Azərbaycanda satira teatrı ənənəsi niyə zəif inkişaf edir?

Arif Quliyev: “Yaratdığım Satira Teatrı maliyyə problemi üzündən bağlanıb

 

  Dünyada satira teatrı teatrın mühüm sahəsi kimi inkişaf etsə , Azərbaycanda hələ bu sahə normal şəkildə özünü təqdim edə bilmir. Bu gün Azərbaycanda satira teatrı ənənəsi formalaşmayıb desək yanılmarıq. Halbuki, ölkəmizdə bu sahənin inkişafı üçün münbit şərait var, sadəcə, teatr sənəti ilə məşğul olanlar satira teatrı yaratmaqda, formalaşdırmaqda maraqlı deyillər. Doğrudur, bəzi qruplar fəaliyyət göstərirlər ki, onlar özlərini satira teatrının davamçıları kimi qələmə verirlər. Ancaq onlar ciddi imic dəst-xətt yarada bilmədikləri üçün, teatrşünaslar onları satira teatrının davamçıları hesab etmirlər.Bəzən deyirlər ki, “Parni iz Baku” KVN teatrı, “Bu şəhərdə s. satira teatrının ənənələrini davam etdirirlər. Lakin onlar özləri bu qrupların satira teatrının daşıyıcıları olduğunu demirlər. Azərbaycanda satira teatrı ənənəsi haqda araşdırma apararkən qarşımıza çox cüzi faktlar çıxdı. Bu da onu deməyə əsas verir ki, sözügedən sahə teatr ictimaiyyətinin diqqətindən kənarda qalıb. Azərbaycanla müqayisədə Rusiyada, Türkiyədə digər ölkələrdə bir yox, bir neçə satira teatrı, teatr studiyası fəaliyyət göstərir.VaxtiləArifSatira Teatrı yaradan çox maraqlı səhnələr təqdim edən xalq artisti Arif Quliyev isəBakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycanda satira teatrı ənənəsinin inkişaf etməməsinin səbəbləri haqqında heç bir fikir bildirmək istəmir: “Mən bunun səbəblərini bilmirəm. Yaxşı olar ki, siz bu sualı nazirliyə verin. Vaxtilə mənimArifSatira Teatrım olub. Yaratdığım Satira Teatrı maliyyə problemi üzündən bağlanıb. Hazırda o teatr fəaliyyət göstərmir. Satira teatrı ənənəsi haqqında ancaq onu deyə bilərəm ki, bugünkü gənclər o yolu davam etdirirlər. “Parni iz Baku” KVN teatrı, eləcə Bu şəhərdə”nin aktyorları satira teatrının maraqlı nümunələri ilə çıxış edirlər. Mən onları çox bəyənirəm həmişə izləyirəm”.Teatrşünas Lalə Qulubəyli bizimlə söhbətində bildirdi ki, Azərbaycanda satira teatrı ənənəsi olub. Onun sözlərinə görə, 1920-ci il oktyabrın 23-də "Azərbaycan yoxsulluğu" qəzetində Xalq Maarif Şurası "Azərnəşr"in qərarı ilə Dövlət Müstəqil Satira-Təbliğ Teatının fəaliyyətə başlaması haqqında məlumat dərc edilib dekabrın 20-də isə teatrın təntənəli açılışı keçirilib. “Teatr Tiflisdə fəaliyyət göstərən, sonradan isə dağılmış N.F. Baliyevin "Yarasa" teatr truppasının inqilab komitəsinin qərarı ilə ləğv edilmiş "Momus" teatrının kollektivinin bir hissəsi əsasında formalaşdırılmışdı. Bədii rəhbər baş rejissoru V.Şveyser, inzibatçısı P.Oreşkov, ədəbi hissə müdiri N.Qorodetskaya, rəssamı B.Voronov idi. Sonralar teatra V.Q.Saxnovskiy rəhbərlik edib. Həmin teatr 1923-cü ilədək mövcud olub.Bakı Şəhər İcraiyyə Komitəsinin 1923-cü il 29 aprel tarixli qərarına əsasən, Dövlət Müstəqil Satira-Təbliğ Teatrının adı dəyişdirilərək Bakı İşçi Teatrı adlandırılır. Yarım ildən sonra, oktyabrın 25-də teatrda S.Mininin "Qorod v koltse" pyesinin premyerası baş tutur. Yeni truppanın tərkibinə Moskva, Odessa, İrkutskdan gəlmiş aktyorlar daxil idilər. Teatrın repertuarı əsasən sosialist inqilabı ruhunda yazılmış pyeslərdən əcnəbi dramaturgiyadan ibarət idi”.

Ekspert qeyd etdi ki, Sovet dövründə ayrıca satira teatrı olmasa da, Musiqili Komediya Teatrında bu janrda əsərlər səhnəyə qoyulub. Satira teatrı ənənəsinin o illərdə davam etdirildiyini deyən teatrşünas qeyd etdi ki, müstəqillik illərində bir neçə aktyor özlərinin şəxsi satira teatrını yaratmağa nail olsalar da, sonradan o teatrlar fəaliyyətini dayandırıb: “Azərbaycanda satira teatrı ənənəsinin zəif inkişaf etməsi səbəblərindən biri teatr ictimaiyyətinin bu sahəyə marağının zəif olmasıdır. Dövlət teatr sahəsinə kifayət qədər vəsait ayırır, teatrların inkişafına xüsusi fikir verir, onlara qayğı göstərir. Əslində, teatr rejissorları, aktyorlar, prodüsserlər meydana çıxıb satira teatrı yaratmalıdırlar. Bu gün Azərbaycanda bir teatr prodüsseri yoxdur ki, bu sahədə işlər görsün. Moskvada Satira Teatrı var, yüksək şəkildə inkişaf edib. O teatr dünyanı dolaşır. Bütün dünya onu tanıyır. Ancaq bizdə isə satira teatrı formalaşmayıb. Keçən əsrin 80-ci illərinin sonunda Xalq artisti Arif QuliyevArifSatira Teatrı təsis etmişdi. Bu kiçik teatr tərəfindən çox maraqlı səhnəciklər hazırlanırdı. Lakin sonradan teatr öz fəaliyyətini dayandırdı. Yadımdadır ki, Xalq artisti İlham Namiq KamalİlhamMiniatür Teatrı açmışdı, Xalq artisti Afaq BəşirqızıBəşirteatrı yaratmışdı. Adını çəkdiyim hər üç teatr satira teatrı ənənəsini davam etdirirdi. Ancaq bu gün o satira teatrları meydanda yoxdur. Halbuki, bizim tamaşaçıların hazırda sağlam gülüşə daha çox ehtiyacı var. Vaxtilə o teatrlar tamaşaçılara sağlam gülüş bəxş edirdilər. Bu gün Azərbaycanda satira teatrı adına iddialı olan qruplar var. Ancaq onlar şit, bayağı səhnələrlə, qadın paltarları geyməklə səhnəyə gəlirlər. Tamaşaçı tənqidin ünvanını bilməlidir. Ancaq bilinmir ki, onlar adamları tənqid edir, yoxsa onların rəftarını, neqativ hərəkətini təbliğ edirlər? Ancaq normal satira teatrında təqdim edilən hər bir mövzu insanları düşündürməli, onlara həm problemin həlli yollarını göstərməlidir. Azərbaycanda satira teatrı ənənəsi tam formalaşmayıb. Bəlkə bundan sonra bu sahədə inkişaf nəzərə çarpar, lakin bu gün mən bir irəliləyiş görmürəm”.

 

 

İradə SARIYEVA

Bakı xəbər.- 2018.- 13 mart.- S.15.