Azərbaycana gələn rus turistlər sayca ötən on ayda hamını üstələyib
“Rusiyalı turistlər
Türkiyədə xərclədikləri
vəsaitdən daha az məbləği Azərbaycanda sərf etdikləri üçün
ölkəmizə üstünlük
verirlər”
Elçin Rüstəmov:
“Qonşu ölkələrin
vətəndaşlarının səfərlər etməsi
üçün nəqliyyat
xərci yüksək
olmur, bu baxımdan rusiyalı turistlər səyahət üçün ölkəmizə
gəlirlər”
Məlumdur ki,
Azərbaycanda da turizm sahəsi yeni mərhələyə
qədəm qoyub. Son dövrlər ölkəmizdə keçirilən
beynəlxalq səviyyəli
konfranslar, oyunlar, tədbirlər turist axınında əhəmiyyətli
rol oynayır. Ölkəmizə Avropa, Asiya və Afrika
ölkələrindən yüzlərlə
turist gəlir. Gələn turistlərin hər biri ayrı-ayrı
mədəniyyətin daşıyıcısıdır.Qeyd
edək ki, Azərbaycan dövləti
turizm sahəsinin inkişafını iqtisadiyyatın
qeyri-neft sektoru üzrə prioritet istiqamət elan edib. Son 10 il
ərzində ölkədə
turizmin təşviqi ilə bağlı görülən işlər,
aparılan islahatlar, qəbul edilən dövlət proqramları,
normativ-hüquqi bazanın
təkmilləşdirilməsi bunu bir daha
sübut edir. Bu tədbirlər nəticəsində
Azərbaycanda turizm sənayesi yeni mərhələyə qədəm
qoyub, ölkəmiz dünyada yeni turizm istiqaməti kimi tanınmağa başlayıb və beynəlxalq turizm bazarına inteqrasiya ilbəil daha geniş şəkildə
təmin olunur.Açıqlanan
statistik rəqəmlərə
əsasən, 2018-ci ilin
yanvar-oktyabr ayları ərzində Azərbaycana
dünyanın 194 ölkəsindən
2420,4 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1 faiz
çox əcnəbi
və vətəndaşlığı
olmayan şəxs gəlib. Gələnlərin 31,1 faizi Rusiya,
20,2 faizi Gürcüstan,
10,1 faizi Türkiyə,
8,9 faizi İran, 3,2 faizi Birləşmiş Ərəb Əmirlikləri,
2,8 faizi Səudiyyə
Ərəbistanı, 2,6 faizi
İraq, 2 faizi Ukrayna, 1,6 faizi İsrail, 17,4 faizi digər ölkələrin
vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı
olmayan şəxslər olub.Cari ilin yanvar-oktyabr aylarında Körfəz ölkələrindən (Birləşmiş
Ərəb Əmirlikləri
və İran istisna olunmaqla) gələnlərin sayında
daha çox artım müşahidə
edilib. Ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə ölkəmizə
gələn Bəhreyn
və Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı
2,2 dəfə, Küveyt
vətəndaşlarının sayı 2 dəfə, Qətər vətəndaşlarının
sayı 1,6 dəfə,
İraq vətəndaşlarının
sayı 13,7 faiz, Oman vətəndaşlarının
sayı 6,3 faiz artıb. İrandan gələnlərin sayında
33 faiz, Birləşmiş
Ərəb Əmirliklərindən
gələnlərin sayında
isə 6,7 faiz azalma müşahidə edilib. Ümumilikdə, Körfəz ölkələrindən
492,9 min nəfər gəlmiş və ölkəmizə gələnlərin,
demək olar ki, hər beş
nəfərindən biri
bu ölkələrin vətəndaşları
olub.Məlumat üçün
bildirək ki, ölkəmizə gələn
əcnəbilər və
vətəndaşlığı olmayan şəxslərin
56,5 faizi dəmir yolu və avtomobil,
42,5 faizi hava, 1 faizi isə su nəqliyyatından istifadə edib.İstirahət
üçün ölkəmizə
gələn turistlər
arasında ilk üçlüyü
rus, gürcü və türk vətəndaşları tutub."New ERA Travel” şirkətinin direktoru, turizm eksperti Elçin Rüstəmov “Bakı-Xəbər”ə açıqlamasında
qeyd etdi ki, manatın məzənnəsinin xarici
valyutaya nisbətən
dəyişməsi ölkəyə
gələn turistlərin sayına təsir edib: “Manat xarici turistlər
üçün dollar
və ya avro ekvivalentində daha cəlbedici görünür. Bu səbəbdən hesab edirəm ki, onlar üçün Azərbaycana gəlmək
daha sərfəlidir”.
Həmsöhbətimizin sözlərinə görə,
rusiyalı turistlər
daha çox Azərbaycanın çimərlik
turizminə üstünlük
verir. Bunun da müəyyən səbəbləri var: “İlk növbədə bildirim ki, Türkiyədə
olan ruslar Azərbaycana gələndə
qiymət fərqini hiss edirlər. Onlar Türkiyədə xərclədikləri vəsaitdən
daha az məbləği
Azərbaycanda sərf
edirlər. Bu səbəbdən də ruslar ölkəmizə üstünlük verirlər.
Həmçinin, məsafənin
qısa olması Rusiya vətəndaşlarının
ölkəmizi seçməsinə
səbəb olur. Rus turistlərinin yola sərf etdikləri vəsait və çimərliklərdə
xərclədiklərini toplayanda
bu onlar üçün daha cəlbedici görünür”.Həmsöhbətimizin sözlərinə görə,
Azərbaycana səfər
edən turistlər arasında rus, gürcü və türk vətəndaşlarının
olmasının səbəblərindən
biri də qonşu ölkə olmağımızla bağlıdır:
“İstənilən dünya
ölkəsinə daha
çox qonşu ölkələrin vətəndaşları
turist kimi səfər edirlər. Nəzərə almaq lazımdır ki, qonşu ölkələrin
vətəndaşlarının səfərlər etməsi
üçün nəqliyyat
xərci yüksək
olmur. Bu baxımdan rusiyalı turistlər səyahət üçün ölkəmizə
gəlirlər”.
Günel CƏLİLOVA
Bakı
xəbər.- 2018.- 24-26 noyabr.- S.15.