Azərbaycanda kurqan arxeoparkı - dünyada ilk unikal layihə

Ölkəmizdə bu layihə reallaşarsa arxeopark yaradılarsa, bu həm kurqanlarımızın tanıdılmasına yardım edəcək, həm ölkəmizə turist axınının artmasına səbəb olacaq

Fariz Xəlilli: “Bu gün bizim kurqanların ən çox yayıldığı yerlər əsasən Qarabağ bölgəsindədir

Kurqanlar türk xalqının dəfn mədəniyyətində xüsusi yer tutur. Ucsuz-bucaqsız çöllərdə salınan kurqanların əksəriyyətinin hələ sirri açılmayıb. Qədim türk yurdu kimi Azərbaycanda da saysız kurqan mövcuddur. Onu da vurğulayaq ki, kurqanların ən geniş yayıldığı ərazi Qarabağdır. Təəssüf ki, Ermənistan silahlı qüvvələrinin torpaqlarımızı işğal etməsi nəticəsində Dağlıq Qarabağ ətraf rayonlardakı kurqanlar erməni tapdağındadır.Azərbaycanın müxtəlif bölgələrində mövcud olan kurqanlar arxeoloji ekspedisiyaların həyata keçirdiyi qazıntılar zamanı aşkarlanıb. Bu gün Azərbaycanda tarixi bir neçə minillik bundan əvvələ gedən kurqanlar mövcuddur. Son illər həyata keçirlən arxeoloji tədqiqatlar zamanı yeni kurqanlar aşkarlanıb.Bu gün Azərbaycan Cənibi Qafqazın kurqanlarla zəngin olan ölkəsidir desək yanılmarıq. Çünki buna əsasımız var. Azərbaycan dövləti davamlı olaraq ölkəmizin arxeoloji mədəniyyətinin təbliğinə böyük dəstək verir bu dəstək nəticəsində kurqanların aşkar edilməsi sahəsində xeyli uğurumız var.  Arxeologiya Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərviz Qasımovun mətbuata verdiyi məlumata görə, dünyada ilk dəfə olaraq, Azərbaycanda kurqanlardan ibarət unikal arxeoparkın yaradılması nəzərdə tutulur.P.Qasımov bildirib ki, arxeoparkın Gəncə şəhəri ətrafında yaradılması planlaşdırılır: “Nəzərdə tutulur ki, kurqanların üst örtüyü götürüldükdən, tədqiq edildikdən sonra üzəri şəffaf, plastik örtüklə örtülsün. Bununla da turistlər qəbir kamerasının forması, tunc dövrünün dəfn adətləri ilə tanış ola bilərlər”.P.Qasımovun dediyinə görə, hələ 2015-ci ildə AMEA Arxeologiya Etnoqrafiya İnstitutunun ekspedisiya qrupu Gəncə şəhəri ətraf ərazilərdə arxeoloji kəşfiyyat xarakterli tədqiqatlar aparıb. Ekspedisiya tərəfindən Gəncə aeroportu yolundan başlayaraqYeni Səbzikaradlanan qəbiristanlığa qədər şəhər girişindən Göygöl rayonunun inzibati sərhədlərinə qədər olan ərazilərdə aşkar edilmiş kurqan tipli qəbir abidələrinin GPS koordinatları götürülüb və xəritələşdirilib. Kurqan tipli qəbir abidələrinin Tunc dövrünə aid olduğu ehtimal edilir.

Hazırda Azərbaycan-İtaliya ekspedisiya qrupu tərəfindən kurqanların birində tədqiqatların aparıldığını deyən P.Qasımovun qeyd etdiyinə görə, qəbirlər hərtərəfli tədqiq edildikdən sonra muzeyləşmiş hala gətiriləcək: “Bu işlərin aparılması uzun müddət davam edəcək. İldən-ilə tədqiq olunmuş kurqanların da sayı artacaq. Buna uyğun olaraq, memarlar tərəfindən onların muzeyləşmiş forması yaradılacaq”.

Tarixçi alimlər bildirirlər ki, Azərbaycanda kurqanlardan ibarət unikal arxeoparkın yaradılması təşəbbüsü olduqca əhəmiyyətlidir. Ekspertlərin bildirdiyinə görə, bu arxeoparkın yaradılması həm arxeoloji tariximizin təbliğində, həm ölkəmizə turist axınının kütləviləşməsində böyük rol oynayacaq.

MİRAS-Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin rəhbəri, arxeoloq-alim, tarix üzrə fəlsəfə doktoru Fariz XəlilliBakı-Xəbər”ə bildirdi ki, ölkəmizdə ilk dəfə belə bir arxeoparkın yaradılmasının əhəmiyyəti çox böyükdür. Dünyanın bir sıra ölkələrində, o cümlədən Türkiyədə buna bənzər parkların olduğunu deyən F.Xəlillinin sözlərinə görə, arxeoparkın yaradılması ölkəmizin arxeoloji mədəniyyətinin, o cümlədən kurqan mədəniyyətinin təbliğində xüsusi rol oynayacaq. O hesab edir ki, arxeoparkın yaradılması üçün kurqanlarla zəngin olan bir məkanı seçmək lazımdır. “Bu təşəbbüsü çox bəyənirəm onun Azərbaycan üçün böyük əhəmiyyət daşıdığını düşünürəm. Ölkəmizdə bu layihə reallaşarsa arxeopark yaradılarsa, bu həm kurqanlarımızın tanıdılmasına yardım edəcək, həm ölkəmizə turist axınının artmasına səbəb olacaq. 2011-ci ildə mən bu məsələ ilə bağlı layihə hazırlayıb Arxeologiya Etnoqrafiya İnstitutuna təqdim etmişdim. Ümumiyyətlə, ölkəmizdə arxeoturizmin inkişafına böyük ehtiyac var. Artıq dünyada bu ənənə var ölkələr arxeoturizmdən böyük gəlir əldə edirlər. Kurqanlar belədir ki,  aşkar edildikdən sonra tədqiq edilir, içərisindəki arxeoloji materiallar götürülür, ancaq açıq qalarsa da, ora turistlərin ziyarət yerinə çevrilmir. Kurqanların ziyarət yerinə çevrilməsi turizm üçün çox əhəmiyyətlidir. Hesab edirəm ki, arxeoparkın yaradılması reallaşarsa, bu, turistləri cəlb etmək baxımından çox maraqlı layihə olacaq. Türkiyədə Liviya hökmdarı Midasın kurqanını ziyarət etmək istəyən insanlar uzun bir yol gedirlər kurqanın kamerasından kurqanı müşahidə edirlər.

Azərbaycanda da kurqanlardan ibarət arxeoparkın yaradılması hesab edirəm ki, şagirdlər, tələbələr, gənc mütəxəssislər üçün böyük maraq kəsb edəcək. Bu baxımdan ki, onlar kurqanlar haqqında ancaq dərsliklərdə məlumat alırlar, ancaq arxeopark yaradıldıqdan sonra gedib onu gözləri ilə görəcəklər. Azərbaycandakı kurqanlar əsasən İlk Tunc Dəmir dövrlərinə aiddirlər. Məsələn, Xocalı kurqan çölü idi, lakin təəssüf ki, bu gün işğal altındadır bizim o kurqanları tədqiq etməyə əlimiz çatmır. Bu gün bizim ən çox kurqanların yayıldığı yerlər əsasən Qarabağ bölgəsindədir. Goranboy rayonunda da kurqanlar var. O rayonun Səfikürd kəndindəki kurqanlar çox məşhurdur. Mən o vaxt layihəni hazırlayanda Səfikürd kurqanlarını nəzərdə tutmuşdum. Arxeologiya Etnoqrafiya İnstitutunun da yaydığı məlumata görə, arxeoparkın yaradılması Gəncə ətrafında nəzərdə tutulur” - deyə bildirən F.Xəlilli hesab edir ki, arxeoparkın hansı şəkildə qurulmasının nəzərdə tutulmasını bilmir, amma bütövlükdə arxeoparkın yaradılması böyük əhəmiyyətə malikdir.

 

İradə SARIYEVA

Bakı xəbər.- 2018.- 21 sentyabr.- S.13