Milli-mənəvi və tarixi-mədəni abidələrimizə qarşı soyqırım siyasəti (1918-1920-ci illərdə)

 

         Təbii-coğrafi ərazi baxımından qonşu adlandırılan mənfur hay-daşnak quldurlarının müsəlman-türk dünyasının timsalında Azərbaycan xalqına və dövlətinə qarşı zaman-zaman yönləndirilmiş çoxşaxəli soyqırım siyasəti tariximizin müxtəlif mərhələlərində acı nəticələlərlə səhifələnib.

Çox təəssüf ki, bu səhifələrdə Azərbaycan xalqının kütləvi qətliamı, ərazilərimizin zəbt edilməsi, yüzilliklər boyu dinc sakinlərin uzaq və yaxın ellərə zorla sürgünü və köçürülməsi, beynəlxalq miqyasda təhdidlərin və sui-qəsdlərin edilməsi ilə yanaşı, milli-mənəvi və tarixi-mədəni sərvətlərimizin də yağmalanması, dağıdılması, eləcə də məhv edilməsi halları bu qanlı izlərdə əksini tapıb. Çünkidişi tökülmüşhay quldurları və barbarları xalqımızın fiziki məhvi ilə kifayətlənmək istəmirdi. Hay kilsəsinin hökmü və diqtəsi ilə onlar xalqımızın mənəvi soyqırımına da imza atıb. Sanki  bu hökmü icra etmək  onların (bir-birini it küçüyü kimi əvəz edən hay nəsillərinin) “vətən və dövlətçilik borcukimi boyunlarından asılıdır.

Eramızdan əvvəl və sonrakı əsrlərdə iri dövlətlərin siyasi-iqtisadi maraqlarına uyğun olaraq Azərbaycanın bölgələrinə  köçürülmiş  hayların sıx məskunlaşdığı Qarabağ, Zəngəzur, Göyçə, Şirvan mahallarında onların bu sayaq qanlı əməlləri tarix boyu təkrarlanıb. Təbii ki, hayların Azərbaycan ünvanlı tarixi-mədəni abidələrimizə, milli-mənəvi və mədəniyyət ocaqlarımıza qarşı  apardığı  soyqırım siyasətinin məğzində aşağıdakı bir sıra vacib məqsədlər (onlar üçün) aydın görünür:

        - tarixi-mədəni abidələri dağıtmaqla Azərbaycan xalqının Cənubi Qafqazda kökənli xalq  mövqeyinin zəiflədilməsi, Qafqazın yerli soylarından olmasına şübhə yaradılması;

        - dinc əhalinin kütləvi qırğınına rəvac verməklə bölgədə demoqrafik dəyişikliyin öz xeyirlərinə həll olunması (əsasən Misirdən, Livandan, İraqdan, Suriyadan, Yunanıstandan,               Bolqarıstandan hay ailələrinin bu ərazilərə köçürülməsi hesabına);

        - tarixi-mədəni abidələrin izini, ünvanını, soyadını itirməklə (yox etməklə) sonradan həmin yerdə “haylaşdırılmış” abidə və ünvanların  üzə çıxarılması;

        - milli-mənəvi sərvətlərimizə qarşı “səlib yürüşlərini”  kerçəklişdirməklə öz adlarına uyğun qondarma toponimik şəbəkənin formalaşdırılması və ona tarixilik  donunun geyindirilməsi;

        - Azərbaycan dövlətinin sərhədləri hüdudunda yerləşən türksoylu xalqlarla birbaşa əlaqələrin mümkünlüyünə imkan verilməməsi.

        Hay mənşəli ictimai-siyasi və hərbi qurumların bu istiqamətlərdə 1918-1920-ci illər ərzində  Azərbaycan sərhədi hüdudlarında həyata keçirdiyi qanlı olaylar əhatə dairəsinə və         faciəvi miqyasına görə daha çox fərqlənir (əvvəlki əsrlərə nisbətən). Və sonrakı mərhələlər üçün geniş imkanlar yaradır.

        Bəs bu məqsədləri yönündə onların fəaliyyətləri necə həyata keçirilib? Bu istiqamətdə olan hay əməllərini aşağıdakı kimi qruplaşdırmaq olar:

        1. Azərbaycan xalqının milli-mənəvi və tarixi-mədəni abidələrinin, xüsusi memarlıq üslubuna malik məşhur tikililəri məhv edilməklə milli qədimliyimizə və mədəniyyətimizə aid izlərin silinməsi.

        Son illərdə dünyanın  çeşidli ünvanlarında Azərbaycan soylu mədəniyyət və incəsənət əsərlərinin “haylaşdırılması” məhz bu mənbədən qidalanır. Gələcəkdə S.Bəhlulzadənin,  M.Abdullayevin, T.Salahovunbir çox məşhur rəssamlarımızın, eləcə də incəsənət xadimlərimizin əsərlərinin müəllifi kim hayların adlarının çəkilməsinə də hazır olmalıyıq.

       Xalqımızın milli-mənəvi və tarixi-mədəni abidələrinə qarşı hayların soyqırımı bütün yaşayış məntəqələrində, o cümlədən  Bakı, Gəncə, Lənkəran, Naxçıvan, Təbriz, Şamaxı,  Quba, Dərbənd şəhərində də (o dövrdə quberniya və qəzalarda) törədilib.Paytaxtımızın qədim memarlıq tikililərinə  (Şirvanşahlar saray kompleksinə, Qız qalasına, Qala divarlarına)  hərbi gəmilərdən atılan topların təsirilə onların zədələməsi,  neft maqnatı Ağa Musa Nağıyevin (1848-1919) vəsaiti hesabına 1908-1913-cü illərdə tikilmiş “İsmailiyyə” binasının yandırılması, 1910-1911-ci illərdə  hay əsilli Mayılov qardaşlarının tikdirdiyi (xərci isə milli xeyriyyəçi H.Z.Tağıyev (1823-1924) tərəfindən qarşılanıb) OperaBalet Teatrı tikilisinin yandırılması və s.  buna misal ola bilər. Bu faciəyə dözməyən  məşhur sahibkar A.M.Nağıyevin  1919-cu ildə  ürəyi  dayanıb. 2. Azərbaycan xalqının dini-ibadət və müqəddəs ziyarətgahlarının, qəbirstanlıqlarının dağıdılması, yerlə-yeksan edilməsi ilə milli-mənəvi soyqırımın aparılması. Bu məqsəd hayların yerli, kökənli əhalinin dini-inanc mənbələrini, ilk növbədə milli-mənəvi dəyərlərin qorunub saxlandığı ocaqları məhv etməklə böyüyən nəslin irfani tərbiyəsinin zədələnməsinə yönəlik idi.  Ona görə də  hay kilsəsinin diqtəsi ilə quldur hay-daşnakbolşevik silahlı dəstələri Azərbaycanın bütün qəzalarında hücum etdikləri yaşayış binalarının (bəzi hallarda  dinc sakinləri məscidə yığaraq oranı oda qalamışlar), həmçinin məscidlərin divarındakı daş yazı  nümunələrini, digər yazılı mənbələri məhv etmiş, qiymətli maddi əşyaları (xalça, sumax, palaz, başqa ləvəzimatları, zinət əşyalarını, zərgərlik məmulatlarını) qarət edərək  aparıblar.Bakı qəzasının Binəqədi kəndində minarəli məscidlərdən olan Cümə məscidini (1904-1917-ci illərdə tikilib) 1918-ci ilin mart ayında quldur haylar Keyrəki dağından top atəşinə tutublar. O müdhiş atəşin və topun izi indi də məscidin yan divarında qalmaqdadır.XIX əsrin 2-ci yarısında Bakı şəhərində bir çox mülkü olan və Kürdəxanı kəndi yaxınlığında məscid tikdirmiş Hacı Sultan Əli oğlu Dadaşovun adına bağlı “Sultan Əli məscidi” və Xırdalan kəndində 1884-cü ildə Axund Qafur                Molla Ələsgər oğlu (1822-1925) tərəfindən tikdirilmiş Cümə məscidi də həmin vaxtdaeyni qaydada  yandırılıb.

      Cənubi Qafqazın ən qədim camesi (743-cü ildə inşa edilmiş) Şamaxı Cümə məscidi 1918-ci ilin mart-aprel aylarında hay quldurları tərəfindən yandırılaraq qiymətli  nümunələri də yağmalanıb. Bakı qəzasının Navahı kəndində (Hacıqabul kəndi), Şamaxı qəzasının Cəm-cəmli kəndində (Qobustan rayonu), Kalva kəndində (Ağsu rayonu) qədim məscid və qəbiristanlıq,  Zəngəzur qəzasının Orta Yeməzli (Zəngilan rayonu) kəndində “Həcəggə” (“Həccə gəlmənasında) adlanan yerdə tikilmiş XVIII əsrə aid qədim məscid, Naxçıvan qəzasının  Sirab kəndində (Babək rayonu) “Hacı Kərim” və Qazançı kəndində (Culfa rayonu) “Məşədi Qənbər” məscidləri  bütünlüklə  yandırılaraq məhv edilib.

Lənkəran qəzasında hay daşnaklarının və bolşevik-denikinçi quldurların (kazakların)  1918-ci ilin aprel ayında  yerli əhaliyə qarşı törətdiyi soyqırımda (qəzanın 40 kəndinin əhalisi bu qırğına məruz qalıb) hərbi baza kimi Xəzər dənizində lövbər salanAleksandr Jander” gəmisi istifadə edilib. Bu gəmidən açılan top atəşləri, eləcə də basqınçıların silahlı piyada dəstələri Gərmətük, Sütəmurdov, Velədili, Aşağı Nüvədi, Mamusta kəndlərində məscidləri yandıraraq məhv edib. Həmin mərmilərdən partlamayanı 1974-cü ildə Aşağı Nüvədi kəndinə tapılıb.Bir fakt da odur ki, 1919-cu ildə Zəngəzur qəzasında gedən döyüşlərdə gərmətüklü Abbasqulu Aslanov (iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun böyük qardaşı) hay quldurlarına qarşı qəhrəmanlıqla vuruşub.Nəzərə almaq lazımdır ki, XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan kəndlərində əsas və yeganə ictimai-maddi və mədəni  tikili kimi yalnız məscidlər və onların nəzdində fəaliyyət göstərən mədrəsələr mövcud olub. Bununla da quldur haylar Azərbaycan xalqının dini və dünyəvi (bəzi mədrəsələrdə dünya elminin məlumatları da tədris olunmuşdur) təhsilinə zərbə və zədə vurmaq əsas məqsədlərdən biri olub.

      3. Qəbirstanlıqların, dini inanc ocaqlarının, əski müqəddəs yerlərin yerlə yersan edilməsi ilə minilliklər ərzində formalaşmış milli-mənəvi dəyərlərin yox edilməsi, tarixi adət-ənənələrin yadlaşdırılması da hay kilsəsinin əsas hədəfi idi.

1918-1919-cu illərdə Zəngəzur qəzasında Keçikli kəndinə (Zəngilan rayonu) qonşu Şıxavız kəndindən (Qafan rayonu) hücum edən  silahlı quldurlar ilk növbədə qədim  kənd qəbirstanlığını dağıdıb. Bu illərdə Xocalı kəndi ətrafındakı e.ə. III-II minilliklərə aid Xocalı mədəniyyətinin daştorpaq kitabələrini-kurqanları yerlə-yeksan edən hay barbarları sonrakı dövrlərdə bu əməllərini xeyli genişləndirib. Belə ki, bu tarixi-maddi mədəniyyətimizin izlərini tamamilə yer üzündən silmək məqsədilə həmin kurqanların yerində kecən əsrin      80-ci illərində Xocalı şəhər  uçarlığı (aeroportu), avtovağzalı tikilib.

      Xocalı şəhəri (qədim kənd yaşayış məntəqəsi hüdudlarında) ilə haylar yaşayan Noragüc kəndi (əhalisinin sayı 3 minə qədərdir) arasında türk şəhidlərinin qəbri yerləşən hissələr keçən əsrin 60-70-ci illərində yerlə-yeksan edilərək orada həyətyanı sahələr salınıb.

Biləcəri kəndində (Binəqədi rayonu) XVIII əsrə aid olan qəbirlər 1918-ci ildə, xilaskar türk ordusunun şəhid olmuş döyüşçülərinin məzarları isə ötən əsrin 20-30-cu illərində məqsədli şəkildə məhv edilib. Qədim tarixi özündə yaşatmış həmin yerlər hazırda A.Zeynallı və Yəhya Hüseynov adına küçələrin və Biləcəri Dəmiryolu stansiyasının yük anbarı altında qalıb.

1918-1919-cu illərdə Cəbrayıl qəzasının Qışlaq kəndi haylar yaşayan qonşu Sur kəndi tərəfindən hücuma, talana və qarətə məruz qaldıqda əhali xeyli müddət dağlardakı kühüllərdə (mağaralarda) yaşamalı olub, müqəddəs ziyarətgahları– “Yel ocağı”, “Dalaq daşı”, “İspirə ocağı” adlı ocaqlarının da taleyi eyni olub, kəhrizləri kor qoyulub.Zəngəzur qəzasında  Qazançı, Dərəli, Canbar, Ağkənd (Zəngilan rayonu) kəndləri ətrafındakı qədim alban qəbirstanlıqlarının, Yusiflər kəndində qədim Alban məbədinin hədəfə alınması təsadüfi olmayıb.  Bədnam haylar həmin tarixi abidələrimizə sonralar iddia qaldırıblar - öz adlarına yazmaq üçün. Qazançı və Dərəli kəndlərində quldurların dağıtdığı yerlər yalnız “Kənd yeri”, “Köhnə dam” adı ilə yaddaşlarda qalıb.

      1918-ci ilin iyun-iyul aylarında Naxçıvan qəzasındakı soyqırımlarda (“Sirab soyqırımı”) tarixi yurdumuzun milli-mənəvi və tarixi-maddi abidələri (məscidləri, qəbirstanlıqları, tarixi memarlıq nümunələri) dağıdılaraq məhv edilib. Sirab kəndində “Qarayazı”, “Yel dalı”, “Gəlin ağıl”, “Cinli keçidləri”,”Gavur yoxuşu”, Qahab kəndində (Babək rayonu) “Ölüm dərəsi”, “Daş qala” qanlı savaşlara şahid və şəhid olub.

      Həmin illərdə Göyçay qəzasının Alı kəndində 650-700 ev vardısa, silahlı hay-bolşevik dəstələrinin hücumu zamanı kənd evləri, XVIII əsrə aid qəbirstanlıq, qədim məscid yerlə-yeksan edildikdən sonra bu yaşayış vahidi  “özünə gəlməyib” və hazırda 130 evdən ibarətdir.Xalqımızın demoqrafik artım amillərinə və yaşayış məntəqələrinin  ərazi üzrə yerləşməsinə təsir edən bir faktı qeyd etmək yerinə düşər.

      1910-cu ildə Naxçıvan qəzasının əhalisi 146 min nəfər olduğu halda, faciəvi hadisələrdən sonra, 1920-ci ildə bu rəqəm 74 min  nəfər azalaraq 72 min nəfərə çatıb.4. Azərbaycan ərazisində  əsrlər boyu beynəlxalq ticarət yolları üzərində formalaşmış iri ticarət mərkəzlərinin və nəqliyyat qovşağlarının sıradan çıxarılması.Bakı qəzasının Navahı kəndi iri ticarət mərkəzi kimi XIX əsrin sonunda xeyli inkişaf edib, bura 2000 ev olmaqla həm də bölgənin mədəni mərkəzinə çevrilib. Silahlı hay quldurları və azğın bolşeviklərin 1918-ci ilin mart-aprel aylarında qanlı hücumu bu yaşayış məntəqəsinin mədəni mərkəz (məktəb, məscid olmuş) və aktiv xidmət (dükan, dəyirman, karvansaray) ocağı kimi tarixi fəaliyyətinə, eləcə də  kənd sakinitacir Kərbəlayi Məşədi Rəşid Nurəli oğlunun İranla, Orta Asiya ilə bağlı beynəlxalq ticarət əlaqələrinə son qoyub.

      Oxşar hal Şamaxı qəzasının Maçaxı, Tircan, Basqal  kəndlərində də (İsmayıllı rayonu) qeydə alınıb.

      Ümimilikdə yuxarıda göstərilən halların mahiyyəti, məzmunu oxşar olsa da, sayı da kifayət qədərdir.

      Keçən əsrin əvvəllərində bütün cəbhə boyunca Azərbaycan dövlətinə və xalqına qarşı hay quldurları və barbarları tərəfindən yönəlmiş soyqirim faciələri əsrin sonunda da təkrarlanıb, indidavam etməkdədir. Deməli, mənfur düşmən hələ də səngərdən çəkilməyib.

      Bu səngərin dağıdılmasının zamanı və tarixi isə yetişməkdədir.

 

 

     Qismət  YUNUSOĞLU

 

     Bakı xəbər.- 2018.- 5 iyun.- S.10.