Tarixdə iz buraxanlar: Sədi Şirazi
Dünya mədəniyyəti
xəzinəsinə daxil olan
Sədi Şirazi 1210-cu ildə
İranın qədim mədəniyyət mərkəzlərindən
biri olan Şiraz şəhərində anadan olub. Kiçik
yaşlarında ikən atası Müsləhəddin
bəy vəfat edib. Atasının vəfatı
Sədiyə çox təsir edib. O, atasının xatirəsini uzun zaman unuda
bilməyib, Bustan və Gülüstan
adlı əsərlərində atasına həsr etdiyi bir sıra təsirli
şeirləri bunu açıq-aydın sübut edir.
Sədi Şirazi hələ gənc yaşlarında
ikən monqol hücumları
başlayıb və bütün Yaxın
Şərq, o cümlədən şairin vətəni olan
Şiraz da təcavüzə
məruz qalıb. Bu dövrdə şair öz vətənini tərk edərək Bağdada gedib, orada məşhur Nizamiyyə məktəbində
öz dövrünün
böyük alimləri Əbu İshaq Şirazi,
Əbulfərəc Əbdürrəhman ibn
Covzi və Şəhadəddin Söhrvərdidən
dərs alıb, ərəb dilini və öz dövrünün
başqa elmlərini mükəmməl
öyrənib. Coşqun qəlbə malik olan bu istedadlı gənc,
müəllimlərinin təlimi və Bağdadın ab-havasilə
kifyətlənməyib Yaxın və Orta
Şərq ölkələrini diyar-diyar
gəzib-dolaşmaq qərarına gəlib və Azərbaycan,
Kiçik Asiya, Həbəşistan,
Misir, Suriya, Fələstin,
Hindistan və İran
bölgələrini əksərən piyada
gəzib-dolaşıb, Xəlici-fars körfəzini, Ümman dənizini, Hind
okeanını və Aralıq dənizini ticarət gəmiləri
ilə keçib. Buna görə də bəzi
mənbələr Sədi Şirazini orta əsrin böyük səyyahlarından
biri hesab edir.Sədi Şirazi öz səyahətləri
zamanı müxtəlif vəziyyətlərə düşüb, gah dərviş
libasında yazdığı şeirləri oxuyaraq
xalqa xeyir-şəri anlatmağa
çalışıb, gah şeyxlərə, sufilərə qoşulub,
gah azadxahlarla oturub-dürub, bəzən karvanlara
qoşulub, bəzən muzdla
xurma dərib, su
paylayıb, bir sözlə o, müxtəlif sənətə malik olan şəxslərlə,
alim və avamlarla,
dövlətli və yoxsullarla, mülkədar
və kəndlilərlə oturub-durub, onlarla yaxından tanış olub.
Bu səyahətlər
Sədinin dünyagörüşündə böyük
dəyişikliklər yaradıb. Şairin
iti görən gözləri xalqlar arasında mövcud
olan əlaqələri, bu
xalqların adət və ənənələrini bütün dərinliyi ilə görüb,
əsərlərində onlardan yeri gəldikcə istifadə edib
və hikmətli nəticələr çıxarıb. Sədi Şirazi səyahətləri
zamanı Şərqdə davam edən
müharibələrdən birində iştirak
edərək əsir düşüb və
bir təsadüf nəticəsində
ölümdən xilas olub.Vətənini
qızğın məhəbbətlə sevən, həmişə
Vətən həsrətilə yanan
şair: Mən istərdim ki, Bəsrədə və ya
Bağdadda qalım, fəqət Rüknabad suyu və Şiraz torpağı məni özünə
tərəf çəkir, deyib.
Arasıkəsilməz səyahətlərdən yorulan Sədi XIII əsrin ortalarında vətəni
Şiraza döndükdə artıq böyük həyat təcrübəsinə malik kamil bir
şair idi. Bu zaman monqol
istilasının ağır, dağıdıcı
hücumları sakitləşmiş, Atabəy Əbubəkr Səd
ibn Zəngi Şirazda
hakimiyyət başında qalmışdı. O, monqol sərkərdələrinə xərac verib ölkəni və əhalini qətl və
qarətdən xilas etmiş
və beləliklə çoxlarının, o
cümlədən vətənpərvər şairin də rəğbətini
qazanmışdı. Buna görə də
vətənini, millətini çox sevən
şair özünün
məşhur Gülüstan əsərini
ona ithaf edib.Bu da bir
həqiqətdir ki, Sədi Şirazi tarix üçün misilsiz dəyərə
layiq olan əsərlər
yazıb, insanlığa yadigar qoyub. O, şahların qəzəbindən,
hökmdarların zülmündən qorxmadan
öz əsərlərində müstəbidlərə
qarşı çıxaraq məzlumların tərəfini
saxlayıb, ədaləti tərənnüm edib,
heç bir bəxşiş
və mükafat qarşısında əyilməyib,
həyatının sonuna qədər
bu mövqeyini əldən
verməyib. Onun qəsidələri əsasən şahlara,
səlahiyyət sahiblərinə və böyüklərə
nəsihət və məsləhətdən ibarətdir.Sədi
Şirazi ömrünün
son günlərini Şirazın
şimal-qərbində bir dağ
ətəyindəki xanəgahda yaşayıb və ölməz
əsərlər, qəzəllər, qitə və
rübailər yazıb-yaradıb. Təsadüfi deyildir ki, onun
şairlik şöhrətini eşidən
böyük şəxsiyyətlər uzaq vilayətlərdən Sədinin ziyarətinə
gəlib, ona qiymətli hədiyyələr
gətiriblər. Fəqət Sədi dünya
malı toplamayıb, əksinə, əlinə düşənləri
ehtiyacı olanlara paylayıb. Xalq arasında Sədi haqqında: Sədinin bir qapısından nemət daxil
olur, o biri
qapısından ehtiyacı olanlara
paylanır deyilirdi. Mənbələrin məlumatına
görə Sədi Şirazi 1291-ci ildə
vəfat edib.Sədinin vəfatından təqribən 30 il sonra onun
əsərlərini Əli ibn Əhməd
ibn Əbubəkr Bistun
adlı bir ədəbiyyatşünas
toplayıb nizama salıb. Bistun
topladığı əsərlərin hamısını Külliyyat şəklində tərtib edərək
ona geniş müqəddimə
də yazıb. O, Sədinin əsərlərini əlifba üsulu ilə düzdüyünü
və onu bir neçə
kitaba ayırdığını bu müqəddimədə qeyd
edir. Bu
Külliyyatın əvvəllərində Sədinin
müxtəlif mövzularda 6 risaləsi
vardır. Külliyyatda
bu risalələrdən sonra
Sədi Şirazinin ən qiymətli və
şah əsərləri olan
Gülüstan və Bustan
gəlir. Sədinin bu iki
əsəri ona dünya
şöhrəti qazandırıb. Bu əsərlər
yeddi əsrə yaxın bir
müddətdə dünyanın bütün
mədəni xalqlarının sevə-sevə oxuduqları
kitablardır. Gülüstan ingilis, fransız, alman, ərəb,
türk, rus və bir çox xalqların
dillərinə tərcümə edilib. Bu əsərlərin sürətlə artan şöhrətini görən şairlər
bu kitablara bir çox nəzirələr
yazmışlarsa da onlardan
heç biri bu səviyyəyə yüksələ bilməyib.
Sədi Şirazinin həmin əsərləri
Avropa dillərinə tərcümə
edildikdən sonra bu
ölkələrin bəzi məşhur şairləri öz əsərlərində onun
ifadə və fikirlərindən istifadə ediblər. Misal
olaraq Volter və Göte kimi dünya şöhrətli böyük
şairləri göstərmək olar.Sədi Şirazinin
Külliyyatında Gülüstan və Bustan əsərlərindən
sonra şairin ərəb və fars dilində
yazdığı qəsidələr dərc edilmişdir. Bu qəsidələr
poeziyada klassik ənənənin
əksinə olaraq mədhnamədən çox didaktik məzmuna malikdir. Sədinin elə bir qəsidəsi yoxdur ki, orada o,
şahlara və görkəmli saray xadimlərinə nəsihətlər verib onları ədalətə dəvət
etməsin.Sədi Şirazinin qəzəlləri
haqqında da olduqca
yüksək fikirlər söylənib. Tədqiqatçıların
fikrincə Sədinin qəzəlləri
olmasaydı, fars ədəbiyyatında Hafiz Şirazi kimi lirik şairlər
yetişə bilməzdi. Hafiz özü Sədini qəzəl ustadı
adlandırıb. XIII əsrin məşhur hind
şairi Əmir Xosrov
Dəhləvi
də öz müasirləri Sədi Şirazi və Hümam Təbrizini
qəzəl ustadı adlandırıb. Sədinin qəzəlləri
özündən qabaqkı şairlərə nisbətən daha çox lirik, daha çox
insan duyğularını tərənnüm
edən bədii əsərlərdir. Demək olar
ki o, qəzəli əsl
mənasında özünə məxsus bir
mövqeyə yüksəltmiş, ona nikbin əhvali-ruhiyyə vermişdir.
Burada təbiət təsvirləri, məhəbbət
və eşqin ülviyyəti çox yüksək zövq
ilə tərənnüm edilir. Onun müxtəlif şöbələrdə toplanan qəzəlləri əsas etibarilə
bir-birindən fərqlənmir. Tarixi şəxsiyyət
Bistunun fikrinə görə qəzəllərin
belə qruplaşması onların müxtəlif dövrlərdə
yazılması ilə əlaqədardır. Məzmuna gəlincə,
Sədinin qəzəlləri insanpərvər bir
duyğu ilə yazılıb. Onun qitələri, rübailəri və
müfrədləri də didaktik mahiyyət
daşıyaraq şairin əsas dünyagörüşü ilə
bağlıdır. Təsadüfi deyildir ki, ərəblər
Sədi Şirazini öz
dahi şairi əl-Mütənəbbi,
ingilislər isə öz dahi
dramaturqu Şekspir
ilə müqayisə ediblər. Çünki
bu dahi şəxsiyyətlərin
əsərlərində insan müqəddəratı
əsas yer tutur. Şekspirin dramlarda irəli
sürdüyü ideyaların çoxunu Sədi qısa hekayə və
qitələrdə məharətlə ifadə edib.Şərq
ədəbiyyatında Sədiyə qədər Bustana bənzər əsər
tapmaq mümkünsə də, Gülüstana oxşar əsər tapmaq çox çətindir. Sədi
Gülüstanı son dərəcə
mahiranə bir ustalıqla həm nəsr,
həm də şeirlə yazıb. Gülüstan
əsəri elə məharət və qüdrətlə
yazılıb ki, istər onun
nəsr hissəsi, istərsə də şeir
hissəsi füsunkar bir
qələmin məhsulu kimi nəzərə
çarpır. Burada dil
sadəliyi, məzmun dərinliyi, yığcamlıq, zərbəni
düz hədəfə vurmaq
qabiliyyəti özünü bütün parlaqlığı ilə
göstərir. Gülüstan
əsərinin şöhrət qazanması təkcə onun məzmununa görə deyil,
eyni zamanda ustalıqla
yazılan sadə və bədii ifadələri, məcaz, səs,
kinayə, istişarə və başqa bədii
ifadə tərzləri ilə də özündən əvvəlki
və sonrakı əsərlərdən çox
fərqlənir. Təsadüfi deyildir
ki, məhz Sədinin Gülüstan
əsəri bütün dünyada
fars dilini öyrənmək
istəyənlərin ilk dərslik
kitabı olub. Bu da bir həqiqətdir ki, Yaxın Şərqdə fars
dilində təhsil alan gənc hər
şeydən əvvəl Gülüstan
əsəri ilə tanış olur və
ömrünün sonuna
qədər bu kitabdan
ayrıla bilmirdi. Sədi öz
nəsihətlərini elə məharətlə oxuculara aşılayır ki,
ondan həm hakim, həm
məhkum, həm alim, həm cahil, həm də zahid ibrət
dərsi götürə bilir. Buna görə də sonra
gələn şairlər Gülüstana bənzər əsərlər yazmağa çalışıblar, fəqət
onlar Gülüstan
zirvəsinə yüksələ bilməyiblər. Məşhur
hind şairi Həsən
Dəhləvi Gülüstan əsəri
haqqında belə deyib: Həsən
Sədinin Gülüstanından bir gül dərib gətirmişdir. Çünki məna əhli ancaq
bu Gülüstandan gül dərər.Tarixi
şəxsiyyət Sədi Şirazinin Gülüstan əsərinin getdikcə daha çox yayılmasının,
müxtəlif dillərə tərcümə edilməsinin
əsas səbəbi, şübhəsiz ki,
onun insanlar arasında
sülhü, dostluğu
və proqressiv fikirləri təbliğ
etməsidir. Sədinin bu əsəri
yaxşı adamlara məhəbbət, pis adamlara nifrət hissilə
doludur. Böyük humanist şair bu əsərində insanın zahiri
görünüşünü deyil, onun mənəviyyatını
nəzərə alır. Şairin fikrincə
mal, dövlət, vəzifə, rütbə
insanlıq şərəfi deyildir,
insanlıq şərəfi xalqa xeyirli olmaqdadır. O, hər yerdə, hər
şəraitdə belə nəsihətlər verməkdən
çəkinmirdi. Onun fikrincə, öz ölkəsində xalqı ədalətlə
idarə edən hökmdarın başqa
ölkələri müharibə yolu ilə
ələ almağa ehtiyacı yoxdur. Sədi Şirazi həmişə
sülh tərəfdarı olaraq ölkələri xarabalığa
çevirən müharibələri rədd edirdi.
O, belə nəsihətlər verməkdən çəkinmirdi.
Fəqət orta əsr feodalizm
əsarətinin hökmran olduğu
bir dövrdə şərin xeyrə qalib gəldiyini görən Sədi öz zəmanəsindən acı-acı
şikayət etmişdir. Monqol istilası əlindən
baş götürüb
dünyanı diyar-diyar gəzən şair Yaxın və Orta
Şərqin hər yerində zəhmətkeş xalqın ağır
və fəlakətli halına qəlbən
acımışdır.Bu da bir həqiqətdir ki, Sədi
Şirazi öz hekayələrində
bildirdiyi kimi həmişə
zəhmətkeşlərin və sadə insanların tərəfində
olub. Bu cəhətdən onun insanpərvərliyi
təqdirəlayiqdir. Ömrünün çox hissəsini səyahətdə
keçirərək xalqların acınacaqlı məişətlərini
müşahidə edən mütəfəkkir şair
istər-istəməz zəhmətkeş və sadə
insanları birliyə çağırıb, həqiqəti olduğu kimi dərk etdirməyə
çalışıb. O, ölkəni, cəmiyyəti sağlam ağıl və idrakla
idarə etməyi lazım bilib,
insanların bərabər hüquqda yaşamaq ixtiyarı olduğunu
irəli sürmüşdür. Yəni bu tarixi
şəxsiyyət o dövr
üçün olduqca
cəsarətli və mütərəqqi bir
addım atıb. Ümumiyyətlə, Sədi Şirazi
əməkçi xalqı cəmiyyətin ən nəcib
üzvləri hesab edərək hər zaman onları müdafiə edib.Sədi Şirazi bilik və ləyaqətə
də şəxsi məsələ kimi
baxmayıb. Onun fikrincə, cəmiyyətin
ləyaqətli üzvü olan hər kəs özünə səadət
təmin etdiyi kimi, cəmiyyətə
də xeyir verməlidir. Sədiyə
görə elm və sənətə sahib olmaq ən vacib məsələlərdəndir. Eyni zamanda elmə söykənənlər
onu əməldə göstərməli və
həyata tətbiq etməlidir. Bilik onun üçün əldə
edilir ki, o cəmiyyətə, xalqa
xeyir versin. Xeyirli
işə sərf olunmayan bilik əldə edilməsə daha
yaxşıdır, deyib Sədi Şirazi.
Fazil QARAOĞLU
Bakı
xəbər.- 2018.- 5 iyun.- S.15.