Ermənilər yazı sənəti oyunu ilə UNESCO-nu da aldatdılar...
Tarixdə qədim
xalqlar çox olub, o xalqların bəziləri etnos olaraq məhv olsalar da, onların
dilləri, yazı mədəniyyətləri, əlifbaları
bu gün də yaşayır. Qədim latınlar, hetlər və digər xalqlar bu taleni yaşayıblar.
Dünən meydana gələn və müxtəlif millətlərin
qarışığından əmələ gələn,
hibrit etnos olan haylar (ermənilər)
çoxdan bəridir özlərini qədim xalqların “köçünə”
qatmaq iddialarını
ortaya qoyurlar.
Saxta erməni əlifbası
və qondarma erməni yazı mədəniyyəti məsələsi
uzun illərdir ermənilər tərəfindən
beynəlxalq gündəmə
buraxılıb. Əlbəttə,
bir sıra nüfuzlu alimlər erməni əlifbası kimi təqdim edilən əlifbanın tamamilə saxta olduğunu, hətta onun başqa xalqlardan oğurlandığını
sübut ediblər. Bir sıra nüfuzlu
alimlərin qənaətincə,
ermənilər “qədim
əlifba”larını “Avesta”dan,
müasir əlifbalarını
isə Efiopiyadan oğurlayıblar. Dünyada
bu fakt ciddi
dəlillərlə sübut
olunsa da, yenə də erməni lobbisi və bəzi beynəlxalq qurumların ədalətsiz mövqeyi nəticəsində “qədim
erməni yazı mədəniyyəti” UNESCO-ya
ayaq aça bilib.
Belə ki,
Ermənistan mətbuatının
yazdığına görə,
erməni yazı mədəniyyəti UNESCO-nun
Qeyri-maddi mədəni
irs siyahısına daxil edilib. Bu
barədə, həmçinin,
Ermənistan Xarici İşlər Nazirliyinin
“Facebook” səhifəsində
də məlumat verilib. Qeyd edilib
ki, 11 dekabr tarixində keçirilən
UNESCO-nun 14-cü sessiyasında
Ermənistanın bu barədə müraciətinə
baxılıb və bununla bağlı qərar qəbul edilib.
Ermənistanın “qədim yazı mədəniyyəti” uydurmasına
UNESCO-nu inandırması
həqiqətən də
təəccüb doğurur.
Mədəniyyətinin tam
hissəsi başqa xalqlardan oğurluq olan bir toplumun
oğurluqlarına beynəlxalq
təşkilatların göz
yummasının özü
böyük ədalətsizlikdir.
“...bu quruma
müraciət edərək
onu verdiyi qərarı dəyişdirməyə
çağırmalıyıq”
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) kafedra müdiri, professor Buludxan Xəlilov “Bakı-Xəbər”ə bildirdi
ki, Azərbaycan bu məsələyə öz etirazını bildirməlidir. Onun sözlərinə görə,
ermənilərin heç
bir qədim əlifbası yoxdur və Mesrop Maştosun da “yaratdığı əlifba”
tamamilə saxtakarlıq
nümunəsi olub. Onun sözlərinə görə, ermənilər
qədim “Avesta yazısı”nı da “erməni yazısı” kimi mənimsəyiblər.
B.Xəlilovun dediyinə
görə, saxta Mesrop Maştos adından istifadə edən ermənilərin, əslində, qədim əlifbalarımızdan olan
“Avesta” əlifbasını
oğurlaması faktı
nəinki bizi, hətta bütün dünyanı narahat etməlidir. “Ermənilər
“qədim əlifbasını”
bizdən, müasir əlifbasını isə
Efiopiya xalqından oğurlayan bir toplumdur, bunu bütün dünya bilir, amma bunu
bilə-bilə erməni
əlifbasının “qədim
yazı mədəniyyəti”
örnəyi kimi
UNESCO-ya daxil edilməsi çox mənfi haldır. Buna təəssüflənirəm.
Biz xalq olaraq erməni saxtakarlığının ifşa
edilməsi istiqamətində
səylərimizi genişləndirməliyik,
özümüz deyib,
özümüz eşitməməliyik,
yazdıqlarımızı beynəlxalq dillərə
çevirib dünyaya
yaymalıyıq. Mesrop
Maştos adlı dilçinin, tarixçinin
olmaması faktdır və bu, erməni
uydurmasıdır. Təəssüflər
olsun ki, indiyə qədər Mesrop Maştos “erməni əlifbasının
yaradıcısı”, “əlifba
banisi” kimi təqdim olunurdu. Hətta onu milliyyətcə erməni
olaraq təqdim edirdilər. Amma indi əsl həqiqət
məlum olub. Çünki tarix həmişə müəyyən
zaman keçdikdən
sonra əsl həqiqəti üzə çıxara bilir. Tarixin gizli qatları açıldıqca məlum
olur ki, heç Mesrop Maştos adlı adam olmayıb. Ümumiyyətlə, Mesrop
Maştosun şəxsiyyəti
də, milliyyəti də, əlifba yaratması da cəfəng bir məsələdir. Əslində,
o, əlifbanı yaradan
yox, əlifbanı oğurlayan bir addır ki, onu ermənilər uydurub və bu saxta addan istifadə edirlər. Bu gün erməni
lobbisinin və onların beynəlxalq qurumlardakı havadarlarının
dəstəyilə “qədim
erməni yazı mədəniyyəti”nin UNESCO-ya
daxil edilməsi faktını pisləməklə
yanaşı, xalq olaraq bu quruma
müraciət edərək
onu verdiyi qərarı dəyişdirməyə
çağırmalıyıq və buna nail
olmalıyıq. Qondarma
erməni əlifbasının,
yazı mədəniyyətinin
UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi böyük tarixi ədalətsizlikdir.
Ermənilər qədim
xalq deyillər və onların heç bir əlifbası da yoxdur. Qeyd etdiyim
kimi, onların əlifbası oğurluqdur,
plagiatdır”.
B.Xəlilovun sözlərinə görə,
beynəlxalq ictimaiyyəti,
o cümlədən də
UNESCO kimi təşkilatı
Mesrop Maştos nağılı ilə aldadan ermənilər bununla böyük mənəvi cinayətə
imza atırlar. B.Xəlilov hesab edir ki, UNESCO-ya müraciət edərək bu qərarın ləğvinə
nail olmaq üçün addımlar
atmalıyıq. “Hesab
edirəm ki, özünü müxalifət
adlandıran qüvvələr
də bu məsələdə susmamalıdırlar.
Onlar təkcə ölkənin daxilində baş verənlərə
münasibət bildirməli
deyillər, ümumiyyətlə,
bu kimi məsələlərə
də münasibət
bildirməlidirlər. Təəssüflər
olsun ki, özünü müxalifət
adlandıran qüvvələr
ermənilərlə bağlı
beynəlxalq təşkilatların
qəbul etdiyi qərarlara öz etirazını bildirmirlər.
UNESCO “qədim erməni
yazı mədəniyyəti”ni
Qeyri-maddi mədəni
irs siyahısına salıb, amma müxalifət buna etiraz etmir. Bilirsiniz,
bu gün bizə qarşı beynəlxalq təşkilatlar
ədalətsiz mövqedə
dayanıb, bu ədalətsiz mövqenin
aradan qaldırılması
üçün xalq olaraq mübarizə aparmalıyıq. Erməni lobbisinin
apardığı təbliğat,
onların beynəlxalq
qurumlara yol tapmaları, əlaqə yaratmaları nəticəsində
saxta erməni əlifbası “qədim yazı mədəniyyəti”
nümunəsi olaraq tanıdılır, amma qəribədir, UNESCO-nun ekspertləri etiraz etmirlər ki, erməni əlifbası oğurluqdur. Halbuki, Azərbaycanla bağlı
istənilən fayl təqdim edilərkən onu müzakirələrə
çıxarırlar, hər
hansı kiçik səhv olsa, onu düzəltdirməyə
çalışırlar. Lakin
Ermənistan bir yalanla UNESCO eskpertlərinə
də kələk gəlib olmayan mədəniyyətini “mövcud
mədəniyyət” kimi
qəbul etdirir”.
B.Xəlilov hesab
edir ki, ermənilərin saxta əlifbalarının bu statusunun ləğv edilməsi vacibdir və bunun üçün
gərəkli tədbirlər
həyata keçirilməsi
lazımdır.
İradə SARIYEVA
Bakı xəbər.-
2019.- 13 dekabr.- S.12