Bakı Şəhər Mədəniyyət
Baş İdarəsi nəzdində Kino İnkişaf Mərkəzi
necə dönüş
yaradacaq…
Yusif Şeyxov: “Hesab edirəm ki, bu mərkəz filmlərin daha geniş səviyyədə
nümayiş olunmasını
həyata keçirəcək”
Zülfiyyə Eldarqızı: “Bu
mərkəz zərurətdən
yaranıb”
Cavid Təvəkkül: “Belə
bir mərkəzin yaradılması çox yaxşı haldır”
Son illər
ardıcıl olaraq filmlər çəkilsə
də, onların təbliği, yayımı
istiqamətində davamlı
işlər həyata
keçirilməyib. Məlum
olduğu kimi, Azərbaycanda çəkilən
filmlərin nümayişi
paytaxtın bir neçə kinoteatrında,
iri ticarət mərkəzlərindəki kino
zallarında həyata
keçirilir. Bakıətrafı
kənd və qəsəbələrdə isə
tamaşaçılara nə
yerli, nə də xarici filmlər təqdim edilir.
Bakı kənd
və qəsəbələrində
vaxtilə fəaliyyət
göstərən klubların
əksəriyyəti öz
fəaliyyətini dayandırdığı
üçün, burada
film nümayişi sahəsində ciddi problemlər var. Onu da vurğulayaq
ki, yerli kanallarda son illər çəkilən
bədii filmlərin də, demək olar ki, hamısı
nümayiş etdirilmir.
Tamaşaçı və
kino arasındakı əlaqələrin bərpası
istiqamətində son
dövrlər dövlət
tərəfindən müxtəlif
işlər həyata
keçirilir. Bu istiqamətdə görülən
işlər genişmiqyaslı
olmasa da, hər halda problemin aradan qaldırılmasına yardımçı
olur.
Aprelin 30-da Bakı
Şəhər Mədəniyyət
Baş İdarəsinin
müvafiq əmrinə
əsasən yaradılan
Kino İnkişaf Mərkəzi kino yayımı, kinoteatrların
açılması və
s. məsələləri həll
edəcək.
İdarədən mətbuata verilən məlumata görə, yeni yaranan qurum
Bakı şəhər
və ətraf qəsəbələrdə mədəniyyət
müəssisələrində yeni kinoteatrların yaradılması və onların işinin təkmilləşdirilməsi ilə
məşğul olacaq.
Mərkəz Azərbaycan mədəniyyətini
və incəsənətini
daha geniş kütləyə çatdırmaq,
həm də bu sahədə çalışan insanların
yaradıcılıq potensialının
üzə çıxarılmasına
köməklik göstərmək,
kinoteatrlarda insanların
xarici və yerli, Azərbaycan reallıqlarını
əks etdirən, milli qəhrəmanların
həyatından bəhs
edən, vətənpərvərlik
mövzusunda olan kinofilmlərə marağını
artırmaq məqsədilə
yaradılıb.
Yeni mərkəzdə
müasir filmlərin premyeraları, nümayişlər,
müzakirələr, diskussiyalar,
yaradıcı insanlarla,
aktyor və rejissorlarla görüşlərin
keçirilməsi nəzərdə
tutulub.
Yeni yaradılan dövlət
qurumunun kinonun gələcəyi üçün
önəmli işlər
görəcəyini düşünən
kinoşünaslar bildirirlər
ki, bu sahədə
kifayət qədər
çətinlik var və qayğıları mərkəz həll etmək iqtidarındadır.
Kinoşünaslar qeyd
edirlər ki, son illər Azərbaycan tamaşaçısının
çox az bir qismi xarici
filmləri kinoteatrlarda,
kütləvi yayım
məkanlarında izləyib.
Bakı kənd və qəsəbələrinin
yeni kinoteatrlarla, kino zalları ilə təmin edilməsinin vacib olduğunu düşünən
kinoşünasların fikrincə,
yeni yaradılacaq kinoteatrlar, bu sahədə görüləcək
işlər böyük
perspektiv vəd edir. Onların qənaətinə görə, bu gün rayonlarda fəaliyyət göstərən
mədəniyyət idarələri,
adidiyyəti regional qurumlar da yerlərdə
kinoteatrların açılmasına
təşəbbüs göstərməli
və Azərbaycan filmləri ilə yanaşı, xarici filmləri də yaymaqda maraqlı olmalıdırlar.
Sənətşünaslıq
üzrə fəlsəfə
doktoru, aktrisa Zülfiyyə Eldarqızı
bizimlə söhbətində
yeni yaradılan mərkəzin gələcəkdə
böyük işlər
görəcəyinə ümid
edir. O qeyd etdi ki, bu
mərkəz hələ
bir neçə il əvvəl yaransaydı, mövcud problemlər aradan qalxardı. Onun dediyinə görə, bu qurum kino
yayımı sahəsindəki
çətinliklərin aradan
qaldırılmasına dəstək
olacaq. Z.Eldarqızının
sözlərinə görə,
bu gün Azərbaycanda kinoprokatın
olmaması kino yayımının qarşısına
sədd çəkən
amillərdən biridir:
“Hesab edirəm ki, yeni yaradılan
mərkəz özünü
doğruldacaq. Bilirsiniz
ki, bu sahədə
çətinliklər çoxdur
və bu çətinliklərin də
aradan qaldırılması
böyük zəhmət
tələb edir. Kino İnkişaf Mərkəzi dövlət
tərəfindən yaradılan
qurum olduğu üçün, kino sahəsinə daha ciddi və məsuliyyətlə
yanaşacaq. Vaxtilə
Bakı kəndləri
və qəsəbələrində
klublar fəaliyyət
göstərirdi və
sakinlər klublara gedərək Azərbaycan
və keçmiş
SSRİ-nin ayrı-ayrı
respublikalarında istehsal
edilən filmlərə
tamaşa edirdilər.
Hətta Sovet hökumətinin müvafiq
dövlətlərdən alıb
gətirdiyi filmlər
də o kinoteatrlarda göstərilirdi. Ancaq son 20-25 ildir Bakı kənd və qəsəbələrində
klublar fəaliyyət
göstərmir. Bu da tamaşaçı və
kino arasındakı əlaqələrin qırılmasına
gətirib çıxardı.
Bu gün isə düşünürəm
ki, yeni yaradılan mərkəz mövcud problemlərin köklü həllini həyata keçirəcək.
Çünki bu mərkəz zərurətdən
yaranıb və onun yaranmasına çoxdan ehtiyac vardı”.
Mədəniyyət Nazirliyinin kino sektorunun müdiri Yusif Şeyxov da “Bakı-Xəbər”ə
açıqlamasında bildirdi
ki, Kino İnkişaf Mərkəzinin
yaradılması olduqca
müsbət hadisədir.
Y.Şeyxovun sözlərinə
görə, mərkəz
bu sahədə fəaliyyət göstərməklə
problemin aradan qaldırılmasına təkan
verəcək: “Bakıda
və Bakıətrafı
qəsəbələr, kəndlərdəki
mədəniyyət evlərində
klublar fəaliyyət
göstərir. Həmin
klublar müasir kino avadanlıqları ilə təchiz olunublar. Lakin burada kino nümayişi
havadan asılı vəziyyətdə idi. İndi onun aradan qaldırılması
sahəsində yaradılan
mərkəzin fəaliyyətə
başlaması təqdirəlayidir.
Bakı Şəhər
Mədəniyyət Baş
İdarəsinin müvafiq
əmrinə əsasən
yaradılan Kino İnkişaf Mərkəzi
müsbət işlər
gösrəcək. Son
illər Azərbaycan kinosunun tarixində heç vaxt olmadığı qədər
filmlər çəkilir.
Bu gün dövlət və özəl kino şirkətləri tərəfindən
komediyalar, melodramlar istehsal edilir. O filmləri Bakıdakı bir neçə kinoteatrda göstərməklə
kifayətlənmək yəqin
ki, düzgün olmazdı. Belə imkan varsa, ondan
niyə istifadə edilməsin? Hesab edirəm ki, bu mərkəz filmlərin daha geniş səviyyədə
nümayiş olunmasını
həyata keçirəcək”.
Kinorejissor və
kinossenarist Cavid Təvəkkül də Bakı Şəhər Mədəniyyət Baş
İdarəsinin müvafiq
əmrinə əsasən
yaradılan Kino İnkişaf Mərkəzinin
gələcəkdə böyük
işlər görəcəyinə
ümid etdiyini deyir. C.Təvəkkülün
sözlərinə görə,
hazırda kino yayımı sahəsində
mövcud olan boşluğu bu mərkəz doldura bilər: “Belə bir mərkəzin yaradılması çox yaxşı haldır. Dövlətin bu sahəyə dəstək
verməsi olduqca müsbət bir işdir. Bakı qəsəbə və kəndlərində kinoteatrların
açılması ilə
bağlı görüləcək
işlərin müsbət
nəticə verəcəyinə
inanıram. Düşünürəm
ki, regionlarda fəaliyyət göstərən
müvafiq şöbələrdə
də belə mərkəzlər yaradılmalıdır.
Çünki rayonlarda
da kinonun təbliğinə böyük
ehtiyac var. Bir neçə istisnanı nəzərə
almasaq, demək olar ki, rayonlarda
kino mərkəzləri
yoxdur. Xarici və yerli filmlərin
bölgələrdə də
nümayişi vacibdir.
Bu həm də ona görə
vacibdir ki, kənd və qəsəbələrdə yaşayan
gənclər, yeniyetmələr
o filmlərə baxıb
kinoya gəlsinlər”.
İradə SARIYEVA
Bakı xəbər.- 2018.-2 may.-
S.14.