Daşnak hay silahlılarının etnik azlıqlara qarşı qanlı qətliamları - soyqırım qırğınları...

Oğuz türkləri ilə bütöv Vətən hüdudlarını bölüşən bir sıra milli-etnik icmaların yaşam tərzini və münasibətini minilliklər boyu tənzimləyən Azərbaycan dövlətinə və Azərbaycan dilinə qarşı uzanan hay kilsəsinin və daşnak xislətinin qanlı izləri keçən əsrin ilk onilliklərində daha geniş miqyasda yayılaraq soyqırım faciəsinə çatmışdı.Çoxəsrlik hay kilsə siyasətinin və beynəlxalq quldur daşnak şəbəkəsinin hədəfində olan müsəlman-türk əhalisinin  qətliamları ölkəmizin ayrı-ayrı bölgələrində yaşayan bir sıra etnik azlıqların həyatından da yan keçməyib. Onlar bu  faciələri  həyatları bahasına - bütöv Azərbaycan naminə yaşayıb, eləcə də birləşmiş düşmən qüvvələrinə qarşı yerli özünümüdafiə dəstələrinin, Azərbaycan Milli Ordusu və Osmanlı Türkiyəsinin 5-ci Qafqaz İslam Ordusunun tərkibində qəhrəmanlıqla döyüşüb, doğma vətən bildikləri yurdu canları bahasına qoruyublar. Hay kilsə siyasətinin icraçıları kimi mənfur daşnak silahlıları həmin etnik-milli icma üzvlərinə qarşı da  eyni amansızlığı törədib, digər müsəlman-türk ailələrinə yönəlik vəhşilklərini onlara da yaşadıblar.Bakı quberniyası ərazisində yəhudilərə, tatlara, talışlara, avarlara, ləzgilərə qarşı, Lənkəran qəzasında talışlara və həmşəhərlilərə yönəlik, Zəngəzur qəzasında kürdlərə, Şamaxı-Göyçay-Nuxa qəzalarında yəhudilərə, tatlara, ləzgilərə, udinlərə, avarlara, laklara qarşı hay və rus-bolşevik nizami ordu dəstələrinin həyata keçirdikləri kütləvi qırğınlar ilk növbədə onların  etnik, dini və milli mənsubiyyətlərinə və Azərbaycan vətəndaşı olmaları ilə bağlı olub.Bu barədə  Azərbaycan xalqına qarşı  bu düşmənlər tərəfindən Bakı, Şamaxı, Göyçay, Nuxa, Cavad, Quba, Lənkəran, Naxçıvan, Zəngəzur, Şuşa, Cavanşir, Cəbrayıl qəzalarında törədilmiş soyqırım faciələrinin araşdırılması və bu qətliamlara inzibati-hüquqi qiymət verilməsi məqsədilə 1918-ci ilin iyul ayından 1920-ci ilin aprel ayınadək fəaliyyət göstərmiş  Fövqəladə Təhqiqat Komissiyasının üzvlərindən A.F.Novatskinin, N.M.Mixaylovun, A.A.Litovskinin, Ç.B.Klossovskinin və başqalarının araşdırma-təhqiqat məruzələrində təkzibedilməz şahid faktlarına əsaslanan cinayət halları göstərilir.1918-1919-cu illər ərzində bu soyqırım faciələrinin təhqiqatlarını ümumən yekunlaşdıran Komissiyanın sədri Ə.H.Xacməmmədovun (1870-1925) Azərbaycan Xalq Cumhuriyyətnin xarici işlər naziri M.C.Hacınskiyə (1875-1931) yazdığı rəsmi məktubda bildirilir ki, araşdırmaları (şahid ifadələrinin toplanması, təhlili və yelunlaşdırılması)  yalnız ermənilər yaşayan Lənkəran və Cavad qəzalarında aparmaq mümkün olmayıb, çünki ermənilər buna imkan vermir. Lakin Lənkəran qəzasında yerli etnik əhaliyə (talışlara, tatlara, yəhudilərə)  qarşı hay-daşnak və rus-bolşevik silahlılarının (polkovnik Avetisov və İllarionoviç başda olmaqla) yaşatdığı qırğın faciələri barədə “Azərbaycan” qəzetinin  18 may 1919-cu il tarixli 103-cü sayında “Lənkəranlıların fəryadı” adlı məqalədə yazılmışdı: “Artıq bir ildən çoxdur ki, Lənkəranın əsasən müsəlmanlardan ibarət olan əhalisi hakimiyyət uğrunda mübarizə aparanların əlində yanır. Son günlərdə hakimiyyət bolşeviklərin əlinə keçmişdir. Ərazidə həbslər və Denikinin havadarlarına qarşı təqiblər başlanmışdır. Lənkəranda bolşeviklər partiyası ilə denikinçilər arasında böyük toqquşmalar baş verdiyindən bazarda alış-veriş dayandırılmış, yerli tacirlərin – müsəlmanların malları yandırılmışdır”. Beləliklə, iki ilə yaxın bir müddət ərzində Lənkəran qəzasında ermənilərin törətdiyi qırğınlara 1919-cu ilin yayında Camal Paşanın komandanlığı ilə Osmanlı Türk    Azərbaycan Milli Ordusunun  Lənkəran qəzasına daxil olduğu vaxtdan son qoyuldu. Nəticədə, qəzanın milli qüvvələrin əlinə keçməsi ilə yerli əhali qırğından, talanlardan xilas olub və Azərbaycanın ərazi bütövlüyü bərpa edilib. Lənkəran qəzasında soyqırıma məruz qalan əhalinin sayı ilə bağlı dəqiq rəqəm olmasa da, müqayisə aparmaq üçün Lənkəran şəhərində müxtəlif illərə görə əhali sayına nəzər salmaq olar.

 

Belə ki, “Qafqaz təqvimi”nin 1916-cı il 1 yanvar tarixinə olan məlumatına görə, Lənkəran şəhərinin 17.801 nəfər əhalisi vardı. Şəhər əhalisinin əksəriyyətini də müsəlmanlar təşkil edirdi. 8700 nəfəri kişi, 6529 nəfəri qadın olmaqla şəhərdə 15.229 nəfər müsəlman əhali yaşayırdı. Şəhərdə qeyri-müsəlmanlardan başqa 1874 nəfər rus, 550 nəfər erməni, 99 nəfər yəhudi, 49 nəfər digər avropalı xalqlardan olan əhali vardı. 1926-cı il ümumittifaq  siyahıyaalınmasıa görə, Lənkəran qəzasının şəhər əhalisinin sayının azaldığı qeydə alınıb (şəhər əhalisinin sayında ötən 9 il ərzində 4966 nəfər).  Halbuki,  1908-ci ildə şəhər əhalisinin sayı 10.463 nəfərdən 1917-ci ildə 17.801 nəfərə  çatıb. Hətta birinci dünya müharibəsi illərində əhali sayı 7338 nəfərə qədər artıb.Əsasən talışlar və tatlar yaşayan Gərmətük və Sütəmurdov kəndlərində 1918-ci ilin 26 aprelində yerli qaçaqlar tərəfindən öldürülmüş 2 quldur əsgərin əvəzinə hay-daşnak və denikinçi silahlı dəstələr 140 nəfər dinc sakini ağır işkəncələrlə qətlə yetiriblər. Belə ki, Yusif Fərzulla oğlu, Abuzər Ağababa oğlu (onun meyitinin üstünə sərilən həyat yoldaşını də güllələyiblər), Kərbəlayi Səfərəli Cabbar oğlu, Mirəbdülvahab Mirtağı oğlu (atası oğlunu qucaqlayarkən o da öldürülüb), Mirmusa Mirmustafa oğlu, Sadıq Nəzərəli oğlu... amansızlığın qurbanı olublar. Kənd sakini Balasən Lələyevin evində gizlənən və Lənkəran şəhərində təhsil alan 4 cavanı evin qabağına düzüb güllələyiblər. Ümumilikdə, Lənkəran qəzasının 40 kəndi və 6 minə qədər dinc sakini milli-etnik mənsubiyyətinə görə quldur hay-daşnakların  və denikinçilərin soyqırım əməllərinin qurbanına çevrilib. Bu barədə Hacı Mirhaşım Talışlının və Hacı Etibar Əhədovun “Lənkəran faciəsi və ya azərbaycanlıların soyqırımı” məqaləsində (“Aşkarlıq” qəzeti, 11-14 saylı, 2006-cı ıl tarixli) məlumat verilir.Lənkəran qəzasında yerli müsəlman-türk və talış, tat, yəhudi və digər etnik  ailələrinə qanlı divan tutan hay quldurları denikinçilərlə birləşərək Lənkəran şəhərində, Gərmətük, Mamusta, Sütəmurdov, Aşağı Nüvədi, Girdəni, Veravul, Vilvan, Cil  kəndlərini, Astara nahiyəsinin Pensər obasını (ümumilikdə 40 yaşayış məntəqəsində) top atəşinə tutaraq qırğınlarını davam etdiriblər. Bu barədə Ə.Nurullayevin “Gərmətük” əsərində (2007) məlumat verilir. Həmin kitabda o da bildirilir ki, Lənkəran qəzasının igid oğullarından Abbasqulu Aslanov (iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun böyük qardaşı), Murad Rzayev, Sərdar Məmmədov, Abutalıb Cavadov, Nəhmət Abbasov, Rəhim Cəfərov 1919-1920-ci illərdə Zəngəzur qəzası hüdudlarında A.Ozanyanın və Q.Nijdenin quldur dəstələrinə qarşı yerli özünümüdafiə dəstələrinin, Azərbaycan Milli və Osmanlı  Türkiyəsi Ordusunun tərkibində düşmənə qarşı vuruşub.Xalqımıza qarşı qanlı tarixi hadisələrin ardıcıllığı və amansız qətliamların üsulları çox hallarda eyni olduğundan, bu soyqırım faciələrinin hay kilsəsi və daşnak quldurlarının xislətindən yarandığı şübhə doğurmur. Eləcə də bunun əsrlər boyu davam etməsi də fikrimizin doğruluğuna sübut ola bilər. Azğın hay quldurlarının qəzalarda eyni cəza üsulu ilə ilə törətdiyi qətliamlar-qırğınlar barədə, tarixi sənədlərlə yanaşı, həmin faciələrin şahidlərinin də söhbətləri unudulmayıb. Bütün bölgələrimizdə bu hadisələr barədə kifayət qədər tarixi faktlar var. Bu baxımdan Zəngəzur qəzası istisnalıq təşkil etmir.Qəzanın Zilanlı kəndinin (indiki Qubadlı rayonunun) kürd mənşəli sakinlərinin ulu babaları XVII-XVIII əsrlərdə Türkiyənin Van bölgəsindən köçüb gələn  6-7 ailə olub, bu kənddə 30-40 evdən ibarət Seləli məhəlləsi yaradıblar. Sonrakı dövrlərdə köç edənlərin hesabına Ağdam nahiyəsinin Şotlanlı kəndinin əsasını da bu ailələr qoyub. 1918-1919-cu illərdə A.Ozanyanın, Q.Nijdenin və D.Kananyanın quldur dəstələri tərəfindən Zilanlı və qonşu Sümbəli, Xocahan kəndlərinin kürd mənşəli ailələrinə qarşı “Yazı düzü”ndə, “Əyri dərə”də törədilən qətliamlardan  həmin hadisələrin şahidləri Cahan Tağı qızı  (1886-1986), Əbdülhüseyn Cabbar oğlu (1886-1961), Səkinə Məmməd qızı Cabbarova (1885-1985)  ürək ağrısı ilə  danışıb.Laçın nahiyəsinin Həkəri çayı sahillərində yerləşən Səfiyan, Güləbird, Qazıdərə, Cicimli və başqa kəndlərinin müsəlman-türk ailələri ilə birlikdə kürd camaatı da 1918-ci ilin iyun-iyul aylarında “Aralıq düzü”ndə kütləvi halda qətlə yetiriliblər. Bu vəhşilklərə tab gətirməyən Cəfərabad (əski adı Haral olub) kənd sakini Tavat Kərbəlayi Məhəmməd qızı (1898-1976) sonrakı həyatını doğmalarının və ellilərinin intiqamını almağa həsr edib.

 

Nuxa qəzasının İsmayıllı nahiyəsinədək yerləşən kəndlərinin udin, yəhudi, avar, ləzgi etnik icma üzvlərinin yaşadığı Nic, Nohurqışlaq, Yengicə, Vəndam, Mollaisaqlı kəndlərində törədilən qırğınlar əsasən Göyçay və Türyançay çayları hövzələrini əhatə edib.Şamaxı qəzasının tat, talış, ləzgi, ərəb mənşəli  etnik qrupları yaşayan Əngəxaran, Zarat-Xeybəri, Dəmirçi, Ərəbqədim, Ərəbşalbaş, Keyvəndi, Tircan, Kürdmaşı, Qubaxəllili, Quşencə kəndlərinin əhalisinə qarşı A.Srvantsyanın, Lalayanın, Amiryanın nizami dəstələri hücum edərək kəndləri yandırıb-dağıtmaqla bərabər mal-mülkü də qarət edib, qiymətli tarixi-maddi nümunələri yağmalayıb aparıblar.Bir cəhəti qeyd etmək lazımdır ki, milli-etnik icma üzvlərinin 1905-1920-ci illərdə Azərbaycanın bütün ərazilərinə paylanması səbəblərindən biri də sırf təsərrüfat sistemi ilə bağlı olub. Belə ki, istər ticarətlə, istər heyvandarlıqla, istərsə də digər əmək məşğulluğu ilə fərqlənən müxtəlif sosial qruplar ayrı-ayrı qəzalarda həm daimi, həm də müvəqqəti məskunlaşdıqlarından, hay silahlılarının qətliamına mövsümi və ardıcıl dövr ərzində məruz qalıb, nəticədə çox zaman dədə-baba yurdlarına qayıda bilməyiblər.

Bu hal daha çox Zəngəzur, Şuşa  və Quba qəzalarında müşahidə edilib.

Quba qəzasının dağ kəndlərindən aran Şirvanda tərəkəməçiliklə məşğul olan ailələrin xeylisi həmin illərdə doğma yurdlarını tərk edərək yeni obalarda  binələnib, yeni toponimlər yaradıblar (hazırda Hacıqabul rayonunun Qubalı-Baloğlan kəndi, İsmayıllı rayonunun Qubaxəlilli kəndi). O dövrün hadisələrini yaddaşında saxlayan Qubaxəlilli kənd sakini Firudin Ağakərim oğlu Hüseynovun (1938) məlumatına görə, bu cür məcburi yerdəyişmələr (hay quldurlarının təqibi nəticəsində) ən çox ləzgi, avar və tat  ailələrinin başına gəlib. Bu ailələr sırf heyvandarlıq təsərrüfatı ilə (yay yaylağa, qış qışlağa) məşğul olduqlarından və bu cür silahlı təhdidlərə dövri olaraq məruz qaldıqlarından, sonralar geri qayıda bilməyib, başqa yerlərdə məskunlaşaraq yeni obalar yaradıblar. Nəticədə hay kilsə siyasətinə uyğun olaraq xalqımıza qarşı yönəldilmiş həm də  tarixi-coğrafi soyqırımla neçə-neçə dağ kəndlərimiz yer üzündən silinib.

1918-ci ilin aprel-may aylarında Quba qəzasının (Quba,Xaçmaz, Qusar, Dəvəçi nahiyələrinin) kəndlərində yaşayan ləzgilər, tatlar, xınalıqlılar, avarlar, yəhudilər... də qətliama məruz qalıblar. Milli etnik xüsusiyyətləri ilə yanaşı, həm də müsəlman-türk əhalisi ilə birgə mübarizə aparmaları, eyni səngərlərdə olmaları  bu etnik icmalara ağır günlər yaşadıb. Bu faciələrə həmin illərdə Cənubi Azərbaycandan bu qəzaya iş dalınca gələn soydaşlarımız  (həmşəhərlilər) da, Dərbənd nahiyəsindən ticarət məqsədi ilə gələn laklar, avarlar, kumıklar da düçar olublar. Bir cəhəti qeyd edək ki, Dağıstandan gələn könüllü döyüşçü dəstələri Nəcməddin Qotçinskinin başçılığı ilə Quba qəzasında düşmənə qarşı vuruşmaqla bakı şəhəri uğrunda döyüşlərdə iştirak ediblər.

Yuxarıda qeyd etdiyimiz kimi, Quba qəzasında çoxsaylı etnik qrupların mesəlman-türk əhalisi ilə birlikdə hay-daşnak və rus-bolşevik silahlı dəstələrinə qarşı müqavimət hərəkatında birləşməsi düşmən cəbhəsinin azğınlaşmasına, qətliamların artmasına (qəzanın 130 kəndi dağıdılmış, 65 kənd yer üzündən silinmiş, 19 rus kəndi isə salamat qalmışdır- Bladumurovka, Alekseyevka...) səbəb olub, rəsmi rəqəmlərlə 20 min dinc sakin (əslində 30 min nəfər) milli-etnik əlamətlərinə görə menşevik-eser D.A.Gelovanının və Sturuanın 5 minlik, sonralar isə quldur A.Srvantsyanın, Ağacanyanın və Muradyanın 2 min nəfərlik silahlı dəstələri tərəfindən (Azərbaycan türkü, ləzgi. tat, avar, yəhudi, xınalıqlı, ərəb mənşəli ailələr...) soyqırım qurbanı olublar.

Belə kütləvi qırğınlardan biri Quba şəhərindən 5 km aralıda, Qudyalçay çayının yaxınlığında Digah kəndi ərazisində baş verib ki, sonralar ora “Qanlı dərə” adlanıb (Quba-Qusar yolu üstündə).

Qəzanın dağlıq ərazilərindəki  bir sıra kəndlərin (Cek, Haput, Qırız, Xınalıq...) etnik əhalisi (ləzgilər, xınalıqlılar, tatlar)  XIX əsrin ortalarında Xəzər dənizi sahillərinə Xaçmaz nahiyəsi ərazisinə köçərək orada məskunlaşmış və bir sıra kəndlərin – Hacıəhmədoba, Əhmədoba, Palçıqlıoba, Şərifoba, Tikanoba, Hacıqurbanoba, Məcidoba, Niyazoba... əsasını qoyublar. Bu kəndlərin əhalisi 1918-ci ilin mart-iyun ayları ərzində quldur düşmən dəstələrinin hücumuna məruz qalıb, evləri-obaları yandırılıb, mal-mülkləri qarət edilib.

 

Ümumilikdə, Quba qəzasında keşən əsrin əvvəllərində 12 min nəfər ləzgi, 2 min tat və digər etnik ailələr qətlə yetirilib.

Ərəb mənşəli ailələrin sıx yaşadığı Xaçmaz nahiyəsinin Ərəb, Şıxlar kəndlərinin yerli əhalisinin müdafisəsinə Bakı qubernatorunun köməkçisi, polkovnik Əli bəy Harun bəy oğlu Ziziksi (1876-1929) öz dəstəsi ilə qoşulub. Bu mənşəli etnik əhali qruplarının yaşadığı Şamaxı qəzasının Ərəbqədim, Ərəbşalbaş, Ərəbşahvedi, Göyçay qəzasının Ərəb Mehdibəy, Ərəbcəbirli, Ərəb kəndlərinin canlı itkiləri ilə yanaşı, maddi-tarixi sərvətləri də düşmən qüvvələrinin qurbanı olub.

Beləliklə, 1905-1920-ci illər ərzində mənfur hay düşmənlərimizin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırım siyasətinin həm də alt qatında güdülən bir çox milli-etnik qrupların da qətliamları nəticəsində ümumilikdə Azərbaycan dövlətçiliyinə qarşı inamçızlığın və etibarsızlığın yardılması məqsədi alt-üst olub, göründüyü kimi, bu müdhiş düşmən niyyəti öz nəticəsini verməyib.

Tarixin və zamanın haqqın tərəfində olduğu bu faciələrlə bir daha sübut olunub.

 

Qismət  YUNUSOĞLU

Bakı Dövlət Universitetinin müəllimi

Bakı xəbər.- 2018.- 22 noyabr.- S.-11.