Livan mətbuatı
20 Yanvar faciəsindən
yazdı
20 Yanvar faciəsinin
28-ci ildönümü ilə
əlaqədar Livanın
geniş oxucu kütləsinə malik
“Al-Cumhuriyyə” qəzetində
və ölkənin əsas xəbər saytlarından biri olan "Cedar News" xəbər
portalında məqalələr
dərc edilib.
Azərbaycanın bu ölkədəki
səfirliyindən Moderator.az-a verilən məlumata görə, səfirliyin dəstəyi ilə dərc olunan məqalələrdə 1990-cı il yanvarın
20-də sovet ordusunun müxtəlif istiqamətlərdən
Bakıya hücumlar həyata keçirərək,
çox sayda dinc əhalini qətlə yetirdiyi barədə məlumat verilib, dinc sakinlərə
qarşı törədilən
vəhşiliklərin xalqın
azadlıq əzmini qıra bilmədiyi qeyd olunub. Müəlliflər o vaxtkı sovet rejiminin rəhbərliyində
olan M.Qorbaçovun əmri ilə həyata keçirilmiş
və məqsədi Azərbaycan xalqının
müstəqillik arzusunu
qan içində boğmaq olan hərbi əməliyyat nəticəsində 130-dan artıq
insanın qətlə
yetirildiyini, 700-dən çox
insanın isə yaralandığını qeyd
ediblər.
Yazılarda ölkə rəhbərliyinin
həyata keçirdiyi
müdrik siyasət və islahatlar nəticəsində müasir
Azərbaycanın sürətlə
inkişaf edərək,
regionda lider dövlətə və beynəlxalq miqyasda sabit və etibarlı
tərəfdaşa çevrilməsindən
bəhs edilib.
Məqalələrin sonunda Azərbaycan xalqının
müstəqillik uğrunda
canlarını fəda
etmiş igid övladlarını unutmadığı
və hər il 20 Yanvar
faciəsi şəhidlərinin
məzarlarını ziyarət
etdiyi qeyd olunub.
Eyni zamanda, Azərbaycanın
Livandakı səfirliyi
tərəfindən Livan
XİN və digər
nazirliklərə, ictimai
qurumlara, mətbuat vasitələrinə və
ölkədə akkreditə
olunmuş xarici diplomatik nümayəndəliklərə
20 Yanvar faciəsinin
28-ci ildönümünə dair press-reliz və bəyanat təqdim edilib.
Bakı
xəbər.- 2018.- 19 yanvar.- S.10.