Türkiyənin elmi jurnalı növbəti nəşrini Azərbaycana həsr edir

 

 Türkiyənin elmi jurnalı növbəti nəşrini Azərbaycana həsr edir<b style="color:red"></b>

Türkiyənin nüfuzlu Ege Universitetinin "Türk Dünyası Araşdırmaları Dərgisi" Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə növbəti sayını ölkəmizə həsr edir.

 

Bu barədə məlumatı sözügedən ali məktəbin rektoru, professor Nadim Məcid elmi jurnalın redaktorları Atif Akgün Abdulla Üstün müxbirimizlə keçirdiyi görüşdə verib.

 

Görüşdə çıxış edən N.Məcid bildirib ki, Azərbaycanla Türkiyə arasındakı əlaqələrin dərin tarixi kökləri var: "Sovetlər dönəmində Azərbaycan-Türkiyə dostluq qardaşlıq əlaqələri davam etdirilib, ciddi amansız qadağalara baxmayaraq, çox dərin tarixi köklərə söykənən bu əlaqələr heç vaxt unudulmayıb. Azərbaycan Xalq Cümhuriyyəti ondan sonrakı dövrlərdə bu əlaqələrin daha da möhkəmlənməsi üçün bir sıra tarixi işlər həyata kecirilib. Amma təəsüflər olsun ki, sonralar başladılan repressiyalar böyük fəlakətlər gətirib, Azərbaycanda ziyalıların kütləvi qırğınları gedər-gəlməz sürgünləri ilə müşayiət olunub. Aydınların "pantürkist", "kamalist", "türkcü" - sovet qurluşunun düşməni kimi məhkum edilməsi amansızcasına öldürülməsi 30-cu illərin repressiyalarının önəmli motivi olub".

 

İki ölkə arasında hazırda mövcud olan əlaqələrdən danışan rektor qeyd edib ki, Türkiyə Azərbaycan arasında əlaqələr yeni inkişaf mərhələsindədirr.

 

Araşdırmaçı alim A.Üstün isə bildirib ki, hazırda böyük dövlətlər Azərbaycan xalqına hələ 100 il bundan əvvəl demokratik inkişaf yolu seçdiyinə, bütün Şərq aləmində ilk dəfə parlamentli respublika yaratdığına, qadınlara kişilərlə bərabər seçki hüququ verdiyinə, siyasi fəaliyyəti dövründə bir çox mütərəqqi addımlar atdığına görə sivil dünyanın siyasi-mədəni inkişafına böyük töhfələr bəxş etmiş xalqı kimi yanaşır.

 

A.Akgün isə əlavə edib ki, ildə iki dəfə nəşr edilən jurnalda dəfələrlə azərbaycanlı elm adamlarının məqalə və araşdırmaları dərc edilib: "Hətta bu ilin ilk nəşrində - iyul nəşrinin üz qabığında Azərbaycan paytaxtı Bakının qədim və müasir görüntüləri olan illisturasiya yer alıb. Nəşrin ön sözündə isə bildirilir ki, Azərbaycan dövlətçilik tarixinin şərəfli səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi bizim üçün, eləcə də bütün müsəlman və türk dünyası üçün xüsusi bir önəm daşımaqdadır. Bütün bu kimi incəlikləri nəzərə alaraq jurnalımızın növbəti nəşrini Azərbaycana həsr etmək haqqında qərar verdik. Təklifimiz Ege UniversitetiTürk Dünyası Araşdırmaları İnstitunun rəhbərliyi tərəfindən rəğbətlə qarşılanıb. Hazırda məqalələrin toplanması üzərində işlərimizi davam etdirməkdəyik.

 

 Bakı xəbər.- 2018.- 24 iyul.- S.6.