Bakıda
miqyaslı hərbi sərgi – Azərbaycanın geosiyasi mövqelərini gücləndirən faktor...
“ADEX-2018” Azərbaycanın
geosiyasi mövqeyinin
möhkəmlənməsinə öz
müsbət təsirini göstərir”
Bəhruz Quliyev: “Ölkəmizə
göstərilən etimadın nəticəsidir ki, bir sıra
dünya dövlətlərinin silah istehsalı ilə məşğul
olan aparıcı şirkətləri...”
Bakı Ekspo Mərkəzində
dünyanın 29 ölkəsindən 224 şirkətin
iştirak etdiyi “ADEX-2018” üçüncü Azərbaycan
Beynəlxalq Müdafiə Sərgisi hərbi sənayemizin
qüdrətinin nümayişinə çevrilməklə bərabər,
həm də bu tədbirin ildən-ilə daha geniş miqyas
aldığını göstərdi. Azərbaycanın son illər
hərbi sənaye kompleksinin stimullaşdırılması
üçün həyata keçirdiyi iri layihələr
ölkəmizdə beynəlxalq tədbirlərin, eləcə
də müdafiə sərgisinin keçirilməsinə imkan
verib.
Artıq
3-cü dəfədir Bakıda keçirilən Azərbaycan
Beynəlxalq Müdafiə Sərgisində Azərbaycan və
dünyanın iri müdafiə sənayesi şirkətləri
öz məhsullarını nümayiş etdirirlər. Bu ondan
xəbər verir ki, artıq ölkəmiz beynəlxalq hərbi
sənaye sahəsində işgüzar görüş məkanına
çevrilib. “ADEX-2018” 3-cü Azərbaycan Beynəlxalq
Müdafiə Sərgisində MDB ölkələri ilə
yanaşı, inkişaf etmiş dünya dövlətlərinin
tanınmış şirkətləri öz məhsullarını
nümayiş etdirdilər.
Prezident
İlham Əliyevin təşəbbüsü və xüsusi
diqqət ilə yaradılan, bu gün də inkişafı
göz qabağında olan Müdafiə Sənayesi Nazirliyi Azərbaycanın
hərbi texnologiyalarının inkişafını
stimullaşdırır. Artıq Azərbaycan müdafiə sənayesi
kompleksinin müəssisələrində PUA-lardan tutmuş,
zirehli döyüş transportyorlarına qədər
Silahlı Qüvvələrin tələbatına uyğun məhsullar
istehsal olunur. Bundan başqa, Azərbaycan artıq bu sahədə
ixracatçı ölkə kimi də inkişaf etməkdədir.
Artıq Azərbaycanın istehsal etdiyi atıcı silahlar,
müdafiə sənayesində istehsal olunan qurğular xarici
ölkələrin ordularında istifadə edilir.
Bütün
bunların fonunda, sözügedən sərgi Azərbaycanın
dünyada geosiyasi mövqeyinin möhkəmlənməsinə
hansı təsiri göstərəcək?
Məsələyə
münasibət bildirən “Səs” qəzetinin baş redaktoru,
politoloq Bəhruz Quliyevin fikrincə, sözügedən sərgi
Azərbaycanın geosiyasi mövqeyinin daha da möhkəmlənməsinə
öz müsbət təsirini göstərəcək: “Nəzərə
almaq lazımır ki, Azərbaycan son illər hərbi sahədə
böyük nailiyyətlər əldə edib. Ölkənin hərbi
sənayesi uğurla inkişaf edir. Azərbaycan Cənubi
Qafqazda hərbi sahə ilə bağlı böyük
maddi-texniki bazaya malikdir. Azərbaycan Ordusu dünyada nüfuzlu
ordulardan biridir. Azərbaycanda ordu quruculuğu, hərbi sənayenin
inkişafı sahəsində böyük uğurlar əldə
edilib. Ölkəmizdə istehsal olunan bir sıra müasir
silahların “ADEX-2018” Beynəlxalq Müdafiə Sərgisində
nümayiş olunması, əlbəttə ki, Azərbaycanın
geosiyasi mövqeyinin möhkəmlənməsinə öz
müsbət təsirini götərir. Azərbaycan hərbi sənayesinin
ortaya qoyduğu məhsullar qəbul olunur. Bununla yanaşı,
həm də sözügedən məhsullar təqdir olunur. Azərbaycan
Qafqazda öz geosiyasi gücünü artırmaqla
yanaşı, hərbi nüfuzunu da artırır. Reallıq
ondan ibarətdir ki, Azərbaycanın hərbi-siyasi
gücü ilə hesablaşırlar. 2016-cı ilin aprelində
və 2018-ci ilin mayında Azərbaycanın keçirdiyi
uğurlu hərbi əməliyyatlar bunu bir daha sübut etdi.
Deməyim odur ki, bütün bunlar bir-birilə bağlı
olan məsələlərdir. Hərbi gücün artması
Azərbaycanın dünyada geosiyasi mövqelərinin möhkəmlənməsinə
birbaşa təsir göstərir. Azərbaycana göstərilən
etimadın nəticəsidir ki, bir sıra dünya dövlətlərinin
silah istehsalı ilə məşğul olan aparıcı
şirkətləri öz məhsullarını
Bakıdakı sərgidə nümayiş etdirirlər. Azərbaycanın
geosiyasi vəziyyəti belədir ki, regional dövlətlərin
hər biri ilə bütün sahələrdə əməkdaşlıq
edir. Azərbaycan regionda həyata keçirilən beynəlxalq
layihələrin konkret olaraq təşəbbüskarı və
təşkilatçısıdır. Eyni zamanda, siyasi cəhətdən
artıq liderliyi ələ alıb. Qarşılıqlı
münasibətlərin müsbət məcraya yönəldilməsi
və yüksək inkişafı naminə ciddi işlər
görülüb. “ADEX-2018” Beynəlxalq Müdafiə Sərgisi
göstərdi ki, Azərbaycan siyasi, iqtisadi və hərbi
qüdrəti olan bir dövlətdir”.
Vidadi ORDAHALLI
Bakı xəbər.- 2018.- 28
sentyabr.- S. 4.