Koroğlu aşığıİmran Həsənovun 90 illik yubileyi keçirildi

Mədəniyyət Nazirliyinin Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən biri, XX əsrinKoroğluaşığı, Əməkdar mədəniyyət işçisi, Göyçə Tovuz aşıq mühitlərinin görkəmli nümayəndəsi aşıq İmran Həsənovun 90 illik yubileyinə həsr edilən tədbir keçirildi.

Tədbir ölməz ustad aşığın repertuarında yer alan dinləyicilərin sevgisini qazanan ifaların lent yazıları ilə başladı. Sonra Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı çıxış edərək aşıq sənətində İmran Həsənovun oynadığı əvəzsiz roldan danışdı, onun xidmətlərini xatırladı.

M.Qasımlı bildirdi ki, İmran Mehralı oğlu Həsənov 1928-ci ildə Göyçə mahalının Ağbulaq kəndində anadan olub, sonradan Tovuz rayonunda yaşayıb. Gənc yaşlarından aşıqlıq sənətinə meyl edib, bu sənətin sirlərini əmisi aşıq Dünyamalıdan, gədəbəyli aşıq Hüseyn Quliyevdən, göyçəli aşıq Məhərrəm Hacıyevdən, aşıq Hüseyn Dəmirçidən öyrənib. Bununla belə, o, 1950-ci ildə Tovuz rayonuna köçərək ustad aşıqlar - aşıq Əsəd Mirzədən bəhrələnib. M.Qasımlının sözlərinə görə, zil tembrli səsə malik olduğuna görə onaKoroglu aşığıdeyiblər.O, 1956-cı ildə Bakı şəhərində keçirilən Ümumrespublika müsabiqəsinin qalibi, 1-ci dərəcəli diplom qızıl medal, 1957-ci ildə Moskvada keçirilmiş Ümumittifaq müsabiqəsinin qalibi, 1-ci dərəcəli diplom qızıl medal, 1957-ci ildə Moskvada keçirilmiş tələbə gənclərin 6-cı Ümumdünya Festivalında rəhbərlik etdiyi aşıqlar ansamblı ilə birlikdə qalib gələrək qızıl medal 1-ci dərəcəli diplom, 1959-cu ildə Moskvada keçirilmiş Azərbaycanın mədəniyyəti incəsənətinin ongünlüyündə dəyərli iştirakina görə "Şərəf nişanı" ordeni Fəxri Fərmanla təltif edilib.

1967-ci ildə Azərbaycan mədəniyyəti incəsənətində göstərdiyi xidmətlərinə görəƏməkdar mədəniyyət işçisiadına layiq görülüb.M.Qasımlı vurğuladı ki, Azərbaycan aşıqlarının III IV qurultaylarının nümayəndəsi olan Aşıq İmran bir sıra ölkələrdə beynəlxalq festivallarda iştirak edərək Vətənə mükafatla qayıdıb.Klassik aşıq yaradıcılığının mahir bilicisi olan Aşıq İmran həm bədii yaradıcılıqla məşğul olub. Yubiley ərəfəsində onunSənətimin sultanıyamadlı şeirlər kitabı da işıq üzü görüb.15 dekabr 1999-cu ildə vəfat edən aşıq İmran Həsənovun 80, 85 illik yubileyləri dövlət səviyyəsində qeyd edilib. Azərbaycan klassik aşıq sənətinin son nəhənglərindən biri olan, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi aşıq İmran Həsənov 7 aşıq havasının yaradıcısı, 2 şeirlər kitabının müəllifi olub. 12 aşığa ustadlıq edib və uzun illər yaşayıb-yaratdığı Tovuz rayonunda aşıqlar ansamblının rəhbəri olub.Aşıq İmran Həsənovun 90 illik yubileyinə həsr edilən tədbirdə Prezident təqaüdçüsü, Əməkdar mədəniyyət işçisi aşıq Mahmud Məmmədov, aşıq Qələndər Zeynalov, “Çeşməqrupu, aşıq Altay Məmmədli aşıq Nəbi Nağıyev (balabanda Sərdar Məmmədli), Gözəl Kəlbəcərli, Samirə Əliyeva Əli Tapdıqoğlu, Cənubi Azərbaycandan gələn aşıq Cəfər Xakipur, aşıq Solmaz Kosayeva, aşıq Məhərrəm Hüseynli, aşıq Gülarə Azaflı, aşıq Telli Borçalı, Bakir Ağbulaqlı, Anar Abdullayev, Ulduz Quliyeva, Azər Fərmayıloğlu, Toğrul İbrahimov, Əbülfəz Məmmədini, Sərdar Məmmədli, Vəli Şınıxlı, Babək Şakirli, Kəmalə Qubadlı ustadın repertuarından ifalar təqdim etdilər.

 

İradə SARIYEVA

Bakı xəbər.- 17-18 noyabr.- S.15