Vaşinqton və Moskva İrəvanın
işğal siyasətinə qarşı hərəkətə
keçir…
ABŞ prezidentinin milli təhlükəsizlik
üzrə müşaviri Con Boltonun regiona səfəri və
burada Dağlıq Qarabağ
münaqişəsinə dair verdiyi açıqlamalara
göstərilən reaksiyalar, səsləndirilən fikirlər
olduqca maraqlı məqamları üzə
çıxarır. Belə görünür ki. Ermənistanı
öz təsir dairəsinə almağı planlaşdıran
ABŞ bu ölkənin Dağlıq Qarabağ münaqişəsi
ilə ilgili də konkret addımlar atmasını istəyir. ABŞ-ın bu istəyi həm də regionun əsas
dövləti olan Azərbaycanla yaxınlaşmaq niyyətindən
qaynaqlanmaqdadır.Məhz bu durumda Boltonun İrəvanda səfərdə
olarkən “Növbədənkənar parlament seçkilərində
Nikol Paşinyanın partiyası qalib gələcəksə,
bu, Dağlıq Qarabağ münaqişəsinin nizama
salınması üçün qətiyyətli
addımların atılmasına şərait yaradacaq”
açıqlamasının Ermənistanda yaratdığı əks-səda
davam edir. Ermənistanın xarici işlər nazirinin
müavini Ruben Ruinyanın Boltonun fikirləri ilə
bağlı münasibəti sensasiya olaraq təqdim edilib.
Çünki o, Boltonun bəyanatını şərh etmək
istəmədiyini deyib. Erməni mediası buna diqqət
çəkərək yazır ki, belə vəziyyət
Boltonun dediklərinin təsdiqi sayıla bilər. Ehtimallara
görə, ABŞ Ermənistandakı seçkidən sonra
Qarabağ münaqişəsinin həlli üçün “yol
xəritəsi”ni təqdim edəcək. ABŞ-ın
Ermənistandakı səfiri Riçard Millzin səlahiyyət
müddətini başa vurduğu ərəfədə
“münaqişənin istənilən həll variantı ərazilərin
bir qisminin Azərbaycana qaytarılması ilə nəticələnəcək”
deməsi də Vaşinqtonun planının “mərhələli
həll” olduğu ehtimalını önə
çıxarır.Baş verənləri şərh edən
Rusiyanın “rosbalt.ru” portalı isə yazır ki,
ABŞ-ın Qafqazda fəallaşması, xüsusən də
Azərbaycanla yaxınlaşmaq niyyəti həqiqətən
Qarabağ münaqişəsinin gedişinə təsir edə
bilər. Burada o da xüsusi olaraq vurğulanır ki, Azərbaycandan
fərqli olaraq, Ermənistan zəif halqadır və
Qarabağ məsələsində Vaşinqtonun ona təsir
imkanları böyükdür. Portal bu xüsusda daha sonra
yazır: “Con Boltonun Ermənistan, Azərbaycan və
Gürcüstana səfəri çox icbari xarakter
daşıyırdı və o, Cənubi Qafqaza səfər
etməzdən qabaq Moskvada olub. Bu ayrıca mövzudur və
“Rosbalt” bu haqda yazıb. Amma bunun istənilən
halda Cənubi Qafqaza dəxli var, çünki, birincisi, Rusiya
ora ənənəvi və “hüquq üzrə” təsir etmək
iddiasındadır, ABŞ isə onu “sıxmaq” və
özü bölgəni külli-ixtiyarla yönəltmək
istəyir. İkincisi, ABŞ-ın milli təhlükəsizlik
üzrə müşaviri, çətin ki,
Moskva səfərinin nəticəsindən məmnun qalsın
və indi Rusiyada “ələ yığa bilmədiklərini”
Gürcüstan, Ermənistan və Azərbaycanda müəyyən
yönlərdə müvazinətləşdirmək niyyətindədir.Ümumiyyətlə,
söhbət Vaşinqtonun Rusiya və İranla həm
coğrafiyaca, həm də
siyasətcə sıx bağlı olan Cənubi Qafqaz dövlətlərində
siyasətinin fəallaşmasından gedir. Bu həm Rusiya, həm
də İranla həmsərhəd, habelə önəmli
karbohidrogen ehtiyatlarına sahib olan Azərbaycana xeyli dərəcədə
aiddir. Azərbaycan amerikalılar üçün bölgədə
ən “çətin” respublikadır: o, Qərbə bircə
buna görə boyun əymir ki, özü üçün sərfəli,
çoxyönlü siyasət yürütsün. Boltonun
Bakıda məhz nəyi müzakirə etdiyi haqda məlumat
son dərəcə cüzidir. Buna əsasən, Prezident
İlham Əliyevin Boltonla görüşü konstruktiv və
“qarşılıqlı anlaşma” şəraitində
keçib. Azərbaycan Prezidenti Administrasiyasının təmsilçisi
Hikmət Hacıyev məlumat verib: “Səfər Azərbaycan və
ABŞ arasında ikitərəfli əlaqələrin sonrakı
dərinləşmə və inkişafı üçün
əlverişli şərait yaradır”. Onun
sözlərinə görə, tərəflər iqtisadiyyat
sahəsində əməkdaşlığın genişləndirilməsi
və Amerika yatırımçılarının Azərbaycan
bazarlarına daha fəal cəlbi məsələlərini
müzakirə edib. Əlbəttə, Ermənistan-Azərbaycan
münaqişəsinin lap tezliklə tənzimlənməsinin
gərəkliyi haqda da danışıblar. Boltonun
Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla
görüşündə sonuncu münaqişə
zonasında mövcud status-kvonun qəbuledilməzliyi, Ermənistan
silahlı qüvvələrinin Ermənistanın işğal
etdiyi ərazilərdən çıxarılması və
qaçqınların qayıtması zərurətini
vurğulayıb. Bakı İranın, bununla birgə
Rusiyanın “qabağını almaq”da iştirakdan kənar
durur, bu zaman beynəlxalq terrorzimlə mübarizə və Qərblə
qarşılqılı energetik fəaliyyətə razılıq
göstərir. Güman edilmir ki, Azərbaycan antiiran və
antirusiya fəaliyyəti üçün əməliyyat
meydanı olmağa razılaşar. Boltonun faktiki hakimiyyətsizlik
şəraitində səfər etdiyi Ermənistan isə
başqa məsələdir: baş nazir və hökumət
göz aldatmaq üçün istefa verib, ölkə erkən
parlament seçkilərinin astanasındadır. Onun
yarımblokada şəraitini xeyli yüngülləşdirən
və sıx iqtisadi münasibətləri olduğu İranla
həmsərhəd respublikanı hazırda açıq
antirusiya gücləri yönəldir, var gücüylə
özünü Moskvaya bu cür göstərməməyə
səy edir. Rusiyada, xüsusən də ABŞ-da buna
az-az adam aldana bilər. Buna görə də Ermənistanda
“düzgün” təbliğat üçün Boltonun geniş
meydanı var idi. Ehtimal ki, Ermənistan rəsmiləri
Trampın köməkçisilə görüşdə
Qarabağ tənzimlənməsinin özləri
üçün az itki ilə həlli və Amerikanın
maliyyə yardımına dair məsələləri irəli
sürməyə çalışıblar. Amma fakt üzrə
yetərincə gözlənilməz nitqlər eşidiblər:
Trampın köməkçisi Amerika silahlarını
Rusiyanınkından xeyli yaxşı kimi açıqca reklam
edib və eyham vurub ki, ABŞ Ermənistan və Azərbaycana
silah satışını yasaqlayan 907-ci düzəlişi ləğv
edə bilər. Bolton bildirib: “Hələlik
indiki anda qərar qəbul edilməyib və gələcəkdə
hər iki tərəfə silah satışı məsələsində
bunun necə olacağını öncədən deyə bilmərəm…
Durum belədir ki, Ermənistan silahı əsasən, Azərbaycan
isə 80% Rusiyadan alır.
Əlbəttə, bu şərait münaqişənin tənzimlənməsinə
aparmır, çünki Rusiyaya böyük nüfuz verir”. Və
Ermənistanda Qərbyönlü Nikol Paşinyanı hakimiyyətə
gətirmiş “məxməri inqilab”dan sonra Rusiya ilə
münasibətlərdə Ermənistan baş nazirinin inadla
boynuna almaq istəmədiyi çatlar meydana
çıxdığı nəzərə alınsa, bunu
olduqca “vaxtında” edib.
Amma Bolton Ermənistanın Rusiyadan
“qaçırılmasıyla” bağlı durumdan çox
ustalıqla istifadə edib. O, müsahibələrin birində
hər şeylə yanaşı bildirib ki, “söhbət ya
Rusiya, ya da Amerika hərbi texnikasının alqısından
gedirsə, onda biz sonuncuya üstünlük veririk. Buna görə
də belə bir imkanı nəzərdən keçirmək
istəyirik. Düşünürəm ki, bu, bir böyük
dövlətdən asılılıq şəraitində Ermənistanın
imkanlarını artırır.… Hazırda Ermənistanın
dünya arenasına çıxa biləcəyi planda nikbin
olmağın tam vaxtıdır”.
Qarabağ münaqişəsinə gəlincə,
“Çözüm çətindir. Asan olsaydı, tənzimlənmə
çoxdan əldə edilərdi. Mən Amerika siyasətinin dəyişilməsi
və yaxud yeni qərarlarla gəlməmişəm. Tərəflərin
özləri bir-birilə işləməklə bunu
tapmalıdır”.
Ermənistanın “Lragir” nəşri
amerikalının birbaşa çıxışını
belə şərh edib: ABŞ Qarabağ “gerçəkliklərini”
qəbul edir, amma “Qarabağla bağlı məcburiyyətin
Ermənistanın Rusiyadan asılılığını
artıracağı … respublikada Rusiyayönlü dairələrin
mövqeyini gücləndirəcəyi” fikrinə tərəfdardır.
Lakin “ABŞ bu səfərlə Ermənistana yol açır
və ən mühüm tarixi stereotiplərdən birini ,yəni
“ermənilərin gizlənəcəyi yer yoxdur” fikrini silir.
Aydındır – Rusiyadan. Və “indi növbə Ermənistana
münasibətdə siyasəti bu stereotip və vahimələr
üzərində qurulmuş Moskvanındır”.
Lakin Ermənistan bir vahimədən –
Rusiyanınkından qurtulub, ABŞ-dan qaynaqlanan başqa vahimənin
caynaqlarına keçəcək. Buna görə də
Vaşinqton nə qədər keflə yaşasa da, İrəvan
üçün barmağını da tərpətməyəcək.
Deməli, sonuncu İran və Rusiya ilə münasibətlərdə
amerikalılarıın “xoş söz”ünə görə
bədəl ödəməli olacaq. Axı Bolton İran sərhədinin
Ermənistan-Amerika münasibətlərində “mühüm məsələ”
olaraq qaldığını bildirərək əlini havada elə-belə
əsdirmirdi, çünki Vaşinqton Tehrana “ən yüksək basqı” göstərmək
istəyir. Birincisi, Ermənistan İranla azad ticarət
zonası yaradan Avrasiya İqtisadi Birliyinin üzvü olmaqla bu
məsələdə ABŞ-a dəstəyi necə təsəvvür
edir. Bir də ümumiyyətlə
respublikanın özünün İranla iki azad iqtisadi
zonası var.Və İrəvan
Rusiya ilə eyni hərbi blokda durmaqla təhlükəsizlik və
digər önəmli sahələrdə müttəfiq kimi
onlarla müqaviləsi varkən “Rusiyanın qabağını
almaq”da ABŞ-a yardımı necə təsəvvür
edir? Yenə də KTMT-yə üzvlük amili, Rusiya və
Amerika silahlarının uyuşmazlığı və Ermənistan
büdcəsinin kasıblığı nəzərə
alınmaqla ortamüddətli perspektivdə ABŞ-dan silah
almaq da olduqca nağılvari tamaşa kimi görünür. Nədir,
ABŞ Ermənistanı öz hesabına, yoxsa Rusiya kimi
güzəştli kreditlər və rəmzi qiymətlərə
silahlandıracaq?Və ümumiyyətlə gözləntinin,
yaxud amerikalıların Cənubi Qafqaz dövlətlərini
antirusiya və antiiran sanksiyalarına
“təsirin əvəzlənməsi”nə məcbur etmək
sualının dəyəri hansıdır? Bu nömrə
keçsə – güman etmirəm ki, bu, Azərbaycanla
bağlı halda mümkündür – onda ABŞ bunu tezliklə
Mərkəzi Asiyada da təkrarlamağa səy edəcək.
Paşinyan bildirib: “Düşünürəm ki, Ermənistan
və ABŞ arasındakı münasibətləri yeni səviyyəyə
qaldırmaq imkanı var və biz bu imkandan faydalanmağa
hazırıq”. Məhz belə bir imkan Qarabağ məsələsində
də özünü göstərəcək və
açıqlamalardan aydın görünür ki, ABŞ ərazilərin
tədricən Azərbğaycana qaytarılmasını istəyir”.
Yuxarıda qeyd olunduğu kimi, bu vəziyyətdə ABŞ Azərbaycanla
daha sıx münasibətlər qurmağa da ümid edir. Hər
halda, proseslərin belə axarda davamı Azərbaycanın
maraqları ilə uzlaşır. Çünki Bakı ilə
həm Vaşinqton, həm də Moskva bərabər hüquq əsasında
əməkdaşlığa can atır. Ermənistana isə
sadəcə nələrisə icra etmək üçün
göstərişlər verilir. Belə görünür ki,
bu göstərişlərdən biri də məhz Qarabağ
münaqişəsi ilə bağlı olacaq. Ermənistandan həm
ABŞ, həm də Rusiya ərazilərin tədricən Azərbaycana
qaytarılmasını istəyir. İrəvanın isə
buna müqavimət göstərmək
imkanları sadəcə yoxdur.
Tahir TAĞIYEV
Bakı
xəbər.- 2018.- 1 noyabr.- S.14.