Hidayətin
"Bu dünyanın
adamları" Qırğızıstan
teatr səhnəsinin uğurlu fəthinə başlayıb
Qırğızıstanın
paytaxtı Bişkekdə Çingiz Aytmatov adına Rus Akademik
Milli Dram Teatrının səhnəsində
hazırlanmış Hidayətin “Bu dünyanın adamları”
tragikomediyası uğurla göstərilir.
Tamaşanın premyerasından öncə
çıxış edən
teatrın bədii rəhbəri Akimbek Tekeşov bildirib ki, 1982-ci ildə Hidayətin yazdığı
bu qəmli komediya o vaxtlar televiziya tamaşası ilə təqdim edilib, lakin məlum
mövcud rejim tamaşanı dərhal bağlayaraq təkrar göstərilməsinə icazə
verməyib. Əsərin
ən böyük uğurları Azərbaycanın
müstəqilliyini bərpa
etdikdən sonrakı dövrünə təsadüf
edib. Gələn il 150 illik yubileyini
qeyd edcək müsəlman Şərqinin
ilk peşəkar teatrı - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının
səhnəsində məşhur
aktyorların ifasında
əsər 116 dəfə
oynanıb. Qafqazda ilk rus teatrı
olan Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram
Teatrında uzun illər bu tamaşa
“Mənzil” adı altında göstərilib.
Azərbaycanın digər
teatrlarında da uğurla səhnəyə
çıxan əsər
Türkiyənin məşhur
Ankara Bələdiyyə
teatrında da səhnələşdirilib.
Tamaşanın quruluşçu rejissoru Valeriy Kraynov, quruluşçu rəssamı
Jumabek Bazarbayev, bəstəkar Azərbaycanın
xalq artisti Eldar Mansurovdur.
Qırğız Respublikasında akkreditə
olunmuş diplomatik nümayəndəliklərin başçıları,
Qırğızstanın tanınmış
ictimai və mədəniyyət xadimləri,
görkəmli ziyalıları,
diasporamızın üzvləri, kütləvi informasiya vasitələrinin
nümayəndələri tamaşaçılar
arasında olub.
Eyni zamanda, Qırğızıstanın
İctimai Teleradioyayım
Korporasiyasının “Ala-Too
24” proqramında, həmçinin
“NTS”, “ELTR” televiziya kanallarında
da tamaşadan süjetlər nümayiş
etdirilib. Ölkənin
ən populyar qəzeti olan “Veçerniy Bişkek”də
görkəmli jurnalist
Nina Nikipirovanın “Maskalar yırtıldı”
adlı sanballı məqaləsi, həmçinin Qırğızıstanın
"Kabar", ”For.kg”, “Knews.kg”, “24.kg” və digər KİV-ləri bu premyeranı
ölkənin mədəni
həyatında əlamətdar
hadisə kimi təqdim edib.
Bakı xəbər.-
2019.-10 aprel.- S.10