Bakıda Beynəlxalq Qafqazşünaslıq
Konfransı – ermənilər
nədən qorxdu…
“Erməni alimlərinin
bu konfransa gəlməməsinin səbəbi
yalanlarının bir daha dünya alimləri qarşısında
ifşa ediləcəyi
qorxusu ilə bağlıdır”
Qasım Hacıyev:
“Konfransda vurğulandı
ki, Cənubi Qafqazda baş verən bütün münaqişələrin, təxribatların
səbəbkarı qonşu
dövlətlərə ərazi
iddiası irəli sürən ermənilərdir”
Məlum olduğu kimi,
mayın 23-24-də Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq
İnstitutunda Azərbaycan
Xalq Cumhuriyyətinin yaranmasının 100 illiyinə
həsr edilən “Qafqazda dövlətlərarası
münasibətlər: 100 il
əvvəl və müasir dövr” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib. Dünən başa çatan konfransa dünyanın bir çox ölkələrindən Qafqazşünas
alimlər qatılıb.
Onu da vurğulayaq ki, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev konfransa məktub ünvanlayaraq konfransın işinə uğurlar arzulayıb.
Qafqazşünaslıq İnstitutunun təşkil
etdiyi beynəlxalq elmi konfransa erməni alimləri dəvət edilibmi?
AMEA-nın Qafqazşünaslıq
İnstitutunun Ermənişünaslıq
şöbəsinin müdiri,
professor Qasım Hacıyev “Bakı-Xəbər”ə
açıqlamasında bildirdi
ki, bu konfransa
dünyanın müxtəlif
ölkələrindən alimlər
qatılıb. Q.Hacıyevin
sözlərinə görə,
bu konfransda alimlərin iştirak etməsi üçün
heç bir dövlətə dəvətnamə
göndərilməyib, belə
bir elmi konfransın keçiriləcəyi
ilə bağlı élan verilib: ”Qafqazşünaslıq İnstitutu
“Qafqazda dövlətlərarası
münasibətlər: 100 il
əvvəl və müasir dövr” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirəcəyi
ilə bağlı “Facebook”da və digər elektron vasitələrdə bir neçə dildə elan vermişdi. Elanda qeyd edilirdi
ki, arzu edən dünya alimləri bu konfransda iştirak edə bilərlər. Ancaq biz rəsmi
olaraq konkret hansısa dövlətin adına dəvət göndərməmişdik. Hansı
alim bu konfransda
iştirak etmək istəyibsə, gəlib konfransa qatılıb. Hətta onlar əvvəlcədən öz
məruzələrini də
bizə göndərmişdilər.
Qonaqlarımız arasında
Gürcüstandan, Şimali
Qafqazdan, Türkiyədən
və digər dövlətlərdən olan
nüfuzlu alimlər vardı. Ancaq ermənilər konfransa qatılmayıblar”.
“Erməni alimləri konfransa qatılmaq istəsəydilər,
onlara iştirak üçün şərait
yaradılardımı”- deyə
Q.Hacıyevdən soruşduqda,
şöbə müdiri
“Əlbəttə, iştirak
etmək istəsəydilər,
onlara da şərait yaradılardı.
Ancaq ermənilərə
rəsmi dəvət göndərməmişik. Dediyim kimi, konfransda
iştirak edən alimlər bizim verdiyimiz elan əsasında konfransa qatılmışdılar. Bizim
ermənilərə mənfi
münasibətimiz onların
bizə qarşı etdiyi hərəkətlərdən
qaynaqlanır. Ermənilərin
bizə münasibəti
həddən artıq
mənfidir və onlar bizə qarşı saxtakar əməllərlə məşğul
olurlar. Erməni alimləri fürsət düşdükcə, özlərinə
bəraət qazandırmalarına
baxmayaraq, bizim alimlərlə siyasi mənada üz-üzə
gəlməkdən çəkinirlər.
Çünki həmişə
yalan danışırlar.
Hələ Sovet dövründə onlar saxta məqalələrlə,
qondarma tədqiqatlarla
bizim qarşımıza
çıxanda həqiqətən
də aciz vəziyyətdə qalırdılar.
Ona görə ki, yazdıqlarının tamamilə yalan olduğunu bilirdilər. Erməni alimlərinin bu konfransa gəlməməsinin
səbəbi yalanlarının
bir daha dünya alimləri qarşısında ifşa
ediləcəyi qorxusu
ilə bağlıdır.
Mənim moderatorluq etdiyim panellərdən birində Gürcüstandan
qafqazşünas alimlər,
professorlar da iştirak edirdilər. Mən onlara sual verdim ki,
ermənilərin Cavaxetiyada
törətdiklərinin onların
Dağlıq Qarabağda
törətdikləri qırğınlarla
oxşarlıqlarını görürsünüzmü? Onlar mənə
dedilər ki, bəli, elədir və XX əsrin əvvəllərində də,
sonradan da Cənubi Qafqazda “Qafqaz evi” yaranardı,
lakin ermənilər tərəfindən Qafqazın
içində törədilən
qırğınlar, məkrli
hadisələr, təxribatlar
dünən də buna imkan vermədi,
bu gün də vermir. Konfransda iştirak edən alimlərin əksəriyyətinin məruzəsi
Cənubi Qafqaz, Azərbaycan məsələsindən
ibarət idi. Konfransda vurğulandı ki, Cənubi Qafqazda baş verən bütün münaqişələrin, təxribatların
səbəbkarı qonşu
dövlətlərə ərazi
iddiası irəli sürən ermənilərdir.
Ermənilər bilirdilər
ki, konfransda iştirak edən alimlər onların saxtakarlığını açıb
tökəcək, onların
əməllərini ifşa
edəcək, bu səbəbdən də onlar konfransa qatılmadılar. Ermənilər
Dağıstanda “Sadval”ın
üzvləri ilə əlbir olub özlərinə bəraət
qazandırmaqdan başqa
bir şey bacarmırlar. Ümumi Qafqazda erməni siyasətini bəyənən
elə bir alim tanımıram. Təbii ki, erməni alimlərinin saxta fikirləri bəzi siyasi oyunbazların fikirləri ilə üst-üstə düşür, ciddi elm adamları onları qəbul etmirlər. Ancaq obyektiv alimlər bilirlər ki, Qafqazda təxribat törədən yeganə
xalq ermənilər, yeganə dövlət isə Ermənistandır”
- deyə bildirdi.
Q.Hacıyevin sözlərinə görə,
konfrans iştirakçılarının
məqalələri, məruzələri
çap olunacaq, o nəşrlər müəlliflərə
və kitabxanalara göndəriləcək.
Q.Hacıyev bildirdi
ki, konfrans uğurla keçib və ölkə başçısının konfrans
iştirakçılarına müraciəti də konfransın işinə böyük fayda verib. Mayın 23-də konfrans iştirakçılarının
tədbir öncəsi
Heydər Əliyevin məzarını ziyarət
etdiyini qeyd edən Q.Hacıyev bildirdi ki, Azərbaycanın
dövlət müstəqilliyinin
memarı olan Heydər Əliyevin xatirəsi hər zaman elm ictimaiyyəti,
xalqımız üçün
əzizdir.
Q.Hacıyevin qeyd etdiyinə
görə, AMEA-nın
Qafqazşünaslıq İnstitutunun
“Qafqazda dövlətlərarası
münasibətlər: 100 il
əvvəl və müasir dövr” mövzusunda keçirdiyi Beynəlxalq Elmi Konfrans Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə böyük töhfədir.
İradə SARIYEVA
Bakı
xəbər.- 2018.- 25 may.- S.11.