Azərbaycan rus turistlər
üçün ən
cəlbedici ölkələr
sırasında
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin iqtisadi siyasətində qeyri-neft sektorunun inkişafı prioritet təşkil edir. Son illərdə həyata
keçirilən tədbirlər,
dövlət başçısının
rəhbərliyi ilə
reallaşan siyasi kurs özünün müsbət nəticələrini
göstərməkdədir. İqtisadi inkişafın statistik göstəricilərində qeyri-neft
sahəsinin üstünlüyü
aşkar müşahidə
edilməkdədir.
İqtisadi inkişafın
sürətinə görə
dünya ölkələrinin
ilk sıralarında yer
alan Azərbaycan
hazırda turistlərin
maraq dairəsinə görə də bir çox beynəlxalq təşkilatların
reytinqlərində lider
ölkələrdəndir. Son
illərdə turizmlə
bağlı ən görməli şəhərlərin
siyahısında paytaxtımız
Bakının adı ön sıralarda çəkilir.
Bütün bunlar turizm sahəsində dövlət
siyasətinin uğurları
kimi qiymətləndirilir. Mədəniyyət və Turizm
Nazirliyinin 2017-ci ildə
Azərbaycanda turizmin vəziyyəti ilə bağlı açıqladığı
son hesabatdan da görünür
ki, ölkəmizdə
bu sektor və xidmət səviyyəsi yüksələn
xətlə inkişaf
edir.
Azərbaycanda turistlərin rahatlığı
məqsədilə müasir
infrastrukturun yaradılması,
xidmət keyfiyyətinin
yüksəldilməsi ilə
yanaşı, viza sisteminin sadələşdirilməsi
ildən-ilə Azərbaycana
gələn xarici turistlərin sayının
artması ilə müşayiət olunur. Təbii ki, bu da ölkə
iqtisadiyyatına müsbət
təsir göstərir
və Azərbaycana daxil olan vəsaitin
yüksəlməsinə səbəb
olur. Bu, Azərbaycan Mərkəzi
Bankının məlumatlarında
da öz təsdiqini tapıb. Mərkəzi
Bankdan verilən məlumatda bildirilir ki, ötən il ölkəmizə
gələn xarici vətəndaşların bank kartları
ilə əməliyyatları
1 milyard manatdan çox olub. Bu isə 2016-cı illə müqayisədə
70% artım deməkdir.
İlin müxtəlif aylarında
bu artım daha çox müşahidə edilir.
Belə ki, turistlərin Azərbaycana gəlməyə
üstünlük verdikləri
aylarda - iyul, avqust və sentyabr aylarında bu vəsait daha yüksək olmuşdur.
Müxtəlif ölkələrdən gələn turistlərin sayında da ildən-ilə
artım müşahidə
edilməkdədir. Ümumi turistlərin sayının
artması ilə yanaşı, bəzi ölkələrdən gələn
xarici vətəndaşların
sayında yüksək
artım vardır.
2017-ci ildə ölkəmizə gələn
turistlərin sayında
ümumilikdə 20 faiz
artım olmuşdur.
Turist sayına görə ötən il rekord
nəticə əldə
edilmişdir. Belə ki, 2017-ci ildə indiyədək müşahidə
edilən ən yüksək göstəriciyə
nail olunmuşdur - 2,7 milyon nəfər.
Dövlət Miqrasiya Xidmətinin
hesabatına əsasən,
2017-ci ildə ölkəmizə
gələn xarici vətəndaşların sayı
2016-cı illə müqayisədə
449 215 (20%) nəfər artaraq
2 691 998 nəfər olub. Ölkəyə gələn xarici
vətəndaşlardan 853 082 nəfəri Rusiya Federasiyası, 537 710 nəfəri
Gürcüstan, 362 597 nəfəri
İran, 301 553 nəfəri Türkiyə, 102 360 nəfəri
Birləşmiş Ərəb
Əmirlikləri, 62 454 nəfəri
İraq, 57 756 nəfəri Ukrayna, 33 273 nəfəri Səudiyyə Ərəbistanı,
381 213 nəfəri isə
digər ölkələrin
payına düşür.
Onu da qeyd edək ki, turizmdə belə yüksək nailiyyətlərin əldə
edilməsinə ötən
illərdə bu sahədə həyata keçirilən tədbirlərin
mühüm təsiri
olmuşdur. 2017-ci ildə Azərbaycanda turizm üçün xarakterik sahələrdə
çalışan işçilərin
sayı 54.600, bu sahə üzrə qoyulan investisiyaların həcmi 91 milyon manat, iaşə fəaliyyəti göstərən
sahibkarlıq subyektlərinin
sayı 18.700 olub.
Turistlərə göstərilən xidmət
səviyyəsinin və
çeşidlərinin artırılmasına
da xüsusi diqqət yetirilir.
Yuxarıda sadalananlar göstərir
ki, turizmin inkişafı həm də ölkədə sosial siyasətin tərkib hissəsidir. Turizm sahəsində yeni xidmət sahələrinin yaradılması
həm də yeni iş yerlərinin
açılamsı deməkdir.
Statistika
göstərir ki, son illərdə Azərbaycanda
turizm sahəsi ilə mşğul olan şirkətlərin sayı xeyli artıb. Turizmin inkişafı və
turizm xidmətlərinə
artan tələbatla əlaqədar 2017-ci ildə
bu cür müəssisələrin sayı
100% -dən çox artaraq 633-ə çatıb.
Ölkəmizdə fəaliyyət göstərən
mehmanxana və mehmanxana tipli yerləşdirmə vasitələrinin
sayı isə 2017-ci ildə 686 olub.
Bütün bunlar göstərir
ki, Prezident İlham Əliyevin iqtisadi siyasətinin əsasını təşkil
edən qeyri-neft sektoru, eləcə də onun tərkib
hissəsi olan turizm sahəsi ildən-ilə yüksək
sürətlə inkişaf
edir və dövlətin iqtisadi həyatında prioritet sahəyə çevrilib. Hazırda Azərbaycanda Novruz bayramı qeyd edilir. Bu günlərdə
paytaxt Bakıda aparılan müşahidələr
göstərir ki, ölkəmizə turist axını yenidən canlanma dövrünü yaşayır. Təbii ki,
bunun səbəblərindən
biri də viza rejiminin sadələşdirilməsidir. Məsələn, qonşu İran İslam Respublikası ilə son razılşamaya görə,
artıq bu ölkənin vətəndaşları
Azərbaycanın gömrük
məntəqələrində viza əldə edə bilirlər. Bütün bunlar turizmin perspektivdə daha geniş miqyasda inkişaf edəcəyini söyləməyə əsas
verir.
Cəlilova, Günel
Bakı xəbər.-
2018.- 13 iyun.- S.11.