhbəti baş tutdu. Görüş sayılı
günlər ərzində hazırlanmışdı.
Kinematoqrafiya qurumundakı həmkarlarımdan
öyrəndim ki, bir neçə gün əvvəl Avropadan
gələn Çingiz Torekuloviç, həmişəki kimi,
ikinci mərtəbədə keçmiş Milli
“Qırğızkino” Konserninin ofis otaqları ilə
qonşuluqda yerləşən iş otağında işləyir,
mən otağa daxil olub hörmətli ağsaqqalla hal-əhval
tutmağı münasib bildim. Eyni zamanda, mən
o aylar üzərində axşamlar və bazar günləri
çalışdığım, gecikdirdiyim üçün
özümü günahkar hesab etdiyim “Dağlar düşəndə”
romanının ana dilinə tərcüməsinin çətinlikləri
haqqında ən düzgün, bəraətli kəlmələrlə
danışmalı idim. Mən narahat idim ki, gərək
L.Tolstoyun, ya F.Dostoyevskinin əsərlərini tərcümə
edərdim, çünki mərhum dahilər hətta indi
sağ olsaydılar belə, qırğız dilini başa
düşməyəcəkdilər.O tək deyildi. Amma bu
şərait mənim otaqda qalmağıma mane olmurdu,
çünki danışan iki insan arasındakı söhbət
ancaq yaradıcılıq sənəti haqqında gedirdi.
Söhbət bu ərəfədə onun adı verilmiş
Elazığ şəhər parkından düşəndə,
yazıçı sevindi və mənim bu barədə haradan
öyrəndiyimi soruşdu. Mən dedim ki,
“dünən mətbuatda sizin Türkiyəyə səfəriniz
haqqında məlumat dərc olunmuşdur” və dərhal
“Qırğızıstan sözü” qəzetinin sonuncu
sayını almaq üçün yaxınlıqda yerləşən
köşkə qaçdım.Qəzet səhifəsində
çap olunmuş fotolara baxarkən o bizə xaricdə
şahidi olduğu və keçirdiyi təəssürat
haqqında danışdı. Bundan sonra o mənə müraciətlə:
“Yaxın zamanlarda bura beş-altı jurnalist dəvət edə
bilərsənmi, onlar üçün xəbərim var” -
dedi. Mən dərhal razılaşdım və biz, dediyim kimi,
noyabrın 13-də saat 11-də Kino Evində mətbuat
konfransı çağırmaq qərarına gəldik. Sonra
qarşıdan gələn tədbir haqqında bir-birimizə
xatırlatmaq məqsədilə bir neçə dəfə zəngləşdik.
Müxbirlər tərəfindən eşidilən
ilk kəlmə onun diplomatiyadan getməsi haqqında idi:
– Kifayətdir, onsuz da beynəlxalq qaydalara əsasən
qoyulan müddətdən daha çox qulluq etmişəm, -
qətiyyətli səslə bildirdi. – Axı, mən nə
vaxtsa evə – sizin yanınıza qayıtmalıyam. Artıq vədə
çatıb.
Yeri gəlmişkən, o
günün axşamı və növbəti günün səhəri,
demək olar ki, bütün teleradio kanalları, nəşriyyatlar
və internet media resursları Kino Evindəki mətbuat
konfransı haqqında xəbər verərkən Çingiz
Aytmatovun NATO-nun səlahiyyətli nümayəndəsi,
Fransa və Benilüks ölkələrində
Qırğızıstan respublikasının fövqəladə
və səlahiyyətli səfiri vəzifəsindən getməyini
vurğulayırdılar.
Çingiz Torekuloviç
Brüsseldən qayıtdıqdan və xüsusilə də
onun 2008-ci ildə vəfatından sonra cəmiyyətdə
şiddətli söz-söhbət gedirdi ki, bu istefa dünyaca
tanınmış məşhur yazarın əməliyyatdan
sonra onsuz da sarsılmış sağlamlığına mənfi
təsir göstərdi.
Bəlkə də bu doğrudur. Axı, nahaq
yerə deyil ki, yaşayış mühiti kimi geniş bir
anlayış var.
Həqiqətən də, qitələrarası
maliyyə piramidalarının mərkəzi olan Qərbi Avropa
sadəcə yaşayış mühiti yox, həm də
qırğız müdrikin yenidənqurma dönəmində
yeni düşüncə baxımından həmfikri Mixail
Qorbaçovun təyinatı ilə Lüksemburqdan başlayan,
iki onillik davam edən cazibədar
yaradıcılıq və məhsuldar fəaliyyətinin
mühiti olmuşdu - inkişaf etmiş infrastruktura və zəngin
mədəniyyət tarixinə, yüksək səviyyəli
şəxsiyyətlərarası münasibətə, bərabər
şanslara və istənilən şəxsin hərəkət
və hərəkətsizliyini adekvat qiymətləndirməyə
malik dövlətlər mühiti.
Digər tərəfdən, biz
idealist yox, realistlər heç nəyə baxmayaraq
inanmağa davam edirik ki, əsrimizin şübhəsiz görkəmli
mütəffəkkiri, bizim dahi həmyerlimiz, qan
qardaşımız Çingiz Aytmatovun ölümü daxil
olmaqla hər şey Tanrının əlindədir.
Mən ustadın yanında bir aparıcı
qismində əyləşmişdim. Ona görə təntənəli
bayram mühiti və yığılan qələm
yoldaşlarının bütün bu tədbirdə baş verənlərə
əsl marağı indiki kimi yadımdadır.
Əlbəttə, brifinq ərzində eyni dərəcədə
vacib başqa xəbərlər səsləndirilmiş,
sosial-mənəvi problemlər müzakirə obyektinə
çevrilmişdi.
Yerli müxbirlər əvvəlcə
çəkingən görünürdü, lakin çoxlu
suallar verirdilər – yaşı, amma buna baxmayaraq enerjili və
özünə inamlı sənətkarın keçmişi
və gələcəyə dair planları, əsərlərinin
ekranlaşdırılması, siyasi düşüncələri
və sağlamlığı ilə həqiqətən
maraqlanırdılar.
Bir az əvvəl Moskvadan sənədli film
çəkmək üçün gələn rejissorlar gələcək
filmin baş qəhrəmanını, necə deyərlər,
onun iş mühitində lentə alırdılar.
Bu bir möcüzədir ki, indiyədək mənim
arxivimdə mətbuat konfransına dəvət olunmuş
KİV nümayəndələrinin koordinatları, yəni əlaqə
nömrələrinin olduğu siyahı əlyazma şəklində
saxlanmışdır. TV kanallar: NTRK, Mir, NTS, NBT, ElTR,
“Piramida”, “5-ci kanal”, “Sarı Ozon”, hətta Bişkekdəki
RTR-in müxbir bürosu.
Radiolar:
“Azadlıq”, BBC, Evropa Plyus, Respublika radiosu və Zaman tələbə
radiosu. Xəbər agentlikləri: Xəbər, Akipress, 24.kg,
France-Press.
Növbədə isə qəzetlər gəlir -
Qırğızıstan daxilində aparıcı və məşhur
ünsiyyət vasitələri. Həm Qızğızıstan, həm
də Rusiya qəzetlərinin əməkdaşlarına xəbər
verirdim, eyni zamanda hələ də məşhur olmayan parlaq
prospektlərdən yan keçmirdim. Cəmi
qırx alıcı. Bəlkə də bəziləri
bu və ya digər səbəbdən Çingiz Aytmatovun evinə
gələ bilmədi, amma gələnlər biganə
qalmadılar, əksinə, əlçatan qədər
Çingiz Torekuloviçin taleyi və müqəddəratı
haqqında xəbərlərin tirajlanmasına və
yayılmasına külli miqdarda töhfə verdilər.
Onlara çox təşəkkürlər.
Bu günə qədər televiziyada o unudulmaz səhnənin
kadrlarını göstərirlər. Mən
milyonların sevimlisi ilə birlikdə şəklimi çəkən
Temir Sadıqbəyova çox minnətdaram. Bu şəkil dərhal dövri nəşrlərdən
ən sürətlisi olan “Veçorka”da dərc olunmuşdur.
Mətbuat
konfransının bitməsindən sonra teleoperatorlar, onlardan
sonra isə konfransın əksər
iştirakçıları mehribancasına bizə tanış olan görkəmli nasirin sadə
iş otağına daxil oldular, o ümidlə ki, onun
müsahibəsi sonsuza qədər davam edəcək. Heç
kim heç yerə tələsmirdi.
Mənə elə gəlirdi ki, hamı nəsə
orijinal, inanılmaz bir şey eşitmək istəyirdi. İnsanlar bu
mehriban dahinin cazibəsi altında daha uzun müddət qalmaq,
ondan saçan gümrahlıq enerjisini tam həcmdə almaq,
ruhuna hopdurmaq və yaranmış vəziyyətin
unikallığını hiss etmək istəyirdi.
Bu bir zarafatdırmı ki, iki
qalın jurnalın – “Literaturnıy Kirgizistan” və “Xarici ədəbiyyat”-ın
keçmiş baş redaktoru, gənc ikən Orta Asiya və
Qazaxıstanda “Pravda” qəzetinin müxbiri, vaxtilə
bütün İttifaqa səslənən “Noviy Mir” və
“Literaturnaya qazeta”nın redaksiya heyətinin üzvü,
müxtəlif nəşriyyatlarda nəşr
olunmuş təkrarsız nəsr əsərlərinin, gözəl
oçerklərin, məqalələrin, reportajların müəllifi,
İngiltərənin “Röyter”, Çinin “Sinxua”,
Almaniyanın “Şpigel” kimi mətbuat orqanlarının
arzuolunan müsahibi rahatlıqla müsahibə verir və səslənən
rüşeym ideyalara razılıq bildirir?!
Təəssüf ki, onda bizdə dar çərçivədə
olub keçən hadisənin - “xülasənin təhlili”
olmadı, nöqtə qoyulmadı. Ona görə ki,
Ç.Aytmatovun asudə vaxtı yox idi. Ç.Aytmatov onunla
eksklyuziv çəkiliş üçün bir neçə
dəqiqə təklikdə qalan Moskva qonaqlarının
arasında bizi tərk edərkən ikinci qatdan birinci mərtəbəyə
enəndə pilləkəndə tərəddüdlə dedi:
“Munubuzdan birdeme çıqabı?” (“Bundan nəsə
çıxarmı?”). Mən onun ətrafında olan gərgin
iş mühitini korlamamaq üçün elə bil sirli mesaj
ötürürmüş tərzdə çox sakit tərzdə
cavab verdim: “Əlbəttə, həm şəkillər və
rəsmlər, həm də sözlər olacaq”.
O, deyəsən, mənə inandı və biz
ayrıldıq. Sonra seyrək,
planlaşdırılmamış görüşlərdə
bu mövzunu müzakirə etmədik.
...Axırıncı, əslində vida mətbuat
konfransında eşidilən Çingiz Torekuloviçin
xoş səsi mənim qulaqlarımda indiyədək səslənir.
Böyük hərflə Yazıçı uzaqgörənliklə
özünün gizli məna daşıyan cümləsini səsləndirir:
“Axı, mən nə vaxtsa evə – sizin yanınıza
qayıtmalıyam”.
Həm qayıdır, həm də
qayıtmır…
Abibilla Pazılov
Bişkek,
Qırğızıstan
Rus dilindən tərcümə
edəni: Arzu Mürsəlli
Bakı
xəbər.- 2018.- 8 fevral.- S.15.