100 il öncə azərbaycanlıların
ermənilər tərəfindən qəddar
soyqırımı belə başladı…
Qafqaza köçrülməyə
başlandıqdan sonra ermənilərin burada ötən tarix
boyu həyata keçirdiyi siyasətin məğzində duran
başlıca faktorlardan biri yerli azərbaycanlı əhaliyə
qarşı soyqrımı həyata keçirmək olub. Tarixə nəzər salanda aydın olur ki, bu
soyqırım siyasəti məqsədli,
düşünülmüş xarakter daşıyıb, Azərbaycan
əhalisinin birbaşa məhvinə yönəlib.Ermənilərin
geosiyasi, geoiqtisadi məqsədlər üçün istifadə
olunması fonunda aldıqlaır dəstək də bu
soyqırımların həyata keçrilməsinə əlavə
zəmin, şərait yaradıb. Qeyd olunan fonda xatırlatmaq
lazım gəlir ki, bu proses XVII əsrin sonundan etibarən
özünü daha qabarıq formada göstərməyə
başalyıb. Həmin vaxt Şərqdə təsir
dairəsini genişləndirmək, regionun zəngin təbii sərvətləri
üzərində nəzarəti ələ keçirmək
istəyən çar Rusiyası məhz XVII əsrin sonu,
XVIII əsrin əvvəllərindən Türkiyə və
İrana qarşı müharibə apararkən “erməni
kartı”ndan siyasi alət kimi yararlanmağa xüsusi diqqət
yettirməyə başlayıb. Rusiya
çarlığının himayəsini üzərində
hiss edən ermənilər isə regiona
köçürüldükdən sonra təkcə burada məskunlaşma
ilə kifayətlənməyərək, yerli Azərbaycan əhalisinə
sözün əsl mənasında qənim kəsildilər.
Qeyd olunan hal ötən əsrin əvvəllərində
özünü daha qabarıq surətdə büruzə
verdi. Hələ əsrin əvvəlində,
konkret olaraq 1905-1907-ci illərdə
Rusiyadakı inqilabi proseslərdən və mərkəzin əyalətlərə
nəzarətinin zəifləməsindən istifadə edən
ermənilər Bakı, Zəngəzur, İrəvan,
Naxçıvan, Ordubad, Eçmiədzin, Cavanşir və
Qazaxda azərbaycanlılara qarşı kütləvi qırğınlar, talanlar törətdilər, onları
yurdlarından didərgin saldılar. Ümumiyyətlə, ermənilərin
havadarlarının hərtərəfli, o cümlədən
maddi və hərbi-siyasi dəstəyi ilə azərbaycanlılara
qarşı soyqırımlarının ilk mütəşşəkil
forması məhz 1905-1907-ci illərə aid olunur. Elə tədqiqatçılar da bildirir ki, tarixə
ilk olaraq “erməni-müsəlman qırğınları” kimi
düşən bu qanlı faciələri hüquqi-siyasi
baxımdan azərbaycanlılara qarşı soyqırım
adlandırmaq onun mahiyyətinə tam uyğun gəlir. Ən
azından ona görə ki, 1905-1906-cı illər
qırğınları planlı şəkildə, azərbaycanlıların
milli və dini mənsubiyyətinə görə, etnik təmizləmə
məqsədilə həyata keçirildiyi üçün
soyqırım mahiyyəti daşıyır. Bu
dövrdə, yuxarda qeyd olunduğu kimi, Bakıda, İrəvanda,
Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda,
Qazaxda və Tiflisdə dinc azərbaycanlılara qarşı
qırğınlar törədən ermənilər burada
xaotik durum yaratmaq, nəticə etibarı ilə də
adları çəkilən yerlərdə erməniləri məskunlaşdırmaqla
gələcək Ermənistan dövlətinin əsasını
qoymaq istəyirdilər. Özü də bu məsələdə
erməniləri hər zaman bir alət kimi istifadə etməyə
öyrəşən Rusiya çarlığının
ideoloqlarının rolu az deyildi. Ermənilərin xüsusi vəhşiliyi
ilə törədilən kütləvi qırğınlar
eyni zamanda Gəncə və
Qazax quberniyalarında 200, Şuşa, Cəbrayıl və Zərgəzur
quberniyalarında isə 75 kəndin viran qoyulması ilə nəticləndi.
Xatırladaq ki, bütün bunlarla
bağlı tarixi mənbələrdə
çox az sənəd qalıb. Əsas səbəb də
odur ki, həmin sənədlər vaxtilə Azərbaycan arxivlərində
kök salmış qeyri-azərbaycanlılar, o cümlədən
də ermənilər tərəfindən məhv edilib. Ancaq bu hadisələr sənədli şəkildə,
həmin dövrün mətbuat materiallarına, ziyan çəkmiş
şəxslərin və şahidlərin hekayətləri əsasında
yazılmış Məmməd Səid Ordubadinin “Qanlı illər”,
Mir Möhsün Nəvvabın
“1905-1906-cı illərdə erməni-müsəlman davası”
kitablarında öz əksini tapıb.Bütün
bu məqamlar öz növbəsində ermənilərin 100 il
azərbaycanlılara qarşı törətdiyi daha bir
soyqırıma gedən yolun əsasını qoyurdu.
Çünki 1905-1906-cı illər qırğınları
ilə bağlı ermənilərə qarşı zəruri
tədbirlər görülmədiyindən, onlar heç nədən çəkinmədən
yeni soyqırıma, belə demək olarsa, daha geniş miqyasda
hazırlıq görürdülər. Çox təəssüf
ki, ermənilər bu dəfə də məkrli, çirkin
niyyətlərinə nail oldular. Belə ki, 1918-ci ilin
martında daşnak-bolşevik birləşmələri Azərbaycanın
müxtəlif bölgələrində amansız qətliamlar
törətdilər. Bu qırğınların da əsas məqsədi
azərbaycanlıları milli etnos kimi yer üzündən
silmək, onların tarixi torpaqlarına yiyələnmək
idi. Tarixi mənbələrdən belə bəlli
olur ki, 1917-ci ilin dekabrında Osmanlı dövləti ilə
bolşeviklərin Zaqafqaziya Komissarlığı arasında
bağlanmış Ərzincan barışığına
uyğun olaraq Qafqaz cəbhəsindən çıxarılan
rus ordusunu əvəz edən erməni hərbi birləşmələri
faktiki başıpozuqluq şəraitindən istifadə
edərək yerli müsəlman əhalisinə qarşı
soyqırımı siyasətinə başladılar.
Xatırladaq ki, Rusiyada 1917-ci ildə bolşevik hakimiyyətinin
qələbəsi ilə ölkənin Birinci Dünya
müharibəsindən çıxması nəticəsində
rus əsgərləri döyüş bölgələrini tərk
etməli oldular. Amma maraqlıdır ki, məhz
bu dövrdə Qafqaz cəbhəsindəki Rusiyanın hərbi
hissələrinin tərkibində olan və əsasən erməni
zabit və əsgərlərinin silahlarını təhvil
verməyərək Azərbaycana, xüsusilə Bakıya
göndərilməsi kifayət qədər kritik bir vəziyyətin
yaranmasına rəvac verdi. Situasiyanın
ağırlmaşmasına gətirib çıxaran daha bir məqam
bundan ibarət idi ki, bolşevik libasına bürünən və
Vladimir İliç Lenin tərəfindən Zaqafqaziya
komissarı vəzifəsinə təyin edilən daşnak
Stepan Şaumyan bu vəzifəsi ilə 1918-ci ilin mart
qırğınlarını törətmək üçün
də, belə demək olarsa, həm mandat, həm də
müvafiq post əldə etmişdi. O dövrdə
Bakıda, demək olar ki, bütün hakimiyyəti öz əlinə
keçirən Şaumyan var
gücünü azərbaycanlılara
qarşı mübarizəyə sərf edir. Özü də
tək Bakıda yox, Azərbaycanın bir çox bölgələrində.
Əsas məqsəd yenə, əsrin əvvəlrində
olduğu kimi, azərbaycanılları öz doğma
yurd-yuvalarından didərgin salmaq,
köçürülüb gətirilən erməniləri
Azərbaycan torpaqlarında yerləşdirməklə bu yerləri
ələ keçirmək idi. Qeyd olunan bu məsələlər
öz əksini geniş şəkildə Azərbaycan Cumhuriyyəti
hökumətinin yaratdığı Fövqəladə təhqiqat
komissiyasının hazırladığı məruzələrdə
və digər rəsmi sənədlərdə tapıb.1918-ci
ilin mart qırğınıların törətmək
üçün erməni tərəfinin bəhanələri
də burada xüsusi qeyd olunmalıdır. Tarixi materiallardan
belə bəlli olur ki, hələ 1918-ci ilin yanvarında,
başda general M.K.Talışinski olmaqla, yaradılmaqda olan
müsəlman korpusunun qərargahı Bakıya gəlir. Qərargahın rus zabitləri sırasında əvvəllər
jandarmeriyada xidmət etmiş şəxslər olduğu bəhanəsilə
müsəlman korpusunun qərargah üzvlərinin əksəriyyəti
erməni əsgərlərindən ibarət bolşeviklər
tərəfindən həbs edilir. Müsəlman korpusu qərargahının
həbs edilməsindən istifadə edən ermənilər azərbaycanlıları
bolşeviklərə, həm də ermənilərə
qarşı silahlı üsyana təhrik edirdilər. Burada da
məqsəd özləri tərəfindən hazırlanan
hadisələrin günahını azərbaycanlıların
üzərinə atmaq idi. Lakin azərbaycanlılar bu təxribata
getmədilər. Belə vəziyyətdə məqsədlərinə
nail olmaq üçün erməni əsgərləri azərbaycanlılar
üzərində zor işlətməyə, müdafiəsiz
qocaları, qadınları və uşaqları qarət edib
öldürməyə başladılar. Amma maraqlıdır
ki, ermənilərin bütün təhriklərinə
baxmayaraq, azərbaycanlılar dözür, qırğına
getmək istəmirdilər. Bakının məscidlərində
keçirilmiş mitinq və yığıncaqlarda iştirak
edən Bakıdakı xristian xadimlərinin sözlərinə
görə bütün müsəlman xadimləri azərbaycanlı
əhalini sakitliyə, sıxıntı və
zorakılığa dözməyə
çağırırdılar.Azərbaycan Cumhuriyyəti
hökumətinin yaratdığı Fövqəladə
təhqiqat komissiyasının hazırladığı məruzələrdə
o da göstərilir ki, azərbaycanlılar bütün vasitələrdən
istifadə edərək barışığa
çalışırdılar. Amma ermənilər,
barışıqdan daha çox, törədilən
qırğınların miqyasını genişləndirmək
üzərində planlar qururdular. Prosesin
növbəti mərhələsi 1918-ci il martın 17-də
Bakıdan Lənkərana yola düşmək istəyən və
içində müsəlman divizionunun böyük bir dəstəsinin
olduğu paroxodun ermənpilər tərəfindən tüfəng
və pulemyotlardan atəşə tutulması oldu. Amma bütün bunlara görə bolşevik hakimiyyəti
erməniləri hansısa formada cəzalandırmaqdan imtina
etdyindən, onlar daha da azğınlaşırdı. Yenə
də Fövqəladə təhqiqat komissiyasının
hazırladığı məruzədən belə bəlli
olur ki, 1918-ci il martın 17-də ermənilər azərbaycanlılara
qarşı soyqırım siyasətinin miqyasını
genişləndirmək üçün daha bir hiyləyə əl
atıblar. Belə ki, həmin gün Müsəlman Xeyriyyə
Cəmiyyətinin binası “İsmailiyyə”də azərbaycanlıların
yığıncağı keçirilir. Bununla bağlı
“1905.az” portalında yer alan məlumatda qeyd olunur: “Yığıncağa gələn keçmiş
Bakı şəhər rəisi Qaik Ter-Mikaelyants iclasa gələrək
erməni Milli Şurası və
”Daşnaksutyun ” partiyası adından bildirir ki, azərbaycanlılar
bolşeviklərə qarşı çıxış etsələr,
ermənilər də onlara qoşulacaq və bolşevikləri
Bakıdan qovmağa kömək edəcəklər. Ertəsi
gün, martın 19-da səhər tezdən azərbaycanlılar
hələ yuxuda olduqları bir vaxtda ermənilərin yalan vədlərinə
arxayınlaşmış şəhərin azərbaycanlı
hissəsinə hücum başlanır. Hücumda yalnız erməni
əsgərləri iştirak edir və azərbaycanlılar əvvəlcə
şəhərdə nə baş verdiyini müəyyən
edə bilmirlər. Xəzərdəki hərbi gəmilər
ermənilərin provokasiyası ilə şəhərin azərbaycanlılar
yaşayan hissəsini top atəşinə tutur. Ermənilər
rus matroslarını inandırmışdılar ki, şəhərdə
müsəlmanlar rus əhalisini qırır. Matroslar əmin olduqda
ki, azərbaycanlılar şəhərdəki rus əhalisinə
toxunmur, top atəşini dayandırırlar. Hücum
ərəfəsində şəhərdəki bütün
ermənilər şəhərin azərbaycanlı hissəsindən
erməni hissəsinə keçmişdi.Yaxşı
silahlanmış və təlim görmüş erməni əsgərləri
pulemyotların atəşi altında əhalisi tamamilə azərbaycanlılardan
ibarət “Məhəmmədli məhəlləsi” və “Zibilli dərə” deyilən yerlərdə
azərbaycanlıların evlərinə soxulur, sakinləri xəncər
və süngü ilə doğrayır, uşaqları yanan
evlərin içinə atır, üç-dörd
günlük körpələri süngülərin ucuna
keçirirdilər. Qaçmış
valideynlərin bütün südəmər körpələri
vəhşiliklə öldürülürdü. Valideynlərin
özlərini isə küçələrdə qovub qətlə
yetirdilər. Şəhərin bu hissəsində çox az
adama qaçıb öz canını qurtarmaq nəsib
olmuşdur ”. Amma təəssüf ki, ermənilərin
bu vəhşilikləri təkcə Bakı ilə məhdudlaşmayaraq,
ölkənin digər bölgələrinə də
yayıldı.
Tahir
TAĞIYEV
Bakı
xəbər.- 2018.- 10-12 mart.- S.6