Bakı Xəbərqəzeti - Azərbaycan mətbuatınınŞah əsəri

Əgər mən hər hansı bir ail məktəbin jurnalistika fakültəsinin tələbəsi olsaydım, təcrübə keçmək üçün mütləqBakı Xəbərqəzetini seçərdim. Çünki

 

İdeal ailə, mehriban kollektiv, peşəkar komanda

 

Mənim üçünBakı Xəbərqəzetini digər mətbuat orqanlarından, yazılı elektron KİV-lərdən fərqləndirən üstün edən yetərli qədər səbəblər var. Həmin səbəblər barədə qısa xronoloji məlumatları yazmağı özümə şərəf borcu sayıram.

Mən həmişə demişəm ki, hər bir redaksiya, hər bir kollektiv bir ailə olmalı, baş redaktor bu ailənin başçısı, qadın baş redaktor bu ailənin üzvlərinin anası, kişi baş redaktor isə atası sayılmalıdır. sözügedən ailənin bütün məsuliyyəti, ağırlığı sair həmin mənəvi valideynin üzərinə düşməlidir. Həqiqətən sadaladıqlarım baxımındanBakı Xəbərqəzetinin kollektivi mükəmməl, ideal mehriban bir ailədir. mən deyərdim ki, adıçəkilən qəzetin təsisiçisi baş redaktoru, mənim ömürlük baş redaktorum, Azərbaycanda ən çox sevdiyim baş redaktorların siyahısına 10 ildən artıq müddətdir ki liderlik edən hörmətli həmkarım, istedadlı qələm sahibi, dəyərli əziz dostum Aydın Quliyev ölkəmizdə fəaliyyət göstərən KİV-lərin kollektivlərinin baş redaktorları, media ailələrinin valideynləri arasında öndə gedən bir valideyndir, “Bakı Xəbərailəsinin sevimli istəkli atasıdır. Uzaqdan döyüş adama asan gəlir. Amma Aydın müəllim başçısı olduğu ideal ailəni, rəhbəri olduğu mükəmməl kollektivi, baş redaktoru olduğu peşəkar komandanı formalaşdırmaq üçün uzun illər ərzində bütün potensialını səfərbər edib, yuxusuz gecələr, ac-susuz günlər keçirib. Necə deyərlər, öz əllərinin qabarı, alın təri ilə ağır zəhmətinin qarşılığını alıb.

Bakı Xəbərqəzetnin digər KİV-lərdən fərqləndirən mənim üçün özəl olan səbəblər arasında kollektivçiliyin düzgün təşkili, redaksiya üzvləri arasında mehribançılığın qorunub saxlanılması kollektivdə hər kəsin öz işi ilə məşğul olmasıdır. Yəni, bu kollektivdə kimsə başqa həmkarının, yoldaşının işinə müdaxilə etmir, hər hansı bir yazı ilə ya hər hansı bir qurumla əməkdaşlıq məsələsi ilə bağlı mübahisələrə yol açmır. Çünki Aydın Quliyev peşəkar təşkilatçı baş redaktor kimi redaksiyanın işini düzgün qurub.

Azərbaycan mətbuatında çox az sayda qəzet sayt var ki, orada xəbərçilik, yoldaşlarından baş redaktora xəbər daşıyan yoxdur. Bakı Xəbərqəzeti bu KİV-lərin siyahısında birinci yeri tutur bu redaksiyada kimsə öz yoldaşı, onun gördüyü işlər barədə Aydın müəllimə xəbərçilik edə bilməz. Çünki baş redaktorun nifrət etdiyi məsələlərdən biri məhz xəbərçilik, satqınçılıq yoldaşına xəyanətdir.

Bakı Xəbərqəzetini digər KİV-lərdən fərqləndirən üstün cəhətlərindən biri bu redaksiyada jurnalistlərin sərbəstliyinin onların əllərindən alınmamasıdır. Başqa sözlə, Aydın müəllim üçün yazının keyfiyyəti birinci yerdə, kəmiyyəti ikinci yerdə gəlir. Amma əksər redaksiyalarda mövzu verilir onun konkret neçə min işarə yazılacağı əvvədcədən bildirilməklə jurnalistlərin sərbəst fikir ifadə etməsinə, peşəkar yazı hazırlamasına süni əngəllər törədilir.

Bəzi baş redaktorlardan fərqli olaraq Aydın Quliyev həmişə öz yerində sevimli əməkdaşlarının yanında olmağa üstünlük verir gününün böyük hissəsini məhz doğma kollektivin üzvləri ilə birlikdə keçirir. Üstəlik, əməkdaşların əksər yazılarını şəxsən oxuyub redaktə edir.

Əksər baş redaktorlardan fərqli olaraq Aydın Quliyev öz əməkdaşlarını bütün müsabiqələrə qatılmağa həvəsləndirir, onlara lazımi informasiya dəstəyini göstərir müsabiqə yazılarınınBakı Xəbərqəzetində dərcində hər hansı bir problem yaşanmır.

Aydın Quliyev bəlkə Azərbaycanda yeganə baş redaktordur ki, “Bakı Xəbər"çiləri öz hesabına kontur taksi ilə təmin edir. Aydın müəllim deyir ki, müəyyən vaxtlarda media mənsublarının öz peşə fəaliyyətlərini normal layiqincə yerinə yetirmələri üçün baş redaktorların atacağı addımlar mütləq olmalıdır. Çünki bəzi məqamlarda jurnalistlərin baş redaktorların təmənnasız qayğısına ehtiyacları var: “Məsələn, bizim qəzetin 4 əməkdaşı redaksiyada gecə saat 2-3-ə qədər işləyirlər. Həmin vaxtlarda metro avtobuslar işləmədyi üçün əməkdaşlarımız evlərinə taksi ilə getmək məcburiyyətindədirlər. Bu, onların deyil, mənim problemimdir. Ona görə onların evlərinə taksi ilə getmələri üçün əlavə maliyyə vəsaitləri ayırıram. Bu, baş redaktor kimi mənim vəzifəmdir. Hətta bəzi jurnalistlərimiz var ki, onlar saat 19:00-dək işləyirlər. Ancaq onlar işə uzun yoldan tək gəlib gedirlər. Ağır hava şəraiti, yağışlı-qarlı soyuq havalarda, eləcə qaralnıq düşəndə təkbaşına getmək çox çətin olduğu üçün onların təhlükəsizliyini rahatlığını təmin etmək üçün həmin əməkdaşlarımızı evlərinə taksi ya digər maşınlarla yola salıram. Bunlardan əlavə, “Bakı Xəbər”də çalışan əməkdaşların mobil telefonları işlətmələri üçün onları konturla təmin edirəm ki, jurnalistlərimiz müsahibləri ilə rahat arxayın danışa yazılarını normal qaydada yaza bilsinlər”.

Aydın Quliyev Azərbaycanda yeganə baş redaktordur ki, “Bakı Xəbər”in əməkdaşı üzrlü səbəbdən, məsələn, hər hansı bir xəstəlikdən müalicə olunduğu ərəfədə, hətta bu müddət bir neçə ay olsa belə, baş redaktor şəxsən özü onun maaşını, aylıq zəhmət haqqını əməkdaşının evinə çatdırır.

Səbəbləri sadalamaqla bitməz

 

Mətbuatımızın 15 yaşlıağsaqqalı

 

Bu gün Azərbaycan mətbuat aləminin ağsaqqal üzvlərindən el dili ilə desək, mediamızın qaymaqlarından biri olanBakı Xəbərqəzetinin yaranmasının 15-ci ildönümü tamam olur.

Öz dəsti-xəttinə, yazı üslübüna, Azərbaycanda dünyada baş verən siyasi, iqtisadi, sosial, mədəni digər sahələrdəki hadisələrə yanaşma tərzinə, peşəkar jurnalistikanın bütün davranış qaydalarına əməl etməsinə, fəaliyyət göstərdiyi 15 il ərzində 100-lərcə peşəkar jurnalistin yetişməsində mühüm rol oynamasına, Azərbaycanın siyasi, mədəni ictimai həyatında özünəməsus yer tutmasına sadalamaqla bitməyən digər müsbət keyfiyyətlərinə görəBakı Xəbərqəzetinin ölkə mediası tarixində rolu misilsiz, əvəzedilməz danılmazdır. Adıçəkilən qəzet fəaliyyət göstərdiyi illər ərzində qazandığı çoxsaylı uğurlara görə Azərbaycan mətbuatı tarixində özünəməxsus çəkiyə malikdir. Buna görə Bakı xəbərqəzeti - Azərbaycan mətbuatınınŞah əsəri”dir.

Hörmətli dostum, sevimli həmkarım ömürlük baş redaktorum Aydın Quliyev başda olmaqlaBakı Xəbər”in indiki kollektivi ilə bu qəzetin 15 il yaşamasında, dirçəlməsində çoxsaylı titullara nailiyyətlərə sahib olmasında xidmətləri olan hər kəsi ad günü yubiley münasibətilə təbrik edir, hər birinizə uzun ömür, cansağlığı bol-bol müvəffəqiyyətlər arzu edirəm. Qələminiz qılıncdan kəsərli, qələminizdən ağ-ağ varaqlara süzülən sözləriniz daşdan keçərli olsun. O gün olsun ki 50 illik, 100 illik yubileylərinizi keçirəsiniz. Amin!

 

Təbriz VƏFALI

Azərbaycan İnformasiya Mərkəzinin rəhbəri www.azim.az internet portalının baş redaktoru

Bakı xəbər.- 2018.- 7 sentyabr.- S.4.