Turizm Azərbaycana valyuta qazandıran əsas sahələr sırasında yer almağa başlayır

Qeyri-neft sektorunun mühüm qolu kimi turizmin inkişafı istiqamətində atılan addımlar artıq öz müsbət nəticələrini verir. Hətta o yerə çatıb ki, ölkə iqtisadiyyatının artımında turizmin rolu əhəmiyyətli dərəcədə yüksəlib. BunuFitchbeynəlxalq reytinq agentliyi təsdiq edir.

Agentlik  hesab edir ki, bu il Azərbaycan iqtisadiyyatı 3,5% böyüyəcək. Bu böyümədə  isə məhz turizmin mühüm töhfəsi olacaq. Qurum bu xüsusda bildirir: “Şahdəniz-2” qaz yatağının işə düşməsi ölkənin ən böyük neft yatağı üzrə hasilat müqaviləsinin uzaldılması ilə yanaşı, turizm kənd təsərrüfatı sahəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafına təkan verəcək". Ümumiyyətlə, beynəlxalq miyqasda ölkəmizdə turizmin inkişafı istiqamətində atılan addımlar yüksək qiymətləndirilir.

Eyni zamanda görünən həm budur ki, xidmət sektorunun inkiaşfına mühüm təkan verən turizm Azərbaycana valyuta gətirən əsas sahələrdən birinə çevrilir. Qeyd edək ki, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramının icrasının yekunlarına həsr olunan konfransda bu xüsusda Prezident İlham Əliyev çox maraqlı məqamlara toxundu: “Bildiyiniz kimi, son illərdə Azərbaycana gələn turistlərin sayı getdikcə artır bu çox müsbət haldır. Keçən il gələn turistlərin sayı təqribən 6 faizə yaxın artmışdır. Keçən il ölkəmizə əvvəlki illərdən daha çox - 2 milyon 850 min turist gəlmişdir”.

Bununla yanaşı, dövlət başçısı bildirib ki, aparılan hesablamalara görə, bu turistlər ölkəmizdə 2 milyard dollara yaxın pul xərcləyib: “Bu, belə demək olarsa, əlavə 2 milyard dollar ixrac deməkdir. Artıq bu rəqəm göstərir ki, turizmin qədər böyük əhəmiyyəti var. Bu pullar xidmət sektoruna gedir, vətəndaşlar, sahibkarlar bundan faydalanırlar. Yəni bu pullar birbaşa o şirkətlərə gedir ki, onlar bölgələrdə turistlərə müxtəlif xidmətlər göstərirlər. Çünki turistlərin böyük hissəsi artıq Azərbaycanın bölgələrinə gedir. Bütün lazımi şərait yaradılır turizm sənayesi Azərbaycanda çox geniş imkanlara malik olmalıdır. Bunun üçün bütün lazımi ilkin şərtlər varYəni bütün bu amillər deməyə əsas verir ki, turizm sənayesi Azərbaycanda çox sürətlə inkişaf edəcək”.

 

Görülən işlər nəticəsində isə cari  ildə həm ölkəmizə üz tutan turistlərinin sayının artması, həm bu sahədən daha çox gəlir əldə edilməsi gözlənir. Hazırda isə Azərbaycana rus ərəb turistlərinin axınında böyük artım müşahidə olunur. Dövlət Turizm Agentliyi bildirir ki, ötən ildə Rusiya, Gürcüstan Yaxın Şərq Azərbaycana ümumi səyahətçi axınının üçdə ikisini təşkil edib. Ölkə turizminin səyahətçi sayına görə ən böyük paylarına malik olan Gürcüstan, Yaxın Şərq Asiya bazar paylarını artırıb. Əcnəbi qonaqların sayının ən yüksək artım səviyyəsi 35 faiz olmaqla Yaxın Şərq 55 faiz olmaqla Asiya ölkələrinə aiddir. Yaxın Şərq ölkələri arasında xüsusilə fərqlənənlər Səudiyyə Ərəbistanı, İsrail Küveyt, Asiya ölkələri arasında isə Pakistan Hindistan olub. Sonuncu ölkələrin böyük əhali sayına malik olması fonunda onlardan Azərbaycana turist axınının olması xüsusilə vacib sayılır. Qeyd edək ki, 2018-ci ildə Azərbaycana səfər edən hindistanlı turistlərin sayı 175 faiz artaraq 40 min nəfərə çatıb. Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid Hindistanın nüfuzluTimes of Indiainformasiya agentliyinə müsahibəsində bu artımın vacib məqamlarına toxunub. Florian Zenqstşmid Azərbaycanın turizm imkanları haqqında danışaraq, son illərdə hindistanlı turistlərin Azərbaycana daha çox maraq göstərdiyini vurğulayıb. O qeyd edib ki, Hindistan Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəliyinin açıldığı ilk altı ölkədən biridir. Azərbaycanın turizm imkanlarının da artıma şərait yaratdığını vurğulayan baş icraçı direktor bildirib ki, mühüm amillərdən biri Azərbaycana səfər etməyin asan olmasıdır. Belə ki, hindistanlı turistlər cəmi 3 saat ərzində onlayn olaraq viza əldə edə bilmə imkanına malikdirlər. O əlavə edib ki, Azərbaycana hazırda əsasən Körfəz ölkələri üzərindən uçuşlar həyata keçirilsə , gələcəkdə birbaşa Dehli-Bakı uçuşlarının həyata keçirilməsi nəzərdə tutulub. Bütün bunlar Hindistandan Azərbaycana gələnlərin sayının daha da artacağını deməyə əsas verir.

 

Hazırda Azərbaycan üçün əsas məqamlardan biri Çindən ölkəyə turist axınını təşkil etməkdir. Hesab edilir ki, Hindistanla yanaşı, Çindən Azərbaycana turist axınının təşkil edilməsi bu sahə üzrə Azərbaycanın böyük gəlirlər əldə etməsinə səbəb olacaq. Eyni zamanda, ərəb turistlərin Azərbaycana daha çox sayda gəlməsi proqnozlaşdırılır. Ekspert Azər Allahverənov bunu həm İslam ölkələrindən olan turistlərin Azərbaycana yüksək marağı ilə izah edir: “Əvvəlki illərdə müsəlman turistlər daha çox Amerika Avropa ölkələrinə üz tuturdular. Sovetlər dönəmində müəyyən məhdudiyyətlərin olması onların bura marağını azaltmışdı. Ancaq indi müstəqillik dövründə turizm üçün qəbul edilmiş proqramlar turistlərin marağını cəlb edə bilib. Qəbul edilən proqramlarda da hədəf kütləsi kimi ərəb ölkələrindən olan turistlər seçilmişdi. Azərbaycan ərəb turistləri üçün yeni ölkədir onların bura marağı böyükdür”. Bu fonda Azərbaycana üz tutan ərəb turistlərin sayının artması gözlənir. Bütün bunlar nəticə etibarı ilə turizmin Azərbaycana daha çox gəlir gətirəcəyini deməyə əsas verir.

 

Tahir TAĞIYEV

Bakı xəbər.- 2019.- 1 fevral.- S.10