Azərbaycanda ekoturizmin böyük perspektivindən danışılır...

Sosial 1 Mar. 01:12

Azərbaycan ekoturizm sahəsi üzrə gözəl bir model ölkə ola bilər

img

Ruslan Quliyev: “Azərbaycanın əsas hədəflərindən biri alternativ turizm növlərini inkişaf etdirməkdir

 

 

 

"Azərbaycanın böyük ekoloji turizm potensialı mövcuddur". Bu barədə Mədəniyyət Turizm Nazirliyinin açıqlamasında bildirilib.

 

Məlumatda, həmçinin, qeyd olunub ki,  Azərbaycan zəngin təbiət, dəniz, qoruq milli parklar, cəlbedici kənd əraziləri, özünəməxsus adət-ənənələr mətbəx nümunələri kimi turizm resurslarına malikdir: “Bütün bu sadalanan resurslar ölkəmizi turistlər üçün daha da cəlbedici turizm məkanına çevirə bilər. Təbii fenomen olan palçıq vulkanları dünyadakı palçıq vulkanlarının, demək olar ki, yarısını təşkil edir Azərbaycan dünya üzrə bu cür cəlbedici məkanları olan cəmi 20 ölkədən biridir. Bununla yanaşı, Azərbaycan ərazisində çoxlu sayda milli park da mövcuddur. Hazırda Azərbaycanda 9 milli park, 11 qoruq, 24 yasaqlıq fəaliyyət göstərir. Xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 893 min hektardır.

 

Turizm baxımından da önəmli olan qoruq milli parklarımız zəngin təbiəti ilə seçilir, ov heyvanları, qiymətli balıq quş növlərinin qışlama yeridir. Bu ərazilərin müəyyən hissəsi ekoturizmdə səmərəli məqsədyönlü istifadə oluna bilər”.

 

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq fərmanı ilə təsdiq olunanAzərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, Azərbaycanın ekoloji turizm potensialının araşdırılması milli parklarda müxtəlif turizm fəaliyyətlərinin təşkili, Azərbaycanın ekoloji turizm imkanlarının tədqiqini həyata keçirmək bunun əsasında milli parklarda müxtəlif turizm fəaliyyətlərinin təşkili ilə bağlı tədbirlər nəzərdə tutulub.

 

Ekoloji turizmin necə inkişaf etdirilməsinin yolları barədə danışan Azərbaycan Sağlamlıq Termal Turizminə Dəstək Assosiasiyasının prezidenti Ruslan QuliyevBakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, 2001-ci ildən bu günə kimi aidiyyəti qurumlar tərəfindən məlum məsələyə çox diqqət ayrılıb: “Ümumiyyətlə, Azərbaycanın əsas hədəflərindən biri alternativ turizm növlərini, o cümlədən ekoloji turizm sahəsini   inkişaf etdirməkdir”.

 

R.Quliyevin sözlərinə görə, turizmlə bağlı müxtəlif brendləri yaradan yerli xüsusiyyətlər nəzərə alınmalıdır: “İqlim müxtəlifliyi, təbiət rəngarəngliyi, əlverişli coğrafi məkan əsas faktorlardan biri sayılsa da, hələ ki, turizm məhsulu deyil. Bunun üçün təqdim etmək mədəniyyətinə ehtiyac var. Eyni zamanda, çeşidli tur proqramları da hazırlanmalıdır. Bu sahəyə dəniz turizmi əlavə olunmalıdır. Biz dəniz turizmində İspaniya, Türkiyə, Yunanıstan kimi ölkələrlə rəqabət apara bilmərik. Bu məhsulların inkişaf etməsi üçün ilk növbədə təqdim etmə mədəniyyətinə ehtiyac var”.

 

Həmsöhbətimizin fikrincə, Azərbaycan ekoturizm sahəsi üzrə gözəl bir model ölkə ola bilər: “Ekoloji turizmlə bağlı qanunvericilikdə, o cümlədən Strateji Yol Xəritəsində sevindirici müddəalar yetərincədir. Hesab edirəm ki, bunlar öz müsbət nəticəsini verəcək. Artıq bunlar uzunmüddətli proqram halına gətirilib. Bu istiqamətdə müxtəlif ölkələrdən fərqli bazarlara xitab etmək lazımdır. Bir-iki bazarla məhdudlaşmamalıyıq. Əsasən at gəzintisi, piyada marşrutu, alpinizm turları, kənd yaşıl turizmi digərləri ilə ekoloji turizmi inkişaf etdirmək olar”.

Günel CƏLİLOVA

Bakı xəbər.- 2018.- 1 mart.- S.12.