Azərbaycan mətbəxi
Çinin tədris sistemində...
Qorxmaz Cəbrayılov: “Çin
kimi böyük ölkədə Azərbaycan
mətbəxinin yerli kulinarlara öyrədilməsi
olduqca müsbət haldır”
Təranə Vəliyeva: “Bu gün
Azərbaycan mətbəxinin
Çində maraqla qarşılanması təbiidir”
Azərbaycan mətbəxində dünyanın
ən ləziz təamları, qəlyanaltıları,
bişmişləri, şirniyyatları
cəmləşib. Milli mətbəximizlə tanış olan hər bir əcnəbi
onun haqqında yalnız müsbət fikirlər bildirir. Azərbaycan mətbəxinin dünyada
təbliği, tanıdılması
istiqamətində davamlı
işlər görülür.
Xarici ölkələrdə keçirilən
kulinariya festivallarında,
eləcə də “Azərbaycan mədəniyyəti”
günlərində milli
mətbəximizə aid olan
çeşidli nümunələr
təqdim edilir.
Sevindirici haldır ki, bir sıra ölkələrdə,
o cümlədən də
Çində Azərbaycan
mətbəxi xüsusi
kurslar vasitəsilə
öyrədilir. Çində Azərbaycan mətbəxinin
geniş səviyyədə
təbliğinin müsbət
hal olduğunu deyən kulinar Qorxmaz Cəbrayılov bizimlə söhbətində
bildirdi ki, mətbəximizin qeyri-adi dərəcədə gözəl
olması, çeşidli
bişmişlərlə zənginliyi
əcnəbi kulinarların
diqqətindən yayınmır.
Kulinarın sözlərinə
görə, bu gün dünyanın əksər ölkələrində
“Azərbaycan mətbəxi”
brendi tanınır.Onun
dediyinə görə,
Fransa, Almaniya, ABŞ,
Çexiya, Avstriya, Rusiya, Türkiyədə və digər ölkələrdə milli
mətbəximiz çox
sevilir: “Azərbaycan milli mətbəxi dünyanın heç bir xalqının mətbəxinə bənzəmir.
Bu bənzərsizlik
də onu dünyanın ən gözəl, ləziz mətbəxi sırasında
yer tutmasına imkan verir. Azərbaycan
mətbəxi əksər
ölkələrdə ayrıca
kurs şəklində
öyrədilir. Çin
kimi böyük ölkədə Azərbaycan
mətbəxinin yerli kulinarlara öyrədilməsi
olduqca müsbət haldır. Biz çalışmalıyıq ki,
beynəlxalq aləmdə
mətbəx mədəniyyətimizi
daha çox təbliğ edək. Çünki buna böyük ehtiyac var. Bilirsiniz ki, Azərbaycan mətbəxinə iddialı
olanlar var. Ermənilər bizim mətbəxi mənimsəmək
üçün çox
çalışırlar. Hər
yerdə Azərbaycan mətbəxinə aid xörəkləri, qəlyanaltı
və şirniyyatları
öz adlarına çıxmağa cəhd
edirlər. Dolma Azərbaycan xalqının
milli xörəyidir, bizdə dolmanın onlarla növü var. Ermənilər qatıldıqları bütün
kulinariya festivallarında
dolma bişirir, onu “erməni mətbəxi” nümunəsi
kimi təqdim edirdilər. Keçən
il ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın səyi və zəhməti sayəsində dolma UNESCO-ya salındı. Bu olduqca müsbət
haldır. Bizim mətbəximiz öz
adımızla dünyada
nə qədər çox təbliğ edilsə, bu bir o qədər yaxşı olar”.Çində Azərbaycan
mətbəxinin tədris
edilməsinin əhəmiyyətini
qeyd edən kulinar hesab edir
ki, Çindən sonra digər ölkələr də bu ənənəni davam etdirə bilər. “Çinlilər
bizim restoranlara gələndə həmişə
milli xörəklər
sifariş edirlər. Bizim mətbəx onların çox xoşuna gəlir. Orada Azərbaycan mətbəxi kursunun təşkil edilməsi onların bizim təamlara sevgisindən irəli gəlir. Bəzən olur ki, əcnəbi vətəndaşlar bizə
yaxınlaşıb təşəkkür
edirlər, sonra isə xörəklərin
hazırlanma qaydalarını
soruşurlar. Biz də həvəslə onlara xörəklərin hazırlanma qaydalarını
başa salırıq.
Azərbaycan mətbəxinin
təbliğində Mədəniyyət
və Turizm Nazirliyinin, Milli Kulinariya Mərkəzinin çox böyük rolu var. Biz
bundan sonra çalışmalıyıq ki,
milli mətbəximizə
aid xörəklərin,
qəlyanaltıların, eləcə
də şirniyyatların
reseptlərini müxtəlif
xarici dillərdə internet vasitəsilə yayaq”.Etnoqraf Təranə Vəliyevanın
fikrincə də Azərbaycan mətbəxinin
Çində və digər ölkələrdə
tədris edilməsi müsbət haldır. Ekspertin sözlərinə
görə, burada təhsil alan çinli tələbələr
Azərbaycan kulinariyasının
öz ölkələrində
yayılmasında maraqlıdırlar:
“Mən özüm dəfələrlə Bakıda
Çin mətbəxinə
qonaq olmuşam. Çinli tələbələr
öz mətbəxlərini
burada təbliğ edirlər. Onlar bu işi birtərəfli
aparmırlar. Azərbaycan
mətbəxini də
öz ölkələrinə
aparmaqda maraqlıdırlar.
Çinlə Azərbaycan
arasında qədim dövrlərdən əlaqə
mövcuddur. Bizi Böyük İpək Yolu birləşdirir. Bilirsiniz ki, İpək Yolu qədim dövrlərdə
və orta əsrlərdə Çindən
Orta və Ön Asiya ölkələrinə
aparan karvan yoludur. Tarixi ticarət marşrutları
Çin, Yaponiya, Hindistan, Monqolustan, İran, Özbəkistan, Tacikistan, Azərbaycan və digər ölkələrdən keçib.Azərbaycan
İpək Yolu vasitəsilə tarixən
öz mədəniyyətini
dünyaya yayıb. Bu mədəniyyətin qollarından biri də, heç şübhəsiz ki, kulinariya mədəniyyətimizdir.
Bu gün sanki tarix təkrar
olunur. İpək Yolu vasitəsilə əlaqə quran ölkələr yenidən
bir-birinin mədəniyyətinə,
mətbəxinə, folkloruna,
musiqisinə maraq göstərirlər. Bu baxımdan, Azərbaycan mətbəxinin Çində
öyrədilməsində, təbliğində qeyri-adi
heç nə yoxdur. Bir vaxtlar
Çindən Azərbaycana
İpək Yolu vasitəsilə çay gəldi. Bu gün isə Azərbaycan mətbəxinin
Çində maraqla qarşılanması təbiidir.
Qeyd edim ki, milli
kulinariyamızın xarici
ölkələrdə tədrisi
bizə bir sıra dividendlər gətirir. İlk növbədə mətbəximizi
tanıdırıq, ona
marağı artırırıq,
ikinci tərəfdən
isə mətbəximizə
qarşı erməni
təcavüzünün qarşısını
alırıq. Ermənilər milli mətbəximizə açıq-aşkar
hücum edir, onu mənimsəməyə
cəhd edir, bəzən isə öz adlarına təqdim etməyə nail olurlar. Odur
ki, milli mətbəximizin təbliğində
aktiv olmalıyıq”.
Etnoqrafın fikrincə, milli
bayramımız olan Novruz günlərində xaricdə təhsil alan azərbaycanlı tələbələr, yaxud
xaricdə yaşayan azərbaycanlılar milli mətbəximizə xas xörəklər, şirniyyatlar
bişirərək onları
təbliğ edə bilərlər.
İradə SARIYEVA
Bakı
xəbər.- 2018.- 20 mart.- S.15.