Milli simvollarımızı əks etdirən suvenirlər – ancaq qeyri-milli istehsal…
Səkinə Baharlı: “Düşünürəm
ki, sahibkarlar bu məsələyə diqqət yetirəcək və respublikamızda milli suvenirlər üçün istehsalat müəssisələri yaradılacaq”
Rauf Əbdülhüseynoğlu:
“Ölkə başçısının
milli suvenir istehsalı ilə bağlı yerli sahibkarlara müraciətini
alqışlayıram”
Azərbaycan tarixini, dövlətçilik
atributlarını, respublikamızın
gözəlliklərini, milli
alətlərimizi, nağıl
qəhrəmanlarımızı əks etdirən suvenirlər ölkəmizə
gələn turistlərin
diqqətini cəlb edir. Bu suvenirlərin
xeyli hissəsi yerli memar-rəssamlar, heykəltəraşlar tərəfindən
hazırlansa da, əksəriyyətinin Çin
və digər ölkələrdə istehsal
edildiyi məlumdur.
Milli suvenirlərin
xarici ölkələrdə
hazırlanmasına Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev çıxışlarından birində münasibət bildirib. “Ailə Biznesinə Asan Dəstək” layihəsindən
danışarkən İlham
Əliyev milli suvenirlərin xaricdə istehsal edilməsindən təəssüfləndiyini deyib:
“...İndi ölkəmizə
gələn turistlərin
sayı kəskin şəkildə artır.
Ona görə hər bir turist
maraqlıdır ki, hansısa bir suvenir alsın. Əfsuslar olsun
ki, bizdə bu günə qədər şəhərdə
satılan, yəni şəhərimizi, ölkəmizi
əks etdirən bu suvenirlər xaricdə istehsal edilir. Ona görə də
bu, böyük bir qüsur, böyük bir boşluq idi. İndi çalışmalıyıq
ki, bu suvenirlər
Azərbaycanda istehsal olunsun və “ABAD” bu sahədə də öz işini görür.
Ümumiyyətlə, mən sahibkarlara
da müraciət etmək
istəyirəm ki, bu sahəyə diqqət göstərsinlər.
Çünki turistlərin sayı
artacaq, suvenirlərə
daha da böyük ehtiyac olacaq”.
Ölkə baçsınını fikirlərinə
münasibət bildirən
rəssamlar hesab edirlər ki, o olduqca vacib bir
məsələni önə
çəkib. Prezidentin səsləndirdiyi iradların tam yerində olduğunu deyən ekspertlər qeyd edirlər ki, sahibkarlar bu sahəyə maraq göstərsələr, problem kökündən həll
olunar. Rəssamların fikrincə, yerli
istehsalçıların olması
yerli rəssamları,
heykəltəraşları, memarları bu işə daha da həvəsləndirər. Dekorativ-tətbiqi xalq sənəti
təmsilçiləri hesab
edirlər ki, Prezidentin çıxışından
sonra sahibkarların bu işə dəstək verəcəyi
şübhəsizdir.
ABAD layihəsi çərçivəsində
bəzi dekorativ-tətbiqi
sənət təmsilçilərinin
milli suvenirlər və digər nümunələr hazırladığını
deyən sənətşünas
Səkinə Baharlı
hesab edir ki, milli suvenirlərimizin
ölkəmizdə kütləvi
istehsalı olduqca müsbət hal olardı: “Prezident İlham Əliyevin bu fikirləri milli suvenir istehsalına
böyük qayğı
və diqqətin nümunəsidir. Cənab Prezident
olduqca ciddi, vacib bir məsələni
önə çəkib.
Azərbaycanda tarixən müxtəlif
predmetlərdən suvenirlər
hazırlanıb. Bu gün dekorativ-tətbiqi sənətlə məşğul
olanlar daha çox ağac üzərində işləyirlər.
Keramika ilə də milli suvenirlər hazırlanır. Ancaq suvenirlərin
kütləvi istehsalı
xaricdə həyata keçirilir. Əlbəttə, suvenirlərin ölkəmizdə
istehsal edilməsi daha məqsədəuyğun
olardı. Prezident çıxışnda
ABAD-ın bu sahədə
öz işini gördüyünü vurğulayır.
Bəli,
bu özünü tamamilə doğruldan bir layihədir. Bizim bəzi oymaçı-rəssamlar,
dekorativ tətbiqi sənətlə məşğul
olanlar bu layuhədən bəhrələnə
bilirlər. Düşünürəm ki, sahibkarlar bu məsələyə diqqət yetirəcək və respublikamızda milli suvenirlər üçün istehsalat müəssisələri yaradılacaq.
Bu sahəyə dövlət ciddi dəstək verir. Ümumiyyətlə, sahibkarlığın, eləcə də kiçik və orta sahibkarlığın
inkişafı dövlətin
diqqət mərkəzindədir”.
Ekspert qeyd etdi ki, bu
gün dekorativ-tətbiqi
sənətlə məşğul
olan sənətkarların
hər biri Prezidentin fikrinə şərikdir. O bildirdi ki, yeni suvenir
fabrikinin, istehsalat müəssisələrinin yaranması
həm rəssam, heykəltəraş və
memarlarımız üçün
öz düşüncələrini
ifadə etməsinə
imkan verər, həm də onlar üçün yeni iş yerləri
açılar: “Bu gün
Azərbaycan bazarında
Çin istehsalı olan suvenirlər çoxluq təşkil edir. O suvenirlər arasında bizim dövlətçilik atributlarımız,
milli nümunələrimiz,
şəhərimizin görkəmli
yerlərinin görünüşü,
eləcə də butalarımız, xalçalarımız
da var. Bunlar yerli istehsalçılar tərəfindən
istehsal edilsə çox yaxşı olar. Bu istehsal müəssisələri yaradılarsa,
bunun rəssamlara, heykəltəraşlara, memarlara
böyük xeyri var.
Bu onlar üçün
həm bir iş yeri deməkdir,
həm də dövlətçiliyimizlə, tariximizlə bağlı suvenirlərin müəllifi
öz sənətkarlarımız
olacaq. Yerli sənətkarların fəaliyyətinin güclənməsi,
dekorativ-tətbiqi sənətin
inkişafı üçün
dövlət indiyə
qədər çox müsbət işlər görüb, bu gün də o işlər davam etdirilir”.
Azərbaycan Rəssamlar İttifaqının
üzvü, tanınmış
keçəçi rəssam
Rauf Əbdülhüseynoğlu
da bizimlə söhbətində
Prezidentin fikirlərini
müsbət qarşıladı. O bildirdi
ki, ölkə başçısı hər
zaman xalq sənətinə, dekorativ-tətbiqi
sənətə, bütövlükdə,
təsviri incəsənətə
böyük qayğı
və diqqətlə yanaşıb: “Ölkə
başçısının milli suvenir istehsalı
ilə bağlı yerli sahibkarlara müraciətini alqışlayıram.
Onun qaldırdığı məsələ
olduqca vacibdir. Vaxtilə Azərbaycanda milli suvenirlər istehsal olunub. Sovet dövründə mikrorayonda böyük bir Suvenir Fabriki
vardı və burada çox keyfiyyətli, maraqlı suvenirlər hazırlanırdı.
Sovetlər Birliyi dağıldıqdan
sonra bu fabrik bağlandı.
Çox
arzu edərdim ki, o fabrik yenidən
bərpa edilsin, onun bərpası mümkün deyilsə, yeni istehsalat müəssisələri yaradılsın.
Bunun olduqca böyük faydası var. Keçmiş
SSRİ-də istehsal edilən suvenirlər, ümumiyyətlə, çox
keyfiyyətli idi, həm də təmiz materiallardan hazırlanırdı. Sonra
Çin suvenirləri
meydana çıxdı
və bütün dünya bazarına daxil ola
bildi. Əslində, Çin istehsalı
elə də keyfiyyətli deyil, lakin hər yerdə satılır.
Çinli suvenir istehsalçıları
heç vaxt o suvenirləri Azərbaycan rəssamı, memarı qədər gözəl işləyə bilməz.
İşləsə belə, ona
ürəyini, ruhunu, sevgisini qata bilməz. Bizim rəssam Azərbaycan
bayrağının suvenirini
hazırlayarsa, bunu qürurla, fəxrlə, bayrağa sevgi ilə edəcək.
Bu birmənalı olaraq belədir. Hissiz, duyğusuz, sevgisiz əsər heç zaman diqqəti cəlb edə bilmir. Əgər sahibkarlar milli
suvenir istehsalı müəssisələri yaradarsa,
bunun böyük faydası var. Təklif edərdim ki, bu müəssisələr
Bakıda və bölgələrdə yaradılsın.
Şəkidə gözəl bir
şəbəkə istehsalat
müəssisəsi yaratmaq
olar. Qoy dünya görsün ki, bizim necə
böyük irsimiz
var. Düşünürəm ki, bu istehsalat
müəssisələri yaranarsa,
onlar rəssamlarımız
üçün iş
yerləri olar. Azərbaycan rəssamları milli suvenirlər düzəldərlər.
Bu suvenirlər isə xarici turistləri daha çox özünə cəlb edər. Çünki xarici turist yerli istehsalla maraqlanır. Onsuz da hara
getsə, Çin istehsalı görür.
Onlar üçün milli sənətkarların işləri
daha maraqlı və cəlbedicidir”.
İradə SARIYEVA
Bakı xəbər.- 2017.- 31 yanvar.- S.12.