Kəlağayının UNESCO-nu fəth etməsindən 4 il ötdü...

Bu həm böyük mədəni, etnoqrafik hadisədir, həm xalqımıza məxsus milli dəyərin bəşəriyyətin qiymətli incilərindən biri kimi qorunmasıdır

İlhamə Qəsəbova: “26 noyabrın Azərbaycan Kəlağayısı Günü kimi tarixə düşməsində Heydər Əliyev Fondunun rəhbəri, UNESCO İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rolu çox böyükdür

Mədəniyyətimizin elə dəyərləri var ki, onlar bütün bəşəriyyət üçün əhəmiyyətlidir. Azərbaycan qadınının gözəllik simvollarından biri olan kəlağayı bu dəyərlərdən biridir. 2014-cü ilin 26 noyabr tarixində Azərbaycan kəlağayı sənətiQadın ipək baş örtüyü kəlağayının ənənəvi hazırlanma daşınma mədəniyyəti onun simvolikasıadı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Artıq 4 ildir 26 noyabr Azərbaycan Kəlağayısı Günü kimi qeyd edilir.

UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin keçirdiyi iclasda verilən bu qərar Azərbaycan kəlağayı sənətinin yaşadılmasına, yayılmasına, habelə dünyada tanıdılmasına böyük stimul verir.

Heç şübhəsiz ki, milli baş örtüyümüz olan kəlağayının UNESCO-ya daxil edilməsində ölkəmizin birinci xanımı Mehriban Əliyevanın xüsusi əməyi olub. Belə ki, kəlağayı faylı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə Mədəniyyət Nazirliyi tərəfindən hazırlanıb.

Azərbaycan kəlağayısına verilən bu böyük dəyəri xüsusi qiymətləndirən folklorşünas- alim, filologiya üzrə fəlsəfə doktoru İlhamə Qəsəbova hesab edir ki, Azərbaycan kəlağayısı öz unikallığına görə seçilir. Azərbaycan qadınının gözəllik, həya, abır simvolu olan kəlağayının UNESCO-ya daxil edilməsinin bu sahənin inkişafına gəncliyin kəlağayı sənətinə maraq göstərməsinə böyük təkan verdiyini qeyd edən İ.Qəsəbova hesab edir ki, bu addımdan sonra ölkənin müxtəlif yerlərində kəlağayı istehsalına başlanıb. Alim vurğuladı ki, Azərbaycanda kəlağayı istehsalı ilə qədim zamanlardan məşğul olunub. O bildirdi ki, keçən çağlarda Təbriz, Gəncə, Şamaxı, Şəki Basqalda yüksək keyfiyyətli kəlağayılar hazırlanıb. Alimin sözlərinə görə, hələ orta əsrlərdən ölkəmizdən bəzi ölkələrə kəlağayı ixrac olunub. Alim dedi ki,  kəlağayının yeləni (haşiyəsi), bəzən isə xonçası (ortası) basmanaxış üsulu ilə həndəsi nəbati naxışlarla bəzədilirdi. Onun bildirdiyinə görə, kəlağayıya aid ilk sərgi ölkəmizdə 2005-ci ildə keçirilib. O vurğuladı ki, sonralar Azərbaycan kəlağayısı Türkiyə, Gürcüstan, Macarıstan, Avstriya, İtaliya, ABŞ, Belçika, Malayziya digər ölkələrdə müxtəlif sərgilərdə nümayiş olunub.

“26 noyabr tarixinin Azərbaycan Kəlağayısı Günü kimi qeyd edilməsinin bizim üçün xüsusi əhəmiyyəti var. Bu həm böyük mədəni, etnoqrafik hadisədir, həm xalqımıza məxsus milli dəyərin bəşəriyyətin qiymətli incilərindən biri kimi qorunmasıdır. Kəlağayı sənətinin yaşaması, təbliğ edilməsi, nəsillərdən-nəsillərə ötürülməsi çox vacibdir. 26 noyabrın Azərbaycan Kəlağayısı Günü kimi tarixə düşməsində Heydər Əliyev Fondunun rəhbəri, UNESCO İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rolu çox böyükdür. Azərbaycan qadınının milli baş örtüyü olan kəlağayı məhz Mehriban xanımın təşəbbüsü dəstəyi ilə UNESCO-nun müvafiq siyahısına daxil edilib. UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 2014-cü il noyabrın 24-28-də Parisdə keçirilən 9-cu sessiyasında Azərbaycan kəlağayı sənətiQadın ipək baş örtüyü kəlağayının ənənəvi hazırlanma daşınma mədəniyyəti onun simvolikasıadı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

 

Kəlağayıda Azərbaycanın qədim tarixi, mədəniyyəti, adət-ənənələri, etnoqrafiyası, folkloru yaşayır. Artıq 4 ildir Azərbaycan kəlağayısı yalnız ölkəmiz tərəfindən deyil, həm artıq bütün bəşəriyyət tərəfindən qorunur. Ölkəmizdə milli dəyərlərimizin qorunmasına yüksək diqqət qayğı göstərilir. Bütün milli dəyərlərimiz kimi ənənəvi kəlağayı sənəti inkişaf edir. Bu sahənin tərəqqisi dövlət başçısının birinci xanımın diqqət mərkəzindədir” - deyə alim bildirdi.

 

İradə SARIYEVA

Bakı xəbər.-2018.- 27 noyabr.- S.13.