“Klassik rəssamlardan Toğrul Nərimanbəyovun, Mikayıl
Abdullayevin və başqalarının əsərləri
auksiona çıxarılıb
və satılıb”
Oqtay Əliyev:
“Ola bilsin, müəyyən dövrdən
sonra bizim rəssamların da təbliğatı yüksək
səviyyədə qurulacaq
və onlar xarici ölkələrdə
geniş tanınacaqlar”
Azərbaycan rəssamlarının dünyada
təbliğatı sahəsində
mövcud problemlər
hələ də qalmaqdadır. Baxmayaraq ki, Mədəniyyət
Nazirliynin və Heydər Əliyev Fondunun təşəbbüsü,
təşkilatçılığı ilə müxtəlif xarici ölkələrdə
klassik və çağdaş Azərbaycan
rəssamlarının əsərlərinin
sərgisi təşkil
edilir, onların tanıdılması istiqamətində
sistemli işlər görülür.Bu gün
dünyada incəsənət
əsərlərinin təbliğ
edilməsi və satılması məsələsində
başlıca rolu auksionlar oynayır. Sirr deyil ki,
dünya şöhrətli
bir sıra rəssamların əsərləri
çox baha qiymətə xarici auksionlarda satılır. Bu əsərlərin qiyməti hədsiz dərəcədə baha
olur. Azərbaycanın
dünya şöhrətli
fırça ustaları
az deyil. Təkcə Səttar Bəhlulzadənin, Toğrul
Nərimanbəyovun, Tahir
Salahovun, Sakit Məmmədovun adını
çəkmək kifayətdir
ki, dediklərimiz öz təsdiqini tapsın. Rəssamların
fırça nümunələri
auksionlara çıxarılarkən
həm satılır,
həm də təbliğ edilir.Dünya
şöhrətli Azərbaycan
rəssamlarının əsərləri
xaricdə keçirilən
auksionlarda satışa
çıxarılırmı?Azərbaycan
Rəssamlar İttifaqının
üzvü, tanınmış
rəssam Oqtay Əliyev bizimlə söhbətində bildirdi
ki, keçən dövrlərə baxdıqda
bu gün Azərbaycan rəssamları
dünyada tanınmaqdadırlar.
Onun sözlərinə
görə, son illər dünyada Azərbaycan rəssamlarının
işlərinə tələbat
artmaqdadır. “Bu gün dünyada Azərbaycan rəssamlarının
işinə tələbat
yetərincədir. Bu barədə həmişə
müxtəlif tədbirlər,
sərgilər çərçivəsində
rəssamlarla söhbətlərimiz
olur. Keçən illərlə müqayisədə
doğrudan da rəssamlarımızın əsərlərinə
tələbat artıb.
Həm klassik, həm də müasir rəssamlarımızın
əsərlərinə dünyada
çox böyük maraq göstərilir. Klassik rəssamların əsərlərini əsasən
xaricdə dövlət
səviyyəsində keçirilən
sərgilərdə təqdim
edə bilirik. Bu özünü Mədəniyyət Nazirliyinin
xətti ilə müxtəlif ölkələrdə
keçirilən sərgilərdə
daha qabarıq şəkildə göstərir.
Səttar Bəhlulzadənin,
Tahir Salahovun, Toğrul Nərimanbəyovun,
Vidadi Nərimanbəyovun,
Mikayıl Abdullayevin əsərləri dünyada
tanınır. Müasir
rəssamlardan isə Sakit Məmmədovun adını çəkə
bilərəm. O, müasir
dövrümüzün ən
gözəl, ən tanınmış rəssamlarından
biridir. S.Məmmədov
müxtəlif üslublarda,
o cümlədən
də klassik, realizm üslubunda əsərlər yaradır.
Dünyanın, xüsusən
də Avropanın ən tanınmış rəsm qalereyalarında, incəsənət muzeylərində
Sakit müəllimin əsərləri sərgilənir.
Müasir rəssamlarımızdan S.Məmmədovun əsərləri
auksiona çıxarılır
və satılır”
– deyən O.Əliyev qeyd etdi ki,
Azərbaycan rəssamlarının
əsərləri çox
cüzi şəkildə
xarici ölkələrdə
təşkil edilən
incəsənət auksionlarına
çıxarılır və
orada satılır.
O.Əliyevin sözlərinə
görə, əvvəlki
illərdə, ümumiyyətlə,
Azərbaycan rəssamlarının
əsərlərinin auksiona
çıxarılmasında müəyyən zəifliklər
olub: “Əvvəllər
bu sahədə işlər çox zəif idi. Yəni bizim rəssamların əsərləri
o auksionda zəif görsənirdi. Ancaq son 10 ildə vəziyyət müsbətə
doğru dəyişməyə
başladı. Deyim ki, son zamanlar,
az da olsa,
bizim rəssamların
da əsərləri xarici auksionlara çıxarılır. Dünya
auksionunda digər rəssamların əsərləri
hansı qiymətədirsə,
bizim rəssamların
əsərləri də
o qiymətə satılır.
Bu əsərlər tam yüksək yox, orta qiymətə
satışa çıxarılır.
Bilirsiniz, bizim rəssamların əsərləri
təbliğat, reklam baxımından tanınmış
fransız, italyan, eləcə də Hollandiya rəssamlıq məktəbinin nümayəndələrinə
hələ çatmır.
Sözsüz ki, söhbət sənətkarlıqdan,
onların işləmə
texnologiyasından getmir,
bu, birbaşa təbliğatla bağlıdır.
Ola bilsin, müəyyən dövrdən
sonra bizim rəssamların da təbliğatı yüksək
səviyyədə qurulacaq
və onlar xarici ölkələrdə
geniş tanınacaqlar.
Bizim rəssamların
əsərləri auksionlarda
olub və onlar əsasən Avropa dövlətlərində
təmsil olunublar. Bu auksionlarda S.Məmmədovun və başqalarının əsərləri
auksionlarda maraqla qarşılanıb. Klassik
rəssamlardan T.Nərimanbəyovun,
M.Abdullayevin və başqalarının əsərləri
auksiona çıxarılıb
və satılıb”.
Qeyd edək
ki, bu gün
xarici kolleksiyaçıların
kolleksiyasında Azərbaycanın
görkəmli rəssamlarının
hər birinin 20-30 əsəri olduğu bildirilir. Bu gün əsasən də S.Bəhlulzadənin
əsərlərinə böyük
maraq var. O.Əliyev bildirdi ki, hazırda əcnəbi kolleksiyaçıların
kolleksiyasında saxlanan
əsərlər vaxtilə
o rəssamların qohumlarına,
dost-tanışlarına bağışladığı
əsərlərdir ki,
onlar bu tabloları ya onlara satıblar, ya da hədiyyə
ediblər.O.Əlieyevin sözlərinə
görə, Azərbaycan
rəssamlarının əsərlərinin
xarici ölkələrdə
satılması yaxşı
haldır, onlar Azərbaycan incəsənətini
təbliğ edirlər.
Bununla belə, O.Əliyev hesab edir ki, dahi
rəssamlarımızın əsərlərinin öz
ölkəmizdə qorunub
saxlanması daha faydalı olardı.
İradə SARIYEVA
Bakı
xəbər.- 2018.- 13-15 oktyabr.- S.14.