Gömrük Komitəsi böyük
islahatların yeni mərhələsini
tanınmış baş redaktorlarla
birlikdə açdı...
Beş gün
Qusarın “Zirvə”sində...
Məlum
olduğu kimi, Dövlət Gömrük Komitəsi
“Şahdağ”da jurnalistlər üçün “Gömrük
islahatları və modernləşdirmə”mövzusunda təlim
təşkil edib. Sentyabrın 25-də start
götürən həmin təlim 5 gün
sonra yekunlaşıb. Bu
tədbirin bir qədər uzun
müddəti əhatə edəcəyi iştirakçı olan bütün jurnalistləri
bir sual ətrafında
düşünməyə vadar edirdi: “Axı bu müddət
ərzində biz orada
nə edəcəyik?”
Hamı
deyilən vaxtda Dövlət Gömrük Komitəsinin
binasının önünə toplaşmışdı. Xüsusi avtobusa mindikdən sonra
DGK-nın məsul şəxslərinin müşayiəti ilə
bizə elan olunan marşrut üzrə hərəkətə
başladıq. İstiqamətimiz füsunkar
təbiətə malik olan
Ousar rayonu ərazisində
yerləşən “Şahdağ” istirahət
kompleksinə idi. Gömürklə
bağlı tədbirlərdə redaksiyaları daha çox eyni jurnalistlər təmsil etdiyi
səbəbindən, səfər iştirakçısı olan həmkarlarımız arasında səmimi
bir atmosfer hökm sürürdü.
Ən maraqlısı isə bu idi ki, DGK-nın mətbuatla
əlaqələri tənzimləyən əməkdaşlarının
hamısı jurnalistləri əzbərdən
tanıyırdı. Nəhayət, axşam
saatlarında Qusara – beşgünlük
təlimlərimizin keçiriləcəyi “Zirvə” otelinə
çatdıq. Dövlət Gömrük
Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr
idarəsinin əməkdaşları
artıq yolboyu bəzi mühüm
məsələləri həll etmişdi.
Jurnalistlər kimin-kimlə bir otaqda qalacağını könüllü
sürətdə müəyyən edirdilər. Bu səbəbdən də qeydiyyat
prosesi elə də uzun
çəkmədi. Mobil
telefonlarımızı otelin “vay-fay” şəbəkəsinə qoşan kimi gördük ki, qurumun İctimaiyyətlə əlaqələr
idarəsinin əməkdaşı Şahin
Rzalı artıq “Təlim” adlı bir “VhatsApp” qrupu yaradıb. Qrupa gələn ilk mesaj səhərki yeməyin vaxtı və “Şahdağ” oteldə baş
tutacaq təlimin ilk gününün qrafiki ilə
bağlı idi. Təlimin ilk
günü
“Şahdağ” otelə daxil olanda daha
bir sürprizlə rastlaşdıq.
Dağın zirvəsində media
kapitanları kimi tanış simalara rast gəlmək bizim əhvalımızı daha
da yüksəltdi. Jurnalistlər Bakıda
tədbirə təşrif buyuran media kapitanları və KİVDF-nin
sədri Vüqar Səfərli ilə mehriban görüşəndən sonra hamı konfrans
zalına keçdi. Bununla
da təlimimizin ilk rəsmi
hissəsi başladı.
Giriş
nitqi ilə Dövlət Gömrük Komitəsi sədrinin
müavini İqbal Babayev çıxış etdi. O, son dövrlərdə komitədə
keçirilən islahatlardan
danışdı. Bildirdi ki,
hazıda DGK-nın qarşısındakı əsas məqsəd
prosedur qaydalarının sadələşdirilməsidir.
Hətta sədr müavini jurnalistləri yeni bir xəbərlə də
müjdələdi. Bildirdi ki, bu
yaxınlarda Ticarətin Asanlaşdırılması Mərkəzi
istifadəyə veriləcək. İqbal
müəllim onu da
söylədi ki, Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin
Azərbaycan tərəfində tikilən binanın
açılışı artıq baş
tutub və bir-iki ay ərzində Ticarətin
Asanlaşdırılması Mərkəzi insanların istifadəsində
olacaq. Mərkəz həm də qonşu Gürcüstanla
ticarət dövriyyəsinin artırılmasında böyük rol oynayacaq.
DGK-da
islahatlar məsələsinə geniş şəkildə
toxunan komitənin sədr müavini onu da vurğuladı ki,
qurumda aparılan bu islahatlar beynəlxalq standartlara cavab verən
Avropa modelinin tətbiqinə, çevik idarəetmə
sisteminin formalaşdırılmasına və nəzarət
sistemindən xidmət sisteminə keçidə imkanlar
yaradır. İqbal müəllim onu
da bildirdi ki, komitə tərəfindən aparılan 3
istiqamətdə islahatlara "Gömrük-Biznes",
"Gömrük-Hökumət", "Gömrük-Gömrük"
daxildir. İqbal
müəllim, həmçinin, dedi ki, yolboyu Qusara
gələndə onun ağlından daha bir istiqamət keçib. Düşündüyü
istiqamətin adını “Gömrük-Media”
kimi təqdim etdi. Bununla da hiss
edildi ki, DGK doğrudan da media ilə sıx əməkdaşlığı
öz prioritetləri sırasına daxil edib. Sədr müavini bildirdi ki, 2016-cı ildə Azərbaycanda elektron ticarətin həcmi 19 min
manat idisə, 2017-ci ildə bu rəqəm 16 min manat olub: “2018-ci ildə
ölkədə elektron ticarətin həcmi
40 min manata qalxıb.
Yəni bu il elektron ticarətin həcmi 20 dəfə
artıb. Buna səbəb isə odur ki, qanunsuz yolla
mobil telefonların gətirilməsinin
qarşısını almışıq. Əgər bir ucqar kənddə 90
yaşlı nənənin adına “iPhone”
telefonu gəlirsə və nənənin bu telefondan xəbəri yoxdursa, təbii ki, belə
halların qarşısı alınacaq”.
İ.Babayev
vurğuladı ki, bəzən gömrük xidmətindən
yazan jurnalistlər gömrük yığımları ilə
rüsumların fərqini bilmirlər: “Məqsədimiz bu təlimlər
vasitəsilə sizlərə bu anlayışları və bu
fərqləri izah etməkdir”.
Beləliklə,
təlimin ilk günü dinamik və işgüzar atmosferlə
start götürdü.
Sonra
çıxış edən Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun
icraçı direktoru Vüqar Səfərli bildirdi ki,
Gömrük Komitəsinin rəhbərliyi dəyişəndən
sonra komitədə geniş islahatlar başlayıb: "Təbii
ki, bu islahatların gedişi hamını qane etmir. Əvvəl
başqa üsulla
işləyiblər, indi isə qaydalar çox sərt qoyulub. Ancaq bu narazılıqlar o demək
deyil ki, islahatlar getməməlidir. Camaatın ən çox "Qırmızı
körpü"dən narazılığı vardı. İnsanlar orada saatlarla gözləyir. İqbal
müəllimdən birinci bu
barədə soruşdum. O mənə
şəkillər göstərdi və bildirdi
ki, bunların hamısını cənab
Prezidentə də göstərib. O qeyd etdi ki, birinci
növbədə orada yalnız bir aparat var
ki, buna görə də
təhlükəsizlik məqsədilə yüklər yoxlanan zaman çoxlu vaxt aparır. Ona görə də ikinci
aparat üçün
də vəsait ayrılıb. Hesab edirəm ki, gömrükdə
aparılan islahatlar nəticəsində bütün bu problemlər
də aradan qaldırılacaq. İndi məsələ qoyulub
ki, bütün gömrük işçiləri düz işləməlidir. Əgər kimsə
əyri yola gedəcəksə, o dərhal işdən azad
olunacaq. Əlbəttə, hər hansı
bir sahədə iş
görülürsə və onun təbliğı
yoxdursa, ictimaiyyətə
çatdırılmırsa, o işdən
kimsə xəbər tutmur. Bundan öncə biz
çalışmışıq ki
gömrüklə mətbuatın əlaqələrini quraq, jurnalistlərlə onları
görüşdürək. Ancaq mümkün olmurdu. Səfər
müəllim gələndən sonra isə
bu istiqamətdə də xeyli
işlər görülür. Dezinformasiya barəsində isə onu deyim ki,
əgər jurnalistlərə vaxtında mövqe
bildirilsə, bu cür
məlumatlar da yayılmaz. Bugünkü
təlimlər onu göstərir ki, jurnalistlərə gömrük
işləri barəsində geniş məlumat
verilir. Bu işlərin
gələcəkdə həm jurnalistlərə, həm də
bizə böyük köməyi olacaq. Hesab edirəm ki, bu görüşlər
daha sonra da davam edəcək və
bunun üçün
biz də əlimizdən gələn dəstəyi
verəcəyik".
Çıxış
edən "Yeni Azərbaycan" qəzetinin baş redaktoru
Hikmət Babaoğlu Azərbaycanda gömrüyün tarixi barəsində
danışdı və bildirdi ki, gömrüyümuzun
çox qədim tarixi var: "Tarix boyu hər zaman
gömrük islahatları aparılıb. Doğrudan da mətbuatla
işləmək çox vacibdir.
Çünki böyük
islahatlar həyata keçirirsiniz
və bunu işıqlandırmaq
lazımdır. Düşünürəm ki,
burada təlimlər əsnasında
jurnalistlər sahə üzrə geniş
bilgilər əldə edəcəklər və islahatlarla bağlı dolğun
məlumat hazırlayacaqlar. Jurnalistlər ilk
növbədə gömrük hüququnu bilməlidirlər. Eləcə də
hər bir vətəndaş öz hüququnu bilməli
və onu qorumağı
bacarmalıdır. Gömrük hüququnu bilmədən jurnalistlər nə gömrük haqqında tənqid yaza bilər, nə də tərif.
Jurnalistikanın bir funksiyası həm də
ictimai nəzarətdir. Gömrük
haqqında geniş məlumatı olmayan jurnalist, təbii ki, ictimai nəzarəti də
həyata keçirə bilməz".
"İki
Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə
bildirdi ki, bu təlimin çox böyük əhəmiyyəti
olacaq: "Doğrudan da ölkəyə daxil olan vətəndaş
gömrük postunu keçir. Hesab
edirəm ki, islahatlar
nəticəsində bu sahə üzrə
böyük irəliləyişlər olacaq. İndiyə qədər Gömrük Komitəsi çox
qapalı olub. İctimaiyyətə
açıq olmaq çox
vacib məsələdir. Ona
gorə də bu görüşü
önəmli addım hesab edirəm".
"Bakı-Xəbər"
qəzetinin baş redaktoru Aydın Quliyev də
çıxış edərək, tədbirin əhəmiyyəti,
keçirilən işlərin vacibliyi barəsində
danışdı. O, eyni
zamanda, Dövlət Gömrük
Komitəsinin tarixi, formalaşması barəsində
də fikirlərini bildirib:
"Tamamilə şərikəm ki, komitə
bir zamanlar qapalı qurum idi. Ona görə də
jurnalistlərin hədəfinə məruz qalırdı. Bu gün isə
görürəm ki, komitənin əməkdaşları
ilə jurnalistlər arasında yeni bağ yaranır. Əlbəttə ki, bu, jurnalistlərin fəaliyyəti
üçün, bir növ, yeni informasiya sahələrinin açılması
deməkdir. Eyni zamanda,
bu, komitənin özü
üçün də əhəmiyyətlidir.
Çünki islahatlar
başlayıbsa, bunları ictimaiyyətə təqdim etməkdə
jurnalistlərin böyük rolu olacaq. Mən sizi əmin edirəm ki, Gömrük Komitəsi bu
əməkdaşlıqdan məmnun qalacaq
və görəcək ki, jurnalistlər onlarla heç bir təmənna ummadan
sıx əməkdaşlıq edəcəklər. Onların
yeganə təmənnası operativ və
doğru informasiyanı əldə edib, ictimaiyyətə çatdırmaqdan ibarət
olacaq”.
Daha
sonra çıxış edən "Yeni Müsavat" media
qrupunun rəhbəri Rauf Arifoğlu söylədi ki, səslənən fikirlərin
böyük əksəriyyəti ilə razıdır: "Fəaliyyətdə
olan qəzetin və saytların baş redaktoru kimi
Gömrük Komitəsinin media açılımının nə
demək olduğunu çox yaxşı bilirəm. Vaxtilə
Gömrük Komitəsi ilə bizim məhkəmə çəkişməmiz
olub. Bu, sadə bir səbəbdən baş
vermişdi. Sorğu vermişdik, 1 ay ərzində
cavab verilmədi və məhkəməyə
müraciət etdik. Biz
o məhkəməni indi,
üstündən 8 il keçəndən
sonra udmuş
sayılırıq. DGK-nın ən böyük
və əsas islahatı məhz mediaya
açıq olmaq, şəffaflıq
siyasəti yürütməkdir. Üzdə hər kəs deyə
bilər ki, mediaya
açığıq, ancaq bunu işlə də göstərmək
lazımdır. Bu gün
Gömrük Komitəsi və onun fəaliyyəti haqqında məlumatlar, ən
asan əldə olunan
informasiyalardır. Gömrük Komitəsinin
Mətbuat xidməti gün ərzində
bəzən 4-5 xəbər istehsal edir. Bəzən bu xəbərləri
çatdırıb sona qədər verə
bilməyəndə, hətta bizə mesaj
yazırlar ki, bəzi xəbərlərimiz
getməyib. Bu, çox
ürəkaçan haldır. Media ilə
birbaşa və vasitəçisiz işləmək.
Biz də media quruluşu olaraq, gördüyünüz bu
işlərdə sizə hər cür dəstəyi
verməyə hazırıq".
Sonra
"Bizim yol" qəzetinin baş redaktoru Bahəddin Həziyev,
"Trend" İnformasiya Agentliyinin direktor müavini Arzu
Nağıyev də çıxış edərək,
mövzuya aid fikirlərini bildirdilər. Sonda jurnalistlər media
kapitanları və digər rəsmi şəxslərlə otelin həyətində xatirə fotosu çəkdirdi.
Nahar fasiləsindən
sonra tədbirimiz davam etdi. Təlim
proqramı çərçivəsində
ilk məruzəçimiz Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin
Təşkili və Ticarətin Asanlaşdırılması
Baş İdarəsinin
əməkdaşları - Gömrük
prosedurlarının idarə
olunması şöbəsinin
rəisi Elçin Rüstəmov, Tranzit əməliyyatları şöbəsinin
rəisi Fərid Vəliyev və Xarici ticarət iştirakçıları ilə
iş şöbəsinin
rəisi Mahmud Nuriyev oldu, onlar təqdimatlarla
çıxış etdilər.
Təlim müddətində yaddaqalan
çıxışlardan biri
də Gömrük Nəzarətinin Təşkili
və Ticarətin Asanlaşdırılması Baş
İdarəsinin Gömrük
Əməliyyatlarının Tənzimlənməsi İdarəsinin
rəisi Anar Məmmədovun mühazirəsi
idi. O, xidmətə nəzarətin
predmetindən tutmuş,
gömrükçülərin qaçaqmalçılığa qarşı mübarizədə
istifadə etdiyi ən son model avadanlıqlardan
da söhbət açdı. Anar Məmmədov da özündən əvvəlki
həmkarlarının ənənəsini
pozmadan söhbətinin
sonunda bizə ölkəmiz adına
sevindirici bir xəbər verdi. Dedi ki, ilin
sonuna kimi Dövlət Gömrük
Komitəsi "Body Scan" (B-Scan) yoxlama aparatı almağı planlaşdırır.
Anar müəllim bizim də beynimizdə
sual yaradan bu aparat haqda
dolğun məlumat verdi. Söylədi ki, bu qurğu
vasitəsilə daxili
orqanlarında keçirmək
istədikləri narkotik
maddə və digər vasitələr gömrük ərazisində
daha sürətlə
aşkarlanacaq. Bildirildi ki,
həmin aparatların
əsasən İran-Azərbaycan
sərhədində olan
gömrük postlarında
yerləşdirilməsi planlaşdırılır.
Məruzəçilər, həmçinin, "Malların
gömrük ərazisinə
gətirilməsi və
aparılması; nəqliyyat
vasitələrinin və
şəxslərin gömrük
ərazisinə daxil olması və bu ərazidən yola düşməsi",
eləcə də
"Yaşıl dəhliz"
və digər buraxılış sistemləri",
"Ticarətin asanlaşdırılması
üzrə gömrük
nəzarətində yeniliklər",
"Sərnişinlər üçün
nəzərdə tutulan
"Yaşıl dəhliz"
və "Qırmızı
dəhliz" buraxılış
sistemləri", "Gömrük
orqanlarının başqa
şəxslərlə münasibətləri;
gömrük təmsilçiliyi,
gömrük daşıyıcısı,
səlahiyyətli iqtisadi
operator institutu" haqda bizə ətraflı məlumatlar verdilər. Bununla da təlimin ilk günü yekunlaşdı
və biz “Şahdağ”
otelindən təqribən
2 kilometr aralıda olan, məskunlaşdığımız
“Zirvə” otelinə yollandıq. Günümüz
məhsuldar olduğundan,
hamı şam yeməyini etdikdən sonra istirahət etmək barədə düşünürdü…
(Ardı var)
Məhəmmədəli
QƏRİBLİ
Bakı-Qusar-Bakı
Bakı xəbər.- 2018.- 3
oktyabr.- S.6.