Bilik Fondu
10-cu Bilik Evini Ağsuda açdı
Oktyabrın 30-da Azərbaycan Respublikasının
Prezidenti yanında Bilik Fondunun növbəti Bilik Evi Ağsu rayonunda
fəaliyyətə başladı.
Fonddan
AZƏRTAC-a bildirilib ki,
Ağsu Rayon İcra Hakimiyyətinin dəstəyi
ilə rayonun Heydər Əliyev Mərkəzində fəaliyyət
göstərəcək Bilik
Evinin açılış
mərasimindən öncə
icra hakimiyyətində
görüş olub.
Ağsu
Rayon İcra Hakimiyyətinin
başçısı Ənvər
Seyidəliyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi
ilə ölkədə
aparılan daxili və xarici siyasətin mahiyyətinin yerlərdə əhaliyə
dəqiq və dolğun çatdırılmasına,
milli-mənəvi dəyərlərin
təbliğinə, gənclərin
müasir dövrün
tələblərinə uyğun
formalaşması istiqamətində
maariflənməsinə ehtiyac
var. Bu səbəbdən rayonda
Bilik Evinin fəaliyyəti məqsədəuyğundur
və yerli rəsmi qurumlar maarifləndirici layihələrin
icrasında Fonda dəstək
olmağa hazırdır.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov rəhbərlik etdiyi qurumun ölkə ərazisində həyata keçirdiyi layihələrdən
danışaraq, Bilik evlərinin açılmasını
bu yöndə atılan əhəmiyyətli
addım kimi qiymətləndirib. Hazırda Nardaran, İsmayıllı,
Oğuz, Qax, Ağdaş, Şəmkir,
Astara Bilik evlərinin, Qarabağ və Ağstafa regional Bilik evlərinin fəaliyyət göstərdiyini
xatırladan icraçı
direktor növbəti maarif ocağının Ağsuda açılmasından
məmnun olduğunu bildirib.Açılış mərasimindən
sonra Fondun icraçı direktoru yerli ictimaiyyət nümayəndələri ilə
görüşüb, rəsmi
qurumların təmsilçiləri,
təhsil işçiləri,
jurnalistlər və fəal gənclərin iştirakı ilə keçirilən tədbirdə
çıxış edib.Ağsu
Rayon İcra Hakimiyyəti
başçısının müavini Sevil Mirzəliyeva tədbiri açaraq, gələcəyin
məhz bilikli insanlar tərəfindən
qurulacağına, maarifçilərin
bu yolda sərf etdikləri əməyin bəhrə verəcəyinə əminliyini
bildirib.Rayondakı Heydər
Əliyev Mərkəzinin
direktoru Reyhanə Tacızadə çıxışında
Bilik Fondu ilə əməkdaşlığın
perspektivlərinə toxunub.
Göstərilən diqqətə görə rayon rəhbərliyinə
minnətdarlığını bildirən Oktay Səmədov bilikli cəmiyyətin daim inkişafa meyilli olduğunu vurğulayıb,
gənclərə sürətlə
dəyişən dünyanın
müasir çağırışlarına
cavab verəcək səviyyədə hazırlıqlı
olmağı tövsiyə
edib.İcraçı direktor
Bakıda, Heydər Əliyev Mərkəzində
“Yeni dünya və yeni insan
formalaşdıraq: kreativlik
və insan inkişafı” mövzusunda
keçirilmiş VI Bakı
Beynəlxalq Humanitar Forumunun açılış
mərasimində Azərbaycan
Prezidenti İlham Əliyevin çıxışında
söylədiyi fikirləri
xatırladıb. Bildirib
ki, iqtisadi baxımdan dayanıqlı,
siyasi mənada stabil, sosial təminatlı bir ölkədə neft kapitalının insan kapitalına çevrilməsi
vacibdir və yeni yaradılan Bilik Evinin fəaliyyəti
əsasən bu istiqamətdə qurulacaq.Rayon
ziyalılarını Bilik
Evinə dəstək
verməyə çağıran
O.Səmədov ictimaiyyətin
bütün təbəqələrinin
birgə səyi nəticəsində böyük
nəticələr əldə
etməyin mümkünlüyündən
danışıb.
Digər
çıxış edənlər
rayonda yeni maarifçilik ocağının
fəaliyyətə başlamasını
böyük ruh yüksəkliyi ilə qarşıladıqlarını vurğulayıb, yerli sakinlərin Bilik Evi vasitəsilə maarifləndirilməsi işinə
töhfə verməyə
hazır olduqlarını
qeyd ediblər.Bilik Fondunun nümayəndələri
Bilik Evi ilə tanış olub, yeni məkana
zəruri avadanlıq verib, Heydər Əliyev Mərkəzinə
kitablar hədiyyə ediblər.
Bilik Evində
kitabxana fondunun yaradılması, elmi biliklərin müxtəlif
sahələri üzrə
mühazirələrin təşkili,
tələbata uyğun
təlim kursları və dərnəklərin
açılması barədə
ilkin fikir mübadiləsi aparılıb.
Bakı xəbər.- 208.- 31 oktyabr.- S.13.