UNESCO-nun məşhur komitə vitse-sədrliyi Azərbaycanda - ermənilərin saxtairs aksiyalarınıdayandıra bilərik

 

Azərbaycan və UNESCO arasında uzun illərdir davam edən sıx əməkdaşlıq prosesi nəticəsində ölkəmiz mütəmadi olaraq bu qurumda müxtəlif vəzifələrə seçilir. Əlbəttə, UNESCO-ya üzv dövlətlər arasında Azərbaycan daha çox öz fəallığı, aktivliyi ilə diqqəti cəlb edir. UNESCO və Azərbaycan əməkdaşlığı özünün bəhrəsini verir və bu əməkdaşlıq sayəsində Azərbaycana aid bir sıra maddi və qeyri-maddi irs nümunələri bu quruma daxil edilib. 

 

Məlumdur ki, bu ilin yayında UNESCO-nun Ümumdünya İrs Komissiyasının 43-cü sessiyası Bakının evsahibliyi ilə keçirildi. UNESKO tərəfindən Azərbaycan yenidən fərqləndirilib.

 

Belə ki, Kolumbiyanın paytaxtı Boqotada UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 14-cü sessiyasında Azərbaycan həmin komitənin vitse-prezidenti seçilib.

 

Sessiyada 5 qeyri-maddi mədəni irs nümunəsi Təcili Qorunmaya Ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına, 35 qeyri-maddi mədəni irs nümunəsi isə Bəşəriyyətin Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. İlk dəfə olaraq, bir qeyri-maddi mədəni irs nümunəsi siyahıdan çıxarılıb. UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 15-ci sessiyasının 2020-ci ilin 30 noyabr-5 dekabr tarixlərində Yamaykanın Mədəniyyət, gender, əyləncə və idman naziri Oliviya Qranqenin sədrliyi ilə bu ölkənin paytaxtı Kinqston şəhərində keçirilməsi ilə bağlı qərar qəbul edilib.

 

Sessiyada qəbul olunmuş qərara əsasən, Azərbaycan komitənin vitse-prezidenti seçilib. Ölkəmizlə yanaşı, Çin, Niderland, Qazaxıstan, Küveyt və Cibuti də komitənin vitse-prezidentləri seçiliblər.

 

Bilirik ki, son dövrlər ermənilər tərəfindən  UNESCO-da Azərbaycana qarşı təxribatların sayı artıb. Ermənilər Azərbaycana aid irs nümunələrini öz adlarına çıxmağa, hətta onların bəzilərini qeydiyyatdan keçirməyə nail ola bilirlər. Bir müddət əvvəl Azərbaycanın milli rəqsi “Köçəri”ni “erməni xalq rəqsi” kimi qeydiyyatdan keçirməyə nail olan ermənilər, habelə “Avesta”dan oğurladıqları qədim Zərdüşt dövrü əlifbasını da “erməni yazı mədəniyyəti” nümunəsi kimi UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edə biliblər, özü də bir neçə gün əvvəl.

 

Azərbaycanın Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 14-cü sessiyasında komitənin vitse-prezidenti seçilməsi bizə nə verəcək? Ümumiyyətlə, Azərbaycan bu komitəyə vitse-prezidentlik etdiyi dövrdə ermənilərin UNESCO-da saxtakarlıqla qeydiyyatdan keçirdikləri nümunələrin ləğvinə nail ola bilərmi?

 

Ənvər Çingizoğlu: “Azərbaycan həm UNESCO-dakı nüfuzundan, həm də vitse-prezidentliyindən istifadə edərək erməni saxtakarlığına qarşı kəskin mübarizəsini davam etdirməlidir”

Tanınmış etnoqraf Ənvər Çingizoğlu hesab edir ki, Azərbaycan UNESCO-un ən aktiv etibarlı tərəfdaşı kimi erməni saxtakarlığı ilə bağlı bir sıra məsələlərin həllinə nail ola bilər. O hesab edir ki, ermənilər indiyə qədər UNESCO-ya aşıq sənəti, xalçaçılıq, balaban, kamança, rəqslərlə bağlı fayllar təqdim etsələr , onlar Azərbaycanın səyi nəticəsində buna müvəffəq ola bilməyiblər. Bu gün Azərbaycanın bu quruma digər üzv dövlətlər tərəfindən dəstəkləndiyini önə çəkən Ə.Çingizoğlunun sözlərinə görə, Azərbaycan komitəyə vitse-prezidentliyi dövründə ermənilərin UNESCO-ya saxtakarlıq kələklə qəbul etdirdiyi nümunələrin ləğvinə nail olmalıdır. “Azərbaycanın    UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin vitse-prezidenti seçilməsi müsbət hadisədir. Bilirsiniz ki, indiyə qədər ölkəmiz bu mötəbər qurumda dəfələrlə müxtəlif vəzifələrə seçilib həmişə bu qurumun etimadını doğruldub. Azərbaycan UNESCO arasındakı əməkdaşlıq nəticəsində Azərbaycana məxsus bir sıra maddi qeyri-maddi mədəni irs nümunələri bu quruma daxil edilib. Heç şübhəsiz ki, ölkəmizlə bu qurum arasında münasibətlərin belə yüksək səviyədə qurulmasında, yüksək nailiyyətlər əldə etməyimizdə Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın həyata keçirdiyi uğurlu fəaliyyətin böyük rolu var. Bu gün Azərbaycanın UNESCO-da böyük nüfuzu var ölkəmiz bu nüfuzu öz fəaliyyəti, bu quruma verdiyi töhfələrlə, etibarlı tərəfdaş olmaqla qazanıb. Azərbaycan həm UNESCO-dakı nüfuzundan, həm vitse-prezidentliyindən istifadə edərək erməni saxtakarlığına qarşı kəskin mübarizəsini davam etdirməlidir. Hesab edirəm ki, ölkəmiz UNESCO-nun Qeyri-maddi mədəni irs komitəsinə vitse-prezidentliyi dövründə erməni saxtakarlığının ifşası istiqamətində daha böyük üstünlük əldə edəcək. Təəssüf ki, öz lobbilərinin təsirilə ermənilər bəzi maddi mədəniyyət nümunələrini öz adlarına bu qurumda qeydiyyatdan keçirməyə nail ola biliblər. Azərbaycan isə bu quruma üzv olan digər dost ölkələrin dəstəyilə erməni saxtakarlığını ifşa etməyə ermənilərlə heç bir əlaqəsi olmayan, lakinerməni irsikimi bu quruma daxil edilən nümunələrin onların adından çıxarılmasına nail olmağa çalışmalıdır” - deyə Ə.Çingizoğlu dedi.

 

İradə SARIYEVA

Bakı xəbər.- 2019.- 19 dekabr.- S.10