Nitq mədəniyyətinə aid dövlət dəstəyi ilə nəşr edilən resurslar mühüm vəsaitlər kimi

Zülfiyyə Eldarqızı: “Bu gün nitq mədəniyyəti ilə bağlı çap edilən kitabların daha çox yayılmasına, oxunmasına ehtiyac var

Aydın Xan Əbilov: Hesab edirəm ki, dövlət dəstəyi ilə çap edilən nitq mədəniyyəti ilə bağlı resursların çox böyük əhəmiyyəti var”Nitq insanı başqa canlılardan fərqləndirən əsas xüsusiyyətdir. Əlbəttə, bu təsdiqə, əlavə şərhə ehtiyacı olmayan məsələdir. Əsrlər əvvəl gözəl, səlist, qüsursuz nitqi olanlar cəmiyyətdə xüsusilə seçilir, fərqlənirdilər. Gözəl nitq insanı daha da ucaldar, daha da hörmətə qaldırardı. Əvvəlki dövrlərlə müqayisədə bu gün gözəl nitqə malik insanlar çox azdır.

Təəssüf ki, auditoriya qarşısına çıxan adamların əksəriyyəti gözəl nitqdən məhrumdur. Cəmiyyətimizdə mövcud olan ən ciddi problemlərdən biri nitq mədəniyyəti ilə bağlıdır ki, son zamanlar bu məsələ böyük problemlərlə müşayiət olunur. Əvvəllər ölkəmizin ali məktəblərində nitq mədəniyyətinə daha çox önəm verilirdi, bu gün  isə bu məsələ bir qədər kölgədə qalıb. Doğrudur, mütəxəssislər bildirirlər ki, müxtəlif ali məktəblərdə humanitar fakültələrdə nitq mədəniyyəti tədris edilir, lakin tələbələr özləri bu sahəyə barmaqarası baxırlar.Fakt budur ki, həm auditoriyalara daxil olub tələbələrə dərs deyən müəllimlərin əksəriyyəti, həm televiziya radio aparıcılarının çoxu nitq mədəniyyətindən xəbərsizdir. Biz bir çox aparıcıların fəaliyyətinə nəzər salsaq, bunu açıq şəkildə görə bilərik. Baxmayaraq ki, zaman-zaman AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun müvafiq şöbələrinin əməkdaşları tərəfindən televiziya radio aparıcıları üçün nitq mədəniyyətindən seminar treninqlər təşkil edilib. Lakin bu treninqlərin bir sıra aparıcıların nitqindəki qüsurları, anormallıqları aradan qaldırmağa gücü çatmayıb.Ümumiyyətlə, əksər mütəxəssislər hesab edir ki, ölkəmizdə nitq mədəniyyəti ilə bağlı nəşrlərin, elektron vəsaitlərin, nitq mədəniyyətini öyrədən resursların az olması aparıcılarda, ali məktəb müəllimlərində nitq mədəniyyətinin formalaşmasına əngəl törədir.Son zamanlar çox olmasa da, nitq mədəniyyəti sahəsində kitablar yaranır. Mədəniyyət Nazirliyinin dəstəyi iləAzərbaycan nitq mədəniyyətikitabının çap edilməsi bu sahədə atılan addımlardan biridir. Əslində, belə baxanda deyə bilərik ki, gündə bir kitab çap olunur, bu da onlardan biri. Ancaq məsələnin mahiyyətinə varanda görürük ki, bu kitabın faydası hədsiz dərəcədədir. “Azərbaycan nitq mədəniyyətikitabının müəllifləri akademik Nizami Cəfərov, Samirə Mərdanova Aysel Qəriblidir.

Məlumata görə, kitabda Azərbaycan nitq mədəniyyətinin zəngin tarixi, keçdiyi inkişaf yolları araşdırılır, görkəmli söz ustalarının bu istiqamətdə gördükləri işlərin məram məqsədləri təhlil edilərək həm nəzəri, həm praktik baxımdan ümumiləşdirilir.Nitq mədəniyyətinin linqvostilistik prinsipləri barədə geniş məlumat verilən kitabda müasir Azərbaycan ədəbi dilinin yüksək mədəni inkişaf səviyyəsi barədə aydın təsəvvür yaradılır.Xüsusi olaraq göstərilir ki, inkişafın əsasında ölkədə həyata keçirilən mükəmməl dövlət dil siyasəti dayanır bu siyasətin əsaslarını ulu öndər Heydər Əliyev müəyyən edib.

Bu kitabın həm alimlər, həm aparıcılar, həm nitqlə, dillə məşğul olan insanların istinad edəcəyi bir nəşr olduğu qeyd edilir. Bu kimi nəşrlər televiziya radio aparıcılarının, gənc ali məktəb müəllimlərinin, eləcə elm adamlarının nitq mədəniyyətinin formalaşmasına necə təsir göstərir?Sənətşünaslıq üzrə fəlsəfə doktoru, bədii qiraətçi Zülfiyyə Eldarqızı bizimlə söhbətində bildirdi ki, nitq mədəniyyəti, gözəl danışıq insanın ən diqqətçəkən xüsusiyyətlərindən biridir. Mövcud vəziyyətdə nitq mədəniyyəti ilə bağlı nəşrlərin çapının aktual olduğunu deyən Z.Eldarqızı hesab edir ki, nəinki aparıcılar, müəllimlər, hətta səhnə adamları, müğənnilər, aktyorlar da nitq mədəniyyəti ilə bağlı kitablardan bəhrələnməlidirlər: “Bu gün ictimaiyyət tərəfindən ən çox müzakirə edilən problemlərdən biri aparıcıların nitqindəki qüsurlardır. Sirr deyil ki, nəinki aparıcılar, eləcə müəllimlər, ictimai-siyasi xadimlər s. gözəl nitqə, natiqlik qabiliyyətinə malik olmalıdırlar. Lakin son dövrdə bu sahədə kifayət qədər qüsurlar var. Doğrudur, bu, aktyorluq fakültəsini bitirən insanlarda elə ciddi müşahidə olunmur. Çünki onlara tanınmış səhnə ustaları tərəfindən səhnə danışığı tədris edilib. Ancaq aparıcıların böyük əksəriyyətinin nitqindəki ciddi qüsurların aradan qaldırılmasına ehtiyac var. Bu baxımdan hesab edirəm ki, bu gün nitq mədəniyyəti ilə bağlı çap edilən kitabların daha çox yayılmasına, oxunmasına ehtiyac var. Belə kitablar aparıcıların, müəllimlərin, ictimai-siyasi xadimlərin stolüstü kitabı olmalıdır. Dövlət nitq mədəniyyəti ilə bağlı vəsaitlərin, resursların çapına böyük maraq göstərir. Əlbəttə, auditoriya qarşısına çıxan adamlar mütləq mənada belə kitablardan dərslik, öyrənmək vasitəsi kimi istifadə etməlidirlər. Mən özüm televiziya aparıcılarına, eləcə bədii qiraət müsabiqələrinə hazırlananlara repititorluq edirəm. Bəzi aparıcılarla nitq mədəniyyəti üzərində işləmişəm. Biz onlara ana dilimizin gözəlliyini, səlist danışmağı, eləcə vurğuları yerli-yerində deməyi, səsin tonunu, jestlərini mətnə uyğun dəyişməyi öyrədirik. Bu öz yerində. Əlimizdə kitab olanda onlarla daha yaxşı işləyirik”.

Z.Eldarqızı, həmçinin, qeyd etdi ki, Azərbaycanda nitq mədəniyyətinin inkişafına, bu istiqamətdə resurslar hazırlanmasına xüsüsi önəm verilir. O vurğuladı ki, nitq mədəniyyəti ilə bağlı nəşrlərin elektron variantları da hazırlansa, yaxşı olar. Ekspert onu da əlavə etdi ki, nitq mədəniyyəti kitablarından istifadə edərək aparıcılar, ali məktəb müəllimləri üçün onlayn ustad dərsləri keçilməlidir ki, onlar sözlərin deyilişini, vurğunu, tələffüzü daha aydın şəkildə görüb öyrənə bilsinlər.

Kulturoloq Aydın Xan Əbilov da hesab edir ki, mütəxəssislər, aparıcılar, müəllimlərdə nitq mədəniyyətinin inkişaf etməsi üçün tələb olunan vəsaitlərin dövlət dəstəyi ilə çap edilməsinin böyük əhəmiyyəti var:Azərbaycan müstəqillik əldə edəndən sonra, bir sıra sahələrdə olduğu kimi, dilçilik sahəsində dəyişikliklər baş verdi. Bilirsiniz ki, dilimizin orfoqrafiya qaydaları bir neçə dəfə hazırlanaraq çap edildi. Ancaq hələ orfoepiya qaydaları haqqında bir nəşrimiz yoxdur. Nitq mədəniyyəti ilə bağlı kitablar, vəsaitlər isə müəyyən qədər o boşluğu doldurur. Hesab edirəm ki, dövlət dəstəyi ilə çap edilən nitq mədəniyyəti ilə bağlı resursların çox böyük əhəmiyyəti var. Bu vəsaitlər hər bir ictimaiyyət nümayəndəsinin əsas istinad yerinə çevrilməlidir”.

 

İradə SARIYEVA

Bakı xəbər.- 2018.- 13-15 0ktyabr.- S.15.