Dünya ölkələrinin arxitektura
abidələrində Azərbaycan
memarlığının izləri…
Müasir Azərbaycan memarları xarici ölkələrdən sifarişlər
alırlarmı?
Əflan Sadıqlı:
“Əvvəllər bizim
memarların layihələri
əsasında müxtəlif
xarici ölkələrdə
tikililər inşa edilib”
“Əksər hallarda layihələrlə
bağlı sifarişləri
müəyyən vasitəçilərin
iştirakı ilə
alırıq”
Azərbaycan memarlıq məktəbi
tarixən çox inkişaf edən, nəinki bölgədə,
eləcə də bütün dünyada öz dəst-xəttinə,
üslübuna görə
seçilən, qiymətləndirilən
bir məktəbdir.Memarlarımız
Azərbaycanın və
dünyanın bir sıra ölkələrinin şəhərsalma
və memarlıq tarixində az rol oynamayıblar. Məlumdur ki, günümüzə qədər
gəlib çatan nadir memarlıq əsərləri Azərbaycan
memarlarının fitri
istedadını dünyaya
yayıb. Memarlarımızın
yaratdığı abidələr,
inşa etdikləri binalar Azərbaycandan çox-çox uzaqlarda da mövcuddur. Əsrlər əvvəl yaşayıb-yaradan memarlarımız
Balkanda, Orta Asiyada, Hindistanda və digər yerlərdə çox unikal memarlıq nümunələri miras qoyublar. Eyni zamanda da XIX əsrdən başlayaraq indiyə kimi bir sıra xarici
memarları Bakının,
eləcə də digər şəhərlərimizin
bina tikintisində böyük işlər görüblər. Bu gün də xarici ölkə memarları Azərbaycanda həyata keçirilən
tikinti-quruculuq işlərində
öz layihələri
ilə iştirak edirlər. Xarici memarların layihəsi əsasında bir sıra müasir binalar inşa edilir. Bu öz
yerində. Mədəniyyətlərin
inteqrasiyası çağdaş
dünyamızda ən
vacib məsələlərdən
biridir.Azərbaycan memar
və dizaynerləri necə, xarici ölkələrdən sifarişlər
alırlarmı? Memarlarımızın
layihəsi əsasında
Azərbaycandan kənarda
binalar, tikililər inşa edilirmi?Lisenziyalı memar, layihələndirmə
və tikinti işlərində böyük
təcrübəyə malik
olan, onlarla villa və digər
obyektlərin müəlliflərindən
biri Əflan Sadıqlı “Bakı-Xəbər”ə
bildirdi ki, bir neçə il əvvələ qədər müasir Azərbaycan memarları xarici ölkələrdən
sifarişlər
alsa da, onların layihələri
əsasında otel və s binalar inşa edilsə də, son zamanlar
sifarişlər səngiyib.
Azərbaycanda çox yüksək
səviyyəli, peşəkar
memarların olduğunu
deyən Ə.Sadıqlının
sözlərinə görə,
memarlarımızın xaricdə
inşa etdiyi binalar öz fərqliliyinə, gözəlliyinə
görə həmişə
seçilib:”Əvvəllər
xarici ölkələrdən
tez-tez sifarişlər
alırdıq. Bizim memarların layihələri əsasında
müxtəlif xarici ölkələrdə tikililər
inşa edilib. Memarlarımız Qazaxıstan,
Türkiyə və başqa ölkələrdə
otellərlə, başqa
binalarla bağlı layihələr işləyib.
Sovet Birliyi yeni dağıldığı
müddətdə də
xaricdə həyata keçən layihələrimiz
az olmayıb. Son zamanlar isə
Azərbaycan memarları
xarici ölkələrdən
çox az sifarişlər alırlar”.Azərbaycan memarlarının
xarici ölkələrdən
az sayda sifariş almasının səbəblərinə gəlincə,
Ə.Sadıqlı bildirdi
ki, bunun bir yox, bir
neçə səbəbi
var. Onun sözlərinə görə,
sanki bizim memarların xarici ölkələrdən sifariş
almasına hanısa qüvvələr maneə
törədir. “Bizi hansısa yollarla bir növ xaricdən
sıxışdırırlar ki, xaricdə iş görməyək. Digər tərəfdən
də, az sifariş almağımızın
səbəbi son dövrlər dünyada yaşanan iqtisadi böhranla əlaqədar ola bilər. Dünya ölkələri
ilə əlaqələrimiz
var, hər yerdə memarların işinə sifarişlər
azalır. Ölkəmizdə
qabiliyyətli, istedadlı
memarlar çoxdur. Deyim ki, dünyada
Azərbaycan memarları
ən az qazanan memarlardır. Bizim memarlar ucuz qiymətə işləyirlər. Bu həm respublikamızda, həm də xaricdə belədir. Layihələrdən memarlara
çatan maddi pay çox azdır. Başqa ölkələrlə müqayisədə
bizim memarlar ən ucuz işləyən
memarlar sırasındadır. Bunun da səbəbi sifarişlərin bizə normal qaydada gəlib çatmaması ilə bağlıdır.
Əksər hallarda layihələrlə bağlı
sifarişləri müəyyən
vasitəçilərin iştirakı
ilə alırıq. Problemlərdən biri budur ki, birbaşa
sifarişçilərlə əlaqədə ola bilmirsən, arada vasitəçilər olur.
Bu da sözügedən
problemin yaranmasına səbəb olur”-deyə bildirən Ə.Sadıqlının sözlərinə
görə, o özü
bir neçə ölkədə, o cümlədən
də Türkiyədə
layihələr həyata
keçirib. Türkiyədə,
Ukrayna və başqa ölkələrdə
bir neçə otel binasının onun layihəsi əsasında inşa edildiyini deyən memar bildirdi ki, dünya
çapında Azərbaycan
memarlarının reklamı
çox zəifdir.
Bunun da səbəblərindən
birinin Memarlar İttifaqının bu sahədə zəif fəaliyyət gösməsi
olduğunu deyən Ə.Sadıqlı hesab edir ki, ittifaq
lazımı güclə
işləsə, memarlarımızın
xarici ölkələrdə
tanınması, onlara
daha çox sifarişlər verilməsi
sahəsində irəliləyişlər ola
bilər.
İradə SARIYEVA
Bakı
xəbər.- 2018.- 25 sentyabr.- S.15.