Döyüş sınaqları qarşısında mətin dayandı... -

Qarabağ müharibəsində hərbi qulluqçularımızın mətinlik fədakarlıq göstərərək son nəfəslərinədək torpaqlarımızı müdafiə etmələri Vətənə sarsılmaz sədaqət nümunəsidir. Onlar Vətən yaşasın deyə həyatlarını qurban verdilər. Vətəni qorumaq yaşatmaq tarixən xalqımızın qeyrətli övladlarının üzərinə düşən missiya olub. Əcdadlarımızın ən müqəddəs mirası olan torpaqlarımızın toxunulmazlığı uğrunda şəhidlik zirvəsinə ucalmış Daxili Qoşunların yüzlərlə hərbi qulluqçusunu ehtiramla anaraq, həm bu gün xidmət edən şəxsi heyətə, həm ictimaiyyətə tanıtmalıyıq.

 

Daxili Qoşunların şəhid olmuş hərbi qulluqçularının döyüş yolu maraqlı faktlarla zəngindir. Barıt qoxulu səngərlərdə müharibənin hər üzünü görmüş od-alovdan keçmiş bu hərbi qulluqçularımız əsl fədai idilər.

 

Bu yazım ön cəbhədə atasının gözü qarşısında şəhid olmuş əsgər Mustafayev Hüseyn Məhəmmədəli oğluna həsr olunub. Hüseyn döyüşçü yoldaşım olduğundan, onun haqqında xatirələrim ilk dəfəƏsgərqəzetinin 11 iyul 1993-cü il tarixli sayında öz əksini tapıb. Ana balasından xəbər gözləyirdi...” adlanan həmin məqalə sonradan 1999-cu ildə işıq üzü görmüş, Əməkdar jurnalist, hazırda ehtiyatda olan polkovnik-leytenant Təranə Məmmədovanın müəllifi olduğuOğullar verir ki can, yaşasın Azərbaycankitabına da daxil edilib. Qeyd etdiyim məqalədə şəhidin tərcümeyi-halı barədə ətraflı məlumat yoxdur, şəkli verilməyib. Çünki o məqalə ön cəbhədə, döyüşlər vaxtı yazılmışdı. Sonradan kitabda təkrar dərc edildikdə bioqrafik məlumatları toplamaq şəklini tapmaq mümkün olmamışdı. Onu da nəzərə almaq lazımdır ki, həmin kitab Daxili Qoşunların şəhid hərbi qulluqçuları haqqında ilk nəşrdir onun hazırlanmasındaƏsgərqəzetinin materiallarına fotoarxivinə istinad olunmuşdu. İllər sonra Hüseynin döyüş yolu haqqında yeni məqalə yazmağımın səbəbi həm tərcümeyi-halı, ailəsinə dair geniş məlumat toplamağımdan, sağlığında çəkilmiş, eləcə məzarı xatirə lövhəsi şəkillərinin redaksiyamıza göndərilməsindən irəli gəlir, həm onun necə həlak olması faktı üzrə bəzi təfərrüatları bu günlərdə öyrənə bildim. Ona görə bu döyüşçünün ön cəbhədə keçdiyi yolu bir daha işıqlandırmağa ehtiyac yarandı.

 

Əsgər Hüseyn Mustafayev 14 fevral 1974-cü ildə Ağdaş rayonunun Aşağı Ləki kəndində anadan olub. Doğma yurda, elin adət-ənənələrinə, halal zəhmətə möhkəm bağlılığı olan Mustafayevlər ailəsində 9 övlad dünyaya gəlib. Doğmalarının dediyinə görə, Hüseyn xasiyyətcə istiqanlı olması, xeyirxahlığı, ədəb-ərkanı ilə seçilib, valideynlərinə həmişə ehtiram göstərib. (Hüseyn haqqında ata anasının xatirələrini dinləmək yazmaq istəyirdim, qismət deyilmiş, onlar illər öncə vəfat ediblər-Y.Q.). Çoxuşaqlı ailənin gün-güzəranına Hüseyn laqeyd yanaşmayıb, zəhmətkeş olub, atasına, qardaşlarına ev təsərrüfatında köməyini əsirgəməyib.

 

O, Aşağı Ləkidəki orta məktəbdə oxuyub. Müsbət şəxsi keyfiyyətlərinə görə müəllimlərinin məktəb yoldaşlarının hörmətini qazanıb. Qeyd edim ki, valideynləri müəllimləri onu vətənpərvər ruhda yetişdiriblər.

 

1992-ci ildə Hüseynin 18 yaşı tamam olduqda Ağdaş Rayon Hərbi Komissarlığı (Hazırda Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş Rayon İdarəsi) tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Daxili Qoşunların Bakıdakı “N” saylı hərbi hissəsində hərbi xidmətə başlayıb. Bu hərbi hissədə əsgər üçün zəruri olan döyüş hazırlığına yiyələnib, hərbi andı da burada qəbul edib.

 

Həmin vaxt Dağlıq Qarabağ ətraf rayonlarda respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlər gedirdi. Digər hərbi hissələrdən olduğu kimi, “N” saylı hərbi hissədən ön cəbhəyə şəxsi heyət göndərilirdi. Hüseyn xidmət etdiyi hərbi hissəyə təyinatı üzrə necə mühüm vəzifələrin həvalə olunduğunu düzgün dərk edir, komandirlərin tapşırıqlarını məsuliyyətlə yerinə yetirirdi. Ancaq o, Vətənin dar günündə vətənpərvər bir əsgər kimi ön cəbhədə olmağı daha vacib bilir, bununla bağlı komandirlərinə müraciət edirdi. Bir neçə ay sonra hərbi hissədən ön cəbhəyə göndərilən böyük bir qrup şəxsi heyətin arasında Hüseyn vardı. Onun döyüş yolu Ağdam rayonu ərazisindən başlayıb. “N” saylı hərbi hissənin tərkibində Ağdamın Əsgəran istiqamətindəki kəndlərinin Fərrux yüksəkliyi ətrafındakı mövqelərimizin müdafiəsində dayanıb. Sonra Ağdərə bölgəsində Drımbon (Heyvalı), Kaçaqot (Yayıcı), Mehmanə, Canyataq Gülyataq kəndləri uğrunda döyüşlərdə iştirak edib. Həmçinin Ağdamın Qalayçılar Papravənd kəndləri, habelə ətraf yüksəkliklərin müdafiəsi üzrə döyüşlərə cəlb olunub. Onun döyüşçü yoldaşı kimi qeyd etmək istəyirəm ki, Hüseyn qorxmaz, iradəli əzmkar bir əsgər idi. Müharibənin bütün əzab-əziyyətinə dözümlə yanaşırdı. Döyüşlərdə qətiyyət göstərərək düşməni tələfata uğradırdı. Şiddətli atəş altında olsa da, özünü itirmirdi. Yaralanmış döyüşçü yoldaşlarını heç vaxt köməksiz qoymazdı. Ən təhlükəli mövqe olsa belə, şəhidlərin meyitlərinin çıxarılmasına tərəddüd etmədən can atırdı, “bunu etməsək, sonradan vicdan əzabı çəkərik”- deyirdi. “Şəhid olmaq şərəfdir, təki torpaqlarımızı geri qaytaraq” - söyləyirdi.

 

Hüseyn 5 aprel 1993-cü il tarixində şəhid olub. Həmin gün Ağdamın Papravənd kəndi yaxınlığındakı yüksəklikdə ayrı-ayrı postlarda idik. Düşmən bizim mövqeləri ətrafdakı yaşayış məntəqələrini müxtəlif çaplı silahlardan atəşə tutdu. Cavab atəşi ilə düşmənə zərbə vurulduqdan sonra nisbi sakitlik yaransa da, ermənilər gün ərzində bir neçə dəfə minaatanlardan bizim postları arxa ərazini atəşə tutdular. Məhz həmin gün Hüseynin yanına atasının gəldiyi, onlar görüşüb ayrıldıqdan bir neçə dəqiqə sonra düşmənin atdığı minaatan mərmisinin partlayışı nəticəsində posta qayıdan Hüseynin ağır yaralanaraq həlak olduğu ərazidən uzaqlaşmamış Məhəmmədəli kişinin partlayış səsinə geri dönüb oğlunun meyitini gördüyü xəbəri yayıldı. Əvvəlki məqaləmdə bu ağrı-acılı məqamın təfsilatı belə yazılıb. Ancaq hazırkı məqaləni yazarkən Ağdaş rayonu Aşağı Ləki kəndinin orta məktəb direktoru olmuş, şəhidlik mövzusuna çox həssas yanaşan ziyalı Qubad Kərimovla telefonla danışdım. Məlum oldu ki, 5 aprel 1993-cü il tarixində ön cəbhəyə Hüseynin atası tək getməyib. Belə ki, M.Mustafayevlə Ağdam rayonuna böyük oğlu Həmzə Mustafayev, Qubad Kərimov, daha iki nəfər həmkəndlisi gediblər. O iki nəfərdən biriBahadur Hacıyev itkin düşmüş oğlunu axtarırmış, digəriBaxşalı Baxşəliyev isə onları öz avtomobilində aparıb. Hüseynin yerləşdiyi mövqeyə Məhəmmədəli kişi B.Baxşəliyev qalxıblar. Qubad müəllim, B.Hacıyev H.Mustafayev arxa ərazidə qalıblar. Atası Hüseyn ilə görüşə bilib. Sonra atasını yola salmaq, habelə qardaşı həmkəndliləri ilə görüşmək üçün Hüseyn yüksəklikdəki mövqedən onlarla birgə aşağı enib. Bu zaman qəfil yaxınlıqlarında düşmən minaatanının mərmisi partlayıb. Hüseyn daldalanmağa, özünü qorumağa macal tapmayıb. Çoxsaylı qəlpələrdən ağır yaralanaraq atasının həmkəndlisinin gözü qarşısında həlak olub.

 

Məhəmmədəli kişi ön cəbhəyə yola düşərkən nigaran ailəyə Hüseyndən bir xoş xəbər gətirəcəyini demişdi. O, kəndə, doğmalarının yanına qəddi əyilmiş, gözü yaşlı qayıtdı...

 

Hüseyn doğma yurdunda dəfn olunub. Oxuduğu orta məktəb onun adını daşıyır. Bu məsələdə Q.Kərimovun təqdirəlayiq əməyi olub. Kənd camaatı da bu təşəbbüsü dəstəkləyib. Orta məktəbdə şəhidin xatirə lövhəsi yaradılıb.

 

Azərbaycan Respublikası Prezidentinin 9 mart 2007-ci il tarixli, 2019 nömrəli Sərəncamı ilə əsgər Mustafayev Hüseyn Məhəmmədəli oğlu ölümündən sonraHərbi xidmətlərə görəmedalı ilə təltif edilib.

 

Allah rəhmət eləsin!

 

Yalçın QAYA

Bakı Xəbər.- 2018.- 5 yanvar.- S.15.